Məhkəmə qərarları › İş №1(060)-555/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-555/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-555/2021 16.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştiraklarıilə xx.xx.1989-cu ildə Rusiya Federasiyasının Saratov vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.06.2011-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 14.10.2011-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.06.2011-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə olan əməl CM-nin 185.3.3 maddəsinə tövsüf olunmuş, CM-nin 170.3, 185.3.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Xəzər Rayon Məhkəməsinin 18.03.2013-cü il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 317-2.1 ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 29.12.2016-cı il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 08 ay 19 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 18.09.2017-ci ildə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 21.01.2021 -ci il tarixdə saat 03 radələıində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən fərdi evinə darvazanın qapısını açıb həyətə qanunsuz daxil olaraq, həyətdə daşın altına qoyulmuş evin çöl qapı açarını götürüb, qapını açmaqla içəriyə daxil olub evin qonaq otağından 160 manat dəyərində 01 ədəd «Samsunq» markalı 81 ekranlı televizoru, 120 manat dəyərində Çin istehsalı olan 01 (ədəd «LTE Panel Antenna» markalı, «A11710-2700X09i70A» modelli modern aparatını, 01 ədəd 400 manat dəyərində videokameranın yaddaş qutusunu, yataq otağında quraşdırılmış 700 manat dəyərində 01 ədəd «Rainford» markalı kondisioneri, mətbəx otağında olan 60 manat dəyərində 01 ədəd Türkiyə istehsallı «İltimat» markalı elektrik sobanı, 01 ədəd 130 manat dəyərində «Nikoi» markalı tozsoranı gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1450 (bir min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir Bundan başqa, o təkrarən özgənin əmlakını talama məqsədi ilə 13 fevral 2021 -ci ilin tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 Nəsrulla oğluna məxsus Sumqayıt şəhəri. Sarıqaya bağlar massivi, 627 nömrəli bağ evinə daş hasarı aşmaqla qanunsuz daxil olub, evin ikinci mərtəbəsinə nərdivanla qalxaraq plastik pəncərəni əli ilə itələyib açmaqla içəri daxil olmuş və oradan 01ədəd “Samsung” markalı 1100 manat dəyərində kondisioneri divardan söküb çıxartmaqla gizli talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 15 fevral 2021 -ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 Nəsrulla oğluna məxsus Sumqayıt şəhəri, Sarıqaya bağlar massivi, 627 nömrəli bağ evinə daş hasarı aşmaqla qanunsuz daxil olub, evin 1 -ci mərtəbəsinin plastik pəncərəsini sıxıb açaraq evə girərək, mətbəxdən “Daewoo” markalı 01 ədəd 50 manat dəyərində mikrodalğalı sobanı, bir ədəd Rusiya istehsalı 05 litrlik həcmdə paslanmayan 70 manat dəyərində olan samovarı və evin digər otaqlarından 01 ədəd Türkiyə istehsalı olan 30 manat dəyərində smisiteli, 01 ədəd “Philips markalı” 150 manat dəyərində saç qırxan aparatı daha sonra hamamın nəfəsliyini çöldən açaraq oradan 02 ədəd hər biri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində su smisetləıini, 01 ədəd 70 manat dəyərində su qızdırıeısını və həyətdən 01 ədəd 50 manat dəyərində su mühərrikini gizli talayaraq Zərərçəkmiş şəxs2 430 (dörd yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 15 fevral 2021-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 Nəsrulla oğluna məxsus Sumqayıt şəhəri, Sarıqaya bağlar massivi, 726 nömrəli bağ evinin dəmir qapısım açaraq içəri daxil olub, evin 1 -ci mərtəbəsininplastik pəncərəsini sıxıb açmaqla evə girərək mətbəxdən 01 ədəd 70 manat dəyərində su qızdırıcısmı, 02 ədəd hər biri 08 manat olmaqla ümumilikdə 16 manat dəyərində “Arko” markalı vintilləri və evin həyətində 01 ədəd Koreya istehsalı olan 50 manat dəyərində “Marqus” markalı su mühərrikin, Rusiya istehsalı olan 50 metr ölçülü 4x2,5 mm istifadədə olmuş 50 manat dəyərində mis naqilləri, 01 ədəd Çin istehsalı 15 manat dəyərində bağ qayçısını və 01 ədəd 05 manat dəyərində kəlbətini gizli talayaraq zərərçəkmiş. şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 164(bir yüz altmış dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin mart ayının gecə saatlarında Zərərçəkmiş şəxs3 Cəlal oğluna məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində olan fərdi bağ evinə daş hasarı aşmaqla qanunsuz daxil olaraq evin tavanını sındırıb oradan içəri daxil olaraq yataq otağından 02 ədəd hər biri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində yağ radiatorlarım, 01 ədəd “LG” markalı 350 manat dəyərində kondisioneri, 12 ədəd çay qaşıqlarından, 12 ədəd süfrə bıçaqlarından, 13 ədəd çəngəl bıçaqlarından, 13 ədəd xörək qaşıqlarından ibarət 50 manat dəyərində olan qaşıq- çəngəl dəstini, 01 ədəd 120 manat dəyərində olan işıq gücləndiricisini, 01 ədəd 150 manat dəyərində olan işıq gücləndiricisini, evin mətbəxindən 04 ədəd hər biri 15 manat olmaqla ümumilikdə 60 manat dəyərində olan aliminium ləyənləri və 04 ədəd hər biri 10 manat olmaqla ümumilikdə 40 manat dəyərində olan aliminium qazanları gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 830 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, işsiz olduğu üçün yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlarında yerləşən Sarıqaya yaşayış massivindən oğurluq etmək qərarına gəlmişdir. O, dəqiq tarixi xatırlamadığı vaxtda təxminən 2021-ci ilin fevral ayının 13-də gecə saatlarında Sarıqaya bağlar massivində hərəkət edərkən orada iki mərtəbəli üzərinə suvaq vurulmuş, lakin rənglənməmiş ev görmüş, evə fikir verdiyi zaman evdə işıq yanmadığı üçün heç kəsin olmadığını fikirləşmiş və oradan oğurluq etmək qərarına gəlmişdir. O, həmin vaxt ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətinə mişar daşından olan hasardan aşmaqla daxil olmuşdur. O, evin ətrafında gəzdiyi zaman ikinci mərtəbədə kondisioner olduğunu görmüş və həmin kondisioneri oğurlamaq qərarına gəlmişdir. Bu səbəbdən o, həyətdə olan taxta nərdivanı divara söykəmiş, sonra isə nərdivana qalxaraq ağ rəngli plastik pəncərəni əli ilə itələyib pəncərədən içəri daxil olmuş, markasını xatırlamadığı kondisioneri və bayırda olan həmin kondisionerin motorunu əli ilə çıxardaraq yenidən nərdivanla aşağı düşmüşdür. Bundan sonra o, oğurladığı əşyalarla birlikdə hasardan aşaraq yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra o, evdə kondisionerin içini sökərək içində olan misləri və dəmirləri Sumqayıt şəhəri, Novxanı bağları ərazisində mis və dəmir alan tanımadığı şəxsə təxminən 70 manata satmış və pulu da öz gündəlik tələbatlarına xərcləmişdir. Təxminən 2 gün sonra o yenidən oğurluq etmək qərarına gəlmiş və yenə Sarıqaya bağlar ərazisində gəzərkən orada əvvəl oğurluq etdiyi evi görmüşdür. Həmin vaxt gecə saatları olduğundan və evin işıqları söniilü olduğundan heç kəsin olmadığını düşünmüşdür. Bu səbəbdən yenidən həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O yenə mişar daşından olan hasardan aşaraq həyətə daxil olmuş, evin yan tərəfində olan plastik nəfəsliyi əli ilə itələyib açmış və evə daxil olmuşdur. Həmin evə daxil olduğu nəfəslik evin hamamının nəfəsliyi olmuş, evə daxil olduqdan sonra hamamdan 3 ədəd smistitel oğurlayıb evin mətbəxinə keçmiş, mətbəxdən 1 ədəd samovar və 1 ədəd mikrodalğalı soba götürmüşdür. Sonra evin digər otağına keçmiş, otaqda sata biləcəyi bir şey gözünə dəymədiyindən ordan da çıxmışdır. O, oğurladığı əşyalarla bilrikdə evdən rahat çıxmaq üçün evin dəmir qapısının ətrafını sökmüş, sonra da qapını açaraq həyətə çıxmışdır. O sonra həyətdə olan otağın dəmir barmaqlığını həyətdən tapdığı dəmirlə sındırmış, sonra ağ rəngli plastik pəncərəni əli ilə sıxıb açaraq otağa daxil olmuşdur. Oradan isə 1 ədəd su matoru, 1 ədəd gidrafor, 1 ədəd su qızdırıcısı götürmüş və pəncərədən bayıra çıxmışdır. O, həyətdə olarkən həmin evin yanında iki mərtəbəli üzəri göy rənglə rənglənmiş, işıqları sönülü olan ev görmüş və həmin evdə də heç kəsin olmadığını düşünmüşdür. Həmçinin həmin evlə onun olduğu evin arasında dəmir qapı olduğunu görmüşdür. Bundan sonra oradan da oğurluq etmək qərarına gəlmişdir. O, oğurladığı əşyaları götürərək dəmir qapıya yaxınlaşmış, dəmir qapı açıq olduğundan həyətə rahat daxil olmuşdur. O, həmin evin birinci mərtəbəsində olan plastik pəncərəni sıxıb açaraq evə daxil olmuş, həmin evin hamamından 1 ədəd su qızdırıcısı, 1 ədəd smistitel və 1 ədəd vintel götürmüşdür. Bundan sonra o, oğurladığı əşyalarla birlikdə daxil olduğu evin həyətinə çıxmışdır. O, evin yanında olan 1 ədəd su matorunu və divara çəkilmiş elektrik naqillərini də götürmüşdür. Bundan sonra o, oğurladığı əşyaları göy evin hasarından bayıra tullamış və özü də hasarı aşaraq bayıra çıxmışdır. O, oğurladığı əşyaları öz evindən gətirdiyi və bayırda gizlətdiyi dəmir arabaya yığmış, sonra öz yaşadığı evə getmişdir. Səhəri gün o, oğurladığı əşyaları yaşadığı evdə sökərək içərisində olan mis və dəmirləri yenə bağlar ərazisində gəzən tanımadığı metal və dəmir alanlara təxminən 50-60 manata satmış, həmin pulu öz şəxsi tələbatına sərf etmiş və heç kimə verməmişdir. O, oğurladığı əşyalardan mikrodalğalı sobanı və elektrik naqillərini öz evinin həyətində saxlamışdır. O 17.03.2021-ci il tarixdə təxminən günorta saatlarında yaşadığı Novxanı bağlar ərazisində gəzən zaman polis əməkdaşları ona yaxınlaşaraq saxlamışlar və ərazidə baş verən oğurluq hadisələri ilə bağlı şübhəli olduğu üçün aidiyyəti üzrə Sumqayıt şəhəri, 1 -ci Polis Bölməsinə dəvət etmişlər. O, da orada oğurluq etməyini səmimi etiraf edərək həyətində olan mikrodalğalı soba və elektrik naqillərini polis əməkdaşlarına təqdim etmişdir. O Şahid2 təxminən 20 ildir ki, tanımış, Zərərçəkmiş şəxs1 və onun ailəsini də tanımış, həmin şəxslər onların evinin yaxınlığında yaşamışlar. Həmçinin Zərərçəkmiş şəxs1 və onun ailə üzvləri yay aylarında gəlib həmin bağ evində qalmışlar, qış aylarında arada-bir gəlib bağ evinə baş çəkmişlər. O arada-bir axşam vaxtı boş vaxtlarında Fəridin nəzarətçi olduğu həmin bağ evinə getmiş və onlar evin zirzəmisində olan ayrıca Fərid üçün ayrılmış 02 otaqlı evdə oturub Fəridlə çay içmişlər. 16.01.2021-ci il tarixdə axşam saat 21 radələrində o, Fəridin yaşadığı evə gedib Fəriddən çay içmək üçün Səkinə gilin evinə getmələrini xahiş etmiş və birlikdə Səkinə gilin evinə getmişlər. Fərid darvazanı açmış, onlar həyətə keçmişlər. Həmin vaxt o, Fəridin darvazanın yanında əyilib daşın altında gizlətdiyi bir topa açarları götürməsini görmüşdür. Bundan sonra onlar evin zirzəmisində Fəridin qaldığı yerə getmişlər. Təxminən 1 saat əyləşib orada çay içdikdən sonra, həmin gün saat 23 radələrində oradan çıxanda Fərid açarla qaldığı yerin qapısını bağlamış və açarları bir saat əvvəl gizlətdiyi daşın altına qoymuşdur. Daha sonra onlar darvazadan çıxıb evə getmişlər. 20.01.2020-ci il tarixdə axşam saat 22 radələrində o yenə də Fəridin evinə getmişdir ki, Fəridlə birlikdə Səkinənin evinə gedib çay içsinlər, lakin Fəridi evdə tapmamışdır. Fəridin ailə üzvləri ona Fəridin qonşuluqda yaşayan İlkin adlı şəxsin evində suvaq işi gördüyünü demişdir. O da həmin evə getmiş və Fəridi orada görmüşdür. Orada Fəridə şirniyyat aldığını, iş yekunlaşdıqdan sonra Səkinəgilin bağ evinə gedib çay içmələrini təklif etmişdir. Fərid isə ona işinin çox olduğu üçün gedə bilməyəcəyini demiş, o da çıxıb getmişdir. Bundan sonra o, pula ehtiyacı olduğu üçün gecə Səkinənin evindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 21.01.2021-çi il tarixdə saat 03 radələrində Səkinənin evinə gedib darvazasını əli ilə açıb həyətə daxil olmuş və Fəridin daşın altında gizlətdiyi evin açarlarını götürüb evin qapısını açaraq içəriyə daxil olub evin qonaq otağında olan 01 ədəd «Samsunq» markalı 81 ekranlı televizoru, 01 ədəd modem aparatını, videokameranın yaddaş qutusunu, yataq otağında quraşdırılmış 01 ədəd «Rainford» markalı kondisioneri, mətbəx otağında olan 01 ədəd «İltimat» markalı elektrik sobasını, 01 ədəd «Nikoi» markalı tozsoranı oğurlayaraq evin həyətinə yığmışdır. Daha sonra o yaxınlıqda yerləşən yaşadığı evə gedərək oradan arabanı gətirmiş və oğurladığı əşyaları həmin arabaya yığmışdır. Ondan heç kimin şübhələnməməsi üçün evin mətbəx otağının pəncərəsini, eləcə də evin çöl qapısının qıfılını həyətdə tapdığı dəmir parçası ilə qırmışdır. Daha sonra həyətdə olan nərdivanı da divara söykəmişdir ki, evə daxil olunan zaman nərdivandan istifadə edilməsi və evin 2-ci mərtəbəsinin pəncərəsindən içəriyə daxil olunması kimi təəsürat yaransın. Bundan sonra o, oğurladığı əşyaları özü ilə gətirdiyi arabaya yükləmiş, evin qapısını açarla bağlayıb yenidən açarları Fəridin gizlətdiyi daşın altına qoymuş və darvazadan çölə çıxaraq piyada arabanı sürərək evinə getmiş və oğurladığı əşyaları yaşadığı evin arxasında gizlətmişdir. Həmin gün saat 16 radələrində tanıdığı Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində olan «Green House» restoranının arxasında yerləşən sexdə ev əşyalarının təmiri, alışı-satışı ilə məşğul olan Şahid3 yanına getmişdir. Söhbət əsnasında o Zaminə «Rainford» markalı kondisioner olduğunu və təmir elətdirmək istədiyini demişdir. Zamin də ona kondisionerə baxmaq lazım olduğunu demişdir. Həmin vaxt o, Zaminə 01 ədəd «Samsunq» markalı 81 ekranlı televizor və videokameranın yaddaş qutusunun da onda olduğunu, köçdüyü üçün satmaq istədiyini demişdir. Zamin də ona həmin əşyaları gətirməsini və baxmaq istədiyini demişdir. O da evə qayıdaraq həmin əşyaları gizlətdiyi yerdən götürüb yoldan keçən tanımadığı taksi maşınına yükləyərək həmin gün saat 17 radələrində Zaminin sexinə aparıb, boşaltmışdır. Zamin kondisionerin işləmədiyini görmüş, həmin vaxt o, Zaminə kondisioneri də satdığını demişdir. Zamin onun təklif etdiyi digər əşyalara da baxmış, ondan həmin əşyaların oğurluq olub-olmadığını soruşmuşdur. O da Zaminə həmin əşyaların oğurluq olmadığını, köçdüyü üçün satdığını demişdir. Zamin ondan şəxsiyyət vəsiqəsini istədikdə, o, şəxsiyyət vəsiqəsini Zaminə təqdim etmiş, Zamin də onun şəxsiyyət vəsiqəsinin şəkilini çəkmişdir. Sonra isə şəxsiyyət vəsiqəsini ona qaytarmışdır. Daha sonra Zamin kondisionerə 50 manat, televizora 60 manat, videokameranın yaddaş qutusuna isə 20 manat olmaqla ona cəmi 130 manat pul vermişdir. Həmin pulu isə öz şəxsi tələbatına sərf etmiş, heç kimə verməmişdir. Oğurladığı digər əşyaları, yəni 01 ədəd modem aparatını, 01 ədəd «İltimat» markalı elektrik sobanı və 01 ədəd «Nikoi» markalı tozsoranı satmamış, gizlətdiyi yerdə saxlamışdır. 17.03.2021 -ci il tarixdə polis əməkdaşları tərəfindən tutularkən o, həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Sözügedən oğurluq cinayətlərini özü tək törətmiş, ona kömək edilməmişdir. Bundan başqa o təxminən 2021 -ci ilin mart ayının ortalarında Sumqayıt şəhəri, Novxanı Bağlar massivində Zərərçəkmiş şəxs3 Cəlal oğluna məxsus evdən oğurluq etmək üçün hasarı aşmış, daha sonra evin tavanını sındıraraq içəri daxil olmuş və evdə olan yataq otağından bir ədəd “LG” markalı kondisioneri, bir ədəd yağ radiatorunu və bir dəst qaşıq naborunu oğurlamışdır. Həmin əşyaları oğurladıqdan sonra onları səyyar dəmir alış-verişi ilə məşğul olan alıcılara satmışdır. Lakin oradan oğurladığı qaşıq dəstini karton qutu ilə birikdə Aynurə adlı tanışına satmışdır. Həmin evdən oğurluğu tək etmiş, ona kömək edilməmiş və bu barədə heç kəsin məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs3 məxsus evdən yalnız 1 ədəd kondisioner, 1 ədəd yağ radiatoru və bir dəst qaşıq naborunu oğurlamışdır. Qeyd edilən cinayət hadisələrini tək törətmiş və ona heç kim kömək etməmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri ödəməyə imkanının olmadığının nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır və təqaüdçüdür. Sumqayıt şəhəri, Sarıqaya bağlar massivində yerləşən 627 nömrəli bağ evi təxminən 1976-cı ildən ona məxsusdur. O, sonuncu dəfə bağ evinə baş çəkmək üçün 17 fevral tarixində təxminən günorta saatlarında getmiş, orada hər şey qaydasında olduğunu görmüşdür. O sonra təxminən iki gün həmin bağ evinə getməmiş və daha sonra 19.02.2021 -ci il tarixdə təxminən 10 radələrində yenidən baş çəkmək üçün bağa getmişdir. O, həyətin dəmir qapısından içəriyə girmişdir. Orada olan zaman evin dəmir qapısını açmaq istədikdə dəmir qapının açıq olduğunu, qapıya baxdıqda qapının içəri tərəfinin kilidinin sınılı olduğunu görmüş və oğurluq olduğunu anlamışdır. O, otaqlara baxdıqda hamamın ağ plastikdən olan nəfəsliyinin açıq olduğunu görmüşdür. O, naməlum şəxs və ya şəxslərin hamamın nəfəsliyindən evə daxil olduqlarını anlamışdır. Bundan sonra o, “102” xidmətinə məlumat verərək oğurluq olduğunu demişdir. Sonra oraya Sumqayıt şəhər Polis İdarəsinin 1 -ci Polis Bölməsinin əməkdaşları gəlmişlər. Polislər evə baxış keçirtmişlər və o da evdən nə oğurlandığına baxdıqda ona məlum olmuşdur ki, evin hamamından hər birin qiyməti 30 manat dəyərində 3 ədəd smistitel, sonra evin mətbəxindən 350 manat dəyərində 01 ədəd mikrodalğalı soba, 150 manat dəyərində 01 ədəd 5 litrlik paslanmayan samovar, evin digər otağından 15 manat dəyrində “PHİLPİS” MARKALİ 1 ədəd saç qırxmaq üçün aparat, 30 manat dəyərində Türkiyyə isthsalı olan 1 ədəd qutuda olan təzə smistitel, evin ikinci mərtəbəsindən “Samsung” markalı 300 manat dəyərində kondinsoner, 01 ədəd “Mahnus” markalı 50 manat dəyərində qidrofon, 01 ədəd 2019-cu il tarixdə 70 manata aldığı su qızdırcı aparatı oğurlanıb. Daha sonra onun yaşadığı evin yanında olan əvvələr mərhum qaradaşı Şahbaz Ağayevin yaşadığı, lakin özünə məxsus olan iki mərtəbləi evin 1-ci mərtəbəsindən naməlum şəxslərin daxil olaraq oradan bir ədəd 70 manat dəyərində olan su qızıdırıcısını, hər biri 8 manat dəyərində olan “Arko” markalı 02 ədəd vintelin, bir ədəd 50 manat dəyərində Çin istehsalı olan su matorunu, 400 manat dəyərində 50 metr uzunluğunda mis kabeli, 3 manat dəyərinə bağ qayçısını və 2 manat dəyərində kələbitini oğurladığını görmüşdür. Daha sonra o, polisə bu barədə məlumat vermiş və polis əməkdaşları oğurluq olan yerlərə baxış keçirdərək əl-barmaq izləri götürmüşlər. Ondan başqa polis əməkdaşları evə baxış zamanı evin dəhlizindən bir ədəd çəkilmiş siqaret kötüyü də taparaq götürmüşlər. Daha sonra o, ərizə ilə 1-ci Polis bölməsinə müraciət etmişdir. O, 1-ci Polis Bölməsinə müraciət etdiyi zaman evdən oğurlanan əşyalardan yadına düşənləri demiş, lakin sonradan samovar və digər məişət əşyalarının da oğurlanması yadına düşmüşdür. Hadisə 17.02.2021 -ci il tarixdən 19.02.2021 -ci il tarixə kimi olan müddət ərzində baş vermiş, naməlum şəxs və ya şəxslər evin həyətinə əvvəlcə mişar daşından olan hasardan daxil olmuş, sonra isə ona məxsus 627 nömrəli bağ evinin hamamında olan plastik nəfəsliyi sıxıb açaraq evə daxil olmuş, sonra da evdən çıxmaq üçün evin dəmir qapısının kilidini sındırıb evdən çıxmış, bundan başqa bayırda olan mətbəxə pəncərənin dəmir barmaqlığını sındırıb və plastik pəncərəni də sıxıb açaraq daxil olmuş, həmin müddət ərzində orada olan əvvələr mərhum qardaşının yaşadığı ona məxsus olan 626 nömrəli bağ evindən də həmin müddət ərzində oğurluq etmişlər. Zərərçəkmiş şəxs2 baş vermiş oğurluq hadisəsi ilə bağlı ona vurulmuş maddi zərər ödənilməsə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs3 Cəlal oğlu teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs3 Cəlal oğlunun məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 28.02.2021-ci il tarixdən 04.04.2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər ona məxsus, Sumqayıt şəhəri, Novxanı Bağlar massivi, 8 nömrəli fərdi bağ evinin həyətinin hasarını aşmaq yolu ilə içəri daxil olaraq, evin damının tavanını sındırmaq yolu ilə yataq otağına daxil olub orada olan 70 kvadrat metrlik, “LG2” markalı kondisoneri, iki ədəd işıq gücləndiricisini, iki ədəd yağ radiatorunu, dolabın içərisindən bir ədəd qaşıq dəstini, daha sonra həyətdə olan dörd ədəd alminum ləyəni və dörd ədəd alminium qazanı oğurlamışlar. Ona görə də, o həmin vaxt Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək, həmin oğurluq edən şəxslərin şəxsiyyətinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. O, həmçinin 80 kvadrat metirlik “LG” markalı kondisionerin qiymətinin 1100 manat, iki ədəd işıq gücləndiricinin birinin 120 manat, digərinin 150 manat, iki ədəd yağ radiatorunun hər birinin qiymətinin 70 manat, bir qaşıq dəstinin qiymətinin 300 manat, dörd ədəd alminium ləyənin hər birinin qiymətinin 30 manat və dörd ədəd alminium qazanın hər birinin qiymətinin 20 manat olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Novxanı bağlar massivində yerləşən bağ evi ona məxsusdur. Həmin bağ evində əsasən yay aylarında qalırlar, digər aylarda isə arada-bir gedib gəlirlər. Onların bağında Fərid adlı oğlan təxminən 5 ildir ki, nəzarətçi işləyir və orada gecələyir. Fəridin ailəsi onların bağ evinin yaxınlığında yaşayır. Bəzi vaxtlarda Fərid onların bağ evində qalmır, yaxınlıqdakı evinə gedir. Sonuncu dəfə oğurluq hadisəsindən təxminən 2 həftə əvvəl, yəni 09.01.2021-ci il tarixdə saat 13 radələrində o, anası Nərminə Tağıyeva və bacısı Ləman Məmmədova ilə birlikdə həmin bağ evinə gedib baş çəkmişdir və həmin gün axşam 17 radələrində onlar oradan çıxaraq Bakıya evlərinə qayıtmışlar. 21.01.2021-ci il tarixdə saat 12 radələrində Fərid başqa tanımadığı nömrədən anası Nərminəyə zəng edib bağdan oğurluq olmasını bildirmişdir. Onlar da dərhal bağa getmişlər. Söhbət əsnasında Fərid onlara danışmışdır ki, 21.01.2021-ci il tarixdə gecə saat 02:30 radələrinədək bağ evində olub, həmin vaxt evdə hər şey qaydasında olubdur, hətta evin 2-ci mərtəbəsinə də qalxıb işığı yandırıb görübdür ki, hər şey qaydasındadır, daha sonra çıxıb evinə yemək yeməyə getmişdir, həmin gün səhər saat 05 radələrində evdən çıxıb «My Beach» istirahət mərkəzinə gələrək dostu ilə birlikdə Bakı şəhəri Pirşağı qəsəbəsində fəhlə kimi işləməyə gediblər, həmin gün saat 10 radələrində bağ evlərinə gəlmiş, darvazadan içəriyə keçmiş, görmüşdür ki, evin 2-ci mərtəbəsinin qapısı açıqdır, içəriyə keçəndə görmüşdür ki, evin mətbəx və hamam otağının arasında olan başqa bir kiçik otağın pəncərəsi açıqdır, daha sonra bu səbəbdən onlara zəng etmişdir. Bundan sonra onlar, yəni o, anası və bacısı da içəriyə keçib evə nəzər yetirdikdə evin qonaq otağında olan təxminən 2016-cı ildə 740 manata aldığı 01 ədəd «Samsunq» markalı 81 ekranlı televizorun, 2020-ci ilin iyul ayında 220 manata aldığı Çin istehsalı olan 01 ədəd «LTE Panel Antenna» markalı, «A11710-2700X09i70A» modelli modern aparatının, həmin ilin may ayında 400 manata aldığı videokameranın yaddaş qutusunun, yataq otağında quraşdırılmış təxminən 2016-cı ildə 700 manata aldığı 01 ədəd «Rainford» markalı kondisionerin, mətbəx otağında olan təxminən 2013-cü ildə 50 manata aldığı Türkiyə istehsalı olan İltimat «Kumtel» markalı elektrik sobanın, təxminən 2019-cu ildə 130 manata aldığı Nikoi «Polaris» markalı tozsoranın yerində olmadığını, oğurlandığını aşkar etdilər. Beləliklə də həmin oğurluq nəticəsində ona ümumilikdə 2240 manat məbləğində maddi ziyan dəydiyini, ilkin izahatında hesablamanı düzgün aparmadığı üçün ona vurulmuş ziyanın məbləğini səhvən 2800 manat olması kimi göstərdiyini, hazırki ifadəsinin nəzərə alınmasını xahiş etdiyini bildirmişdir. Bundan başqa, naməlum şəxsin evə daxil olduğu pəncərənin də qırıldığını, həmin pəncərəyə görə 120 manat, evin çöl qapısının qıfılını qırılmasına görə isə 50 manat maddi ziyan vurulduğunu, ümumilikdə onların 170 manat dəyərində əmlaklarının da qəsdən məhv edildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və onun ailəsini tanıyır. Təxminən 5 il olar ki, o qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 məxsus bağ evində nəzarətçi işləyir. Əvvəllər o, Zərərçəkmiş şəxs1gildə işini görüb gecəni orada qalsa da sonradan yaxınlıqda yaşadığı bağ evinə gedib gecəni evində keçirirmiş, gündüzlər isə gəlib Səkinəgilin evində işini görürmüş. Təqsirləndirilən şəxs, onun qardaşları Vasif və AğTəqsirləndirilən şəxs qardaşlarını təxminən 20 ildir ki, qonşu kimi tanıyır. Zərərçəkmiş şəxs1 və ailə üzvləri yay aylarında gəlib həmin bağ evində qalsalar da, qış aylarında arada-bir gəlib bağ evinə baş çəkirmişlər. O həmin bağ evində işləyən zaman, arabir axşam vaxtı qonşuları Asif boş vaxtlarında Zərərçəkmiş şəxs1 bağ evinə gəlib evin zirzəmisində olan onun üçün ayrılmış 02 otaqlı evdə oturub onunla çay içirmiş. Həmin zirzəminin qapısının açarı da onda vardır. Lakin evin açarı həmin ərəfədə onda olmamışdır. Evin həyətinin darvazası da əllə açılıb bağlanan qıfıl vasitəsi ilə açılırdı. Elə hallar da olurdu ki, o hər gün səhər saat 09 radələrində yaşadığı evdən çıxıb Abşeron rayonu Novxanı kəndinə gedib orada yerləşən taxta zavodunda boyaçı işləyir, işdən saat 18:30-da çıxıb, Zərərçəkmiş şəxs1 bağ evinə saat 19:30 radələrində çatıb evin həyətinin işıqlarını yandırırmış, daha sonra öz evinə gedib çörək yeyib yenidən 2-3 saat sonra, yəni saat 23 radələrində Səkmənin evinə gəlib baş çəkib və ya gecəni qalırmış, yaxud da gecə saat 03-04 radələrinəcə orada olub sonra isə yatmaq üçün evinə gedirdi. 2021-ci ilin yanvar ayının əvvəllərində evə usta gəldiyi üçün Səkinə ona evin açarını da vermişdir ki, usta gələndə o, ustanın işləməsi üçün evin qapısını açsın. Usta da gəlib bir gün işini yekunlaşdırıb çıxıb getmişdir. Lakin evin açarı onda qalmışdır. O, da açarlar topa şəklində olduğu üçün onları darvazanın yanında olan daşın altında gizlədirmiş. 20.01,2020-ci il tarixdə o bütün günü öz evində olmuşdur. Həmin gün saat 20 radələrində o, Səkinənin evinə gedib həyətin işığını yandırmış, sonra daşın altında gizlətdiyi açarları götürüb qaldığı evin zirzəmisinin qapısını açıb otağın işığını yandırmış, daha sonra qapını bağlayıb, oradan çıxarkən açarları götürdüyü yerə, yəni darvazanın yanında olan daşların altına gizlədib qonşuluqda yaşayan İlkin adlı şəxsin evinə gedərək orada suvaq işini görmüşdür. Səkinə gilin evindən çıxanda da hər şey qaydasında olmuşdur. Həmin gün saat 22 radələrində Asif onun yaşadığı evə gedib onu orada tapmamış, evdəkilər də onun qonşuluqda yaşayan İlkin gilin evinə getdiyini demişdir. Asif də İlkin gilə gəlib ona şirniyyat aldığını iş yekunlaşdıqdan sonra onunla Səkinə gilin bağ evində çay içmək istədiyini demişdir. O da acıqlı formada işinin çox olduğunu və gedə bilməyəcəyini demiş, Asif də oradan çıxıb getmişdir. O, 21.01.2021-ci il tarixdə gecə saat 01 radələrində İlkinin evində işini bitirib oradan çıxaraq birbaşa Səkinə gilin evinə getmiş, açarları gizlətdiyi yerdən götürüb qaldığı zirzəmidəki otağa girmiş, işıqları yandırmış, saat 02:30 radələrində isə oradan çıxıb qaldığı evin qapısını bağlayıb, açarları da gizlətdiyi yerə qoyub evinə getmişdir. Həmin gün səhər saat 05:10 radələrində yaşadığı evdən çıxıb Abşeron rayonu Pirşağı qəsəbəsinə getmiş, orada maşına yük yükləməklə, pul qazanmışdır. Həmin gün saat 10 radələrində o, oradan çıxıb, saat 11 radələrində Səkinə gilin evinə gəlmiş, evin darvazasının yanında işığın sayğacının qapısının açıq olduğunu və evin həyətinin, ümumiyyətlə evin işıqlarının sönülü olduğunu görmüşdür. Bu zaman o, işıqları yandırıb davrazadan içəriyə keçmiş, açarları gizlətdiyi yerdən götürmək istəyərkən, açarları daşın altında olmadığını, biraz kənarda üzdə olduğunu görmüşdür. Bundan sonra açarı götürüb evə qlxmış və qapının açıq olduğunu görmüş, evə keçdikdə isə əşyaların yerində olmadığını görüb, başa düşmüşdür ki, evdən oğurluq olub. Daha sonra çölə çıxıb ətrafa baxıb işıqları söndürüb Səkinənin anası Nərminəyə zəng edərək bağdan oğurluq olmasını bildirmişdir. Səkinəgil də dərhal bağ evinə gəlmişlər. Söhbət əsnasında o, Səkinə gilə demişdirki, “21.01.2021-ci il tarixdə gecə saat 02:30 radələrinədək bağ evində olmuşam, həmin vaxt evdə hər şey qaydasında olubdur, hətta evin 2-ci mərtəbəsinə də qalxıb işığı yandırıb görmüşəm ki, hər şey qaydasındadır, daha sonra çıxıb evimə getmişəm, həmin gün səhər saat 05 radələrində evdən çıxıb «My Beach» istirahət mərkəzinə gedərək oradan Pirşağıya fəhlə kimi işləməyə getmişəm, həmin gün saat 11 radələrində bağ evinə gəldikdən sonra evdən oğurluq olduğunu aşkar etmişəm”. Səkinə gil də evə keçdikdə evdən 01 ədəd «Samsunq» markalı 81 ekranlı televizorun, 01 ədəd modern aparatının, videokameranın yaddaş qutusunun, 01 ədəd kondisionerin, elektrik sobanın, tozsoranın yerində olmadığını oğurlandığını aşkar etmişlər. Bundan başqa, evin mətbəx otağının pəncərəsin, eləcə də evin çöl qapısının qıfılı da qırılmışdır. Oğurluq hadisəsindən təxminən 4 gün əvvəl, yəni təxminən 16.01.2021-ci ıl tarixdə axşam saat 21 radələrində Asif onun yaşadığı evə gəlib çay içmək üçün Səkinə gilin evinə getmələrini xahiş etmiş, o da Asiflə birlikdə Səkinə gilin evinə gedib darvazanı açıb, açarları gizlətdiyi yerdən götürüb qaldığı yerin qapısını açıb içəriyə keçmiş, təxminən 1 saaat əyləşib orada çay içmişlər, həmin gün saat 23 radələrində oradan çıxıb açarları gizlətdiyi yerə qoyub, aralaşıb evə getmişlər, Asif də onun açarları qoyduğu yeri həmin vaxt görmüşdür. Baş vermiş oğurluq hadisələrində iştirakı olmamış və Asifə kömək etməmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Novxanı bağlarında onlarla qonşuluqda yaşayan Telmanın oğlu Asif 2021-ci ilin mart ayında qaynanası Gülafət Nəbiyevanın yanına gəlmiş və evlərinin əşyalarını satdığını demişdir. Asif həmin vaxt onun yanında qayınanasına bir dəst qaşıq dəstini göstərmiş və təcili pul lazım olduğu üçün satdığını demişdir. X1 razılaşmış və həmin qaşıq dəstini Asifdən 50 manata almışdır. O həmçinin bildirmişdir ki, sonradan polis əməkdaşları evlərinə gəlmişlər və onlara Asifdən oğurluq əmlak aldıqlarını demişlər, onlar Asifdən aldıqları qaşıq dəstini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişlər, həmin qaşıq dəstinin oğurluq olması barədə məlumatları olmamış, Asif qaşıq dəstini satanda öz evinin əşyası olduğunu və təcili pula ehtiyacı üçün satdığını demişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 18.03.2021-ci il tarixli, 9/911 saylı rəyindən görünür ki, Ekspertiza ekspertiza təyin haqqında qərarda göstərilən 3 adda malların orta istisimar müddəti və orta istisimar intensivliyi parametirlərinə uyğun olaraq 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 340,00 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 3 adda mallar haqqında kifayət qədər məlumat (markası, tutumu və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. (rəyin tədqiq hissəsində malların ayrı-ayrı adları və qiymətləri; 01 ədəd “Samsung” markalı, 81 ekranlı 160 (yüz altmış) manat, Çin istehsalı olan “LTE Panel Anetnna” markalı “AL 1710- 2799X09İ79A” modelli modern aparatın qdəyəri 120 manat, 01 ədəd Türkiyə istehsalı olan iltimat markalı elektrik sobanın qiyməti 60 manat və cəmi 340 manat) İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 08 may 2021- ci tarixli 9/2227 nörməlisaylı rəyindəngörünürki,analoji malların orta texniki göstəriclilərinə əsasən ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən malların (orta istisimar müddəti və orta istisimar intensivliyi parametirlərinə uyğun olaraq nəzəri qaydada) ayrı-ayrı tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir:

1. Zərərçəkmiş şəxs1 məxsus təqdim edilən 3 adda malların 2021-ci iln yanvar ayına olan orta bazar qiyməti 151,0 manat. Digər təqdim edilməyən 3 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü, yaddaş tutumu və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.

2. Zərərçəkmiş şəxs2 Nəsrulla oğluna məxsus təqdim edilən 2 adda malların 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti 100,0 manat. Təqdim edilməyən 4 adda malların orta istisimar müddəti və orta istisimar intensivliyi parametirlərinə uyğun olaraq 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 140,0 manat müəyyən edilir. Digər təqdim edilməyən 12 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü və s) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. (rəyin tədqiq hissəsində malların ayrı-ayrı adları və qiymətləri; Zərərçəkmiş şəxs1 məxsus ekspertizaya təqdim edilən əşyalar: 01 ədəd Çin istehsalı olan “LTE Panel Antena" markalı, “ZLT P21” modelli istifadədə olmuş modem aparatı 25 dəyərində, 01 ədəd Polaris markalı istifadə olunmuş tozsoranın qiyməti 60 manat, 01 bir ədəd Türkiyyə istehsalı olan “Kumtel” markalı “KF5220” model, 1300-W-luq istifadədə olmuş elektrik sobasının qiyməti 30 manat və ümümlikdə 115 manat olduğıı müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 Nəsrulla oğluna məxsus təqdim edilən malların 2021-ci ilin fevral ayına olan qiyymətləri : Koreya istehsalı olan “Daevoo” markalı “KOR-63T” model, ağ rəngli istifadədə olmuş mikradalğalı soba- 50 manat, 01 ədəd Rusiyya istehsalı olan 50 metr ölçülü 4x2 mm ölçülü istifadədə olmuş mis naqilin- 50 manat ümümlikdə 100 manat.Zərərçəkmiş şəxs2 Nəsrulla oğluna məxsus təqdim edilməyən malların 2021-ci ilin fevral ayına olan nəzərə qimətləri : 01 ədəd Russiya istehsalı olan nerjaveykadan olan 5 litirlik paslanmayan samovar -70 manat, 01 ədəd Koreya istehsalı “Marqus” markalı su motoru (gidrofonla birlikdə) - 50, Çin istehsalı olan bağ qayçısı-15 manat və 01 ədəd Çin istehsalı olan elektrik kabeləri 5 manat ümümlikdə 140 manat). İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 30 iyun 2021-ci tarixli 9/3629 nörməlisaylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən üzərində “LBL İtaly” yazıları olan 12 ədəd çəngəl, 12 ədəd yemək qaşığı, 12 ədəd bıçaq, 12 ədəd kiçik ölçülü qaşığı, 01 ədəd böyük ölçülü qaşıq, 01 ədəd böyük ölçülü çəngəl və 01 ədəd çömçədən ibarət dəstin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 50,0 manat müəyyən edilir. Qərarda qeyd edilən 4 adda malların orta istisimar müddəti və orta istisimar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin aprel ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 510,0 manat müəyyən edilir. Digər 2 ədəd işıq gücləndiricisi haqqında ətraflı məlumat (markası, modeli, texniki göstəriciləri və s) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin malların ayrıayrılıqda adları və qiymətləri tədqiqat hissəsində göstərilmişdir. (rəyin tədqiq hissəsində malların ayrı-ayrı adları və qiymətləri; bir dəst qaşıqm qiyməti 50 manat, ekspertizaya təqdim edilməmiş əşyalar: 70 kv metrlik gücündə olan 2016- ci il tarixdə istehsal edilmiş “LG” markalı kondisioner 350 manat, iki ədəd 2018-ci il tarixdə istehsal edilmiş “Polaris” markalı yağ radiatoru - 60 manat, 4 litr həcmində 4 ədəd hər biri 15 manat olan ümümlikdə 60 manat dəyərində ləyən, 4 ədəd 3 litrlik həcmində hər biri 10 manat təşkil edən cəmi 40 manat təşlil eədən alminum qazanlar. Cəmi 510 manat). Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs oğurlayıb tanışı Şahid1 satdığı 01 bir ədəd kağız qutunda içərisində 12 (on iki) ədəd çay qaşıqlar, 12 (on iki) ədəd süfrə bıçaqlar, 13 (on üç) ədəd çəngələr, 13 (on üç) ədəd xörək qaşıqlar iş üçün əhəmiyyət kəsb edtiyindən maddi sübut kimi tanınaraq saxlaılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki,istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs1 evindən oğurladığı 01 ədəd modem apartı, 01 ədəd “Kumutel” marakalı elektrik soba, 01 ədəd “Polaris”markalı tozsoran iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmalı və məhkəmənin nətcəsinə qədər saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs2 evindən oğurladığı 01 ədəd “DAEVO” marakalı mikrodalğayıcı soba, 50 metr uzunluğunda mis materialından olan elketrik naqilləri iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmalı və məhkəmənin nətcəsinə qədər saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan hökmlərin surətlərindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.06.2011-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 14.10.2011-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.06.2011-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə olan əməl CM-nin 185.3.3 maddəsinə tövsüf olunmuş, CM-nin 170.3, 185.3.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Xəzər Rayon Məhkəməsinin 18.03.2013-cü il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 317-2.1 ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 29.12.2016-cı il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 08 ay 19 gün vaxtında əvvəl şərti olaraq azad edilmiş, 18.09.2017-ci ildə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs bu vaxta qədər, o cümlədən hazırki cinayət əməllərini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. İş materiallarında olan 13.05.2021-ci il tarixdə axtarışda olan şəxsin tutulması barədə protokoldan görübür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 13.05.2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 14.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13.05.2021-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonunadək, yəni 05.08.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 27.07.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün müddətinə uzadılmış və həmin məhkəmənin hazırlıq iclasının 12.08.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasıını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 13 may 2021-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd modem apartı, 01 ədəd “Kumutel” marakalı elektrik sobanın, 01 ədəd “Polaris”markalı tozsoranın zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 və iş üzrə maddi sübut olan 01 ədəd “DAEVO” marakalı mikrodalğayıcı sobanın,50 metr uzunluğunda mis materialından olan elketrik naqillərinin Zərərçəkmiş şəxs2 sərəncamlarına verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 02avqust 2021-ci il tarixli (iş № 1(060)- 555/2021) qərarını icra edərək, 05avqust 2021-ci il tarixli 951 saylı orderə əsasən vəkillər Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13.05.2021-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs oğurluyub tanışı Şahid1 qızma satdığı 01 bir ədəd kağız qutunda içərisində 12 (on iki) ədəd çay qaşıqlar, 12 (on iki) ədəd süfrə bıçaqlar, 13 (on üç) ədəd çəngələr, 13 (on üç) ədəd xörək qaşıqları hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd modem apartı, 01 ədəd “Kumutel” marakalı elektrik sobanın, 01 ədəd “Polaris”markalı tozsoranın zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 və iş üzrə maddi sübut olan 01 ədəd “DAEVO” marakalı mikrodalğayıcı sobanın, 50 metr uzunluğunda mis materialından olan elketrik naqillərinin Zərərçəkmiş şəxs2 sərəncamlarına verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxsSumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdikləri 10 saat hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar