Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-555/2022 03.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 59, mənzil 47 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxsistintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 (bir) ədəd 1994-cü ildə Almaniyada zavod üsulu ilə hazırlanmış, “Kalaşnikov” konstruksiyalı, 7.62 mm kalibrli, “AKMC” markalı, “MPİ-KMS-72” modelli, 30 ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik olan, texniki cəhətdən saz və atəşə yararlı olan, AFE-4963 №-li yivli odlu silahı və “Kalaşnikov” konstruksiyalı silahın hissəsi olan darağın içində 27 (iyirmi yeddi) ədəd 1985-ci ildə SSRİ-də (Rusiyada), zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik olan, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC-74Y”) markalı avtomat silahlarda, yivli odlu döyüş silahlarında istifadə etmək nəzərdə tutulmuş, atəşə yararlı olan patronları əldə edib üzərində daşıyaraq saxlamış, 11 mart 2022-ci il tarixdə saat 17:40-da Sumqayıt ŞPİ-nin, 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 17-ci mikrorayon, 59 saylı evin arxasında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən əlində olan göy rəngli sellofana bükülmüş 1 (bir) ədəd 1994-cü ildə Almaniyada zavod üsulu ilə hazırlanmış, “Kalaşnikov” konstruksiyalı, 7.62 mm kalibrli, “AKMC" markalı, “MPİ-KMS-72” modelli, 30 ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik olan, texniki cəhətdən saz və atəşə yararlı olan, AFE-4963 №-li yivli odlu silahı və “Kalaşnikov” konstruksiyalı silahın hissəsi olan darağın içində 27 (iyirmi yeddi) ədəd 1985-ci ildə SSRİ-də (Rusiyada), zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik olan, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC-74Y”) markalı avtomat silahlarda, yivli odlu döyüş silahlarında istifadə etmək nəzərdə tutulmuş, atəşə yararlı olan patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hazırda Sumqayıt şəhəri, 17-ci mikrorayon, bina 59-un zirzəmisində yaşayır. Ailəsindən çoxdandır ki, qeyri rəsmi olaraq ayrılmışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Maddi imkanı çox zəifdir. Təxminən 3 ay əvvəl Sumqayıt şəhəri, 10-cu mikrorayon ilə 47-ci məhəllə arasında yerləşən zibillikdən zibil axtaran zaman 1 ədəd sellofan torbası görüb, sonra həmin sellofanı götürüb açan zaman həmin torbada bir ədəd “Kalaşnikov” silah və onun üzərində olan darağın içində isə 27 ədəd patronun olmasını görmüş, sonra həmin silahı yenidən sellofana qoymuş, daha sonra həmin silahı yaşadığı ünvana gətirmiş və gizlətmişdir. Bundan sonra həmin silahı satmaq istəsə də, müştəri tapa bilməmişdir. 2022ci ilin ferval ayında yaşadığı evi qardaşı satmışdır. O,da ev satılan vaxtı silahı götürüb həmin binanın zirzəmisində gizlətmiş və özü də orada yaşamağa başlamışdır. O, yaşadığı evdə tək yaşadığından heç kimin məlumatı olmamışdır ki, o evdə silah gizlətmişdir. xx.xx.2022-ci il tarixdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxs silahı Xızı rayonundan bir nəfər şəxsin istəməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı zirzəmidə gizlətdiyi silahı götürmüş, sonra onu satmaq üçün Sumqayıt şəhəri, Nura şadlıq sarayının yaxınlığında təyin edilmiş görüş yerinə aparmaq istəyən zaman yaşadığı ünvanın arxa tərəfində olan zaman bir neçə polis əməkdaşı ona yaxınlaşmışlar və üzərində silah gəzdirməyində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-nin, 1-ci PBnə dəvət etmişlər. O da etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da əlində sellofana bükülmüş silahı təqdim etmişdir. Həmin sellofan açılan zaman sellofanın içərisində 1 ədəd silah, 1 ədəd patron darağı və 27 ədəd patron aşkar edilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş silahı 3 ay əvvəl demək əvəzinə səhvən 3 il qabaq Sumqayıt şəhəri, 10-cu mikrorayon ilə 47-ci məhəllə arasında olan zibillikdən tapdığını və həmin silahı satmaq üçün gizlətdiyini bildirmişdir. Həmin silah və patronlar ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs hazırda tötərdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. 11 mart 2022-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda, həmçinin üzərində qanunsuz olaraq silah, onun komplekt hissələrini saxlaması barədə Sumqayıt ŞPİ-nin, 1-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşları Şahid3 və Şahid2 iştirak etmişlər. xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında yəni, ünvan 2 ünvanının yaxınlığında olan zaman saxlanılaraq Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gətirilmişdir. Sumqayıt ŞPİ-nin, 1-ci PB-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçi Elşad İsayevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs də əlində olan göy rəngli sellofana bükülmüş silahı təqdim etmiş, sonra həmin sellofan açılan zaman və içərisindən 1 ədəd “kalaşnikov” markalı silah, içərisində 27 ədəd patron olan 1 ədəd patron darağı olması, həmçinin baxış zamanı silahın üzərində “1994 AFE 4963” seriya yazısı olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, 3 il əvvəl Sumqayıt şəhəri, 10-cu mikrorayon ilə 47 məhəllə arasında yerləşən zibillik ərazisindən tapmasını və satmaq üçün üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd silah və içində 27 ədəd patron olan daraq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Prima” markalı siqaret və 1 ədəd alışqan iş üçün xüsusi əhəmiyyət kəsb etmədiyindən sonuncunun özünə geri qaytarılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd silahdan və içində 27 ədəd patron olan daraqdan başqa qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkəmədə polis baş serjantı Şahid2 Mehman oğlu Şahid1 Pərviz oğlunun ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 11 mart 2022ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–ballistik ekspertizasının 06 aprel 2022-ci il tarixli, 3/351 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd silah - 1994-cü ildə, Almaniyada, zavod üsulu ilə hazırlanmış, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKMC” markalı, “MPİ-KMS-72” modelli, AFE 4963 №-li avtomat silahdır - yivli odlu avtomatik döyüş silahdır - yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş, 24 (iyirmi dörd) ədəd patron - 1985-ci ildə, keçmiş SSRİ-də (Rusiyada), zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik olan, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC-74 Y”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və.s, yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar - döyüş sursatıdırlar və atəşə (istifadəyə) yararlıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 22/228R nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd AFE-4963 №-li, silah, xarici dövlətdə zavod üsulu ilə 1994-cü ildə istehsal olunmuş 7.62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissə və mexanizmlərin üzərində heç bir əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş 01 ədəd əşya, “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan, 30 ədəd 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 27 ədəd patronlar, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar. Qeyd: Tədqiqata təqdim edilmiş 27 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi özünün təqsirini tam etiraf etməsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələsin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanının 13 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli xx/xx-3167 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yuxarıda göstərilən məhkəmə qərarına əsasən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 07 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında saxlanılan 1 ədəd “Kalaşnikov” markalı silah və 24 ədəd patron müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 74 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli (iş № 1(060)-555/2022) qərarını icra edərək, 20 iyun 2022-ci il tarixli 899 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idasrəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut 1 ədəd “Kalaşnikov” markalı silah və 24 ədəd patron müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 74 (yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-555/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-555/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver