Məhkəmə qərarları › İş №1(060)-556/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-556/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-556/2022 21.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1964-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, ST Sumqayıt ev 5 mənzil 3-ə qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxta və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarda artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 3,862 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 14 aprel 2022-ci il tarixdə, saat 20:00-da Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı şübhəli bilinərək Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən Sumqayıt şəhər 43 saylı tam orta məktəbin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasına gətirilmiş və Sumqayıt ŞPİ-nin 5-ci PB-də onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli rezin kəsiyinə bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,862 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 3-4 il olar ki, narkotik vasitə heroini zərdə yandırıb tüstüsünü qəbul edir və heroindən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. O, özü xərçəng xəstəliyindən əziyyət çəkir. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən Sumqayıt şəhər 43 saylı tam orta məktəbin yaxınlığında piyada hərəkətdə olan zaman mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirək özlərini təqdim etmişlər. Daha sonra onun üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 5-ci PB-na aparılacağını bildirmişlər. Həmin vaxt həmin üç nəfərdən biri onun əllərindən möhkəm yapışdıqlarına görə o, öz istifadəsi üçün üzərində gəzdirdiyi heroini üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. Sumqayıt ŞPİ-nin 5-ci PB-da xidməti otaqda onu oraya gətirən polis işçiləri və dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuşdur. O, özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli rezin kəsiyinə bükülmüş heroinə bənzər kütləni təqdim etmiş və həmin bükümün içində heroin olduğunu təhqiqatçıya demişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinin elektron tərəzidə çəkisi çəkilmiş və həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sumqayıt ŞPİ-nin 5-ci PB- da ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Narkotik vasitəni şəxsi istifadəsi üçün istifadə edir, əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan və 5-ci PB-nm sahə rəisi, polis kapitanı Şahid2, həmin bölmənin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3, KTB-nin inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 20:00-da anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən Sumqayıt şəhər 43 saylı tam orta məktəbin yaxınlığında olan zaman saxlamış, həmin şəxsə özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-na dəvət etmiş, sonuncu da heç bir müqavimət göstərmədən onlarla birlikdə 5-ci PB-na gəlmişdir. 5-ci PBda ona hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi İsməli Kazımov təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili İsməli Kazımovun iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X2 tərəfindən aparılmışdır. Baş təhqiqatçı Zaur Ağayev saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi sonuncudan xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli rezin kəsiyinə bükülmüş narkotik vasitə heroin kütləsini, şalvarının sol yan cibindən 01 ədəd qara rəngli “Jinga” markalı mobil telefonu və 01 ədəd 05 manatlıq, 03 ədəd 1 manatlıq pul əskinaslarını çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Həmin 01 ədəd ağ rəngli rezin kəsiyinə bükülmüş kütlə Zaur Ağayev tərəfindən açıldıqda sellofanın içərisindən qəhvəyi rəngli, spesifik iyə malik heroin maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda üzərindən aşkar olunan maddənin narkotik vasitə “kakos” olduğunu, narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində yerləşən su kanalı yaxınlığında yerdən tapdığını və xərçəng xəstəsi olduğuna görə özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin elektron tərəzidə çəkilmiş, maddənin çəkisinin 4,23 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmıış, DİNnin 242 saylı möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən aşkar olunmuş 01 ədəd qara rəngli “Jinga” markalı mobil telefon xüsusi əhəmiyyət kəsb etdiyindən protokola əlavə olunmuş, pul əskinasları isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis kapitanı Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşdə olan” şübhəli şəxsin tutulması” haqqında protokola əsasən Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Zaur Ağayev tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş və saxlanılması üçün Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir.(i.v.17) Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunduğundan xx.xx.2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində həmin tarixdə ‘‘polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 58-59;71-72) İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 11,09.1964-cü il təvəllüdlü, Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, ev 5, mənzil 3-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yuxarıda qeyd olunan əməkdaşlarla birlikdə sonuncunun üzərinə şəxsi axtarış keçirilmişdir. Belə ki, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 yazdığı raporta əsasən, Təqsirləndirilən şəxs "arkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən Sumqayıt şəhər 43 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq bölməyə gətirilmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xidməti otağında saat 20:35-də ekspert-kriminalist tərəfindən «Samsung» markalı mobil telefonun videokamerası işə salınmışdır. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu bildirərək, ona Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuş və şəxsi vəkili varsa, dəvət oluna biləcəyi təklif olunmuşdur. Əflatun vəkil Kazımov isməli Əlican oğlunun onun hüquqlarını müdafiə etməsinə etirazı olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunaraq, buna etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə ona üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli rezin kəsiyinə bükülmüş kütləni və həmin şalvarın sol yan cibindən bir ədəd qara rəngli «jinga» markalı mobil telefonu, həmçinin bir ədəd 5 manatlıq, üç ədəd 1 manatlıq pul əskinazlarını təqdim etmişdir. Həmin bükülünü açdıqda içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Ondan həmin bükümdə olan kütlənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan «kakos» olduğunu bildirmiş, ondan həmin kütləni haradan əldə etməsi və nə məqsədlə üzərində saxlaması soruşulduqda, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisindən keçən su kanalının yaxınlığından tapdığını və xərçəng xəstəsi olduğu üçün özü istifadə etmək məqsədilə üzərində saxladığını, həmin narkotik vasitədən biraz özü istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər kütlə olan büküm onun öz iştirakı ilə «Aosai» markalı elektron tərəzidə çəkilmiş, tərəzidə çəkilərkən həmin kütlənin ümumi çəkisinin 4,23 qram olması müəyyən edilmişdir. Həmin bükümdə olan kütlə maddi sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq DİN-in 242 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyalar aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «jinga» markalı mobil telefon götürülərək protokola əlavə olunmuş, lakin üzərindən aşkar olunmuş bir ədəd 5 manatlıq, üç ədəd 1 manatlıq əskinazlardan ibarət olan 8 (səkkiz) AZN pul iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Videoçəkiliş saat 20:46-da başa çatmışdır. Tədbir zamanı «Samsung» markalı mobil telofon vasitəsi ilə çəkilmiş görüntülər diskə köçürülərək protokola əlavə olunmuş, protokolun tərtib edilməsi saat 20:50-da başlanmış, saat 21:10-da qurtarmışdır.(i.v 26-27) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fizikikimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2142 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 242 dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,862 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısına daxildir.(i.v 38-42) İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2451 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Norkamaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 93-94) Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş 3,862 qram narkotik vasitə heroin maddi sübüt kimi tanınmış, tədqiqatdan sonra qahq qalmış 3,812 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v 98-99) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 97) Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan- tədqiqatdan sonra qalıq qalmış 3,812 qram narkotik vasitə olan heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut– tədqiqatdan sonra qalıq qalmış 3,812 qram narkotik vasitə olan heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) . köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar