Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-556/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Salyan rayonu, Parça Xələc kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını tələb etmək məqsədilə tanışı Zərərçəkmiş şəxs onun tərəfindən çəkilmiş fotoşəkillərini sosial şəbəkələrdə paylaşaraq sonuncu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib bunun müqabilində Zərərçəkmiş şəxs 21 fevral 2023-cü il tarixdə 300 manat pul tələb edərək, 21 fevral 2023-cü il tarixdə saat 13:40 dəqiqədə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən «Pioneer» marketin yaxınlığında Zərərçəkmiş şəxs ilə görüşüb 300 manat məbləğində əmlakını hədə- qorxu ilə tələb etməklə ələ keçirdikdən sonra Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Sumqayıt şəhəri, 45ci məhəllə ərazisində yerləşən «Pioneer» marketin yaxınlığında saxlanılaraq Polis İdarəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən üzərində A23435062, C39782773 və C35183685 seriyalı yazılar olan 03 ədəd 100 (yüz) manatlıq pul əskinasları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs bir müddətdir ki, tanıyır. Belə ki, İlahə geyim mağazasında işləmiş və o, həmin yerə alış-veriş üçün gedən zaman tanışlığı yaranmışdır. Bu səbəbdən də onun mobil nömrəsi onda olmuşdur. Onunla bəzən mobil telefonda görüntülü danışıqları da olmuşdur. Son zamanlar onun bir qədər borcları olduğundan və anası xəstə olduğundan pula ehtiyac yaranmış və pul əldə etmək məqsədi ilə İlahə ilə növbəti görüntülü danışıqlarından birində o, onun telefonda olan görüntüsü əks olunan ekran şəklini çəkib özündə saxlamışdır. Daha sonra isə pul əldə etmək məqsədilə İlahəyə guya onun fotoşəkillərinin onda olduğunu və onu paylaşacağını bildirib hədə-qorxu gəlmişdir. Bunun müqabilində isə 300 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra İlahə onun təklifi ilə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 13:40 radələrində İlahə ilə əvvəlcədən razılaşdqları Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən «Pioneer market»in yaxınlığında o, onunla görüşüb 03 ədəd 100 manatlıq əskinaslar olan 300 manat pulu ondan almışdır. O, oradan uzaqlaşmaq istəyərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər və Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb etməyi barədə onun müraciəti üzrə aparılan araşdırma ilə əlaqədar olaraq şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər. O, onlara etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Polis İdarəsində xidməti otaqlardan birində təhqiqatçı ona hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkil təqdim etmiş, sonra üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd “Samsung” markalı mobil telefonu, sol iç cibində saxlamış olduğu 01 ədəd qara rəngli qulaqcığı, həmçinin əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxlamış olduğu 03 ədəd 100 manatlıq pul əskinasını və sağ yan iç cibində saxlamış olduğu 01 ədəd mənzilinin açarını təqdim etmişdir. Daha sonra Zərərçəkmiş şəxs aldığı və üzərində A23435062, C39782773 və C35183685 seriyalı yazılar olan 03 ədəd 100 manatlıq pul əskinası ilə üzərindən aşkar olunmuş 03 ədəd 100 manatlıq pul əskinaslarının uyğunluğu yoxlanılmış və eynilik təşkil etmişdir. Daha sonra sorğu zamanı o, həmin pulları özünün borcları olduğu üçün, həmçinin anası xəstə olduğundan pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs guya onun şəkillərini paylaşacağı adı ilə aldığını, Zərərçəkmiş şəxs onun işlədiyi geyim mağazasından tanıdığını, onunla dost münasibətində olduğunu, bu səbəbdən də mobil nömrəsini əldə etdiyini, həmçinin Zərərçəkmiş şəxs fotoşəkillərini onunla görüntülü danışan zaman əldə etdiyini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirtdiyini bildirmişdir. İlahədən bir dəfə pul tələb etmişdir. İlk dəfə olaraq, anası xəstə olduğu üçün və borcu olduğu üçün belə hərəkətə yol vermiş, bundan öncə bu kimi fəaliyyətlə məşğul olmamış, törətdiyi əməldən peşmandır və gələcəkdə bir daha belə qanun pozuntularına yol verməyəcəkdir, İİ Qarabağ-Vətən müharibəsi iştirakçısıdır, qazidir, döyüşlərdə fərqləndiyinə görə medallarla təltif olunmuşdur, xəstə olan anası da onun himayəsindədir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən ona cəza təyin olunarkən qeyd olunan halların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadasində göstərdi ki, təxminən 2 ildir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Brend House” geyim mağazasında kassir işləyir. Bir müddətdir ki, mağazaya müştəri kimi gəlib-gedən Pərvin adlı şəxslə tanışlığı yaranmışdır. Belə ki, mağazada işləyən işçilərə mobil telefon işlətmək qadağan olunduğundan lazım olan vaxt onun mobil telefonundan zəng etmək üçün istifadə olunmuşdur. Mağazada satıcı işləyən qadın iş yoldaşlarından biri ilə Pərvin adlı şəxsin münasibətləri yarandığından həmin xanım bəzən Pərvinlə onun mobil nömrəsi ilə telefon əlaqəsi saxlamışdır. Bu səbəbdən də onun mobil nömrəsi Pərvin adlı şəxsdə olmuşdur. Bundan sonra onlar hərdən bir telefonla görüntülü olaraq danışmağa başlamışlar. Bir müddətdən sonra Pərvin ona bildirmişdir ki, onunla telefonla danışarkən onun fotoşəkillərini «screen» edib özündə saxlayıb. Pərvin ona şəkillərini sosial şəbəkələrdə paylaşacağı ilə hədə-qorxu gəlib 300 manat pul tələb etməyə başlamışdır. O, bir neçə dəfə ona zəng edib pul tələb etməyə başladığı üçün o, artıq Pərvinin ona qarşı olan təzyiqlərindən, hədə-qorxu gəlməsindən qorxduğundan və ailəsi ilə hər hansı problem yaranmasın deyə o, Sumqayıt ŞPİ-yə ərizə ilə müraciət etmişdir. Bundan sonra o, Pərvinlə əlaqə saxlayıb istədiyi 300 manat pulu ona verə biləcəyini bildirmişdir. Onun Pərvinə verəcəyi 03 ədəd 100 manatlıq pul əskinaslarının nömrələri yazılaraq fotoşəkilləri çəkilmişdir. O, Pərvinlə 21 fevral 2023-cü il tarixdə saat 13:40 dəqiqədə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən «Pioneer» marketin yaxınlığında görüşmüşdür. O, orada Pərvinə ondan istədiyi 300 manat pulu vermişdir. Pərvin ondan pulu alıb oradan uzaqlaşarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs ona heç bir şəkil göstərməmiş, həmin şəkillərin özündə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onunla görüşüb ondan 300 manat pulu alarkən onun yanında başqa şəxslər olmamışdır. Yəni həmin vaxt Pərvin tək olmuş, onun yanında və ətrafda onu gözləyən heç kim olmamışdır. O, Pərivinin ona qarşı olan təzyiqlərindən, hədə-qorxu gəlməsindən qorxduğundan və ailəsi ilə hər hansı problem yaranmasın deyə o, Sumqayıt ŞPİ-yə ərizə ilə müraciət etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Buna görə də onun barəsində yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, hal-hazırda Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nə ərizə ilə müraciət edərək Pərvin adlı şəxsin guya onun fotoşəkillərinin başqa şəxs tərəfindən çəkilərək montaj edildiyini, sosial şəbəkələrdə paylaşılacağını bildirərək həmin şəkillərin paylaşılmaması müqabilində ondan hədə-qorxu ilə 300 manat pul tələb etməsini bildirmişdir. Qeyd edilən ərizə əsasında Sumqayıt ŞPİ-nin TŞ-də araşdırma aparılmış və verilmiş tapşırıq üzrə həmin şəxsin xx.xx.1999-cu ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Parça Xələc kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağlar massivi, tərdi evdə yaşayan, əvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs qanunazidd əməllərinin müəyyən edilərək onu ifşa etmək məqsədilə təxirəsalınmaz əməliyyat tədbiri keçirilməsi ilə əlaqədar onun Zərərçəkmiş şəxs hədəqorxu ilə tələb etdiyi 300 manat pulun ona verilməsi üçün onlar tərəfindən üzərində A23435062, C39782773 və C35183685 seriyalı yazılar olan 03 ədəd 100 manatlıq pul əskinası Zərərçəkmiş şəxs müvafiq qaydada sənədləşdirilərək təqdim edilmiş, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həmin 03 ədəd 100 manatlıq pul əskinasını vermək üçün qabaqcadan razılaşdıqları Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Pioner market”in yaxınlığında xx.xx.2023-cü il tarixdə saat 13:40 radələrində görüşüb Zərərçəkmiş şəxs qeyd olunan pulu Təqsirləndirilən şəxs verən zaman sonuncu onlar tərəfindən saxlanılaraq Polis İdarəsinə dəvət edilmişdir. O, buna etiraz etməmişdir. Qeyd edilən tədbirdə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, kiçik inspektorlar: polis serjantı Şahid4 və polis serjantı Şahid3 iştirak etmişdir. Xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X2 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd “Samsung” markalı mobil telefonu, sol iç cibində saxlamış olduğu 01 ədəd qara rəngli qulaqcığı, həmçinin əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxlamış olduğu 03 ədəd 100 manatlıq pul əskinasını və sağ yan iç cibində saxlamış olduğu 01 ədəd mənzilinin açarını təqdim etmişdir. Daha sonra ona təqdim olunması üçün Zərərçəkmiş şəxs verilmiş və üzərində A23435062, C39782773 və C35183685 seriyalı yazılar olan 03 ədəd 100 manatlıq pul əskinası ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd 100 manatlıq pul əskinaslarının uyğunluğu yoxlanılmış və eynilik təşkil etmişdir. Daha sonra sorğu zamanı Təqsirləndirilən şəxs həmin pulları özünün borcları olduğu üçün, həmçinin anası xəstə olduğundan pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs guya onun şəkillərini paylaşacağı adı ilə aldığını, ilk dəfə ondan 300 manat pul aldığını, daha sonra ikinci dəfə pula ehtiyac olduğundan yenidən ondan 300 manat pul istədiyini, Zərərçəkmiş şəxs onun işlədiyi geyim mağazasından tanıdığını, onunla dost münasibətində olduğunu, bu səbəbdən də mobil nömrəsini əldə etdiyini, həmçinin Zərərçəkmiş şəxs fotoşəkillərini onunla görüntülü danışan zaman əldə etdiyi, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirtdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd "Samsung” markalı mobil telefonu, həmçinin əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxlamış olduğu 03 ədəd 100 manatlıq pul əskinası təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. İstintaq zamanı şahidlər - Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları Şahid2 Varaşil oğlu, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. İş materiallarında olan “Pul vəsaitinin təhvil verilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Pərvin adlı şəxsin qanunazidd əməllərinin müəyyən edilərək onu ifşa etmək məqsədilə təxirəsalınmaz əməliyyat tədbiri keçirilməsi ilə əlaqədar Pərvin adlı şəxsin Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdiyi 300 manat pulun ona verilməsi üçün üzərində A23435062, C39782773 və C35183685 seriyalı yazılar olan 03 ədəd 100 manatlıq pul əskinası Zərərçəkmiş şəxs təqdim edilmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:40-da Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Pioner” marketin yaxınlığında saxlanılmışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X2 təqdim edilmiş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd “Samsung” markalı mobil telefonu, sol iç cibində saxlamış olduğu 03 ədəd 100 manatlıq pul əskinasını və sağ yan iç cibində saxlamış olduğu 01 ədəd mənzilinin açarını təqdim etmişdir. Daha sonra CAŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs təqdim olunması üçün Zərərçəkmiş şəxs verilmiş üzərində A23435062, C39782773 və C35183685 seriyalı yazılar olan 03 ədəd 100 manatlıq pul əskinası ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd 100 manatlıq pul əskinaslarının uyğunluğu yoxlanılmış və eynilik təşkil etmişdir. Daha sonra sorğu zamanı Təqsirləndirilən şəxs həmin pulları özünün borcları olduğu üçün, həmçinin anası xəstə olduğundan pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs guya onun şəkillərini paylaşacağı adı ilə aldığını, daha sonra ikinci dəfə pula ehtiyac olduğundan yenidən ondan 300 manat pul istədiyini, Zərərçəkmiş şəxs onun işlədiyi geyim mağazasından tanıdığını, onunla dost münasibətində olduğunu, bu səbəbdən də mobil nömrəsini əldə etdiyini, həmçinin Zərərçəkmiş şəxs fotoşəkillərini onunla görüntülü danışan zaman əldə etdiyini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirtdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Samsung” markalı mobil telefonu, həmçinin əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxlamış olduğu 03 ədəd 100 manatlıq pul əskinası protokollaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında həmin diskə baxış keçirilmiş və göstərilən xüsusatlar öz təsdiqini tapmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən “Samsung” markalı mobil telefon aparatı smartfon tipli, arxa tərəfi qara rəngli, sensor ekranlı telefon aparatıdır. Telefonda olan məlumatlara baxmaq üçün əvvəlcə telefon sağ yan tərəfindəki düyməni sıxmaqla açıq vəziyyətə gətirilmişdir. Daha sonra SMS-lər, qaralama yazılar, qeydlər, qalereya və vvhatsapp tətbiqi olan qovluqlar açılmışdır. Qeyd edilən qovluqlara baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı sms, şəkil və ya videogörüntü aşkar edilməmişdir. Eyni zamanda telefonda kontaklar qovluğuna da baxış keçirilmiş və şübhəli adlar olan telefon nömrəsi aşkar edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ - Vətən Müharibəsində iştirak etmiş və “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində dediklərini Təqsirləndirilən şəxs üzünə qarşı da demişdir. İş materiallarında olan Salyan rayonu Prça Xələc kənd İƏD-nin nümayəndəsinin 166 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd 100 manatlıq pul əskinasları və şəxsi axtarış keçirilməsi barədə video görüntüləri əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 178, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 180.2.1 və 186-cı maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, əməlindən peşman olması, İİ Qarabağ-Vətən Müharibəsi iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Ancaq məhkəmə işin hallarını, onun ailə vəziyyətini, İİ Qarabağ-Vətən Müharibəsində iştirakını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı çəkmədən də islah oluna bilər. Ona görə də, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi və ona təyin edilən cəzanı sınaq müddəti müəyyən etməklə şərti olaraq tətbiq etməyi məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində yaşadığından onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Salyan Rayon Probasiya Şöbəsinə həvalə edilməli və onun üzərinə həmin orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 03 ədəd 100 manatlıq əskinaslar Sumqayıt Şəhər Polis İdarəsinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə tutularaq saxlanmış və xx.xx.2023-cü il tarixdə azad olunmuşdur. Onun tutularaq saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdən 22 fevral 2023-cü il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün müddət təyin edilən cəzadan çıxılsın və ona təyin edilən azadlıqdan məhrumetmə cəzası qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Salyan Rayon Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 03 ədəd 100 manatlıq əskinaslar Sumqayıt Şəhər Polis İdarəsinə qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1(060)-556/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-556/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver