Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-556/2025 28.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, ünvan 3ü ilə Azərbaycan Respublikası CM-in 177.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərində çəkilməmiş 03 (üç) il 08 (səkkiz) ay 13 (on üç) gün müddətə azadlığın məhdudlaşdırılması olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə edilməklə xuliqanlıq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, ictimai qaydanının pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o 20 aprel 2025-ci il tarixdə, saat 00:30 radələrində, orta dərəcəli sərxoş vəziyyətində olarkən ünvan 4 ünvanın qarşısından keçən Bakı-Quba yolunun kənarında həmin vaxtı orada yolun kənarında olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ucadan səs-küy salmaları və nalayiq ifadələr işlətmələrini bəhanə edərək irad bildirdikdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 həmin yerdən kənarlaşmış, bundan sonra o, Zərərçəkmiş şəxs1 yaxınlaşıb “burada nə edirsiz” soruşduqda Zərərçəkmiş şəxs1 keçmiş iş yoldaşına baş çəkməyə gəldiklərini bildirmiş, bundan sonra o, özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq elmək üçün, heç bir əsaslı səbəb olmadan ətrafında olan insanlara laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək həmin yerdən bir qədər aralıda yerləşən evinin qarşısında saxlanmış vəziyyətdə olan «Kamaz» markalı avtomobildən götürdüyü təkər lingini silah qismində istifadə etməklə yolun kənarında dayanmış vəziyyətdə Zərərçəkmiş şəxs2 istifadəsində olan «Opel Astra» markalı **-XG-*** qeydiyyat nişanlı avtomobilini zədələmək istəyərkən onun qarşısını almağa cəhd edən Zərərçəkmiş şəxs1 baş və sol gicgah nahiyyələrinə silah qismində istifadə eldiyi təkər lingi ilə qəsdən zərbələr vurub sonuncuya sol qulaqaltı-çeynəmə nahiyyəsinin yarası, sol qulaq seyvanın qulaqarxası nahiyyəni tutan qançırı-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, sol kürəküstü nahiyyənin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bundan sonra silah qismində istifadə etdiyi təkər lingi ilə qəsdən orada olan «Opel Astra» markalı 77-XG- 912 qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsi, arxa baqaj şüşəsi, ön sol qapı şüşəsi, arxa sağ qapı şüşəsini sındırmaqla və avtomobilin arxa sağ qanadına vurub əzməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 765 manat maddi ziyan vurmuş, həmin vaxtı avtomobildən düşən onun bu hərəkətlərinin qarşısını almağa cəhd edən Zərərçəkmiş şəxs2 baş və bədən nahiyyələrinə silah qismində istifadə etdiyi təkər lingi ilə qəsdən zərbələr vurub sonuncuya alnın, sol təpə nahiyyəsinin, sağ qulaq seyvanının, hər iki baldırın, sağ bazunun sıyrıqları, ənsə-boyun nahiyyəsinin və sağ bazunun qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər xurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bundan sonra onun bu hərəkətlərinin qarşısını almağa cəhd edən digər şəxs Zərərçəkmiş şəxs3 məhəl qoymayaraq onun baş və sol qol nahiyyələrinə silah qismində istifadə etdiyi təkər lingi ilə qəsdən zərbə vurub sonuncuya sağ dirsəyin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025ci il tarixdə saat gecə saatlarında yaşadığı Bakı-Quba yolunun qarşısında yerləşən həyətdə olan zaman küçədə səs-küy və nalayiq söyüşlər eşilmişdir. O, küçəyə çıxmış və küçədə yolun kənarında dayanmış «Opel» markalı avtomobilin yaxınlığında 4 nəfər şəxşin bir-birləri ilə mübahisə edərək söyüş söydüklərini görmüşdür. O, həmin şəxslərə yaxınlaşmış, onlara burada yaşayış evlərinin olduğunu üçün söyüş söyməmələrini demişdir. O, həmin şəxslərin hərəkətlərindən sərxoş olduqlarını hiss etmişdir. Onun özü də bir qədər əvvəl pivə içmişdir. Həmin şəxslər onun sözündən sonra yaxınlıqda yerləşən avtobus dayanacağına getmişlər, lakin avtomobil yolun kənarında qalmışdır. O, da həmin şəxslərin arxasınca getmiş, dayanacağın yanındakı köşkdən siqaret almaq üçün həmin şəxslərin arxasınca getmişdir. Geri qayıdan zaman həmin şəxslərdən biri sonradan adını Samir olan şəxs onun tutduğu irad xoşuna gəlmədiyi üçün ona öz etirazını bildirmiş və üzərinə gəlmişdir. Lakin, onu vurmamışdır. Həmin şəxsin onu vuracağını zənn etdiyi üçün evinin yaxınlığında qardaşı Rüfətə məxsus dayanmış xəziyyətdə olan «Kamaz» markalı avtomobilin salonundan dəmir montirovkanı götürmüşdür. Həmin şəxsləri qorxutmaq üçün yolun kənarında dayanmış sonunculardan birinə məxsus «Opel» markalı avtomobilin arxa, sol yan və sağ arxa yan şüşəsini həmin monliroka ilə vurub sındırmışdır. Həmin şəxslər onun bu hərəkətini görüb onun üstünə gəlmişlər. O, ilk olaraq Samir bildiyi şəxsin başına və boyun nahiyyəsinə montirovka ilə zərbələr vurmuş və nəticədə Samir yerə yıxılmışdır. Daha sonra orada olan sonradan adını Əli bildiyi şəxs onun üstünə gəlmiş və Əliinin başına və bədəninə montirovka ilə bir neçə zərbə vurmuşdur. Həmin vaxta qədər onu vuran olmamışdır. Bir qədər sonra sonradan adını Gündüz bildiyi şəxs arxadan onu vurmuş, o da Gündüzün başına və bədəninə vurmuşdur. Həmin vaxt evdə olan böyük qardaşı Rüfət səs-küyə gəlmiş və onu həmin şəxslərdən ayırmışdır. Daha sonra hadisə yerinə PPX işçiləri gəlmişlər və onu saxlayıb Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirmişlər. Hadisə təxminən 30 dəqiqə davam etmişdir. Hadisə vaxtı orada sonradan adlarını bildiyi Samir, Gündüz, Əli və oradan gedən iki nəfər tanımadığı şəxs olmuşdur. İlk əvvəl dörd nəfər görmüşdür, sonradan bir nəfərin də avtomobildə olmasını, yəni beş nəfər olmalarını müəyyən etmişdir. Hadisənin baş verməsinə səbəb həmin şəxslərin yaşadığı ünvanın qarşısında səs-küy yaratmaları və nalayiq küçə söyüşləri söyməkləri üçün onlara tutduğu iradın həmin şəxslərin xoşlarına gəlməməsi olmuşdur. Həmin şəxslərin onun üstünə gəldiklərini görən zaman o, həmin şəxslərin onu döymək istədiklərini düşünmüş və özünü qorumaq üçün montirovka ilə onları vurub xəsarət yetirmiş, eyni zamanda onların birinə məxsus avtomobili də zədələmişdir. Hadisə baş verən zaman sifətində və alın nahiyyəsində olan xəsarətləri hadisədən bir qədər öncə yıxılaraq almışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələblərinin və şikayətlərinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində həmyerliləri və dostları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X3 və Rövşənlə birlikdə danışmış və Bakı şəhəri 20 Yanvar metrosu yaxınlğında yerləşən “Mağara” kafesində onlaran bir neçəsi spirtli içki qəbul edərək çörək yemişlər. Onlar söhbət zamanı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yaşayan keçmiş iş yoldaşları Rəşad Məmmədovla haləhval tutmaq üçün zəng etsələr də, Rəşada zəng çatmamışdır. Buna görə də onlar Rəşada baş çəkmək üçün sonuncunun yaşadığı ünvana getməyə qərar vermişlər. Onlar yeəm yeyib kafedən çıxdıqdan sonra təxminən saat 00:15 radələrində Əli, Gündüz, Eldar və Rövşən Əliyə məxsus “Opel Astra" markalı. **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşmişlər. Eldar spirtli içki qəbul etmədiyi üçün avtomobili idarə etmiş və onları Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə gətirmişdir. Onlar Rəşadın evinin yanından keçdiklərini görüb Eldara geri qayıtmasını demişlər. Lakin, Eldar sabah tezdən müdirin maşını ilə Ağcabədi rayonuna qayıdacağını demiş və avtomobili saxlayaraq arıq gec olduğunu və taksi ilə şəhərə qayıdacağını bildirmişdir. Buna görə də avtomobildən düşmüşdür. Onlar Eldara düzgün hərəkət etmədiyini və hamısının içkili olduğu üçün onları qoyub getməməsini bildirmişlər. Lakin, Eldar şəhərə qayıtmaq üçün taksi çağırmış və buna görə də aralarında danışmışlar. Həmin vaxt bir qədər ucadan danışdıqları üçün yaxınlıqda olan həyətdən bir nəfər şəxsin onlara irad bildirərək küçədə sakit olmalarını tələb etmişdir. İrad bildirən şəxsin Emin və ya onun qardaşı olmasını dəqiq bilmirlər. Onlar narahatçılığa görə üzr istədiklərini bildirərək yaxınlıqda yerləşən dayanacağa doğru getmişlər. Lakin, Əli maşında qalmışdır. Eldar və Rövşən sifariş etdikləri taksiyə əyləşib getmişlər. O, Gündüzlə dayanacaqda yerləşən köşkün yanında olan zaman Emin onlara yenidən yaxınlaşmış, təkrarən burada nə etdiklərini soruşmuş, onlar Rəşad adlı tanışının evinə gəldiklərini, lakin evin ünvanının səhv saldıqlarını demişlər. Emin heç bir söz demədən geri dönüb iti surətlə getmişdir. Onlar heç nədən şübhələnməmişlər. Emin evlərinin qarşısında dayanmış “Kamaz” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən nəsə götürmüş, Əlinin olduğu avtomobilə tərəf gedən zaman o da avtomobilə tərəf getmişdir. O, Eminin əlində dəmir montirovka olduğunu görmüş və sonuncunun avtomobilə zərər yetirmək istədiyini düşündüyü və onun qarşısını almaq üçün avtomobilin yanına gəlmiş, bu zaman Emin əlində olan dəmir montirovka ilə onun başına və sol gicgah nahiyyəsinə zərbə vurmuşdur. Nəticədə o, başının sol yan tərəfindən xəsarət almışdır. X9 məxsus “Opel Astra” markalı avtomobilinə yaxınlaşaraq onun arxa və qabaq şüşəsinə, qabaq sağ və sol yan şüşələrinə vuru sındırmışdır. Ona görə də Əli avtomobildən düşmüş və Eminin qarşısını almaq istəmiş, lakin Emin əlində olan dəmir montirovka ilə Əlinin başına və boynuna zərbələr endirmişdir. Gündüz sakitləşmək üçün Eminin üzərinə gedib saxlamağa çalışmışdır. Həmin vaxt Eminin sonradan adını bildikləri Rüfət adlı qardaşı gəlmiş, Eminin içkili olduğunu və ona fikir verməməyi bildirmişlər. Emin Əliyə məxsus avtomobilə zərər yetirdiyi zaman o, hadisə barədə 102 xidmətinə müraciət etmişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşı gəlmiş və Emini saxlayıb avtopatrula mindirmişlər. Sonra isə o, Əli və Gündüz PB-nə gəlmişlər. Onlar müayinə olunmaları üçün Sumqayıt şəhər TTYXna müraciət elmişlər. Onlara tibbi yardım göstərilmiş və daha sonra PB-nə qayıtmışlar. Hadisə 20 aprel 2025-ci il tarixdə, saat 00:30 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivi, Bakı-Quba yolunun kənarında baş vermiş və təxminən 20 dəqiqə davam etmişdir. Hadisə yerində onlardan başqa kimsə olmamış, daha sonra Eminin qardaşı Rüfət, bir qədər sonra isə PPX əməkdaşları gəlmişlər. Hadisə zamanı Emini vurmamışdır. Emin sərxoş halda heç bir səbəb olmadan onlara yaxınlaşıb, yüksək səslə danışdıqları üçün onlara iradını bildirmiş, onlar üzrxahlıq etmələrinə baxmayarq sonradan Emin dəmir montirovkanı götürüb onlara müxtəlif bədən xəsarətləfri yetirmiş, eyni zamanda Əliyə məxsus minik avtomobilinə zərər vurmuşdur. Bundan əlavə Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmiş və təqsirləndirilən şəxsə cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində həmyerliləri və dostları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X3 və Rövşənlə birlikdə görüşmüşlər. Daha sonra Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında yerləşən "Mağara" kafesində onlardan bir neçəsi spirtli içki qəbul edərək çörək yemişlər. Söhbət zamanı onlar hal-əhval tutmaq üçün Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yaşayan keçmiş iş yoldaşları olan Rəşad Məmmədova zəng etmişlər, lakin Rəşada zəng çatmamışdır. Buna görə də onlar Rəşadın yaşadığı ünvana getməyi və ona baş çəkməyə qərar vermişlər. Onlar yemək yeyib kafedən çıxdıqdan sonra təxminən saat 00:15 radələrində o, Samir, Gündüz, Rövşən və Eldar onun etibarnamə ilə idarə etdiyi "Opel Astra" markalı, 77-XG- 912 dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşmişlər. Eldar spirtli içki qəbul etmədiyi üçün avtomobili idarə etmiş və onları Sumqayıt şəhəri. H.Zeynalabdin qəsəbəsinə gətirmişdir. Onlar Rəşadın evinin yanından keçdiklərini görüb Eldara geri qayıtmasını demişlər. Lakin Eldar sabah tezdən müdirin maşını ilə Ağcabədi rayonuna qayıdacağını demiş və avtomobili saxlayıb gec olduğunu və taksi ilə şəhərə qayıdacağını onlara demişdir. Daha sonra Eldar avtomobildən düşmüşdür. Onlar Eldara düzgün hərəkət etmədiyini və hamısının içkili olduğunu deyib onları qoyub getməməsini bildirmişlər. Lakin Eldar şəhərə qayıtmaq üçün taksi çağırmış və buna görə də aralarında danışmışlar. Həmin vaxt bir qədər ucadan danışdıqları üçün yaxınlıqda olan həyətdən bir nəfər şəxsin onlara irad bildirərək küçədə sakit olmalarını tələb etmişdir. İrad bildirən şəxsin Emin və ya onun qardaşı olmasını dəqiq bilmirlər. Onlar narahatçılığa görə üzr istəmişlər. Daha sonra Samir və Gündüz qarşıda bir az aralıda dayanacağın yanında yerləşən köşkə getmişlər. Eldar və Rövşən artıq taksiyə minib getmişdilər. O, isə avtomobildə arxa oturacaqda oturmuşdur. Bir qədər sonra kiminsə avtomobilin şüşələrinin sındırdığını görmüşlər. Buna görə də avtomobildən düşən zaman sonradan adının Emin olduğunu bildiyi şəxsin əlində dəmir montirovka ilə avtomobilinin şüşələrini sındırdığını görmüşlər. O, Eminin qarşısını almaq istəyən zaman sonuncu əlindəki montirovka ilə onun başına və bədəninə zərbələr vurmuşdur. Həmin vaxt oraya gələn Gündüz Emini sakitləşdirmək üçün arxadan onu tutmuşdur. Lakin, Emin əlindəki dəmir montiroka ilə Gündüzü də vurmuşdur. Həmin vaxt Eminin sonradan adını bildikləri Rüfət adlı qardaşı oraya gəlmiş, Eminin içkili olduğu üçün ona fikir verməməyi bildirmişdir. Emin ona məxsus avtomobilə zərər yetirdiyi zaman Samir hadisə barədə 102 xidmətinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər və Emini saxlayaraq avtopatrula mindirmişlər. Daha sonra isə polislər onları PBnə gətirmişlər. Onlar müayinə olunmaq üçün Sumqayıt şəhər TTYX-na müraciət etmişlər və onlara tibbi yardım göstərilmiş, daha sonra PB-nə qayıtmışlar. Hadisə yerində onlardan başqa kimsə olmamış, daha sonra Eminin qardaşı Rüfət, bir qədər sonra isə PPX əməkdaşları gəlmişlər. Emin əlində olan dəmir monlirovka ilə onun başına, boynuna və qollarına zərbə vurmuşdur. Eminə zərbə yetirməmiş, sadəcə sakitləşdirmək üçün onun əlqolunu tutmaq istəmişdir. Emin dəmir montiroka ilə onun etibarnamə ilə idarə eldiyi “Opel Asıra" markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq və arxa, sol yan qabaq və arxa sağ şüşələri, həmçinin sağ arxa qanadına vuraraq avtomobilə maddi ziyan vurmuşdur. O, avtomobilini Bakı şəhəri, Z.Bünyatov prospektində yerləşən «X5» avtomobil emalatxanasında təmir etdirmişdir. Avtomobilin təmir xərcləri ümumilikdə 765 manat təşkil etmiş və həmin xərci o, özü ödəmişdir. Ona dəymiş maddi ziyan ümumilikdə 765 manat təşkil edir və ona heç bir məbləğdə maddi ziyan ödənilməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmiş və təqsirləndirilən şəxsə cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində həmyerliləri və dostları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, X3 və Rövşənlə birlikdə görüşmüşlər. Dah asonra Bakı şəhəri, 20 yanvar metrosu yaxınlğında yerləşən “Mağara” kafesində bir neçəsi spirtli içki qəbul edərək yemək yemişlər. Onlar söhbət zamanı hal əhval tutmaq üçün Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yaşayan keçmiş iş yoldaşları Rəşad Məmmədova zəng etsələr də, Rəşada zəng çatmamışdır. Onlar Rəşadın yaşadığı ünvana gedərək ona baş çəkməyə qərara almışlar. Onlar yemək yeyib kafedən çıxdıqdan sonra təxminən saat 00:15 radələrində Əli, Samir, Eldar və Rövşən Əliyə məxsus “Opel Astra” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə əyləşmişlər. Eldar spirtli iki qəbul etmədiyi üçün avtomobili idarə etmiş və onları Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə gətirmişdir. Onlar Rəşadın evinin yanından keçdiklərini görüb Eldara geri qayıtmasını demişlər. Lakin, Eldar sabah tezdən müdirin maşını ilə Ağcabədi rayonuna qayıdacağını demiş və maşını saxlayıb gec olduğunu, taksi ilə şəhərə qayıdacağını bildirmişdir. Daha sonra maşından düşmüşdür. Onlar Eldara düzgün hərəkət etmədiyini və onları içkili halda qoyub getməmələrini bildirmişlər. Lakin, Eldar şəhərə qayıtmaq üçün taksi çağırmış və buna görə də aralarında danışmışlar. Həmin vaxt bir qədər ucadan danışdıqları üçün yaxınlıqda olan həyətdən bir nəfər şəxsin onlara irad bildirərək küçədə sakit olmalarını tələb etmişdir. İrad bildirən şəxsin Emin və ya onun qardaşı olmasını dəqiq bilmirlər. Onlar narahatçılığa görə üzr istədiklərini bildirərək yaxınlıqda yerləşən dayanacağa doğru getmişlər. Lakin, Əli maşında qalmışdır. Eldar və Rövşən sifariş etdikləri taksiyə əyləşib getmişlər. O, Gündüzlə dayanacaqda yerləşən köşkün yanında olan zaman zaman Emin onlara yaxınlaşmış və təkrarən burada nə etdiklərini soruşmuşdur. X8 adlı tanışının evinə gəldiklərini, lakin evin ünvanını səhv saldıqlarını demişdir. Emin heç bir söz demədən geri dönərək iti surətlə getmişdir. Onlar heç nədən şübhələnməmişlər. Emin evlərinin qarşısında dayanmış “Kamaz” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən nəsə götürüb Əlinin olduğu avtomobilə tərəf gedən zaman Samir də avtomobilə tərəf getmişdir. O da Samirin arxasınca getmişdir. Emin Samirin üzərinə gəlmiş və əlində olan dəmir montirovka ilə Saminin başına zərbələr vurmuşdur. Daha X9 məxsus “Opel Astra" markalı, ** XG *** dövlət qeydiyyat nişanlı minik avtomobilə yaxınlaşmış və dəmir monlirovka ilə maşının arxa və qabaq şüşəsinə, qabaq sağ və sol yan şüşələrinə vuraraq maşının şüşələrini sındırmış və maşını əzmişdir. Ona görə Əli avtomobildən düşüb Eminin qarşısını almaq istəmiş, lakin Emin əlində olan dəmir montirovka ilə Əlinin başına və boynuna zərbələr endirmişdir. O, tez arxadan Eminin sakitləşməsi üçün üzərinə gedib Emini tutmağa çalışmışdır. Lakin Emin sakitləşməmiş, öz əməllərini davam etdirməyə çalışmışdır. Həmin vaxt o da yüngül xəsarətlər almışdır. Mübahisəyə görə Eminin qardaşı Rüfət oraya gəlmiş, Eminin içkili olmasını və ona fikir verməməyi bildirmişdir. Samir hadisə barədə 102 xidmətinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər və Emini saxlayaraq avtopatrula mindirmişlər. Daha sonra isə polislər onları PB-nə gətirmişlər. Onlar müayinə olunmaları üçün Sumqayıt şəhər TTYX-na müraciət etmişlər, onlara tibbi yardım göstərilmiş, daha sonra PB-nə getmişlər. Hadisə yerində onlardan başqa kimsə olmamış, sonradan Eminin qardaşı Rüfət, daha sonra isə PPX əməkdaşları gəlmişlər. Bundan əlavə Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmiş və təqsirləndirilən şəxsə cəza təyin edilməməsini xahiş etmişdir. Cinayət işinin 63-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 131-133-cü vərəqələrində olan Suqmaıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 501 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: alnın, sol təpə nahiyyəsinin, sağ qulaq seyvanının, hər iki baldırın, sağ bazunun sıyrıqları, ənsə-boyun nahiyyəsinin və sağ bazunun qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən dəmir alətlə vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixzə uyğun gələ bilər, birlikdə və ayrı- ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi ləyin edilmir. Cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 502 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol qulaqaltı-çeynəmə nahiyyəsinin yarası, sol qulaq seyvanın qulaqarxası nahiyəni tutan qançırı-şişkinliyi, sol kürəküstü nahiyyənin qançırı. Qeyd olunan xəsarətlərdən sol qulaqaltı-çeynəmə nahiyyəsinin yarası, sol qulaqarxası nahiyyəni tutan qançırı-şişkinliyi küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən dəmir alətlə vurulmaqla əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sol kürəküstü nahiyyənin qançırı kül əşya təsirindən törənmişdir, dəmir alətlə vurulmaqla əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi ləyin edilmir. Xəsarətlərin törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər. Cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 503 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ dirsəyin sıyrıqları.Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən dəmir alətlə vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin müayinəsindən 1 gün olmaqla xx.xx.2025-ci il tarixzə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi ləyin edilmir. Cinayət işinin 195-196-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X7 tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1401 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları (diqqət, yaddaş, qavrama və s.) normaya uyğundur. O, iş üçün əhəmiyyət kəsb edən halları adekvat qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Təqsirləndirilən şəxs xroiniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai ləhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hövsələsizlik, söz götürməmək, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyllilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar qıcığa qarşı həssaslıq, hirslilik əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik müəyyən edilmədi. Cinayət işinin 174-cü vərəqələrində olan «Opel Dərnəgül» servisdən alınmış aktdan görünür ki, «Opel Astra» markalı **-XG-*** qeydiyyat nişanlı avtomobilə çəkilən xərclər: ehliyyal hissələri - arxa baqaj şüşəsi 160 manat, arxa sağ qapı şüşəsi 50 manat ön alın şüşəsi 180 manat, ön sol qapı şüşəsi 85 manat, şüşə silikon germetika 30 manat, texniki xidmət-arxa sağ qanadın təmiri 110 manat, rəngsaz 120 manat, yekun məbləğ 765 manat təşkil edir. Cinayət işinin 30-31-ci vərəqələrində olan 20 aprel 2025-ci il tarixli, A/802 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu orta dərəcədə olmuşdur. Cinayət işinin 161-163-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 10 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; 2) Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1 və185.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2, 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 03 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 164-173-cü vərəqələrində olan Xızı rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(068)-17/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə, 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-142/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı cəmi 07 (yeddi) ay müddət təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək ona 03 (üç) il 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkum xx.xx.2025-ci tarixədək cəzasından 01 (bir) ay 13 (on üç) gününü çəkmiş, çəkilməmiş cəzası isə 03 (üç) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün təşkil edir. Cinayət işinin 217-231-ci vərəqələrində olan xx.xx.2025-ci il arixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi təkər lingi maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə edilməklə xuliqanlıq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, ictimai qaydanının pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi törətməsi sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-in 221.3-ci maddəsi ilə düzgün tövsif edilmiş və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası CM-in 221.3-ci maddəsinə əsasən xuliqanlıq, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, habelə onun məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 1(068)-17/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə, 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən ona Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-142/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı cəmi 07 (yeddi) ay müddət təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qeyd edilən hökmün icrası üzrə Təqsirləndirilən şəxs cəzasından 01 (bir) ay 13 (on üç) gününü çəkmiş, çəkilməmiş cəzası isə 03 (üç) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 1(068)-17/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 10 (on) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 20 aprel 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan təkər lingi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 19 saata görə 209 (iki yüz doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğluna Xızı Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 1(068)-17/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 10 (on) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan təkər lingi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 19 saata görə 209 (iki yüz doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-556/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-556/2025
28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver