Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-557/2023 01.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 01 ədəd zavod üsulu istehsal edilmiş, 9 mm kalibrli siqnal və qaz patronlarından istifadə etmək üçün nəzərdə tutulan “ROHM RG-89” modelli, qaz silahı hesab edilən, istifadəyə yararlı qaz-siqnal revolverini əldə edib daşıyaraq üzərində saxlamış, 25 mart 2023-cü il tarixdə saat 10:30 dəqiqədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Sumqayıt Şəhər qəbiristanlığının yaxınlığındakı gül dükanının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın arxa hissəsindən 01 ədəd 9 mm kalibrli siqnal və qaz patronlarından istifadə etmək üçün nəzərdə tutulan ROHM RG-89 modelli, qaz silahı hesab edilən, istifadəyə yararlı qaz-siqnal revolveri aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2019-cu ildə CM-nin 177.2.2-ci maddəsi 3 il 6 ay müddətinə həbs olunmuş və 08 iyul 2022-ci il tarixdə həbsdən azad olunmuşdur. Saxlanmazdan təxminən 15 gün əvvəl saat 16-17 radələrində yaşadığı Maştağa qəsəbəsində yerləşən «dəlixana»nın yaxınlığından piyada, tək keçən zaman zibillik olan sahədən yerdən açıq vəziyyətdə bir ədəd qara rəngli tapança tapmışdır. Həmin tapançanı götürüb yaşadığı evə aparmış və evdə tapançanı bir parçaya bükərək, üzərini şəffaf yapışqan lentlə bağlayıb, tapdığı həmin əraziyə aparıb orada torpağın altında qazaraq basdırmışdır. Boş vaxtlarında Bakı şəhəri «20 yanvar» metrostansiyasının yaxınlığında yerləşən adını bilmədiyi bir kafeyə gedərək orada pivə içmiş, saxlanmazdan təxminən 4-5 gün əvvəl həmin kafedə olan zaman əvvəllər tanımadığı, təxminən 35-40 yaşlarında bir kişi ilə tanış olmuş, həmin şəxs də onun kimi kafeyə gələrək orada tək pivə içmişdir. Həmin vaxt ona silahı olması barədə heç nə deməmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında həmin kafedə olan zaman onunla görüşmüş və söhbət zamanı ona tapança olmasını və həmin tapançanı satmaq istədiyini demişdir. Həmin şəxs də tapançanı satmaqda köməklik göstərəcəyini deyib, xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində Sumqayıt şəhərinin girişində yerləşən Sumqayıt şəhər qəbiristanlığının yanında görüşüb, həmin silahı satmağı təklif etmişdir. Həmin şəxslə razılaşıb xx.xx.2023-cü il tarixdə səhər saatlarında tapançanı gizlətdiyi yerdən götürüb, əynində olan cins şalvarın arxa hissəsinə qoyaraq taksi ilə Sumqayıt şəhərinə gəlmişdir. Təxminən saat 10:30 radələrində Sumqayıt şəhər qəbiristanlığının yaxınlığında yerləşən gül mağazasının qarşısında dayanaraq həmin şəxsi gözləyən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onu üzərində odlu silah gəzdirməkdə şübhəli olduğu üçün polis bölməsinə dəvət etmiş, onlara etiraz etməyərək birlikdə Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə getmişdir. Polis Bölməsində otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş və bu barədə ona təqdim olunmuş bildirişi oxuyaraq tanış olmuşdur. Sonra ona təqdim olunmuş vəkilin iştirakı ilə və onun razılığıyla videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şalvarının arxa hissəsində gizlətdiyi parçaya bükülmüş bir ədəd tapançanı belindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Onun iştirakıyla həmin parçaya bükülmüş tapança açılaraq tapançaya baxış keçirimiş, sual zamanı həmin tapançanı haradan tapdığını və nə məqsədlə üzərində gəzdirdiyini polis əməkdaşlarına bildirmişdir. Həmin tapança polis əməkdaşları tərəfindən qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. Üzərindən aşkar olunmuş 7 manat 50 qəpik pul, bir qutu «Rothmans» markalı siqaret və bir ədəd alışqan özünə qaytarılmışdır. Üzərindən aşkar olunmuş odlu silah olan tapançaya bənzər predmeti tapan zaman tapança açıq vəziyyətdə olmuş və üzərində heç bir patron olmamışdır. Həmçinin silah tapan zaman ətrafı axtarsa da oradan heç bir patron tapmamışdır. Həmin silahı tapdıqdan sonra ondan istifadə etməmiş və üzərində heç bir dəyişiklik də etməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdidi ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin kiçik inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah gəzdirməsi və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, o cümlədən 5-ci PB-nin əməliyyat müvəkkili Şahid2 və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən qəbiristanlığın yaxınlığındakı gül mağazasının qarşısında olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə, saat 10:30-də əməliyyat qrupu ilə birlikdə həmin ünvanda olan olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görüb onu saxlamışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah gəzdirməsi və saxlamasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün o 5-ci PB-nə dəvət olunmuş və heç bir etiraz etməmiş və onlarla birlikdə 5-ci PB-nə getmişdir. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş o da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının arxa hissəsindən 01 ədəd parçaya bükülmüş, üzəri şəffaf yapışqanla bağlanmış bağlamanı təqdim etmişdir. Həmin bağlama açılan zaman içərisində 01 ədəd qara rəngli, darağı baraban tipli, patronu olmuyan odlu silah olan tapançaya bənzər predmet olduğu bilinmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin predmetin tapança olduğunu, 15 gün əvvəl yaşadığı Bakı şəhəri, Maştağa qəsəbəsində dəlixananın yaxınlığında yerdən tapdığını, adını bilmədiyi şəxslə satıb pul əldə etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərinə gəldiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş predmet müfaviq qaydada qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid2 da Şahid3 ifadəsinə uyğun ifadə verərək onun dediyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:30-da Sumqayıt şəhəri, 76-cı məhəllə, Sumqayıt şəhər qəbiristanlığının yaxınlığında yerləşən gül mağazasının qarşısında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar video kamera vasitəsi ilə qeydə alınaraq diskə köçürülmüş video disk kompüter vasitəsi ilə açılaraq içərisində olan video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 25 mart 2023-cü il tarixdə, saat 10:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən qəbirstanlığın yaxınlığındakı gül mağazasının qarşısında saxlanılaraq 5-ci PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkiliş aparılmaqla PB-nin baş təqiqatçısı, polis mayoru Zaur Ağayev sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs özünü təqdim etməklə, onun da özünü təqdim etməsini xahiş edib saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs özünü təqdim edir. Daha sonra polis əməkdaşları özlərini təqdim edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Z.Ağayev tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər Regional Vəkil bürosunun vəkili Müdafiəçi təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olur, vəkilinə etiraz etmir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşya olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan tünd göy rəngli cins şalvarının arxa hissəsindən 01 ədəd parçaya bükülmüş, üzəri şəffaf yapışqanla bağlanmış bağlamanı təqdim edir, həmin bağlama açılır, içərisində 01 ədəd qara rəngli, darağı baraban tipli, patronu olmayan odlu silah olan tapançaya bənzər predmet aşkar olunur. Üzərinə şəxsi axtarış davam etdirilir, sol yan cibindən 7 manat 50 qəpik pul, siqaret və alışqan aşkar edilir. Siqaret və 7 manat 50 qəpik pul özünə qaytarılır. Ondan həmin predmetin nə olduğun soruşulduqda o, tapança olduğunu, 15 gün əvvəl yaşadığı Bakı şəhəri, Maştağa qəsəbəsində dəlixananın yaxınlığında yerdən tapdığını, adını bilmədiyi şəxslə satıb pul əldə etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərinə gəldiyini bildiririr. Həmin tapançaya bənzər predmet zərfə qoyulub qablaşdırılır və iştirakçılar tərəfindən zərf imzalanır, sonra DİN-nin 242 saylı möhürü ilə möhürlənir. Təqsirləndirilən şəxs heç bir sualının olmadığını və saxlanılarkən heç bir zor tətbiq edilmədiyini bildirir və bundan sonra videoçəkiliş dayandırılır. Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məkəmə-ballistik ekspertizasının 23/237R saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 9 mm kalibrli RÖHM RG-89 modelli qaz və siqnal patronlarından atəş açmaq üçün nəzərdə tutulmuş qaz revolveridir və odlu silah hesab edilmir. Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdiriən heç bir əlavə dəyişiklik edilməmişdir. DİN-nin KTİ-də yalnız yivli odlu silahların qeydiyyatı aparıldığından qərarda qeyd olunan “əvvəllər istifadə olunub-olunmadığı müəyyən edilsin” sualına cavab verilmədi. İş materiallarından olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Babayev X2 Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsaəsn Azərbaycan Respublikası CM-nin 93-7-ci maddəsinin 2-ci hissəsi, 93-4-cü maddəsinin 4cü hissəsi, 93-3-cü maddəsinin 2-ci hissəsi, 213-cü maddəsinin 1-ci hissəsi, 226-1-ci maddəsini 1-ci hissəsi və 38-ci maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5, 186.2.2, 326.1, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-yə edilmiş dəyişikliklərlə bağlı xx.xx.2017-ci il tarixli 816VQD saylı qanunun tətbiqi ilə CM-nin 188.2.2, 326.1, 66.3-cü maddələri ilə 10 il 06 ay, 67.1-ci maddəsinə əsasən 11 il müddətinə azadlıqdn məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 366 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, həmin gün müayinə edilərkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş matariallarında olan məhkəmə-ballistik ekspertizasının 3/608 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli siqnal və qaz patronlarından istifadə edilmək üçün nəzərdə tutulan “RÖHM RG89” modelli qaz-siqnal revolverdir, qaz silahı hesab edilir, istifadəyə yararlıdır və üzərində onun təyinatını dəyişdirən hər hansı düzəlişlər edilməmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd silah zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 9 mm kalibrli “RÖHM RG-89” modelli, qaz və siqnal patronlarından atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atış üçün yararlı olan qaz revolveri saxllanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş və onun üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd silah zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 9 mm kalibrli “RÖHM RG- 89” modelli, qaz və siqnal patronlarından atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atış üçün yararlı olan qaz revolveri saxllanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş və onun üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs qanunsuz olaraq 01 ədəd 9 mm kalibrli siqnal və qaz patronlarından istifadə etmək üçün nəzərdə tutulan ROHM RG-89 modelli, qaz silahı hesab edilən, istifadəyə yararlı qazsiqnal revolveri əldə edib daşıyaraq üzərində saxlaması tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Babayev X3 Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 93-7-ci maddəsinin 2-ci hissəsi, 93-4-cü maddəsinin 4cü hissəsi, 93-3-cü maddəsinin 2-ci hissəsi, 213-cü maddəsinin 1-ci hissəsi, 226-1-ci maddəsini 1-ci hissəsi və 38-ci maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5, 186.2.2, 326.1, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-yə edilmiş dəyişikliklərlə bağlı xx.xx.2017-ci il tarixli 816VQD saylı qanunun tətbiqi ilə CM-nin 188.2.2, 326.1, 66.3-cü maddələri ilə 10 il 06 ay, 67.1-ci maddəsinə əsasən 11 il müddətinə azadlıqdn məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən ağır və az ağır cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluqları ödənilməmişdir. Amma baxılan iş üzrə törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-in 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Ona görə də, Təqsirləndirilən şəxs hazırkı əməli residiv sayılmır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvəlki məhkumluqları ödənilmədən yenidən cinayət törətməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, işin faktiki hallarını nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona islah edilməsi üçün azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhz buna görə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu növ cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 01 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza keçirilməsi ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Maddi sübut kimi tanınmış - 9 mm kalibrli siqnal və qaz patronlarından istifadə etmək üçün nəzərdə tutulan ROHM RG-89 modelli, qaz silahı hesab edilən, istifadəyə yararlı 01 ədəd qaz-siqnal revolveri xüsusi müsadirə olunmaqla Azərbaycan Respublikası DİN-nə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən 01 ədəd DVD disk iş matriallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdə tutularaq saxlanmış və 27 mart 2023-cü il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdən 27 mart 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 01 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Maddi sübut kimi tanınmış - 9 mm kalibrli siqnal və qaz patronlarından istifadə etmək üçün nəzərdə tutulan ROHM RG-89 modelli, qaz silahı hesab edilən, istifadəyə yararlı 01 ədəd qaz-siqnal revolveri xüsusi müsadirə olunmaqla Azərbaycan Respublikası DİN-nə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən 01 ədəd DVD disk iş matriallarında saxlanılsın. Məhkəmə ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun olan hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-557/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-557/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver