Məhkəmə qərarları › İş №1(060)-557/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-557/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-557/2025 04.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 5, otaq 99 ünvanında qeydiyyatda olmaqla yaşamış, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(067)-47/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay 12 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talama məqsədi ilə 26 dekabr 2024-cü il tarixdə saat 10 radələrində "xxxx" MMC-nin Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən mağazasında mobil telefonların saxlanc yeri hesab olunan rəfə qanunsuz daxil olaraq oradan 1450 manat dəyərində 01 ədəd «Honor 200 Pro 12/512 GB Moonlight White» modelli və 720 manat dəyərində 01 ədəd «Honor X9c 8/256 GB Titanium Purple» modelli mobil telefonları gizli talayaraq, zərərçəkmiş "xxxx" MMC-yə ümumilikdə 2170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2024cü il tarixdə saat 14:53-də ünvan 3 ünvanında «Bravo» marketin daxilində yerləşən Zərərçəkmiş şəxs2 MMC-nin mağazasında vitrinin alt hissəsində olan 01 ədəd 1395 manat məbləğində «Asus Zenbook 14 Oled (Q415MA-U5512 (90NB11RY-M00H00) S8N0CX15171935B)» markalı notbuku gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 MMC-yə 1395 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 15:58-də Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində Sumqayıt şəhəridaxili sərnişindaşıma fəaliyyətini həyata keçirən 6 saylı marşrut avtobusunda olan Zərərçəkmiş şəxs3 İbadulla qızının əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən üzərində 10 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi və arxasında 20 manat nağd pul olan 220 manat dəyərində “Redmi 12” markalı, 256 GB yaddaşlı mobil telefonu çıxarıb gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 250 məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 dekabr 2024-cü il tarixdə Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən "xxxx" mağazasına getmişdir. Mağazada mobil telefonlara baxan zaman satıcıların ona diqqət yetirmədiklərini və başqa müştərilərlə məşğul olduqlarını görmüşdür. Yaranmış şəraitdən istifadə edərək mağazanın birinci mərtəbəsində, sağ tərəfdə yerləşən rəfə yaxınlaşmış və oradan 01 ədəd qutuda “Honor” markalı mobil telefon götürmüşdür. Həmin telefonu əynində olan qara rəngli gödəkçənin içəri hissəsində, qoltuğunun altına qoymuşdur. Bunun ardınca mağazanın içərisindən heç kimin ona hələ də diqqət yetirməyini görmüş, rəfdən qutuda olan 2-ci “Honor” markalı mobil telefonu da götürmüş və eyni qaydada gödəkçənin içəri tərəfindən digər qoltuğunda gizlədib mağazadan çıxmışdır. Onun telefonları mağazadan oğurlaması barədə heç kimin xəbəri olmamışdır. "xxxx" mağazasından bir qədər uzaqlaşıb həmin iki mobil telefonu qoltuğundan çıxarıb baxmış və telefonlardan birinin “Honor 200 Pro”, digərinin isə “Honor X9C” modelli olduğunu görmüşdür. Hər iki mobil telefonu həmin gün Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “VİP Lombard”a aparmış və telefonları girov qoyub kredit götürmək istədiyini bildirmişdir. “VİP Lombard”da hər iki telefonu nəzərdən keçirmiş və ona cəmi 350 manat məbləğində kredit verə biləcəklərini bildirmişlər. O çarəsiz qalıb razılaşmış və onlar bu barədə müqavilə bağlamışlar. O “Honor 200 Pro” və “Honor X9C” modelli mobil telefonları girov qoyaraq 350 manat məbləğində kredit götürmüşdür. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketdən su alıb həmin marketin daxilində olan Zərərçəkmiş şəxs2 mağazasına daxil olmuşdur. İçəridə gəzərkən işçilərin başının qarışıq olduğundan və heç kimin onu görməməsindən istifadə edərək vitrinin alt hissəsində olan 01 ədəd “Asus” markalı notbuku götürmüş və mağazadan uzaqlaşmışdır. Oradan birbaşa Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən adını bilmədiyi lombarda getmişdir. Lombarda oğurladığı notbuku tanımadığı şəxsə təqdim edərək onun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün girov qoyub pul götürmək istədiyini demişdir. Həmin şəxs də ona inanmış, notbukun oğurluq yolu ilə əldə etdiyini bilməmiş və notbuku girov müqabilində ona 505 manat pul vermişdir. Əldə etdiyi 505 manat pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə sərxoş halda Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində 6 saylı marşrut avtobusunda sıxlıqdan istifadə edərək tanımadığm qadının cibindən “Redmi 12” markalı mobil telefonu gizli çıxarmış və növbəti dayanacaqda avtobusdan düşərək oradan uzaqlaşmışdır. Daha sonra mobil telefona baxan zaman içərisində 01 ədəd mobil telefon nömrə olduğunu görmüşdür. O, həmin nömrəni çıxarmış və qırdıqdan sonra tullamışdır. Telefonun kaburasının arxasında olan 20 manat pulu götürüb xərcləmişdir. Mobil telefonu isə Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən “Kolxoz” bazarının yaxınlığında yoldan keçən tanımadığı şəxsə 100 manata satmış və həmin pulu da özünə xərcləmişdir. O, həmin şəxsə mobil telefonun özünə məxsus olduğunu demişdir. Ona görə özünü qismən təqsirli bilir ki, sonuncu cinayəti törədərkən, yəni qadının cibindən mobil telefon götürən zaman sərxoş olmuş və nə etdiyini bilməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə avtobusda olsa da qadının cibindən heç bir telefon götürmədiyini və özünü həmin məsələdə təqsirli bilmədiyini qeyd etmişdir. Təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs bundan əlavə bildirmişdir ki, hazırda zərərçəkmiş şəxslərə vuruulmuş ziyan tam aradan qaldırılmış, onlarla barışıq əldə edilmiş və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilən halları, həmçinin himayəsində üç azyaşlı uşağı olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdır ki, o, Zərərçəkmiş şəxs1 MMC-nin Sumqayıt şəhəri 36-cı məhəllə ərazisində yerləşən mağazasında inzibatçı vəzifəsində çalışır. Həmin mağaza iki mərtəbəlidir, birinci mərtəbəsində kiçik ölçülü məişət əşyaları, mobil telefonların və kompüterlərin satışı, ikinci mərtəbəsində iri ölçülü məişət əşyalarının satışı həyata keçirilir. Hər bir məişət əşyanın özünə aid stolu və saxlanc yeri olan qapalı rəfləri vardır. Mağazada ümumilikdə 5 satıcı var. Həmin satıcılar hər iki mərtəbədə fəaliyyət göstərir. Satışda olan “Honor” markalı mobil telefonların firmasının namayəndəsi, yəni satış təmsilçisi vardır. Hər iş gününün sonunda həmin nümayəndə satılmış «Honor» markalı mobil telefonların rəsmi hesabatını aparır və öz firmalarına bu barədə məlumat verir. xx.xx.2024-cü il tarixdə saat 10:00-da növbəti iş gününə başladıqdan bir müddət sonra satıcı Əli Əmirov ona müraciət edərək, «Honor X9C 8/256 GB titanium Purple» modelli mobil telefon almaq istəyən müştərinin olduğunu bildirmiş və siyahıda həmin mobil telefonun mövcud olması qeyd olunsa da, mobil telefonu saxlandığı rəfdən aşkar etmədiyini demişdir. O, dərhal «Honor» markalı mobil telefonların saxlandığı rəfə baxmış və həqiqətndə «Honor X9C 8/256 GB Titanium Purple» modelli mobil telefonun rəfdə olmadığını aşkar etmişdir. Bundan sonra mobil telefonun aşkar edilməməsinin səbəbini öyrənmək üçün müşahidə kameralarının videogörüntülərini izləməyə başlamışdır. Bu zaman o, videogörüntülərdə bir nəfər kişi cinsindən olan şəxsin xx.xx.2024-cü il tarixdə saat 10:30-da «Honor» markalı telefonların saxlandığı rəfə yaxınlaşaraq ətrafa göz gəzdirdiyini və həmin müddətdə əlləri ilə rəflərin açıq olub-olmadığını yoxladığını, daha sonra rəfin açıq olduğunu müəyyən etdikdən sonra isə əvvəlcə rəflərdə saxladıqları mobil telefonlardan birini götürdüyünü və əynində olan gödəkçədə gizlətdiyini, daha sonra həmin şəxsin oradan kənara çəkildiyini, digər məişət əşyalarının olduğu rəfləri dolandıqdan sonra təkrar «Honor» markalı telefonların olduğu stola yaxınlaşdığını və ətrafa göz gəzdirdikdən sonra ikinci rəfin qapısını açdığını, oradan ikinci mobil telefonu götürüb gödəkçəsinin içərisində gizlədərək mağazanı tərk etdiyini müşahidə etmişdir. Bundan sonra o, DİN-in 102 xidmət mərkəzinə zəng vurmuş və baş vermiş oğurluq hadisəsi barə məlumat vermişdir. Bundan əlavə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək MMC-yə dəymiş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və sonuncuya qarşı heç şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X8 ifadəsində göstərmişdır ki, o, Zərərçəkmiş şəxs2 MMC-nin Hüquq və X3 müdiridir. Həmin MMC-nin ünvan 4 ünvanda yerləşən “Bravo” marketin daxilində mağazası var. Həmin mağazada Şahid1 və Fərid Məmmədov adlı işçilər işləyir. xx.xx.2025-ci il tarixdə həmin mağazada yoxlama aparan zaman 1500 manat dəyərində olan 01 ədəd “Asus Zenbook 14 OLED” markalı notbukun mağazada olmadığı aşkar olunmuşdur. Daha sonra mağazada quraşdırılmış videomüşahidə kameralarına baxış keçirilmiş və həmin notbukun xx.xx.2024-cü il tarixdə saat 14:53-də naməlum kişi cinsli şəxs tərəfindən oğurlandığı müşahidə edilmişdir. Həmin görüntünü o, istintaq orqanına təqdim etmişdir. Beləliklə də, həmin oğurluq nəticəsində Zərərçəkmiş şəxs2 MMC-nə 1500 manat maddi ziyan dəymişdir. Bundan əlavə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X8 ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs2 MMC-nə dəymiş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və sonuncuya qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 İbadulla qızı ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:50 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində 6 saylı marşrut avtobusuna minmış və saat 16 radələrində Sumqayıt şəhəri Sülh küçəsi 2-ci mikrorayon ərazisində yerləşən “Kontakt Home” mağazasının yaxınlığında olduğu zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı özünə məxsus 2024-cü ildə 410 manata aldığı “Redmi 12” markalı, mobil telefonun üzərində olan nömrə ilə birlikdə oğurlandığını aşkar edərək avtobusdan düşmüşdür. Mobil telefonunun kaburasının arxasında 20 manat nağd pul da olmuşdur. Avtobusun nömrəsini xatırlamamışdır. O, oğurluq edən şəxsin cibinə toxunduğunu hissə etsə də, lakin avtobusda adam çox olduğu üçün vaxtında reaksiya verə bilməmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 440 manat maddi ziyan vurulmuşdur. Bundan əlavə Zərərçəkmiş şəxs3 İbadulla qızı ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda yerləşən “Bravo” marketin daxilində yerləşən mağazada satıcı işləyir. Həmin mağaza Zərərçəkmiş şəxs2 MMC-yə məxsusdur. xx.xx.2025-ci il tarixdə MMC-nin Hüquq və İnzibati İdarəetmə departamentinin müdiri Nümayəndə2 tərəfindən həmin mağazada yoxlama aparan zaman 1500 manat dəyərində olan 01 ədəd “Asus Zenbook 14 OLED” markalı notbukun mağazada olmadığı aşkar olunmuşdur. Daha sonra mağazada quraşdırılmış videomüşahidə kameralarına baxış keçirərkən həmin notbukun xx.xx.2024cü il tarixdə saat 14:53-də naməlum kişi cinsli şəxs tərəfindən oğurlandığı müşahidə edilmişdir. Həmin görüntünü də Nümayəndə2 istintaqa təqdim etmişdir. Beləliklə də, həmin oğurluq nəticəsində Zərərçəkmiş şəxs2 MMC-nə 1500 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Nümayəndə3 ifadəsində göstərmişdir ki, Şahid3 onun bacısıdır. Şahid3 Sumqayıt şəhəri 2-ci mikrorayon, 1/56 sayh ünvanda yerləşən «CasHouse» lombardın sahibidir. Fəxriyyə xx.xx.2023-cü il tarixdə notarial qaydada ona bütün dövlət orqanlarda, lombardlarda onu təmsil etməyi, sənədləri imzalamağı, zəruri sənədləri təqdim etmək və digər hərəkətləri etmək barədə etibarnamə vermişdir. Ona verilmiş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə «Asus Zenbook 14 Oled» markalı notbuku «CasHouse» lombarda gətirmış, daha sonra girov qoyaraq ona 505 manat pul kreditə verilmişdir. Bununla bağlı onunla xx.xx.2024-cü il tarixli İPQ 115931 nömrəli girov biletinə və AKT-04210/S24 nömrəli girov aktına əsasən kredit müqaviləsi bağlanmışdır. Sonradan həmin şəxs lombarddan götürdüyü həmin pulu ödəmədiyi üçün girov bileti üzrə girov qoyulmuş qeyd edilən notbuk, müqavilənin təqdim etdiyi yaşayış ünvanına poçt vasitəsi ilə xəbərdarlıq məktubu, həmçinin müqavilədə təqdim etdiyi nömrələrə xəbərdarlıq məktubunun surəti göndərilmış və girov qoyulmuş həmin notbuk 28 fevral 2025-ci il tarixdə X1. Nəticədə əldə olunan vəsait hesabına Təqsirləndirilən şəxs kredit borcu ödənilmişdir. Pərviz notbuku Fəxriyyəyə təqdim edən zaman həmin əşyanın onun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün girov qoyub pul götürmək istədiyini demişdir. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş Şahid2 oğlunun ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri 2-ci mikrorayon, Sülh küçəsi, 20/25-də yerləşən «VİP» lombardda işləyir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində “VİP Lombar”da gələrək, “Honor 200 Pro” və “Honor X9C” modelli mobil telefonları təqdim etmiş və pua ehtiyacı olduğu üçün girov qoymaq istədiyini bildirmişdir. Bununla bağlı onunla xx.xx.2024-cü il tarixli, 440970 saylı və xx.xx.2024-cü il tarixli, 440969 sayh girov bileti və müqavilə şərtləri verilmişdir. “Honor X9C” modelli mobil telefon 145 manat, “Honor 200 Pro” markalı mobil telefon isə 205 manat qiymətləndirilmiş və Pərvizə ümumilikdə 350 manat pul verilmişdir. O, Pərvizi ilk dəfə xx.xx.2024-cü il tarixdə görmüşdür. O, həmin telefonun oğurluq olduğunu bilməmişdir. Daha sonra Pərviz həmin krediti tam bağlamış və həmin mobil telefonları götürmüşdür. İş üzrə Şahid2 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin 1-ci cild 128-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 151-152-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 56-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 87-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 12-14-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdə olan video görüntülərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:58-də Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazisində yerləşən “Kontakt Home” mağazasının qarşısında dayanmış 6 saylı marşrut avtobusunun içərisində olan sıxlıqdan istifadə edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus mobil telefonu sonuncunun cibindən götürərək avtobusdan düşmüş və oradan uzaqlaşır. Cinayət işinin 1-ci cild 39-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş yaddaş kartında olan video görüntülərdən görünür ki, ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 MMC-nin ünvan 7 ünvanda yerləşən mağazasına gələrək satıcıların diqqətinin yayınmasından istifadə edərək orta hissədə yerləşən vitrinin alt hissəsindən qutuda olan 01 ədəd notbuku götürüb gödəkçəsinin altında gizlətməklə həmin yeri tərk edib gedir. Cinayət işinin 2-ci cild 4-7-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/452 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən yeni vəziyyətdə olan mobil telefonların 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2170 manat müəyyən olunur. O cümlədən: 01 ədəd “Honor 200 Pro 12/512 GB Moonlight White” modelli mobil telefon - 1450 manat; - 01 ədəd “Honor X9C 8/256 GB Titanium Purple” modelli mobil telefon -720 manat. Cinayət işinin 2-ci cild 8-11-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/1533 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd olunan mobil telefonun 2025-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən dilir: 2023-cü ilin istehsalı “Redmi 12” markalı mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 256 GB yaddaş olduqda - 220 manat. Cinayət işinin 2-ci cild 8-11-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/1482 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «Asus Zenbook 14 Oled (Q415MA-U5512(90NBl 1R7-M00H00) S8N0CX15171935B)» markalı notbukun yeni vəziyyətdə 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1395 manat müəyyən olunur. Cinayət işinin 2-ci cild 45-53-cü vərəqələrində olan 10 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaqa təqdim olunmuş girov bilieti, müqavilə şərtləri, “CasHouse” Lombarddan götürülmüş xx.xx.2024-cü il tarixli İPQ 115931 nömrəli girov bileti, həmin girov biletinə əlavə-1, əlavə-2, girov qoyulmuş qiymətlilərin qiymətləndirmə və təhvil təslim aktı, Təqsirləndirilən şəxs razılıq ərizəsi, xx.xx.2025-ci il tarixli elektronika əşyalarının alqı-satqı müqaviləsinin kserosurətləri, eləcə də 01 ədəd DVD disk, 01 ədəd yaddaş kartı (flaşkart) maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmiş, 01 ədəd “Honor 200 Pro 12/512 GB Moonlight White” modelli və 01 ədəd “Honor X9C 8/256 GB Titanium Purple” modelli mobil telefonlar maddi sübut kimi tanınmış və həmin telefonlar zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 192-193-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi təqsirləndiirlməsinə dair ********* nömrəli cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işinin 1-ci cild 201-207-ci vərəqələrində olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(067)-47/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi tutulması və ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay (12 (on iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzçəkmə müddətinin başlanğıcı 31 mart 2025-ci il tarixdən hesablanmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş elektron məhkəmə sistemi çıxarışından görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində üç azyaşlı uşağı var. (uşaqların təvəllüdləri müvafiq olaraq xx.xx.2015, xx.xx.2017 və xx.xx.2020-ci il) Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, video görüntülər və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun saxlanc yerlərinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxsin cibindən çıxarılmaqla təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin həmin əməllərə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsələrə vurulmuş zərəri tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələb və şikayətlərinin olmamasını, həmçinin evli olmaqla himayəsində üç azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, yəni zərərçəkmiş şəxsələrə vurulmuş zərəri tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələb və şikayətlərinin olmamasını, həmçinin evli olmaqla himayəsində üç azyaşlı uşağı olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(067)-47/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi tutulması və ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay (12 (on iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzçəkmə müddətinin başlanğıcı 31 mart 2025-ci il tarixdən hesablanmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-in eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(067)-47/2025 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 yanvar 2025-ci il tarixdən 06 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 07 fevral 2025ci il tarixdən 08 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, həmçinin Xaçmaz Rayon Məhkəməsinin icraatında olmuş 1(067)-47/2025 saylı iş üzrə tutulduğu və ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay 12 (on iki) gün, ümumilikdə 08 (səkkiz) ay 15 (on beş) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2025-ci il tarixdən hesablanmalı, hazırki iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalı və onun başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış girov bilieti, müqavilə şərtləri, “CasHouse” Lombarddan götürülmüş xx.xx.2024-cü il tarixli İPQ 115931 nömrəli girov bileti, həmin girov biletinə əlavə-1, əlavə-2, girov qoyulmuş qiymətlilərin qiymətləndirmə və təhvil təslim aktı, Təqsirləndirilən şəxs razılıq ərizəsi, xx.xx.2025-ci il tarixli elektronika əşyalarının alqısatqı müqaviləsinin kserosurətləri, 01 ədəd DVD disk və 01 ədəd yaddaş kartı (flaşkart) cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübutlar 01 ədəd “Honor 200 Pro 12/512 GB Moonlight White” modelli və 01 ədəd “Honor X9C 8/256 GB Titanium Purple” modelli mobil telefonların zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 təhvil verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci, ümumilikdə 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 19 saata görə 209 (iki yüz doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(067)- 47/2025 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 yanvar 2025-ci il tarixdən 06 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 07 fevral 2025-ci il tarixdən 08 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, həmçinin Xaçmaz Rayon Məhkəməsinin icraatında olmuş 1(067)-47/2025 saylı iş üzrə tutulduğu və ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay 12 (on iki) gün, ümumilikdə 08 (səkkiz) ay 15 (on beş) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 15 (on beşı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti alına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın və hazırda onun başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış girov bilieti, müqavilə şərtləri, “CasHouse” Lombarddan götürülmüş xx.xx.2024-cü il tarixli İPQ 115931 nömrəli girov bileti, həmin girov biletinə əlavə-1, əlavə-2, girov qoyulmuş qiymətlilərin qiymətləndirmə və təhvil təslim aktı, Təqsirləndirilən şəxs razılıq ərizəsi, xx.xx.2025-ci il tarixli elektronika əşyalarının alqısatqı müqaviləsinin kserosurətləri, 01 ədəd DVD disk və 01 ədəd yaddaş kartı (flaşkart) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Honor 200 Pro 12/512 GB Moonlight White” modelli və 01 ədəd “Honor X9C 8/256 GB Titanium Purple” modelli mobil telefonların zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 19 saata görə 209 (iki yüz doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar