Məhkəmə qərarları › İş №1(060)-558/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-558/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-558/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 42-ci məhəllə arxası, Yaşıldərə bağları, fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımaqla saxlamışdır. Belə ki, o, 18 may 2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində Ağa adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə, 1,626 qram narkotik vasitə olan heroin və 0,529 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 18.05.2021-ci il tarixdə, saat 18:40 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 1-ci PB-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan yaşıl rəngli şortun sağ yan cibindən 2 ədəd bükümdə, təmiz çəkisi 1,626 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazrılanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,529 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatdadır və Sumqayıt şəhəri, 42-ci məhəllə arxası, Yaşıldərə bağlar massivi bağ evində yaşayır. Bir müddət narkotik vasitə olan heroin və metamfetamin istifadə etmişdir. 18 may 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində adını Ağa kimi bildiyi şəxsdən 75 manata şəxsi istifadəsi üçün 1 büküm narkotik vasitə olan heroin və 1 büküm narkotik vasitə olan metamfetamin almış və üzərində gəzdirmişdir. Həmin gün, saat 18:40 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində olarkən iki nəfər mülki geyimdə, bir nəfər polis geyimində olan şəxslər ona yaxınlaşaraq onu saxlamışlar və polis əməkdaşları olduqlarını bildirmişlər, sonra isə narkotik vasitələrin istifadəsində və gəzdirilməsində şübhəli olduğu üçün onu saxladıqlarını, üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirəcəklərini bildirib onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişdir. 1-ci PB-nə gəldikdə bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələrini izah edib onun icazəsi ilə və ona təyin olunmuş müdafiəçinin iştrakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış zamanı əynində olan yaşıl rəngli şortun sağ yan cibindən ağ salafana bükülmüş iki büküm, bir bükümün içərisində narkotik vasitə olan heroin və digər bükümün içərisində narkotik vasitə metamfetamin aşkar edilmişdir. Polis əməkdaşları bükümlərdəki kütlələri gördükdə, o, bildirmişdir ki, həmin kütlələrdən biri heroin, digəri isə metamfetamindir. Polis əməkdaşları narkotik vasitələri haradan əldə etdiyini soruşanda bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitələri 18 may 2021-ci il tarixdə Corat qəsəbəsində tanıdığı və adını bildiyi Ağa adlı şəxsdən 75 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra polis əməkdaşları üzərindən narkotik vasitələrin aşkar edilməsi ilə bağlı sənədləşdirmə aparmışlar və üzərindən narkotik vasitələrin aşkar edilməsi barədə tərtib edilən sənədləri imzalamışdır. Heroin və psixotrop maddə olan metamfetamini 18 may 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsbəsində adını Ağa kimi bildiyi şəxsdən 75 manata şəxsi istifadəsi üçün almış, heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 18 may 2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 42-ci məhəllə arxası, Yaşıldərə bağlar massivi bağ evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu ilə məşğul olması və üzərində daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə onun tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Sonra tədbirlə bağlı əməliyyat qrupu yaradılaraq həmin qrupa onunla yanaşı Sumqayıt ŞPİ-nin 1ci polis bölməsinin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3 və polis mayoru Şahid2 cəlb olunmuşlar. 18 may 2021-ci il tarixdə, saat 18:40 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllədə Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ona hansı səbəbdən saxlandığını izah etmiş və ətrafda olan şəxslərin tədbirə mane olacaqlarını nəzərə alıb onu 1-ci polis bölməsinə aparmışlar. Polis bölməsində xidməti otaqda Sumqayıt ŞPİ-nin KTB-nin baş inspektor-kriminalisti, polis mayoru Rasim Paşayev tərəfindən qeydə alınan videoçəkilişlə onunla yanaşı digər polis əməkdaşları və vəkil Nahid Tağıyevin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onlar tərəfindın sonuncuya təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa təqdim etsin, sonuncu əynində olan yaşıl rəngli şortunun sağ yan cibindən içərisində 2(iki) ədəd kent siqareti olan bir ədəd kent qutusunu və ağ sellofana bükülmüş 2(iki) ədəd bükümü təqdim etmiş, həmin bükümlərə baxış zamanı bir bükümün içərisində narkotik vasitə heroin, digər bükümün içərisində isə psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. İçərisində 2 ədəd kent siqareti olan bir ədəd kent qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axşarış aparılarkən 1bükümdə narkotik vasitə heroin və 1 bükümdə psixotrop maddə metamfetamindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxsla aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr 1 bükümdə narkotik vasitə heroin və 1 bükümdə psixotrop maddə metamfetamindir, ona məxsusdur, həmin bükümləri 18 may 2021-ci il tarixdə Corat qəsəbəsində tanıdığı və adını bildiyi Ağa adlı şəxsdən 75 manata şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş 2 bükümdə olan kütlələr elektron tərəzidə çəkilmişdir. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün zərf paketdə qablaşdırılaraq möhürlənmiş, zərf paketin üstü onunla yanaşı digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs bir bükümdə heroini və bir bükümdə metamfetamini əldə etdiyi şəxsin kimliyini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini istifadə etmək məqsədi ilə əldə edərək üzərində saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində üzərindən aşkar olunmuş bükümləri 18 may 2021-ci il tarixdə Corat qəsəbəsində tanıdığı və adını bildiyi Ağa adlı şəxsdən 75 manata əldə etməsini göstərməsi xüsusatı ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin həmin şəxsin şəxsiyyətinin və ünavınının müəyyən edilməsi, həmçinin həmin xüsusatın həqiqətə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3da Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilənləri təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxışı keçirilmiş 18 may 2021ci ildə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 19 may 2021-ci il tarixli, 6/1967 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə təmiz çəkisi 1,626 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 0,529 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Heroinin təmiz çəkisi 1,626 qram¸ tədqiqata sərf edildi ümumi 0,1 qram, qalıq 1,526 qram, metamfetaminin təmiz çəkisi – 0,529 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,479 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2021-ci iltarixli, 2370 nömrəli rəyi ilə ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 15.06.2021-ci il tarixli arayışın (tələbnamənin) surətlərindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsinə əsasən 01 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin 20.07.2021-ci il tarixli 2577 №li məktubundan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzadan 18.05.2021-ci il tarixə cəzasının 01 ay 16 gününü çəkmiş və çəkilməmiş cəzası 01 il 08 ay 24 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar CM-nin 61-ci maddəsinə əsasən müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 08 ay 24 günü CM-nin 68.1.1-1-cimadddəsinə əsasən 10 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və ona hökmlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 18.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 18 may 2021-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin hazırlıq iclasının 17.08.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 18 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,479 qram çəkidə psixotrop maddə metamfetamin və 1,526 qramçəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 06avqust 2021-ci il tarixli (iş № 1(060)-558/2021) qərarını icra edərək, 09avqust 2021-ci il tarixli841 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 08 ay 24 günü CM-nin 68.1.1-1-ci madddəsinə əsasən 10 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 18 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,479 qram çəkidə psixotrop maddə metamfetamin və 1,526 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manatTəqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar