Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-559/2021 27.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1994-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhər məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə barəsində 01 (bir) il 07 (yeddi) 12 (on iki) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, işləməyən, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 43, mənzil 35-də qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 may 2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə, 0,601 qram narkotik vasitə olan heroin və 0,268 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 18.05.2021-ci il tarixdə, saat 18:10 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq 1-ci PB-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın arxa sağ cibindən 2 ədəd bükümdə, təmiz çəkisi 0,601 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazrılanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,268 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə məhkum olunmuşdur. 2019-cu il tarixdən narkotik vasitələr qəbul etməyə başlamış və ona görə də hərdən narkotik vasitə olan heroin və metamfetamin qəbul etmişdir. Belə ki, 18.05.2021-ci il tarixdə sat 09 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi bir nəfər şəxsdən 60 (altmış) manata özü istifadə etmək üçün 2 büküm, bir bükümdə heroin, bir bükümdə isə metamfetamin almışdır. O, narkotik vasitələri üzərində, yəni əynində olan boz rəngli cins şalvarının arxa sağ cibində gəzdirmiş və fikirləşmişdir ki, imkan tapan kimi istifadə edəcəkdir. Həmin gün Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində məhkəmə binasının həyətində olan zaman Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək oğurluqda şübhəli olduğunu deyərək onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O etiraz etməyib polislərlə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmiş və polis bölməsində polis əməkdaşları üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olub-olmadığını soruşanda, o üzərindəki pul qabının içərisində iki büküm narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra onun icazəsi ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirib ona hüquq və vəzifələrini izah etmişlər. Daha sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqların birində ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə onun icazəsi ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilən zaman o əynindəki boz rəngli cins şalvarının arxa sağ cibində saxladığı 2 büküm, biri heroin, digəri isə metamfetamin olmaqla narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları bükümlərdəki kütlələri gördükdə o bildirmiş ki, həmin kütlələrdən biri heroin, digəri isə metamfetamindir. Polis əməkdaşları narkotik vasitələri haradan əldə etdiyini soruşanda bildirmiş ki, üzərindən aşkar olunmuş narkotik vasitələri 18 may 2021-ci il tarixdə saat 09 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi bir nəfər şəxsdən 60 (altmış) manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra onlar onun üzərinə şəxsi axtarış aparsalar da əlavə qanunsuz heç nə aşkar edilməmişdir. Üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüşdür. Üzərində şəxsi axtarış zamanı aşkar olunmuş bükümlərdəki narkotik vasitələr onun iştirakı ilə elektron tərəziyə qoyularaq çəkilmiş, həmin bükümlərdən birinin çəkisinin 0.32 qram, digərinin çəksinin isə 0.89 qram olması müəyyən olunmuşdur. Bundan sonra aşkar edilmiş narkotik vasitələr onun iştirakı ilə ekpertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi vəzifəsində işləyir, polis leytenantıdır. O, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq oğurluqlar törətməsi barədə qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə o məruzə etdikdən sonra bölmənin sahə rəisi polis baş leytenantı İlkin Mirzəyevlə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, 18.05.2021-də təxminən saat 17 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra onu Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Sumqayıt şəhər məhkəməsinin həyətində piyada hərəkət etdiyini müşahidə etmişlər. Onlar birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq sonuncunu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini sonuncuya təqdim etmiş və oğurluqlarda şübhəli olduğuna görə onlarla Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o, müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra 1-ci PB-nə gətirilmişdir. 1-ci PB-də Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və təhqiqatçı Şahin Abbasov tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş, müdafiəçi və onar polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə verməsi təklif olunmuş və bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının arxa sağ cibində saxladığı qəhvəyi rəngli pul qabının içərisində ümumilikdə 02 bükümdə olmaqla hər biri şəffaf sellofana bükülmüş 01 ədəd narkotik vasitə heroinə və 01 ədəd psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim etmişdir. Həmin bükümlər sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmiş və səhv etmirdirsə 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisi 0,89 qram, 01 ədəd metamfetaminə bənzər kütlənin çəkisi 0,32 qram təşkil etmişdir. Sonradan həmin kütlələr ekspertizaya təqdim edilməsi üçün kağız paketdə qablaşdırılmış və paketin üzəri möhürlənmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi 19 may 2021-ci il tarixli, 6\1969 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: «... Təqsirləndirilən şəxs...» sözləri olan bir ədəd zərfədəki, 2 ədəd bükümdə təmiz çəkisi - 0,601 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 0,268 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: heroinin təmiz çəkisi-0,601 qram, təqdiqata sərf olundu-0,05 qram, qalıq-0,551 qramdır, metamfetaminin təmiz çəkisi-0,268 qram, təqdiqata sərf olundu-0,05 qram, qalıq- 0,218 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2021-ci il tarixli, 2048 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,551 qram narkotik vasitə heroin və 0,218 qram metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 18.05.2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-228/2021 saylı, 20.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat və vəsatət təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-457/2021 saylı, 08.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə“həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 25.06.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 01 (bir) il 07 (yeddi) 12 (on iki) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 01 oktyabr 2021-ci tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-117/2021 saylı, 25.06.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 07 (yeddi) 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) ay 04 (dörd) gün hissəsini çəkmiş, 01 (bir) il 06 (altı) ay 08 (səkkiz) gün çəkilməyən cəzası qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserin 2023 saylı, 28.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlu Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 22 (iyirmi iki) saat vaxt sərf etmişdir. Ona görə də 132 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 18.05.2021-ci il tarixdən 20.05.2021-ci il tarixədək həbsdə olduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 27.10.2021-ci il tarixdən hesablanmalı, barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)- 457/2021 saylı, 08.09.2021-ci il tarixli qərarı ilə seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatından sonra qalıq qalmış 0,551 qram narkotik vasitə heroin və 0,218 qram metamfetamin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114,00 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-117/2021 saylı, 25.06.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 07 (yeddi) 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 09 (doqquz) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 18.05.2021-ci il tarixdən 20.05.2021-ci il tarixədək həbsdə olduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-457/2021 saylı, 08.09.2021-ci il tarixli qərarı ilə seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikasının CMnin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatından sonra qalıq qalmış 0,551 qram narkotik vasitə heroin və 0,218 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114,00 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 132 (yüz otuz iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-559/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-559/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver