Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-559/2023 16.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə, saat 08 radələrində bibisi Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Corat bağlar massivi, fərdi yaşayış evində sonuncunu nalayiq ifadələrlə təhqir edərək pul tələb etmiş, pul vermədikdə isə aralarında yaranmış şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı təpiklə sağ bud nahiyyəsinə və bel nahiyyəsinə vuraraq Zərərçəkmiş şəxs bel nahiyyəsinin qançırı və sağ budun dərialtı hematoması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs doğma bibisidir, onunla ədavət və ya düşmənçiliyi olmamış, lakin bir neçə dəfə bibisi ilə aralarında mübahisələri olmuşdur. Uzun müddətdir, səhhəti ilə bağlı olaraq hər hansı bir fiziki işlə məşğul ola bilməmiş, bu səbəbdən qardaşı onu yaşadığı evə buraxmamış və bir neçə gün idi ki, qalacaq yeri olmamışdır. Qalmağa yeri olmadığından və işləmədiyi üçün pulu olmadığına görə 04 fevral 2023-cü il tarixdə, təxminən saat 08 radələrində bibisi Aydagülün yaşadığı Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evinə getmişdir. Bibisini səsləsə də cavab verən olmadığından qərara gəlmişdir ki, hasardan aşıb həyətə düşsün. Hasardan aşıb həyətə keçdikdən sonra da bibisini çağırmış, lakin yenə də cavab verən olmadığından yatdığını düşünmüşdür. Buna görə də mətbəxin pəncərəsindən evə daxil olmuşdur. Evə daxil olduqdan sonra bibisi Aydagül və onun qızı Nərmin səs eşidib yanına gəlmişlər. Bibisinə qalacaq yerinin olmadığını, qardaşının onu evə buraxmamasını, işləmədiyindən pulunun olmadığını demiş və bibisi Aydagüldən ona bir qədər pul verməsini istəmişdir. Belə ki, əvvəllər də bir neçə dələ bibisi Aydagülün evində qalmış və pul istədikdə sonuncu ona pul vermişdir. Lakin bibisi Aydagül ona pulunun olmadığını deyib evindən çıxıb getməsini tələb etmişdir. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı isə o, əsəbiləşib təpiklə bibisinin sağ bud nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Zərbənin təsirindən bibisi yerə yıxılanda isə sonuncunun kürək nahiyyəsindən də bir dəfə təpiklə zərbə endirmişdir. Sonra isə oradan çıxıb qaçmışdır. Bir neçə dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini təqdim edərək bibisi Aydagülün onun barəsində Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə şikayət etməsini bildirərək onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O da öz növbəsində əməkdaşların qanuni tələblərinə tabe olaraq onlarla birlikdə polis bölməsinə getmiş və orada izahatı alındıqdan sonra evə buraxılmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən fərdi yaşayış evində 2008-ci il təvəllüdlü qızı Şahid ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs doğma qardaşı oğludur, onunla ədavət və ya düşmənçiliyi yoxdur. Müslüm uzun müddətdir ki, onu narahat edərək evdə olduğu zaman və evdə olmadığı vaxtlarda da yaşadığı evin hasarından aşaraq həyətinə, bəzən də evinə girmişdir. Müslüm tüfeyli həyat tərzi yaşadığından ondan dəfələrlə pul istəmişdir, sonuncuya pul vermədikdə isə onunla mübahisə edib münaqişə yaratmışdır. Buna görə o, bir neçə dəfə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə müraciət etmiş və məhkəmə tərəfindən sonuncunun barəsində inzibati qaydada da tədbir görülmüşdür. 04 fevral 2023cü il tarixdə, təxminən saat 08 radələrində yaşadığı evdə yatdığı zaman evin mətbəxindən səs-küy eşidib oyanmış və mətbəxə keçəndə Müslümün orada olduğunu görmüşdür. Həmin vaxt səsə qızı Nərmin də oyanaraq onların yanına gəlmişdir. O, Müslümdən evindən getməsini istəmişdir. Müslüm isə pula ehtiyacı olduğundan gəldiyini deyib ondan pul istəmişdir. O, Müslümə pul verməyəcəyini deyəndə isə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Müslüm təpiklə onun sağ bud nahiyyəsinə və bel nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Bundan sonra o, Müslümün əlindən yaxa qurtarıb qızı ilə birlikdə başqa otağa keçmişdir. Qızı Nərmin Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bir neçə dəqiqədən sonra isə polis əməkdaşları gələrək Müslümü aparmışlar. Həmin vaxt evdə o, qızı Nərmin və Müslüm olmuş, başqa heç kim olmamışdır. Müslümün onunla mübahisə edərək döyüb xəsarət yetirməsi təxminən 5-10 dəqiqə ərzində baş vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Şikayəti yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən fərdi yaşayış evində anası Zərərçəkmiş şəxs və qardaşı X5 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs dayısı oğludur, onunla ədavət və ya düşmənçiliyi yoxdur. Dayısı oğlu Müslüm çoxdandır ki, tez-tez onların evinə gələrək anasını narahat edib sonuncudan pul istəmiş, getməyə yerinin olmadığını deyib onların evində qalmışdır. Anası isə Müslümə bəzən icazə verməyəndə Müslüm anası ilə mübahisə edib dalaşmışdır. 04 fevral 2023-cü il tarixdə, təxminən saat 08 radələrində o və anası Aydagül yaşadıqları evdə yatdıqları zaman evin mətbəxindən səs-küy eşidib oyanmışlar və mətbəxə keçəndə Müslümün orada olduğunu görmüşlər. Anası Müslümdən evdən getməsini istəmiş, Müslüm isə pula ehtiyacı olduğundan gəldiyini və getməyə yerinin olmadığını deyib anasından pul istəmişdir. Anası isə Müslümə pul verməyəcəyini və evdən çıxıb getməsini deyəndə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Müslüm təpiklə anasının sağ bud nahiyyəsinə və bel nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Bundan sonra o, anası ilə birlikdə başqa otağa keçmişlər və qapını bağlamışlar. Mobil telefonu ilə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bir neçə dəqiqədən sonra isə polis əməkdaşları gələrək Müslümü aparmışlar. Müslümün anası ilə mübahisə edərək döyüb xəsarət yetirməsi təxminən 5-10 dəqiqə ərzində baş vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 139 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində bel nahiyyənin qançırı və sağ budun dərialtı hematoması xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, həmin xəsarətlərin vət.Zərərçəkmiş şəxs özü-özünə yetirməsi, həmçinin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şahid qismində dindirilməli olan yetkinlik yaşına çatmayan qızı xx.xx.2008-ci il təvəllüdlü Şahid qanuni nümayəndəsi qismində təyin edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 418 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər X1 yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı MKS tərəfindən verilmiş 177 və 178 saylı, xx.xx.2023-cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və qeydiyyatdadır, ailə tərkibi qardaşı X4 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ 4 nömrəli xəstəxananın poliklinikasının şöbəsi tərəfindən verilmiş 50 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinikasının şöbəsinin psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs X3 yaşadığı ünvanda xəsarətləndirməsi, yəni həmin hadisənin ictimai yerdə baş verməməsi Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibini istisna etdiyindən fakt üzrə toplanmış materialda vətəndaş Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, Təqsirləndirilən şəxs barəsində açılmış məhkəməyədək sadələşdirilmiş icraat materiallarının araşdırılması davam etdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli hökm dəyişdirilərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 06 ay şərti sınaq müddəti təyin edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cərimə tam ödənilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-351/2016-cı il tarixli xx.xx.2016-cı il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:20-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şxəs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 157.1 və 182.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş bibisi Zərərçəkmiş şəxs ilə barışmışdır. Cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, qardaşı oğlu Təqsirləndirilən şəxs ilə barışmışdır. Şikayəti yoxdur. CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə xitam verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-559/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 765 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-559/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-559/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver