Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-56/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, 2-ci paralel küçə, məhəllə 9 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış təmiz çəkisi 0,770 qram narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 26 iyul 2023-cü il tarixdə saat 22:20-də həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən “Bakcell” dükanının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 22:37-də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,770 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona əsassız ittiham elan edilmişdir. Belə ki, onun üzərində heç bir narkotik vasitə olmamışdır, əsassız olaraq saxlanılmış və üzərində narkotik vasitə olması ilə bağlı sənədləşmə işi aparılmışdır. 26 iyul 2023-cü il tarixdə təxmini saat 6-7 radələrində ailəsi və uşaqları ilə birlikdə gəzmək üçün Sumqayıt şəhər Bulvarına getmək qərarına gəlmişlər. Bu məqsədlə evdən çıxdıqdan sonra onun istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə zəng gəlmişdir. Zəng edən şəxs özünü təqdim edərək Sumqayıt ŞPİ-nin əməkdaşı Şahid1 olmasını və onunla görüşməli olmasını bildirmişdir. O da yanında ailə uşağının olduğunu bildirən zaman Şahid1 onları yola salıb gəlməsini demişdir. Bundan sonra ailə-uşağını yola salıb əvvəlcədən danışdıqları kimi 2-ci mikrorayonda yerləşən “Bakcell” dükanının yanına gəlmişdir. Orada Şahid1 və digər polis əməkdaşı Şahid2 onu saxlayaraq Sumqayıt ŞPİ-yə gətirmişlər. Həmin vaxt onların yanında başqa bir nəfər şəxs də olmuşdur, lakin onun kim olmasını bilməmişdir. Yolda ailə üzvlərinə zəng vurub məlumat vermək istəsə də, həmçinin həyat yoldaşı onun mobil nömrəsinə zəng vursa da, telefonu ondan alaraq danışmasına imkan verməmişlər. Onu saxlayan zaman qonşuların barəsində şikayət etməsini demişlər, lakin hansı qonşunun şikayət etməsi ilə bağlı nəsə deməmişlər. İdarədə ona narkotik vasitə ilə bağlı tutulduğunu və bununla bağlı rəsmiləşdiriləcəyini bildirmişlər. O etiraz etdikdə isə qəbul etməsə külli miqdarda narkotik vasitə ilə rəsmişləşdiriləcəyini bildirmişlər. Həmin vaxt ona hər hansı fiziki təsir olmasa da, orada olan psixoloji təsirlərdən qorxmuş və stres altında olmuşdur. Bir neçə saat idarədə qaldıqdan sonra vəkil gəlmiş və qorxduğu üçün vəkilə də heç nə deməmişdir. Polis əməkdaşları ona narkotik vasitə verərək çəkiliş vaxtı vəkilin yanında çıxarıb təqdim etməsini və özünün olması barədə etiraf edici ifadə verməsini bildirmişlər. Qeyd etdiyi kimi həmin vaxt qorxduğu və stres altında olduğu üçün ona aid olmayan narkotik vasitənin üzərində olması barədə etirafedici iifadə vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əməliyyat müvəkkili Şahid1 əvvələr tanımamış, yalnız adını eşitmişdir. İstintaq zamanı azadlıqda olduğu vaxt heç bir orqana şikayət etməməsinin səbəb qorxması olmuşdur. Belə ki, hər hansı şikayət edəcəyi halda onu külli miqdarda narkotik vasitə ilə rəsmişlədirəcəklərindən qorxmuşdur. O, saxlanılma vaxtını təxmini 6-7 qeyd edir, ola bilsin 1 saata qədər səhvə yol verə bilər. Lakin, ittihamda qeyd edilmiş saat 22:20-dən çox öncədən saxlanılmışdır. Telefon danışıqlarının vaxtına əsasən həmin vaxt lap dəqiqliyi ilə müəyyən edilə bilər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildiyini qeyd etmiş və bildirmişdir ki, saxlanılmamışdan öncə ona hər hansı zəng gəlməmişdir. Əvvəlki məhkəmə iclaslarında əsəbi olduğu üçün təqsirsiz olması və əməliyyat müvəkkilinin ona zəng edərək çağırmasını bildirmişdir. Bundan sonrakı məhkəmə proseslərində isə Təqsirləndirilən şəxs yenidən özünü təqsirli bilməyərək qeyd etmişdir ki, daha öncədən verdiyi ifadələri doğrudur. xx.xx.2024cü il tarixli məhkəmə iclasına ilk dəfə olaraq Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən gətirilmişdir. Həmin vaxta qədər məhkəmə prosesləri video konfrans əlaqə sistemindən istifadə edilməklə keçirilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasına gətirilən zaman Sumqayıt ŞPİ-də əməliyyat müvəkkili Şahid1 ona xəbər göndərərək özünü təqsirli bilməyəcəyi halda yenidən problemlərinin ola biləcəyini, təqsirli bildiyi halda isə onu məhkəmə iclas zalından azad etdirəcəyini bildirmişdir. Həmin prosesdən sonra, artıq təcridxanaya qayıtdığı, Sumqayıt ŞPİ-də olmadığı üçün yenidən həqiqəti demək qərarına gəlmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 26 iyul 2023-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə o və Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 saat 22:20 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 2-ci mikrorayonda yerləşən “Bakcell” mağazasının qarşısında saxlayıb, özlərini təqdim etmişlər və onun üzərində narkotik vasitə saxlaması və gəzdirməsi ilə bağlı şübhəli olmasını bildirmişlər. Bununla bağlı Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-yə dəvət emişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla bilrikdə idarəyə gəlmişdir. İdarədə onların və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibində saxladığı bir büküm maddəni təqdim edərək narkotik vasitə olan heroin olmasını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş maddə çəkilmiş və xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra isə bununla bağlı sənədləşdirmə işləri aparılmışdır. Bundan əlavə Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra ona qarşı hər hansı təsir və ya təzyiqə yol verilməmişdir. Təqsirləndirilən şəxs özü də hər hansı narazılıq və etiraz etməmiş, törətdiyi əməli etiraf etmişdir. Şübhəli şəxsi saxlamamışdan öncə onun tərəfindən, yaxud əməliyyat qrupunun digər üzvü Şahid1 tərəfindən Təqsirləndirilən şəxs hər hansı zəng edilməmişdir. Bu təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə verdiyi ifadəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26 iyul 2023-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə o və Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 saat 22:20 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 2-ci mikrorayonda yerləşən “Bakcell” mağazasının qarşısında saxlayıb, özlərini təqdim etmişlər və onun üzərində narkotik vasitə saxlaması və gəzdirməsi ilə bağlı şübhəli olmasını bildirmişlər. Bununla bağlı Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-yə dəvət emişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla bilrikdə idarəyə gəlmişdir. İdarədə onların və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibində saxladığı bir büküm maddəni təqdim edərək narkotik vasitə olan heroin olmasını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş maddə çəkilmiş və xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra isə bununla bağlı sənədləşdirmə işləri aparılmışdır. Bundan əlavə Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra ona qarşı hər hansı təsir və ya təzyiqə yol verilməmişdir. Təqsirləndirilən şəxs özü də hər hansı narazılıq və etiraz etməmiş, törətdiyi əməli etiraf etmişdir. Şübhəli şəxsi saxlamamışdan öncə onun tərəfindən, yaxud əməliyyat qrupunun digər üzvü Şahid2 tərəfindən Təqsirləndirilən şəxs hər hansı zəng edilməmişdir. Onun Şahid3 adında hər hansı qohumu, dostu və ya tanışı yoxdur. Belə bir adamla əlaqəsi də olmamışdır. Həmçinin ********** saylı mobil nömrənin kimi istifadəsində olması barədə heç nə deyə bilməz, belə bir nömrə ilə ümumiyyətlə telefon əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onun yanında əməliyyat müvəkkili Şahid2 başqa şəxs olmamışdır. Cinayət işinin 20-ci vərəqəsində olan 26 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 70-ci vərəqəsində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilərək saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 4-cü vərəqəsində olan Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən idarə rəsinin adına yazılmış 26 iyul 2023-cü il tarixli rapordan görünür ki, Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədi ilə vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. Həmin raportun üzərində olan ştampdakı qeydlərə əsasən raport 27 iyul 2023-cü ildə qeydiyyatdan keçmişdir. Cinayət işinin 7-ci vərəqəsində olan Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən idarə rəsinin adına yazılmış 26 iyul 2023-cü il tarixli rapordan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi zərurəti ilə əlaqədar əməliyyat qrupunun yaradılmasına icazə verilməsi xahiş edilmişdir. Həmin raportun üzərində olan ştampdakı qeydlərə əsasən raport 27 iyul 2023-cü ildə qeydiyyatdan keçmişdir. Cinayət işinin 8-cü vərəqəsində olan Sumqayıt ŞPİ-nin rəisinin 27 iyul 2024-cü il tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 28-29-cu vərəqələrində olan 26 iyul 2023-cü il tarixli şəxsi axtarışın keçirilməsi barədə protokola və həmin protokola əlavə edilmiş diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİnin Təhqiqat şöbəsinin təhqiqatçısı Elsevər Quluyev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlayarkən proses iştirakçıları özlərini təqdim etdikdən sonra X4 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair bildirişlə tanış edir. X4 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşur. Əgər vardırsa təqdim etməsi təklif edildikdə sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm, sol cibindən isə bir ədəd “BG” markalı mobil telefonu, bir ədəd “Rothmans” markalı siqareti və bir ədəd alışqanı çıxarıb təqdim edir. Bir ədəd şəffaf sellofan biikümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli sepsifık iyə malik kütlə olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin kütlələrin “kakos” adlanan narkotik vasitə olduğunu və həmin kütləni tutulduğu gün Sumqayıt şəhərində tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifafə etmək məqsədilə əldə etdiyini bildirir. Mobil telefonun nömrəsini təzə aldığına görə əzbər bilmədiyini qeyd etdi. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə əlavə hər hansı əşya və ya predmet aşkar edilmir. Həmin büküm elektron tərəzidə çəkilərkən çəkisinin 0,85 qram olması müəyyən edilir. Həmin kütlə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılır möhürlənir. Zərfin üzəri Təqsirləndirilən şəxs və müdafiəçisi Əbülfəz Bünyatov tərəfindən imzalanır. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə- kimyəvi ekspertizasının 27 iyul 2023-cii il tarixli, 3-16-16/2-6/4045 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs 1. İmza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 0,770 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,770 qram, tədqiqata sərf olunub 0,05 qram, qalıq 0,720 qram. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023cü il tarixli 4903 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 53-54-cü vərəqələrində olan 28 iyul 2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,770 qram heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 0,720 qram heroin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Həmçinin şəxsi axtarış və götürmə haqqında haqqında 26 iyul 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Laçın rayon Qeydiyyat Şöbəsinin 30 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Şahid1 Şahid3 qardaşı oğludur. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfinən verilmiş məlumatlardan görünür ki, ********** saylı mobil nömrə Şahid3 adına qeydiyatdan keçmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ona 06 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. Beləliklə, məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında - təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, telefon danışıqlarının aparılması, telefon danışıqları zamanı qeydə alınmış anten məlumatları, həmçinin iş üzrə əməliyyat-axtarış tədbirləinin həyata keçirilməsi zamanı yol verilmiş kobud nöqsanlar əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlama və daşıma cinayətini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə yuxarıda təsvir edilən ifadələrin və digər sübutların mötəbərliyi üzrə qiymətləndirilməsindən öncə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.2 maddələrinin tələblərinə əsasən məhkəməninin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər cinayət prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdaki sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan sübut kimi qəbu etmir və hesab edir ki, həmin subutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Bu səbəbdən məhkəmə qanunvericiliyin tələbini rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla, öz daxili inamına görə sübutları qiymətləndirməklə Təqsirləndirilən şəxs hazırki ittiham üzrə təqsirinin sübuta yetirilməməsi qənaətinə gəlir və bu səbəbdən ibtidai istintaq orqanının ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Bu baxımdan məhkəmə ilk öncə Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi zamanı tərtib edilmiş sənədlərdə yol verilmiş və aradan qaldırılması mümkün olmayan ziddiyyətləri qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs ətrafında vətəndaşların sorğusu əməliyyat-axtarış tədbiri 26 iyul 2023-cü ildə keçirilmiş və o saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. Lakin, qeyd edilən əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi və əməliyyat qrupunun yaradılması ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən idarə rəsinin adına yazılmış raportlar Sumqayıt Şəhər Polis İdarəsinin dəftərxanasında 27 iyul 2023-cü ildə qeydiyyatdan keçmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar əməliyyat qrupu yaradılması barədə Sumqayıt ŞPİ-nin rəisinin əmri 27 iyul 2023-cü il tarixdə verilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə tərtib edilmiş bir neçə sənəddə tarixlərdə səhvə yol verilməsi və tarixin başqa bir vaxtda deyil, hadisənin səhəri gün göstərilməsi belə qənaətə gəlməyə əsas verir ki, həmin tarixlərin qeyd edilməsi hər hansı texniki xəta və ya yanlışlıq səbəbindən olmamış, müvafiq raportlar həqiqətən də şəxs saxlanıldıqdan bir gün sonra qeydiyyatdan keçmiş və əməliyyat qrupunun yaradılması barədə əmr də həmin tarixdə, yəni 27 iyul 2023-cü il tarixdə verilmişdir. Qeyd edilən hallar isə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirlərinin əsassız və qanunsuz olması qənaətinə gəlinməsi üçün əsasdır. Əməliyyat qrupunun yaradılması barədə əmr olmadan həmin tədbirin keçirilməsi əsassız və qanunsuz olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni istintaq materiallarında göstərilən vaxtdan bir neçə saat öncə saxlanılması, saxlanılmamışdan öncə polis əməkdaşının ona zəng vuraraq çağırması, kənar təsirlər altında özünə qarşı ifadə verməsinin həqiqət olması aşağıdaki sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə məhkəmə təqsirləndirilən şəxsin saxlanılma vaxtı ilə bağlı ibtidai istintaq materialları ilə müəyyən edilmiş halların işin həqiqi halları ilə eynilik təşkil etməməsi və təhrif edilməsini qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə saat 22:20 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Bakcell” dükanının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. Lakin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həmin vaxtdan xeyli müddət əvvəldən, əməliyyat müvəkkili Şahid1 ilə telefon danışıqları qeydə alındığı vaxtdan saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirmişdir. Bununla bağlı məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və onu saxlayan əməliyyat müvəkkillərinin istifadə etdiyi telefon nömrələrinin anten məlumatları götürülmüşdür. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonun anten məlumatları xx.xx.2023-cü ildə saat 20:22-də saxlanıldığı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Bakcell” dükanının yaxınlığında olan ötürücü qurğularda qeydə alınmışdır (Ceyran Restoranı, Sumqayıt şəhəri, 34-cü məhəllə, Dostluq küçəsi). Həmin tarixdə saat 20:33-də Sumqayıt şəhəri, 30-cu məhəllə, Sülh və S.Vurğun küçələrinin kəsişməsində, 20:34-də Sumqayıt şəhəri, S.Vurğun küçəsi 1, Dalğa Restoranın yanında, 20:48-dən isə Sumqayıt şəhəri, M.Müseynzadə küçəsi, 6-cı məhəllədə olan ötürücü qurğularda anten məlumatları qeydə alınmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonun anten məlumatlarının xx.xx.2023-cü ildə saat 20:22-də saxlanıldığı əraziyə yaxın ötürücü qurğularda, xx.xx.2023-cü ildə saat 20:48-dən Sumqayıt şəhəri, M.Müseynzadə küçəsi, 6-cı məhəllədə, yəni Sumqayıt ŞPİ-nin inzibati binasının yaxınlığında olan ötürücü qurğularda qeydə alınması onun istintaq materiallarında qeyd edildiyi vaxtdan 02 saat öncədən saxlanıldığını təsdiq edir. Həmin tarixdə saat 20:22-dən 20:48-dək olan anten məlumatları isə (saat 20:33 və 20:34-də qeydə alınmış məlumatlar) isə Təqsirləndirilən şəxs saxlanıldığı yerdən Sumqayıt ŞPİ-yə gətirildiyi hərəkət marşurutunu təsdiq edir. Əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 istifadəsində olan mobil telefonların anten məlumatları da eyni halı təsdiq edir. Belə ki, əməliyyat müvəkkili Şahid2 istifadəsində olan ********** saylı mobil telefon nömrəsinin anten məlumatı xx.xx.2023-cü il tarixdə saat 20:20-də, 20:21 və 20:23-də Sumqayıt şəhəri, 32-ci məhəllə, 20 Yanvar küçəsində yerləşən Səfərli 1 müəssisəsinin damında quraşdırılmış ötürücü qurğuda qeydə alınmışdır. Həmin ərazi isə Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Bakcell” dükanının yaxınlığıdır. Bundan sonra saat 20:29-da həmin nömrənin anten məlumatı Sumqayıt şəhəri Sülh küçəsində, 20:30-dan isə Sumqayıt şəhəri, M.Müseynzadə küçəsi, 6-cı məhəllədə (yaxud Sumqayıt şəhəri, Azərbaycan prospekti 15, ATS/Sumqayıt), yəni Sumqayıt ŞPİ-nin inzibati binasının lap yaxınlığında olan ötürücü qurğularda qeydə alınmışdır. İstintaq materiallarında Təqsirləndirilən şəxs saxlanılma anı kimi qeyd edilmiş saat 22:20 radələrində də əməliyyat müvəkkili Şahid2 Sumqayıt ŞPİ-nin inzibati binasında və ya onun yaxınlığında olması öz təsdiqni tapmışdır. Belə ki, Həmin saatan öncə və sonrakı anten məlumatları da Sumqayıt ŞPİ-nin inzibati binasının yaxınlığında olan ötürücü qurğularda qeydə alınmışdır. Digər əməliyyat müvəkkili Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsinin anten məlumatı xx.xx.2023-cü il tarixdə saat 20:23-də Sumqayıt şəhəri, Univermaqda yerləşən ötürücü qurğuda qeydə alınmışdır. Həmin ərazi də Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Bakcell” dükanının yaxınlığıdır. İstintaq materiallarında Təqsirləndirilən şəxs saxlanılma anı kimi qeyd edilmiş saat 22:20 radələrində əməliyyat müvəkkili Şahid1 Sumqayıt ŞPİnin inzibati binasında və ya onun yaxınlığında olması öz təsdiqni tapmışdır. Belə ki, Həmin saatan öncə və sonrakı anten məlumatları da Sumqayıt ŞPİ-nin inzibati binasının yaxınlığında olan ötürücü qurğularda qeydə alınmışdır (Sumqayıt şəhəri, M.Müseynzadə küçəsi, 6-cı məhəllə, yaxud Sumqayıt şəhəri, Azərbaycan prospekti 15, ATS/Sumqayıt). Bundan əlavə Təqsirləndirilən şəxs əməliyyat müvəkkili Şahid1 ona zəng etdiyini bildirdiyi ********** saylı mobil telefon nömrəsinin Şahid1 əmisi Şahid3 adına qeydiyatdan keçməsi müəyyən edilmişdir. Həmin telefon nömrəsinin də anten məlumatı xx.xx.2023-cü il tarixdə saat 20:22-də Sumqayıt şəhəri, 32-ci məhəllə, 20 Yanvar küçəsində yerləşən Səfərli 1 müəssisəsinin damında quraşdırılmış ötürücü qurğuda qeydə alınmışdır. Həmin ərazi isə Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Bakcell” dükanının yaxınlığıdır. Həmin dəqiqələrdə əməliyyat müvəkkili Şahid2 istifadəsində olan ********** saylı mobil telefon nömrəsinin anten məlumatı eyni qurğuda qeydə alınmışdır. Bununlada Təqsirləndirilən şəxs qeyd etdiyi kimi iki nəfər əməliyyat müvəkkillərindən əlavə bir şəxsin də, yəni ********** saylı mobil telefon nömrəsinin istifadəçisinin də həmin ərazidə olması öz təsdiqini tapmışdır. Bundan əlavə əməliyyat müvəkkili Şahid1 əmisinin adına olan ********** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 19:53-də və 20:22-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrəyə zənglər edilməsi, birinci dəfə 82 saniyə, ikinci dəfə isə 18 saniyə danışıqların olması müəyyən edilmişdir. Bundan əlavə Şahid3 adına qeydiyatdan keçmiş ********** saylı telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ********** saylı mobil telefonlar arasında müxtəlif tarixlərdə danışıqların olması müəyyən edilmişdir (xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və s.). Eyni zamanda Şahid3 adına qeydiyatdan keçmiş ********** saylı telefon nömrəsinin anten məlumatlarının müxtəlif tarixlərdə Sumqayıt ŞPİ-nin inzibati binasının lap yaxınlığında olan ötürücü qurğularda qeydə alınması müəyyən edilmişdir (Sumqayıt şəhəri, M.Müseynzadə küçəsi, 6-cı məhəllə). Göründüyü kimi təqsirləndirilən şəxsin və əməliyyat müvəkkillərinin istifadəsində olan mobil telefon nömrələrinin anten məlumatları əsasında Təqsirləndirilən şəxs istintaq materiallarında qeyd edillən vaxtdan 02 saat öncədən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilməsi öz təsdiqini tapmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs saxlanılmamışdan öncə iki dəfə əməliyyat müvəkkili Şahid1 əmisinin adına olan mobil telfon nömrəsindən təqsirləndirilən şəxsə zəng edilməsi və danışıqların olması da öz təsdiqini tapmışdır. Eyni zamanda ********** saylı telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında mütamadi danışıqların olması, ********** saylı telefon nömrəsinin anten məlumatlarının tez-tez Sumqayıt ŞPİ-nin inzibati binasında qeydə alınması müəyyən edilmişdir. Beləliklə də, ********** saylı telefon nömrəsinin istifadə edən şəxsin əməliyyat müvəkkili Şahid1 ilə yaxın münasibətlərinin və əlaqələrinin olması, həmin şəxsin tez-tez əməliyyat müvəkkili Şahid1 iş yerində olması, həmin şəxsin telefon nömrəsi ilə Təqsirləndirilən şəxs saxlanılmamışdan az öncə sonuncuya zənglər edilərək danışıqların olması və həmin vaxt ********** saylı telefon nömrəsini istifadə edən şəxsin də orada olması öz təsdiqini tapmışdır. Şahid3 adına olan mobil nömrənin onun özünün, yaxud onlara yaxın başqa bir şəxsin istifadəsində olması kifayət qədər təsdiqini tapmışdır. Məhkəmə iclasında əməliyyat müvəkkili Şahid1 Şahid3 tanımadığını, elə qohumu və ya dostunun olmamasını göstərmişdir. Həmçinin ********** saylı telefon nömrəsinin sahibini tanımadığını və elə bir mobil telefon nömrəsi ilə əlaqə saxlamadığını bildirmişdir. Lakin, Laçın rayon Qeydiyyat Şöbəsinin 30 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Şahid1 Şahid3 qardaşı oğludur. Göründüyü kimi məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarala şahidlər Şahid1 və Şahid2 ifadələrinin əskinə, həmin ifadələrə zidd kifayət qədər hallar aşkar edilmişdir. Qeyd edilən hallar isə məhkəmə iclasında şahid qismində iştirak etmiş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 yalan ifadə vermələrini təsdiq edir. Bu baxımdan məhkəmə məhkəmə iclasında şahid qismində ifadə vermiş əməliyyat müəvəkkillərinin ifadələrini mötəbər sübut kimi qəbul etmir. Məhkəmə istintaqı zamanı Şahid3 şəxsiyyəti müəyyən edilərək onun məcburi köçkün olması müəyyən edilmiş, müvvəqqəti məskunlaşdığı ünvana şahid qismində məhkəmə iclasına dəvət edilməsi barədə bildiriş, həmçinin ********** saylı telefon nömrəsin sms bildiriş göndərilmiş, daha sonra isə onun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Lakin, Şahid3 məhkəmə iclaslarına gəlməmiş və məcburi gətirilmə barədə qərarın icrası təmin edilməmişdir. Qeyd edilənlərdən əlavə məhkəmə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsi, narkotikin ona aid olması və saxlanılmamışdan öncə ona hər hansı zəng gəlməməsi barədə ifadələrini qiymətləndirərək hesab edir ki, həmin tarixli məhkəmə iclasında təqsirləndirilən şəxsin verdiyi ifadə ittihamın sübut edilməsi əsası kimi çıxış edə bilməz. Belə ki, təqsirləndirilən şəxs yalnız həmin məhkəmə iclasında etirafedici ifadə vermiş, lakin bundan öncəki və sonra olan proseslərdə özünü təqsirli bilməmişdir. Belə ki, sonrakı məhkəmə proseslərində isə Təqsirləndirilən şəxs yenidən özünü təqsirli bilməyərək qeyd etmişdir ki, daha öncədən verdiyi ifadələri doğrudur. xx.xx.2024cü il tarixli məhkəmə iclasına ilk dəfə olaraq Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən gətirilmişdir. Həmin vaxta qədər məhkəmə prosesləri video konfrans əlaqə sistemindən istifadə edilməklə keçirilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasına gətirilən zaman Sumqayıt ŞPİ-də əməliyyat müvəkklili Şahid1 ona xəbər göndərərək özünü təqsirli bilməyəcəyi halda yenidən problemlərinin ola biləcəyini, təqsirli bildiyi halda isə onu məhkəmə iclas zalından azad etdirəcəyini bildirmişdir. Həmin prosesdən sonra, artıq təcridxanaya qayıtdığı, Sumqayıt ŞPİ-də olmadığı üçün yenidən həqiqəti demək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsinin həqiqətə uyğun olmaması öz ifadələrindən əlavə işin digər halları ilə də təsdiq edilmişdir. Belə ki, onun iki saat öncədən saxlanılaraq idarəyə aparılması, saxlanılmamışdan az öncə istifadəsində olan nömrəyə əməliyyat müvəkkili Şahid1 əmisi Şahid3 məxsus mobil telefon nömrəsindən zəng gəlməsi telefon danışıqları və anten məlumatları ilə də müəyyən edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, həmin məhkəmə iclasından sonra müdafiəçi təqsirləndirilən şəxsin Sumqayıt ŞPİ-də təsir və təzyiqlərə məruz qalmasını, təqsirləndirilən şəxsin məhkəmə iclasına gətirilməməsini, əvvəlki kimi prosesin videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsini xahiş etmişdir. Sonrakı məhkəmə proseslərində Təqsirləndirilən şəxs özü də müdafiəçisinin qeyd etdiyi halları təsdiq edərək xx.xx.2024-cü il tarixli məhkəmə iclasında kənar təsirlər altında etiraf edici ifadə verməsini bildirmişdir. Qeyd edilən səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsinin kənar təsirlər altında olmasını ağlabatan hesab edir və həmin tarixli məhkəmə iclasında verilmiş ifadəni mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan az öncə əməliyyat müvəkkilinin onunla əlaqə saxlaması və həmin danışıq əsasında özünün təyin edilmiş əraziyə gələrkən üzərində narkotik vasitə ilə gəlməsi də inandırıcı və ağlabatan deyil. Göstərilənlərdən əlavə cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində, məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunverilciyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Bu baxımdan məhkəmə cinayət işinin materiallarında olan 26 iyul 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokolu, Təqsirləndirilən şəxs eyni tarixli izahatı, 27 iyul 2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi ifadəsi protokolu və 28 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi ifadəsi protokolunu məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, qeyd edilən prosessual sənədlərlə işin həqiqi halları müəyyən edilmir və həmin protokollarda Təqsirləndirilən şəxs iradəsi təhrif edilmiş formada öz əksini tapmışdır. Belə ki, protokoların məzmuna əsasən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını səmimi etiraf edir, şəxsi axtarış zamanı könüllü təqdim edir və etirafedici ifadə verir. Lakin, məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla öz təsdiqini tapır ki, Təqsirləndirilən şəxs həmin protokollarda göstərildiyi vaxtda, yəni xx.xx.2023-cü il tarixdə saat 22:20-də deyil, bundan iki saat öncə 20:22-də saxlanılmış və daha sonra idarəyə gətirilmişdir. Göründüyü kimi işin həqiqi halları qeyd edilən protokollarda tamamilə təhrif edilmişdir. Bütün bu hallar isə tərtib edilmiş sənədlərin kənar təsirlər altında iradəsi əleyhinə Təqsirləndirilən şəxs tərəfindən imzalanması barədə məhkəmədə əsaslı şübhələr yaradır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş qeyd edilən prosessual sənədlər təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi, protokollarda şübhəli və təqsirləndirilən şəxsin iradəsi təhrif edilmiş formada əks etdirildiyi üçün, həmin protokollar mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olumalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Təsviri hissəsində istintaq hərəkəti zamanı müəyyən edilmiş hallar tam və obyektiv qeyd edilməklə iştiakçıların protokola dair iradə ifadələrini sərbəst ifadə etmələrinə şərait yaradılmalıdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin saxlanılma vaxtı əməliyyat, təhqiqat və istintaq materiallarında 02 saat sonraya rəsmiləşdirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə şəxsi axtarış keçirilməsi arasında bu qədər vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şübhəli şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs saxlanılandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 0,770 qram heroinin Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum edildiyi iş üzrə cəzaçəkmə müddəti başa çatdığı və hazırda hazırki iş üzrə həbsdə saxlanıldığı üçün onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalından azad edilməlidir. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün iş üzrə narkotik və psixotrop vasitələrin kimyəvi ekspertizasının keçirilməsi xərci olan 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Sumqayıt ŞPİ-də saxlanılan cinayət işi üzrə maddi sübut 0,720 qram narkotik vasitə olan heroin materiala əlavə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 və Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X5 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamda təqsirliyi sübuta yetirlimədiyi üçün Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə material narkotik vasitəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün Sumqayıt şəhər prokurorluğuna göndərilsin və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan narkotik vasitə – 0,720 qram kustar üsulla hazırlanmış heroin həmin materiala əlavə edilsin Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-56/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-56/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver