Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-560/2022 09.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, xx.xx.1985-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, səhər saat 11 radələrində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0.278 qram narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 0.153 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18:20-də Sumqayıt şəhəri. Sülh küçəsi. 34-cü məhəllə “Nənəmin Təndiri” un məmulatları satış yerinin yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-na gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd siqaret kağızı bükümünün içərisində 04 büküm ayrı-ayrılıqda təmiz çəkiləri 0.073 qram. 0.065 qram. 0.05 qram. 0.09 qram ümumi təmiz çəkiləri 0.278 qram olan narkotik vasitə heroin və 03 büküm ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qram. 0.082 qram. 0.025 qram, ümumi təmiz çəkiləri 0.153 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində Sumqayıt şəhəri, “Pioner” adlanan markatin yaxınlığında tanımadığı şəxsdən 13 manat müqabilində 01 bükümdə metamfetamin və 01 bükümdə heroin almış və həmin bükümləri öz yaşadığı evə aparmışdır. Evdə heroini 04 bükümə metamfetamini isə 03 bükümə bölmüş və həmin maddələri əynində olan qara rəngli gödəkçənin cibinə qoyub saxlamışdır. Bir neçə saatdan sonra yəni saat 18.20 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində “Nənəmin təndiri” un məmulatları satılan mağazanın yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra və ona narkotik vasitələrin saxlanılması, daşınması və satışında şübhəli bilindiyini deyərək Sumqayıt ŞPİ 3-cü PB-nə dəvət etmişlər. Polis Bölməsində xidməti otaqların birində vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər, üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması əgər vardırsa, həmin əşyanı təqdim etməyi təklif edilmişdir. O, da əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı 1 ədəd üzərində ***-***-**-** nömrəsi olan “Alcatel” markalı telefonu, əynində olan qara rəngli gödəkcənin sol cibindən 06 ədəd siqaret kağızına bükülmüş bükümləri çıxardaraq təqdim etmişdir. Təhqiqatçı üzərinə baxdığı zaman bir ədəd siqaret kağızı bükümdə olan heroini aşkar etmiş və ümumilikdə 04 büküm heroin 03 büküm isə metamfetamin aşkar olunmuşdur. Heroin bükümləri birlikdə 0.45 qram, metamfetamin bükümləri isə 0.22 qram çəkidə olduğu müəyyən edilmişdir. Həmin bükümlər ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənərək imzalanmışdır. Şəxsi axtarış zamanı ona yaşadığı evə də baxış keçirilməli olduğu bildirilmiş və evinə baxış keçirilən zaman qeyri qanuni heç bir şey aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan vaxt ona qarşı hər hansı zorakılıq edilməmişdir. Videoçəkliş zamanı üzərində şəxsi axtarış keçirən təhiqatçı ona narkotik vasitələrin satışında şübhəli bilindiyini dedikdə, o, çəkiliş zamanı, narazılıq bildirib “rəis ilə danışanda mənə belə deməməmişdi" demiş, təhqiqatçı vəkili təqdim etdiyi zaman onun müdafiəçi olduğunu bildirdiyindən düşünmüşdür ki, müdafiəçi başqa olur vəkil başqa və ona görə vəkil istədiyini bildirmişdir, sonradan ona izah olunmuş və vəkilə heç bir etirazı olmamışdır. Şəxsi axtarış zamanı rəis dedikdə əməliyyat müvəkkili Şahları nəzərdə tutmuşdur. O, heç bir vaxt narkotik satışı ilə məşğul olmamış, aşkar olunmuş narkotik yalnız öz istifadəsi üçün nəzərdə tutulmuşdur. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid ifadəsində göstərdi ki Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı əsasında 24 fevral 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa əməliyyat müvəkkili Vasif Quliyev başçılıq etmiş, əməliyyat qrupunun üzvü Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Vasif Quliyev ilə birlikdə Təqsirləndirilən şəxs təxminən saat 18.20 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllə "Nənəmin Təndiri” un məmulatları mağazasının yaxınlığında piyada hərəkət edən zaman saxlamışlar. Sonra özlərini ona təqdim edib üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişlər. 3-cü PB-də Təqsirləndirilən şəxs təhqiqatçı, polis kapitanı Pərviz Babayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edələrək, videoçəkilişlə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd "X8” markalı mobil telefonu daha sonra isə əynində olan gödəkçənin sol yan cibindən bir neçə ədəd ağ kağız bükümləri çıxararaq masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri öz istifadəsi üçün Sumqayıt şəhəri, 5-ci mikrorayon, “Pioner” mağazası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 13 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir, bundan sonra təhqiqatçı onun üzərində axtarış keçirmiş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən də bir büküm aşkar edilmiş və masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin ağ kağız bükümlər açılaraq baxıldığı zaman bükümlərdən birinin içərisindən iki büküm çıxmış və hər iki bükümdən qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, üçüncü bükümdə də qəhvəyi rəngli tozşəkilli narkotik vasitə olan heroinə bənzər kütlə, dördüncü bükümdə də qəhvəyi rəngli tozşəkilli maddə heroinə bənzər kütlə aşkar olunmuş, daha sonrakı üç bükümdə isə ağ rəngli tozşəkilli kristallik maddələr metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. İçərisində ağ rəngli maddə olan bükümlər tərəzidə çəkildikdə, ümumilikdə 0.22 qram olması, içərisində qəhvəyi rəngli tozşəkilli maddələr olan bükümlər tərəzidə çəkildikdə isə ümumilikdə 0,45 qram olması müəyyən edilmişdir. Həmin bükümlər ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılıb imzalanmışdır. Təqsirləndirilən şəxs həmin bükümlərdən heorinə bənzər kütlələrin ona məxsus olmadığı bildirib imzalamaqdan imtina etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs onun yaşadığı evdə də narkotik maddələr saxlaması barədə əsaslı şübhələr olduğu bildirilir və Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etirazı olmadığını bildirdikdən və ərizəsi alındıqdan sonra onun yaşadığı ünvana getmişlər, lakin, onun evinə baxış keçirildikdə hər hansı qanunla qadağan edilmiş maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəqiq məlumat yoxdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyi zaman ümumilikdə yeddi büküm aşkar olunmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı X3 elan edilmiş ifadəsindən görünür ki, o, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər, Sülh küçəsi, 34-cü məhəllə, “Nənəmin Təndiri” un məmulatları satışı yerinin yaxınlığında xx.xx.2022-ci il tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ondan üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən üzərində 070 *** ** ** mobil nömrəsi olan 01 ədəd ALCATEL markalı qara rəngli mobil telefonu çıxardıb təqdim etdi, bundan sonra əynində olan qara rəngli gödəkçəsinin sol cibindən 06 ədəd siqaret kağızma bükülmüş bükuümləri çıxardıb təqdim etdi və verilən şifahi suallara cavab olaraq kiçik ölçülü bükümlərdə “şüşə” yəni psixotrop maddə olan metamfetamin, digər bükümlərdə isə narkotik vasitə “heroin” olduğunu həmin maddələri Sumqayıt şəhəri Pioneer deyilən ərazidən bu gün səhər saat 11 radələrində tanımadığı şəxsdən 13 manata almış və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd sarı rəngli alışqan, gödəkçənin sof-yan cibindən isə 01 ədəd siqaret kağızı bükümü aşkar olundu. Bundan sonra Aslanov Ähar Mürsəl oğlu üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya predmet aşkar olunmadı. Təqsirləndirilən şəxs aşkar olunmuş siqaretin kağızı bükümlərində olan bükümlər baxılanda 04 ədəd bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinəbənzər maddələr, 03 ədəd bükümdə isə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olundu. Həmin maddələr Digital Pocket scale markalı elektron tərəzidə çəkildi, 04 ədəd heroinə bənzər maddələrin ümumilikdə çəkisi 0,45 qram, 03 ədəd metamfetaminə bənzər maddələrin ümumilikdə çəkisi 0.22 qram oldu. Həmin maddələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün, kağız zərfə qoyularaq qablaşdırıldı və DİN-nin 127 saylı möhürü ilə möhürləndi, zərfin üzərində müvafiq qeydlər aparıldı həmin vaxtı iştirakçılar zərfin üzərinə imzalarını qeyd etsələrdə, Təqsirləndirilən şəxs əynində olan gödəkçəsindən çıxardaraq təqdim etdiyi siqaretin kağızlarına bükülmüş bükümlərdən 03 ədəd bükümdə olan metamfetaminə bənzər maddələrin ona məxsus olduğunu,təqdim etdiyi bükümlərdən 04 ədəd heroinə bənzər maddələrin ona məxsus olmadığını bildirərək zərfin üzərinə imza etməkdən imtina etdi. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd alışqan özünə qaytarıldı, 01 ədəd Alcatel markalı mobil telefon isə götürüldü. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr saxlaması, olması barədə məlumatların daxil olduğu və bununla bağlı yaşadığı ünvana baxış keçirilməsi bildirildikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda heç bir cinayət xarakterli əşya predmet olmadığını və yaşadığı ünvana polislər tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirdi. İş materiallarında olan məhkəmə ekspertizasının 6/1165 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N127” dairəvi möhür əksi “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” yazı və imzalar olan zərfdə 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,073 qram, 0,065 qram, 0,05 qram və 0,09 qram olmaqla, ümumi çəkisi 0,278 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərtkib kompenentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,046 qram, 0,082 qram və 0,025 qram olmaqla ümumi çəkisi 0,153 qram olan olan ağ rəngli kristallikşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərtkib kompenentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixtrop maddə metamfitamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,12 qram sərf edilmiş, 0,158 qram heroin qalıq qalmışdır. Tədqiqata 0,06 qram sərf edilmiş, 0,093 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin məhkəmə-tibbi ekspertizasının 284 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,158 qram heroin, 0,093 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 02 (bir) ədəd 20220224_202022, “ 991 313 kb ”, 20220***-*******4- 193051, “ 2 636 520 kb ” həcmli fayllar olduğu müəyyən olunur. Həmin 20220***-*******4- 193051, “ 2 636 520 kb ” layla kompyuterin “mans” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 20 dəqiqə 50 saniyə davam edən, rəngli formatda video görüntünün olduğu müəyyən olunur. Həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X4 Aslanova əvvəlcə özünü təqdim edir. Həmin vaxt Sumqayıt ŞPİ-nin, 3-cü PB əməkdaşları Vasif Quliyev və Şahid özlərini həmin şəxsə təqdim edir. Sonra X1 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında, şübhəli bilindiyi üçün 3-cü PB -nə gətirildiyini bildirir və ona hüquq və . vəzifələri barədə bildirişi və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim edir. X1 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub- olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “X8” markalı mobil telefonu daha sonra isə əynində olan gödəkçənin sol yan cibindən bir neçə ədəd ağ kağız bükümləri çıxararaq masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri öz istifadəsi üçün Sumqayıt şəhəri, 5-ci mikrorayon, “Pioner” mağazası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 13 manata aldığını və üzərində gəzdirdiyini bildirir, bundan sonra təhqiqatçı bir daha onun üzərində axtarış keçirir və Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən də bir büküm aşkar edir və masanın üzərinə qoyur, bundan başqa Təqsirləndirilən şəxs üzərində başqa qanunla qadağan olunmuş hər hansısa vasitə aşkar olunmur. Təhqiqatçı tərəfindən həmin ağ kağız bükümlər açılaraq baxıldığı zaman bükümlərdən birinin içərisindən iki büküm çıxır və hər iki bükümdən qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, üçüncü bükümdə də qəhvəyi rəngli tozşəkilli narkotik vasitə olan heroinə bənzər kütlə, dördüncü bükümdə də qəhvəyi rəngli tozşəkilli maddə heroinə bənzər kütlə aşkar olunur, daha sonrakı üç bükümdə isə ağ rəngli tozşəkilli krostallik maddələr metamfetaminə bənzər kütlələr aşkar olunur. Həmin bükümlərdən içərisində ağ rəngli maddə olan bükümlər tərəzidə çəkildikdə 0.06 qram, 0.08 qram, 0.09 qram ümumilikdə isə 0.22 qram olması müəyyən edilir və içərisində qəhvəyi rəngli tozşəkilli maddələr olan bükümlər tərəzidə çəkildikdə isə 0,14 qram, 0,12 qram, 0,09 qram, 0,08 qram ümumilikdə isə 0,45 qram olması müəyyən edilir. Həmin bükümlər ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılır, DİN-ninl24 nömrəli möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır, Təqsirləndirilən şəxs həmin bükümlərdən heorinə bənzər kütlələrin ona məxsus olmadığı bildirib imzalamaqdan imtina edir. Daha sonra təhqiqatçı X6 Aslanova onun yaşadığı evdə də narkotik maddələr olmasına əsaslı şübhələr olduğunu bildirib onun evində axtarış keçiriləcəyini bildirir və Təqsirləndirilən şəxs buna etiraz etmir. Həmin diskdə olan 20220224_202022, “ 991 313 kb ” fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana binanın dəhlizindən Anar Mürsəlov özü qapını açır və özü əvvəlcə evə daxil olur, daha sonra isə əməliyyat qrupunun digər üzvləri və müdafiəçi evə daxil olur, evin bir otağı və mətbəxinə baxış keçirilir lakin, qanunla qadağan edilmiş hər hansı maddə aşkar olunmur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “X8” markalı mobil telefonun zəng yerinə baxıldığı zaman orada daxil olan və çıxan zənglər siyahısında heç bir nömrə olmadığı müəyyən edildi. Bundan başqa SMS tarixçəsi olan fayllara baxıldığı zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə şahid qismində dindirilmiş Şahid ilə üzləşdirilmişdir. Üzləşmə zamanı Şahid bir daha 2xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək, tərəflərindən saxlanılaraq 3-cü PB-nə aparıldığını və orada üzərində keçirilmiş şəxsi axtarış zamanı 03 büküm metanfitamin, 04 büküm isə heroin aşkar edilərək götürüldüyünü bildirmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qeyd etdiklərinin həqiqəti əks etdirmədiyini bildirmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs Şahid onun üzünə qarşı dediklərini təsdiq edərək xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Polis Bölməsində təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən əvvəl onun üzərinə baxış keçirilmədiyini, qorxduğu üçün heroin bükümlərinin ona məxsus olmadığını dediyini, əslində üzərində 02 büküm metanfitamin, 04 büküm isə heroin olduğunu qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı MKS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8, mənzil 58 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 2170 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,158 qram heroin, 0,093 qram metamfetaminin maddi sübut kimi tanınması və saxlanması üçün Sumqayıt ŞPİ-nin Saxlanc Anbarına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat ilə cinayət təqibinin başlanılması rədd edilməsi, şəxsi axtarış və baxış keçirilməsi zamanı videoçəkilişə dair 01 ədəd DVD diskin maddi sübut qismində tanınması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-560/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə məhkəmə daxil olmuş Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin 126-18270 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:20-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8, mənzil 58 ünvanında saxlanılmış və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-560/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,158 qram heroin, 0,093 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-560/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1025 saylı orderə əsasən vəkil Müdafiəçi qızını onun vəkili təyin etmişdir. Müdafiəçi qızı məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,158 qram heroin, 0,093 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-560/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-560/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver