Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-561/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistn SSR, Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,352 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,895 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 30 aprel 2021-ci il tarixdə saat 22:30-da Sumqayıt şəhər polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən “Bazarstore” marketin qarşısında saxlanılıb Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,352 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,895 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 23/7, mənzil 26-da qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. Halhazırda daimi olaraq heç bir yerdə işləmir. O bir müddətdir ki, narkotik vasitə qəbul edir. Tutulduğu gün, yəni 30.04.2021-ci il tarixdə təxminən saat 11-12 radələrində Bakı şəhəri 20 yanvar metrostansiyası yaxınlığında olarkən təsadüfən bir nəfər şəxslə tanış olmuşdur. O, həmin şəxsin adının nə olduğunu bilməmişdir. Onunla söhbət əsnasında həmin şəxsin narkotik vasitə aludəçisi olduğunu, eyni zamanda həmin şəxs də onun narkotik vasitə istifadə etdiyini bilmişdir. Ağrıları olduğu üçün o, həmin şəxsdə narkotik vasitə olub olmadığını soruşmuşdur. Həmin şəxs də narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Razılaşmış və həmin şəxsdən 60 manata 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamin və 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin almışdır. O, həmin maddələri üzərində gəzdirmişdir ki, heç kəsin bundan xəbəri olmasın və özü üçün istifadə etsin. 30.04.2021-ci il tarixdə saat 22:20 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində olarkən təsadüfən Fəhradı görmüş və birlikdə həmin ərazidə yerləşən "Bazarstore" mağazasının qarşısına getmişlər. O, saat 22:30-da Fəhradla birlikdə Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən "Bazarstore" mağazasının qarşısında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs polis əməkdaşları olduqlarını bildirərək onlara yaxınlaşmışlar. Hər ikisinə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduqlarını və üzərilərinə şəxsi axtarış keçirilməsi üçün polis bölməsinə getmək lazım olduğunu demişlər. Onlar da polis bölməsinə getməyə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə getmişlər. Bölməyə gəldikdən sonra hər birini ayrı-ayrı xidməti otaqlara yerləşdirmişlər. Polis bölməsində ona üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini demişlər. Polis bölməsində dövlət hesabına vəkil təyin olunmuş və hüquqlarının müdafiə edilməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Məmmədov Vüsal təqdim olunmuş, o, da hüquqlarının Vüsal Məmmədov tərəfindən müdafiə edilməsinə etiraz etməmişdir. Polis əməkdaşları hüquq və vəzifələrilə bağlı bildirişi ona təqdim etmiş, o, hüquq və vəzifələri ilə tanış olduqdan sonra polis əməkdaşlarına etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşulan zaman özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülünü təqdim etmiş, həmin büküm açıldıqda içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli psixotrop maddə olan metamfetamin və 1 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroin olduğu müəyyən olunmuşdur. O, həmin maddələrin özünə məxsus olduğunu demişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunan 1 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli psixotrop maddə olan metamfetamin tərəziyə qoyulub çəkilən zaman həmin maddənin bükümlə birlikdə çəkisi 0,40 qram, 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə olan heroinin sellofanla birlikdəçəkisi 2,52 qram, həmin bükümün aşkar edildiyi sellofanın içərisində olan qəhvəyi rəngli maddənin sellofanla birlikdə çəkisi 0,15 qram, hər iki qəhvəyi rəngli maddənin birlikdə ümumi çəkisi 2,66 qram olduğu müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunan qəhvəyi rəngli maddələr kakosdur, ağ rəngli kristal maddə isə metamfetamindir, həmin kakos və metamfetamini 30.04.2021-ci il tarixdə 100 manata şəxsi istifadəsi üçün almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonda üzərindən aşkar edilmiş həmin kütlə ilə bağlı bölmədə müvafiq araşdırma aparılacağı ona qeyd edilərək videoçəkiliş dayandırılmışdır. Lakin o, şəxsi axtarış zamanı və ilkin izahatında üzərindən aşkar olunmuş narkotik vasitənin Fəhraddan almağının yalan olduğunu bildirmişdir. Belə ki, o, Fəhradla birlikdə tutulduğu və onları polis əməkdaşları tərəfindən ayrı otaqlara saldındıqları üçün düşünmüşdür ki, onu polis əməkdaşlarına satan Fəhrad olmuş, bu səbəbdən əsəbləşərək üzərindən aşkar olanan maddələri Fəhraddan aldığını demişdir. Lakin o, üzərindən aşkar olunmuş maddələri Fəhraddan almamış, yuxarıda qeyd etdiyi kimi üzərindən aşkar olunmuş maddələri tutulduğu gün Bakı şəhəri 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 60 manata almışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman, polis bölməsinə gətirildiyi müddətdə, habelə polis bölməsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz olaraq heç bir hərəkət edilməmişdir. Eləçə də təxminən bir neçə aydır ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul edir, ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş, Sumqayıt ŞPİ-nin 4-cü PB-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmiş, Fəhradla birlikdə tutulduğu üçün və onları polis əməkdaşları ayrı otaqlara saldıqları üçün onu Fəhradın satdığını düşünmüş, bu səbəbdən əsəbləşərək üzərindən aşkar olanan maddələri Fəhraddan aldığını söyləmiş, müvəqqəti saxlama yerində olarkən Fəhradın da üzərində narkotik vasitə və psixotrop maddə aşkar olunduğu üçün polis əməkdaşları tərəfindən tutulduğunu bilmiş, həmin vaxt Fəhradın onu satmadığını anlamış, üzərindən aşkar olunmuş maddələri Fəhraddan almamış, tutulduğu gün Bakı şəhəri 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 60 manata almış, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini aldığı şəxsi tanımamış, həmin şəxsin anket məlumatları barədə heç nə bilməmiş, həmin şəxslə təsadüfən tanış olmuş, söhbət əsnasında həmin şəxsdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bilmiş və ağrıları olduğu üçün şəxsin həmin maddələri ona satmağını istəmiş, onda həmin şəxsin mobil nömrəsi olmamış, həmin şəxsdən əvvəllər hər hansı bir narkotik vasitə və psixotrop maddə almamışdır. Təqsirləndirilən şəxs narkotik vasitədən asılı olduğunu, ağrıları olduğu üçün narkotik vasitə və psixotrop maddə qəbul etdiyini, törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 41-ci məhəllə, Yataqxana 1, otaq 22 ünvanında yaşayan X1 və ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlaması, daşıması və gəzdirməsi barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan və Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılaraq 30.04.2021ci il tarixdə saat 22.30 radələrində X4 və Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış, özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirib həmin şəxsləri Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nə dəvət etmişlər, heç bir müqavimət göstərmədən onlarla birlikdə Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nə gəlmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs tutulduqdan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, o, buna etiraz etməmişdir. Sonra ona üzərində videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd şəffaf siqaret sellofanına bükülmüş bükümü təqdim edərək üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan şalvarının yan və arxa ciblərinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olan büküm təhqiqatçı tərəfindən açılmış və sellofanın içərisində qara rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli maddə, həmin sellofanın ətrafında və içərisində olan başqa bir sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddə aşkar olunmuşdur. Daha sonra təhqiqatçı ilk olaraq sellofanın içərisində olan sellofana bükülmüş qəhvəyi rəngli maddəni elektron tərəzidə ölçmüş, tərəzinin ekranında 2.52 qram yazılmış, digər kənarlarında heroinə bənzər maddənin qalıqları olan sellofan tərəzidə ölçülmüş və tərəzinin ekranında 0.15 qram yazılmış, daha sonra isə hər iki içərisində qəhvəyi rəngli heroinə bənzər maddə olan sellofan birlikdə tərəzi vasitəsilə çəkilmiş və tərəzinin ekranında 2.66 qram yazılmış, bundan sonra qara rəngli siqaret kağızının içərisində olan şəffaf rəngli sellofana bükülmüş kristal şəkilli maddə elektron tərəzi vasitəsilə ölçülmüş, tərəzinin ekranında 0.40 qram yazılmışdır. Həmin bükümlər içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi bükümlərin içərisində olan qəhvəyi rəngli tozşəkilli maddənin “kokos” heroin, kristalşəkilli maddənin isə “şüşə” metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Sumqayıt şəhəri ərazisində Məmmədov Fərhaddan şəxsi istifadəsi üçün 100 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Protokol tərtib edilmiş o, və digər iştirakçılar həmin protokolu öz imzaları ilə imzalamışlar. Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmiş, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, həmin narkotik maddə olan heroini və metafetamini 30.04.20201ci il tarixdə Sumqayıt şəhəri “Bazarstorenin” yaxınlığında yəni saxlanılmazdan əvvəl həmin yerdə Fəhrad Məmmədovdan 100 manata aldığını bildirmiş, mənbənin həqiqətən də Fəhrad Məmmədov olub-olmaması müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirilmiş, lakin mənbənin Fərhad Məmmədov olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlara əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmədə Şahid4 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı vəzifəsində işləyir, polis kapitanıdır. 30.04.2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlama, gəzdirmə, daşımaqda şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirmişlər. Həmin gün növbədə qeyd olunan faktın sənədləşdirilməsi ona həvalə edilmiş və bölmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və o, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Yasin tutulduqdan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, o da buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd şəffaf siqaret sellofanına bükülmüş bükümü təqdim edərək üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan şalvarın yan və arxa ciblərinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm onun tərəfindən açılmış və sellofanın içərisində qara rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli maddə, həmin sellofanın ətrafında və içərisində olan başqa bir sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddə aşkar olunmuşdur. Daha sonra ilk olaraq sellofanın içərisində olan sellofana bükülmüş qəhvəyi rəngli maddəni elektron tərəzidə ölçmüş, tərəzinin ekranında 2.52 qram yazılmış, digər kənarlarında heroinə bənzər maddənin qalıqları olan sellofanı tərəzidə ölçmüş və tərəzinin ekranında 0.15 qram yazılmış, daha sonra isə hər iki içərisində qəhvəyi rəngli heroinə bənzər maddə olan sellofanı birlikdə tərəzi vasitəsilə çəkmiş və tərəzinin ekranında 2.66 qram yazılmış, bundan sonra qara rəngli siqaret kağızının içərisində olan şəffaf rəngli sellofana bükülmüş kristal şəkilli maddəni elektron tərəzi vasitəsilə ölçmüş, tərəzinin ekranında 0.40 qram yazılmışdır. Həmin bükümlər içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanaraq tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, təqdim etdiyi bükümlərin içərisində olan qəhvəyi rəngli tozşəkilli maddənin “kokos” heroin, kristalşəkilli maddənin isə “şüşə” metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Sumqayıt şəhəri ərazisində Məmmədov Fəhraddan şəxsi istifadəsi üçün 100 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Protokol tərtib etmiş və iştirakçılar həmin protokolu imzalamışlar. Şəxsi axtarış keçirildiyi zaman həm hər iki içərisində heroin aşkar olunan sellofanları ayrı ayrılıqda çəkdikdən sonra içərisində daha çox heroin olan bükümü içərisində heroin hissələri qalmış sellofanın içərisinə qoymuş, videogörüntüdə də bu öz əksini tapmış və ekspertizaya göndərdiyi zaman bir büküm şəklində getmiş, ikinci sellofanda heroinin çox az hissəcikləri qalmış və həmin sellofan həm heroin olan həm də metamfetamin olan büküm olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 30.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid4 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01.05.2021-ci il tarixli, 6/1752 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №128” möhür əksi “vət.. Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,895 qram qəhvəyi rəngli maddə kütləsi kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,352 qram ağ rəngli, kristal kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (heroinin təmiz çəkisi 1,895 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,845 qram, metamfetaminin təmiz çəkisi 0,352 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,302 qram). Heroin və metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 05.05.2021-ci il tarixli, 1385 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin Hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, 01 may 2021-ci il tarixli qərarla X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında 22 iyun 2021-ci il tarixli qərardan görünür ki, X2 Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satması mötəbər sübutlarla təsdiqini tapmadığından həmin xüsusat üzrə Fərhad Məmmədovun barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 06.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsindəki polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı 20 avqust 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 02.05.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat təmin olunmamış, ibtidai istintaq orqanının 02 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,845 qram çəkidə narkotik vasitə olan heroin və 0,302 qram çəkidə psixoturop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 109,90 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli (iş № 1(060)-561/2021) qərarını icra edərək, 09 avqust 2021-ci il tarixli 842 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 20 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,845 qram çəkidə narkotik vasitə olan heroin və 0,302 qram çəkidə psixoturop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109,90 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-561/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-561/2021
20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver