Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-561/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Qubadlı rayonu, Qarakişilər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Qubadlı rayonu, Qarakişilər kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 04 radələrində müvəqqəti yaşadığı Sumqayıt şəhəri Novxanı bağlar massivindəki fərdi bağ evində şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı əl və yumruqla onunla bir evdə yaşayan qeyri rəsmi həyat yoldaşı Zərərçəkmiş şəxs başına və bədəninə, sonra da həyətə çıxıb həyətdə yerdə olan taxta parçası ilə kürəyinə, qollarına və ayağına vurub Zərərçəkmiş şəxs sağ mil-bilək oynağının saidin aşağı 1/3-ni tutan və oynaqda hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi əziyi-qançırı, sağ bazu oynağının, sol kürəkaltı nahiyyənin qançırı, sağ dizin və sol dizin sıyrıqları ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2010-cu il tarixdə Rəfiqə Quliyeva adlı qadınla rəsmi olaraq ailə həyatı qurmuş, birgə nigahlarından 2011 ci il təvəllüdlü 1 qız övladı olmuşdur. Ailəsi ilə içki aludəçisi olduğuna görə mübahisə nəticəsində boşanmış, boşandıqdan sonra 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs ilə tanış olmuş, birgə yaşadığı müddətdə rəsmi nigaha daxil olmamış, qeyri-rəsmi münasibəti zamanı xx.xx.2022-ci il tarixdə oğlan övladı dünyaya gəlmiş, adını Cəfər qoymuş, övladı olduqdan sonra Cəmilə onunla kobud rəftarlar etməyə başlamış, sonra başqa bir şəxslə əlaqəsinin olmasından şüphələnmiş və Cəmilədən soruşduqda Cəmilə boynuna almış, sonra isə həmin şəxsin Şahid olduğunu öyrənmişdir. Seymurla əlaqə saxladığı zaman Seymur həyat yoldaşının xəstə olduğunu və Cəmilə ilə təzə tanış olduğunu bildirmiş, inanmadığı üçün Seymurun yaşadığı Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsinə gedərək həqiqətən yoldaşının xəstə olduğunu görmüş, lakin Cəmilədən uzaq durmağını bildirməsinə baxmayaraq Cəmilə ilə münasibətlərinin davam etdiyini və mane ola bilməyəcəyini başa düşmüşdür. xx.xx.2023 cu il tarixdə təxminən saat 22 radələrində müvəqqəti yaşadığı Sumqayıt şəhəri Novxanı bağlar massivində evdə olan zaman Seymurun əlində araq şüşəsi ilə həyətə girdiyini görmüşdür. Cəmilədən Seymurun niyə bura gəldiyini soruşduqda Cəmilə özü zəng edib çağırdığını demiş, sonra birlikdə oturub evdə yeyib içmişlər. Artıq xx.xx.2023- cu il tarixinə keçmişdir, gecə təxminən saat 04 radələrində sərxoş olduğu üçün Seymurla mübahisə etmişdir. Seymur ona cavab vermədiyi üçün qeyri rəsmi yoldaşı Cəmilənin üzərinə gələrək yumruqla onun başına və bədəninə vurmuşdur. Cəmilə həyətə qaçanda arxası ilə gedib həyətdə yerdə olan taxtanı götürüb Zərərçəkmiş şəxs kürəyinə, qollarına və ayağına vurmuşdur. Sonra isə sakitləşib bir kənarda oturmuşdur. Sonra Cəmilə bu barədə 102 xidmətinə zəng vurub məlumat vermişdir. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışığa cəhd etdiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş, lakin nigaha daxil olmamış, onunla molla kəbini kəsdirmişdir. O, Mirzə ilə birgə yaşadığı müddətdə xx.xx.2022 ci il tarixdə Cəfər adlı uşağı olmuş, həmin vaxtdan Sumqayıt şəhərinin bir neçə ünvanlarında kirayə qalmışlar, yaşadığı müddətdə mütamadi olaraq Mirzə spirtli içki qəbul edib onunla mübahisə və münaqişələr yaratmışdır. Buna görə də 2022-ci ilin sentyabr ayında özündən yaşca böyük Səbuhi Əhmədov adlı şəxslə tanış olmuş və onunla münasibət yaratmış, sonra bu münasibət barədə yoldaşı Təqsirləndirilən şəxs məlumat vermiş, ona görə də onları bir-biri ilə tanış etmiş və münasibəti belə davam etdirmiş, xx.xx.2023-cü il tarixdə Səbuhi Əhmədova zəng edərək yaşadığı Novxanı bağlar massivinə dəvət etmiş və gələndə marketdən araqa almasını demişdir. Səbuhi Əhmədov təxminən saat 21 radələrində onun yaşadığı bag evinə gəlmiş, orada yoldaşı Mirzə ilə oturub yeyib içdikdən sonra Mirzə sərxoş vəziyyətdə Seymuru təhqir etmiş, lakin Seymur ona cavab verməmişdir. Aralarında mübahisə başlayanda artıq xx.xx.2023- cu il tarixinə keçmişdir, gecə təxminən saat 04 radələri idi. Mirzə ona tərəf gəlib yumruqla onun başına və bədəninə vurmuşdurş. O Mirzənin əlindən qaçıb həyətə çıxan zaman Mirzə onun arxası ilə gəlmiş və yerdən götürdüyü taxta parçası ilə onun kürəyinə, qollarına və ayağına vurmuşdur. Həmin zaman Seymur isə onun azyaşlı övladını ağladığına görə qucağına alaraq saxlamışdır. Münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Sonra o bu barədə 102 xidmətinə zəng vurub məlumat vermişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayında Sumqayıt şəhəri Karvan ticarət mərkəzi adlanan ərazidə olan zaman bir qadın ona yaxınlaşaraq ona qida almasını və ac olmasını bildirmiş, o, da həmin qadına tərəvəz almış və cibinə 25 manat pul qoymuş, sonradan həmin qadının Zərərçəkmiş şəxs olduğunu bilmişdir. O, Cəmilə ilə söhbət edərkən münasibəti alınmış və ondan əlaqə nömrəsini götürmüş və bundan sonra münasibətləri davam etmişdir. Söhbət əsnasında Cəmiləyə evli olduğunu lakin yoldaşının xəstə olması səbəbi ilə onunla fikrinin ciddi olduğunu, onunla evlənmək fikrində olacağını bildirmişdir. Cəmilənin buna münasibəti yaxsı olmuş, lakin Cəmilə ona Mirzə adlı bir şəxsin onunla qeyri rəsmi həyat yoldaşı olduğunu və onu Mirzə ilə tanış edəcəyinə söz vermiş və sonra Mirzə ilə onu tanış etmiş, Mirzə bu münasibətə normal baxmışdır. xx.xx.2023-cü il tarixdə Cəmilə ona zəng edərək qaldıqları Novxanı bağlarına gəlməsini və bir ədəd də araq almasını demişdir. O, təxminən saat 21-22 radələrində Cəmilənin qaldığı bağa gəlmiş, həmin vaxt Mirzə evdə olmuşdur. Saat 24-ü keçəndən sonra o, Mirzə ilə oturub yeyib içmişlər. xx.xx.2023- cu gecə təxminən saat 04 radələrində Mirzə sərxoş vəziyyətdə ona təhqir edici sözlər işlətmişdir, lakin o Mirzəyə cavab verməmişdir. Onun cavab verməməsindən əsəbləşən Mirzə Cəmilənin üzərinə getmiş, yumruqla Cəmilənin başına və bədəninə vurmuş, Cəmilə qışqıraraq həyətə çıxmış, Mirzə isə Cəmilənin arxasınca həyətə çıxaraq həyətdə yerdə olan taxtanı götürüb Cəmilənin qoluna, belinə və ayagına vurmuşdur. Onların mübahisəsi zamanı Cəmilənin azyaşlı övladı ağladığı üçün o, uşağı qucağına alıb saxlamış və hadisənin tək özü şahidi olmuşdur. Münaqişə təxminən 10 dəqiqə davam etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 656 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ mil-bilək oynağının saidin aşağı 1/3-ni tutan və oynaqda hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi əziyi-qançırı, sağ bazu oynağının, sol kürəkaltı nahiyyənin qançırı, sağ dizin və sol dizin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi, yıxılaraq əmələ gəlməsi inkar olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışığa cəht etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun ilk dəfə böyük içtimai təhlikə törətməyən cinayət törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışığa çəhd etməsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-561/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-561/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver