Məhkəmə qərarları › İş №1(060)-562/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-562/2021

20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-562/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,455 qram olan narkotik vasitə olan heroini əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 10.06.2021-ci il tarixdə saat 19:40-da Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq 2-ci PB-nə gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy cins rəngli şalvarının sağ yan cibindən ağ rəngli siqaret kağızının içərisində olan 02 ədəd bükümün içərisindən ayrıayrılıqda təmiz çəkiləri 0,225 qram, və 0,230 qram, ümumi təmiz çəkisi 0,455 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 2-3 ildir ki, narkotik maddə hesab edilən heroindən istifadə edir. Sonuncu dəfə 10.06.2021-ci il tarixdə təxminən səhər saatlarında Bakı şəhəri 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata 2 büküm narkotik vasitə hesab edilən heroin almışdır. Həmin heroini əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində saxlamışdır. 10.06.2021-ci il tarixdə tanışına olan borcunu vermək üçün Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində Mikayıl Müşfiq küçəsində yerləşən Xəzər kafesinin qarşısından keçib gedən zaman polis əməkdaşları tərəfindən saxlanılıb narkotik vasitələrin istifadəsində və üzərində gəzdirilməsində şübhəli olunduğu üçün onu Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə dəvət etmişlər. O, 2-ci PB-nə getməkdən imtina etməmişdir. Polis bölməsinə gəldikdən sonra polis əməkdaşları video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Bu zaman o, buna heç bir etiraz etməmişdir. Sonra polis bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edilmişdir. O, təqdim edilmiş vəkilə heç bir etiraz etməmişdir. Daha sonra isə ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya kütlənin olub-olmadığı sual olunan zaman özü əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı ağ rəngli siqaret kağızına bükülmüş 02 ədəd bükümü təqdim etmişdir. Sonra polis əməkdaşı həmin bükümü açarkən içərisində qəhvəyi rəngli toz halında kütlənin olduğu müəyyən edilmişdir. Ondan həmin kütlənin nə olduğu soruşulduqda bükümün içərisindəki narkotik vasitənin “kakos” olduğunu və həmin narkotik vasitəni 10.06.2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri 20 Yanvar metrosunun ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan bükümlər tərəziyə qoyularaq çəkilən zaman birinci bükümün çəkisi "0,33"qram, ikinci bükümün çəkisi "0,31" qram müəyyən olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş şəffaf rəngli sellofan bükümdə olan, spesifik iyə malik, qəhvəyi rəngli, toz şəkilli kütlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılımş və DİN-in 126 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolu imzalamışlar. Narkotik vasitə olan heroini 10.06.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri 20 Yanvar metrosunun ərazisində tanımadığı şəxsdən 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamış, narkotik vasitə olan heroini aldığı şəxsin əlamətləri saqqallı, arıq, təxminən 165 sm boyunda olmuş və onu əvvəlcədən tanımamış, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş, Sumqayıt ŞPİ-nin 2-ci PB-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları üzərinə saxlanıldığı yerdə baxış keçirməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitədən asılı olduğunu, müalicə olunmaq istədiyini, narkotikdən asılı olduğuna görə narkotik almağa pul tapmağa görə ailəsini narahat etdiyini, bu vəziyyətə özünü gətirib çıxartdığından və törətdiyi əməldən peşman olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin 2-ci PB-nin YYÇİ inspektoru vəzifəsində işləyir, polis kapitandır. 10.06.2021-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlaması, daşıması və gəzdirməsi barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq 10.06.2021-ci il tarixdə saat 19.40 radələrində Təqsirləndirilən şəxs oğlu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsində, Xəzər çay evinin yaxınlığında piyada hərəkət edən zaman şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Vəfadara hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. Tutulduqdan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd siqaret kağızına bükülmüş 02 ədəd bükümləri təqdim edərək üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının digər ciblərinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olan iki büküm təhqiqatçı tərəfindən açılmış və hər iki sellofan bükümün içərisindən qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Daha sonra təhqiqatçı həmin içərisində qəhvəyi rəngli heroinə bənzər kütlə olan sellofan bükümləri tərəzi vasitəsilə çəkmiş, birinci bükümün çəkisi 0.33 qram, ikinci bükümün çəkisi isə 0.31 qram olması müəyyən edilmişdir. Həmin bükümlər içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi bükümlərin içərisində olan qəhvəyi rəngli tozşəkilli maddənin “kokos” heroin, olduğunu, şəxsi istifadəsi üçün Bakı şəhəri ərazisində 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini haradan əldə etdiyi və nə məqsədlə üzərində saxladığı barədə soruşulduqda, sonuncu həmin narkotik maddə olan heroini 10.06.20201-ci il tarixdə Bakı şəhəri ərazisində 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 10.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid3 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.06.2021-ci il tarixli, 6/2371 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №128” dairəvi möhür əksi olan bir ədəd zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,225 qram və 0.230 qram ümumi təmiz çəkisi 0,455 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir (heroinin təmiz çəkisi-0,455 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq-0,355 qram). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 13.07.2021-ci il tarixli, 2304saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 08.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsindəki polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı 20 avqust 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 12 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,355 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli (iş № 1(060)-562/2021) qərarını icra edərək, 09 avqust 2021-ci il tarixli 839 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 20 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,355 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar