Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-563/2021 29.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 1A/3B, mənzil 6-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 26 noyabr 2018-ci il tarixdən başlayaraq 21.05.2011-ci il təvəllüdlü X6 və 01.10.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154,00 olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində aliment tutulub X4 ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(060)-800/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 05 avqust 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 31 oktyabr 2020-ci il tarixə kimi, cəmi 7700,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Əsgərzadə (Aslanova) Ruxsarə Sarif qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Aslanova (Əsgərzadə) Ruxsarə Sarif qızı ilə 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan Ayan və Aydın adlı iki övladı doğulmuş, 2019-cu ilin əvvəllərində arvadı Ruxsarə Aslanova ilə münasibəti pozulduğundan ayrılmış, sonuncu məhkəməyə müraciət edərək uşaqların saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(060)-800/2019 saylı qətnaməsinə əsasən, 26 noyabr 2018-ci il tarixdən başlayaraq 21.05.2011-ci il təvəllüdlü X6 və 01.10.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment ondan tutulub X4 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq tərəfindən qətnamənin icrası təmin olunmamış, yaşadığı ərazidə işəmuzd fəhlə kimi işləsə də, keçmiş arvadı Ruxsarə Aslanova uşaqlarla görüşməsinə imkan vermədiyindən və alimentin miqdarı yüksək olduğundan aliment üzrə ödəniş aparmamış, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 05.08.2020-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətində inzibati qaydada həbs seçilmiş, inzibati həbsdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və cinayət məsuliyyətini daşıması barədə icra məmuru tərəfindən xəbərdarlıq edilmiş, icra zamanı aliment üzrə Ruxsarə Aslanovaya heç bir ödəniş etməmiş, icra qurumu tərəfindən göndərilmiş təqdimatda, yəni 31.10.2020-ci il tarixədək aliment üzrə borcu 7700 manat təşkil etmişdir. Həmin borcdan 550 manat ödəmiş, 7150 manat ödənilməmiş aliment borcu qalmışdır. Törətdiyi əməl cinayət olmasını başa düşür və əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza veriməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Aslanova (Əsgərzadə) Ruxsarə Sarif qızı ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(060)-800/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2018-ci il tarixdən başlayaraq 21.05.2011-ci il təvəllüdlü X6 və 01.10.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, İcra İdarəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment məbləği borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 05.08.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, daha sonra icra məmuru tərəfindən qətnaməni icra etmək üçün borcluya yenidən müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib aliment üzrə heç bir ödəniş aparılmamış, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 7700 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, borclu Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olmasını, Sumqayıt şəhərində “Daş bazarı” deyilən yerdə fəhlə kimi işləyərək gündəlik qazanc əldə etməsini, lakin qərəzli olaraq alimenti ödəməkdən yayınmasını bildirmiş, Təqsirləndirilən şəxs bir ata kimi öz övladları ilə maraqlanmır, heç bir köməklik evə göstərmir, bu səbəbdən qətnamə üzrə yaranmış aliment borcunu keçmiş əri Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona 550 manat məbləğində ödəniş olunmuş, 7150 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Ona görə də təqsirləndirilən şəxsin qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2014-cü ilin may ayından Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru vəzifəsində işləyir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-800 saylı, 22.04.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən, Təqsirləndirilən şəxs 26.11.2018-ci il tarixdən başlayaraq, 21.05.2011-ci il təvəllüdlü X10 və 01.10.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat olmaqla, 308 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində 29.04.2019-cu il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. İcra sənədində borclunun qeydiyyat ünvanı kimi göstərilmiş ünvan 1ndan axtarış qərarı qəbul olunaraq Sumqayıt şəhər Polis İdarəsinə göndərilmiş və həmin orqanda 730445 saylı axtarış işi açılmışdır. Polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq 05.08.2020-ci il tarixdə idarəyə gətirilən borclu izahatında yaranmış aliment borcunu ödəyə bilməyəcəyini bildirdiyi üçün həmin tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 05.08.2020-ci il tarixli, 3(060)-1421/2020 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə nzibati qaydada həbs olunmuşdur. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları yerinə yetirməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 343/2020 saylı, 14.09.2020-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam həcmdə ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə 26.11.2018-ci il tarixdən 31.10.2020-ci il tarixədək tələbkara ödəməli duğu 7700 manat aliment borcundan heç bir ödəniş etməmişdir. İcraat zamanı Əsgərzadəyə dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. X1 İdarəyə 06.10.2020-ci il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmiş, məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə T. Əsgərzadənin nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, R.Əsgərzadənin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(060)-800/2019 saylı qətnaməsinin surətindən görünür ki, 21.05.2011-ci il təvəllüdlü X6 və 01.10.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26.11.2018ci il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs iddiaçı X3 xeyrinə hər ay hər bir uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 05.08.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məşğulluq Mərkəzinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzə müraciət etməmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Sumqayıt Şəhər Məhkəməsinin inzibati xəta haqqında 05 avqust 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(060)-800/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01.07.2021-ci il tarixdə tutulmuş və 03.07.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilərək verdiyi ifadəsi və özünün müdafiəsi üçün gətirdiyi dəlillər özünün ibtidai istintaq zamanı ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli sübuta yetirilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs aliment borcundan qismən, yəni 550 manat məbləğində pul ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətcə ancaq azadlıqdan məhrumetmə növündə cəza çəkməklə islah və tərbiyə olunmağını mümkün sayaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 16 (on altı) saat vaxt sərf etmişdir. Ona görə də 96 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, cəzanın məqsədlərinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi, onun tərəfindən və digər şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınmasını təmin edə biləcəyini nəzərə alıb, bu növdə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə də, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 01.07.2021-ci il tarixdən 03.07.2021-ci il tarixədək həbsdə olduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 29.10.2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutlduğu müddət çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-563/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-563/2021
29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver