Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-563/2022 05.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, Sumqayıt şəhəri, X3 qəsəbəsi, ev 22, mənzil 23 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə, saat təxminən 11:20 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs ilə eyni ünvanda yaşayan bacısı oğlu Təqsirləndirilən şəxs aralarında ailə-məişət münasibətləri zəmnində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs xalası Zərərçəkmiş şəxs başına, boynuna qəsdlə yumrulaq vuraraq Zərərçəkmiş şəxs – “ənsə nahiyyəsinin sağ hissəsinin dərialtı hematoması, boynun arxa səthinin yuxarı 1/3-nin sıyrığı” – dan ibarət, dərəcəsində görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa sağlamlığa «YÜNGÜL»zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, valideynləri vəfat etdikdən sonra, 2-3 yaşından etibarən o, nənəsinin himayəsində böyümüşdür. Xalası da ona baxmış və onlarla birlikdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə küçədə dostu ilə mübahisə edərək evə gəlmiş, bu zaman xalası Təranə ilə mübahisələri yaranmış, həmin vaxt əsəblərini cilovlaya bilmədiyi üçün xalası Təranəni vurmuşdur. Hadisə baş verən zaman evdə yalnız xalsının azyaşlı uşaqları olan Nuray və Bayram olmuşdur, hadisəni görən heç kim olmamışdır. Münaqişə vaxtı özünü idarə edə bilməmiş və hal-hazırda hadisəni dəqiqliklə xatırlamır. Əməldən peşmandır. Məhkəmədən xalası ilə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatı elan edilmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, şikayət etdiyi Təqsirləndirilən şəxs onun doğma bacısı oğludur. Natiqin 2 yaşı olan zaman atası vərəm xəstəliyindən vıfat etmişdir, atasının 40 mərasimi zamanı Natiqin anası da yaşadıqları evdə qaz partlaması nəticəsində vəfat etmişdir və Natiq həmin zamandan nənəsinin himayəsinə böyümüşdür, Natiq onlarla yaşamışdır və Natiqə onlar baxmışdır. Uşaqlıqan Natiqin psixologiyasında problemlər olmuş, o qeyri-adi hərəkətlər etmiş, bacısının azyaşlı uşaqlarına əxlaqsız təkliflər etmiş, paltarları kəsibdoğramış, evdə qapı-pəncərələri sındırmışdır. Lakin onlar heç vaxt Natiqin barəsində şikayət etməmişlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə axşam saat 23:30 radələrində yaşadıqları evdə olan zaman Natiq heç bir əsas olmadan evdə mübahisə yaratmış, onun ünvanına nalayiq sözlər demiş və əsəbi halda qapını təpiklə vuraraq sındırmış, o da bu hadisə barədə DİN-in “102” xidmətinə zəng vuraraq xəbər vermişdir. xx.xx.2022-ci il taridə isə saat təxminən 10:20 radələrində yaşadıqları evdə olan zaman Natiqin özünə məxsus olan tibbi kağızları cırıb atdığını və ünvanlarına nalayiq sözlər deməsini görmüş, ondan bunun səbəbini soruşmuşdur. Natiq isə əsəbiləşərək onun ünvanına biədəb sözlər demiş və əsəbi halda pəncərələrin şüşələrini vurub sındırmış, daha sonra yumqurla onun başının arxa tərəfinə, boynuna dəfərlərlə vuraraq onu döymüşdür. O, Natiqə barəsində şikayət edib onu tutduracağını dedikdən sonra o, xalasından əl çəkmişdir. Daha sonra o bunun barəsində DİN-in “102” xidmətinə şikayət etmiş, polislər yaşadıqları ünvana gələrək Natiqi aparmışlar. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o bacısı oğlu Təqsirləndirilən şəxs ilə barışmışdır, onun barəsində heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 715 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində « ənsə nahiyyəsinin sağ hissəsinin dərialtı hematoması, boynun arxa səthinin yuxarı 1/3-nin sıyrığı » xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törədilmişdir, törənmə müddəti müayinədən bir günə qədər olmaqla xx.xx.2022ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa «YÜNGÜL» zərərvurmaya, digər xəsarət yəni – boynun arxa səthinin yuxarı 1/3-nin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxsnun ərizələrindən görünür ki, sonuncu cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Zərərçəkmiş şəxs ilə barışmışdır və barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin H87 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 1 Saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” PHŞ 3 nömrəli poliklinika şöbəsi tərəfindən verilmiş 194 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 nömrəli xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri qeydə alınmadığından toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun əməli CM-nin 128-ci maddəsinə tövsif edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını icra edərək xx.xx.2022-ci il tarixli, 926 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 (altı) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-563/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-563/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver