Məhkəmə qərarları › İş №1(060)-563/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-563/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-563/2023 28.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi- “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170,00 manat sabit pul məbləğində aliment alınaraq Nurəlizadə (Yəhyayeva) Nigar Yunis qızına verilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1592/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3243/2020 sjaylı, xx.xx.2020-ci İl tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs, 3(060)-107/2022 saylı, 14.01 2022-ci il tarixli qərarı ilə Azərbaycan Rjespublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 500,00 manat cərimə edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 4230,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Nurəlizadə (Yəhyayeva) Nigar Yunis qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Nurəlizadə (Yəhyayev) Nigar Yunis qızı ilə 2014-cü ildə faktiki olaraq evlənmişlər, nikahları sonradan rəsmiləşdirilmişdir. Nurəlizadə (Yəhyayev) Nigar Yunis qızı ilə olan nikahlarından bir övladı olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən 2019-cu ildə ayrılmışlar və nikahları ləğv edilmişdir. Nurəlizadə (Yəhyayev) Nigar Yunis qızı aliment tələbi ilə məhkəməyə müraciət etdiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1592/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan hər ay bir uşağın yetkinlik yaşına çatana kimi 170,00 manat sabit pul məbləğində aliment tutularaq Nurəlizadə (Yəhyayev) Nigar Yunis qızına verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin dərhal icrası haqqında bildiriş ünvanına göndərilmiş və dəfələrlə xəbərdarlıq edilmişdir. Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 17.12,2020-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Habelə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İcra məmurunun təqdimatına əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 15 09.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin maddi imkanı olmadığına görə aliment borcunu tam ödəyə bilməmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilmişdir. İcra dövründə ümumilikdə yaranmış aliment borcundan 1500.0 manat ödəmiş, lakin təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 4230.0 manat aliment borcu yaranmışdır. Rəsmi iş yeri olmadığı üçün həmin borcu ödəyə bilməmişdir. Sumqayıt şəhəri ərazisində fərdi qaydada fəhlə kimi işləyir, orta hesabla aylıq gəliri 500,00-600,00 manat olur. Aylıq qazancını özünün zəruri tələbatları üçün xərcləmişdir. Məhkəmə istintaqının gedişində ödəməli olduğu aliment məbləğini tam olaraq ödəmişdir. Törətdiyi əməl cinayət olmasını başa düşür və əməlindən peşmandır. Təqsirləndirilən şəxs sözü gedən məhkəmə qətnaməsi üzrə icra sənədini tam olaraq icra etdiyini, zərərçəkmiş şəxsə borclu olduğu aliment məbləğini tam olaraq ödədiyini bildirərək, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Nurəlizadə (Yəhyayeva) Nigar Yunis qızı ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs ilə 2014-cü ildə faktiki olaraq evlənmişlər, nikahları sonradan rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə olan nikahlarından bir övladları dünyaya gəlmişdir. 2019-cu ildə onlar ayrılmışlar və nikahları ləğv edilmişdir. Aliment tələbi ilə məhkəməyə müraciət etdiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs hər ay bir uşağın yetkinlik yaşına çatana kimi 170,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, Təqsirləndirilən şəxs tələbin dərhal icrası haqqında bildiriş göndərilmiş və dəfələrlə xəbərdarlıq edilmişdir. Yəhyayev X3 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Habelə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, Eşən öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 4230,00 manat borcunu ödəməmişdir. İcra dövründə Elşən 4230 manat aliment borcundan 1500 manatını ödəmişdir, qalan məbləği də ödəyəcəyinə söz vermişdir. Əgər Elşən qalan məbləği də ödəsə onun şikayəti olmayacaqdır, əks halda qanuna müvafiq qaydada cəza tədbirləri görülməsini xahiş edir. Növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs Nurəlizadə (Yəhyayeva) Nigar Yunis qızı məhkəmə iclasında ifadə verəndən sonra növbəti məhkəmə iclaslarına gəməmiş, lakin notarial qaydada ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan aliment məbləği üzrə yaranmış borcun tam olaraq ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddasının olmadığını bildirmişdir. Bu səbəbdən də növbəti məhkəmə iclaslarının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilib tamamlanması mümkün hesab edilmişdir. Məhkəmədə şahid Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1592/2020 saylı, xx.xx.2020ci il tarixli qətnamə üzrə verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində aliment tutulub Yəhyayeva (Nurəlizadə) Nigar Yunis qızına verilməlidir. Göstərilən məhkəmə qətnaməsi xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə icra idarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə birlikdə borcluya göndərilmiş, onun tərəfindən icra sənədinin icrası təmin edilməmiş, eyni zamanda borcun məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Borclu idarəyə dəvət olunmuş, izahatı alınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdə olduğu müddət bitdikdən sonra aliment borcunun ödənilməsi üçün borcluya yenidən müddət verilmiş və əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi, məhkəmə qərarının icrasının məcburiliyi dəfələrlə həm şifahi, həm də rəsmi xəbərdarlıq formasında borclunun nəzərinə çatdırılmışdır. Məcburi icra tədbiri olaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan edilməklə rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, Binəqədi rayon Məhkəməsinin 2(001)-1592/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini icra etməməkdə davam etməklə faktiki imkanlarından istifadə etməmiş və bu hərəkətləri ilə qərəzlilik nümayiş etdirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yenidən idarəyə dəvət olunaraq izahatı alınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən “İnzibati xəta haqqında” protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən inzibati qaydada 500,00 manat məbləğində cərimə edilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs tərəfindən həmin cərimənin ödənilməsi də təmin edilməmişdir. Daha sonra aliment borcunun ödənilməsi üçün borcluya yenidən müddət verilmiş və əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İcraat zamanı icra sənədi üzrə borclu xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan 5780,00 manat aliment borcundan cəmi 1550,00 manat ödəmiş, lakin təqdimat verilən tarixə dək 4230,00 manat aliment borcu yaranmışdır. Məhkəmədə Şahid2 ifadəsindən Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1592/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Nurəlizadə (Yəhyayeva) Nigar Yunis qızının xeyirinə ödənilməsi qət olunmuşdur. Qeyd olunan qətnamə xx.xx.2020-ci il tarixdə icraya yönəldilərək, xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsi 13 iyul 2020-ci il tarixdə Sumqayıt şəhər üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şirəli Pirəliyev tərəfindən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, “borclu” Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü təmin etmək təklif olunmuşdur. Qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində Təqsirləndirilən şəxs qətnamənin icra olunmaması ilə bağlı izahat alınmasına və qətnamə ilə ondan tutulması qət olunmuş aliment məbləğinin könüllü ödənilməsinin təklif olunmasına baxmayaraq, sonuncu məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədi üzrə tələbi könüllü icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3243/2020 sjaylı, xx.xx.2020-ci İl tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və həmin məhkəmənin 3(060)- 107/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Rjespublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 500,00 manat cərimə edilmişdir. xx.xx.2022-ci il tarixdə tarixlərdə Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Təqsirləndirilən şəxs bildiriş göndərilərək məhkəmə qətnaməsi üzrə olan borcunu 10 gün müddətində ödəməyi təklif olunmuş və əks halda barəsində toplanmış materialların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başalanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(002)-1592/2020 saylı iş üzrə qəbul etdiyi 17 iyun 2020-ci il tarixli qətnaməsini tam icra etdiyinə görə ona münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsi tətbiq edilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin Qeyd hissəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.1-ci maddələri rəhbər tutularaq, xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin Qeyd hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar