Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-564/2023 13.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikası, Sisiyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:22 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 34-cü məhəllə ərazisində yerləşən “Eynək aləmi” adlı mağazanın qarşısında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 əynində olan gödəkçəsinin sağ yan cibindən 180 (yüz səksən) manat dəyərində “Huawei Nova Y61” modelli, 64GB yaddaş tutumlu, içərisində 4 (dörd) manat dəyərində 055 ***-**-** və 4 (dörd) manat dəyərində 077 ***-**-** GSM mobil nömrələri olan mobil telefonu gizli yolla çıxarıb talamaqla zərər çəkmiş Zərərçəkmiş şəxs1 188 (yüz səksən səkkiz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 34-cü məhəllə ərazisində yerləşən yeyinti məhsullarının satışı həyata keçirilən səyyari köşkün qarşısında növbə gözləyən Zərərçəkmiş şəxs2 əynində olan gödəkçəsinin sağ yan cibindən 250 (iki yüz əlli) manat dəyərində “Samsung A70” modelli, 128GB yaddaş tutumlu, içərisində 4 (dörd) manat dəyərində 070 ***-**-** GSM mobil nömrəsi olan mobil telefonu gizli yolla çıxarıb talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 254 (iki yüz əlli dörd) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan əlavə o, təkrarən xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 34-cü məhəllə ərazisində yerləşən “Ramal kids” adlı mağazanın qarşısında piyada hərəkətdə olan X2 əynində olan gödəkçəsinin sol yan cibindən 180 (yüz səkəsn) manat dəyərində “Redmi note 8” modelli, 64GB yaddaş tutumlu, içərisində 4 (dörd) manat dəyərində 055 816- 31- 15 və 4 (dörd) manat dəyərində 050 ***-**-** GSM mobil nömrələri olan mobil telefonu gizli yolla çıxarıb talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 188 (yüz səksən səkkiz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 34-cü məhəllə ərazisində olarkən əlini adının sonradan Zərərçəkmiş şəxs1 gödəkçəsinin sağ yan cibinə salıb telefonu çıxartmış və əynində olan sport gödəkçənin iç hissəsinə qoymuşdur. Həmin ərazidən uzaqlaşdıqdan sonra telefona baxdıqda markasının “Huawei Nova Y61” markalı olduğunu görmüşdür. Sonra Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində həmin telefonu 20 manata bir nəfər tanımadığı şəxsə satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 34-cü məhəllə ərazisində olarkən əlini adının sonradan Zərərçəkmiş şəxs2 gödəkçəsinin sağ yan cibinə salıb telefonu çıxartmaqla qarın hissəsində gizlətmişdir. Sonra həmin ərazidən uzaqlaşıb telefona baxdıqda markasının Samsung A70” markalı olduğunu görmüşdür. Bundan sonra həmin telefonu satmaq üçün Bakı şəhəri, Nəsimi rayonu ərazisinə gedib orada telefon mağazalarından birinə 80 manata satmışdır. Həmin telefonu satarkən mağazaya şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 34cü məhəllə ərazisində olarkən əlini adının sonradan Səfıyyə Mövsümzadənin gödəkçəsinin sol yan cibinə salıb telefonu çıxartmış və qarın hissəsində gizlətmişdir. Sonra həmin ərazidən uzaqlaşıb telefona baxdıqda markasının “Redmi Note 8” markalı olduğunu görmüşdür. Bundan sonra həmin telefonu satmaq üçün Bakı şəhəri, Nəsimi rayonu ərazisinə gedib xx.xx.2023-cü il tarixdə oğurladığı telefonu satdığı həmin telefon mağazasına gedib 70-80 manata satmışdır. Həmin telefonu satarkən mağazaya yenidən şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Cinayət əməlini törədərkən onu kənardan heç kim görməmiş, mobil telefonları satdığı şəxslərə telefonları oğurladığını deməmiş, telefonları ucuz qiymətə alıbsatdığını bildirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan bacısı tərəfindən ödənilmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 22 mart 2023-cü il tarixdə işi ilə bağlı Sumqayıt şəhərində olmuş, saat 17:00 radələrində Sumqayıt şəhəri 20 Yanvar küçəsində Karvan ticarət mərkəzinin yaxınlığında yolun kənarı ilə piyada olmuşdur. “Redmi Note 8” markalı mobil telefonunun gödəkçəsinin sol yan cibində olmuş, əlini cibinə qoyduğu üçün mobil telefonun həmin cibdə olduğunu bilmişdir. Lakin əlini bir neçə dəqiqəlik cibindən çıxarmış, Karvan Ticarət mərkəzinə çatanda gödəkçəsinin cibinə baxıb telefonun olmadığını aşkar edən zaman Redmi note 8” markalı 866-607-042-225-206 və 866-607-042-225-214 İMEİ kodlu telefonun naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. Həmin mobil telefonu 2020-ci il tarixdə 650 manata almış, telefonun heç bir nasazlığı olmamış, tam saz vəziyyətdə olmuşdur. Telefonun içərisində ***-***-**-** və ***- ***-**-** nömrələr olmuşdur. Həmin mobil nörmələrin dublikatlarını çıxarmaqla istifadə edir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 20 mart 2023-cü il tarixdə təxminən saat 11:00 radələrində əri Şahid1la birlikdə alış-veriş etmək üçün yaşadıqları evdən çıxmış, 12 saylı xətt marşurutu ilə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisinə gedib Karvan Ticarət mərkəzinin yaxınlığında düşmüşlər. Həmin vaxt özünə məxsus “Samusung A70” markalı **********84642 və **********84640 İMEİ kodlu, 070 ***- **-** saylı mobil nömrə altında işləyən mobil telefonu gödəkçəsinin sağ yan cibində olmuşdur. Həmin yerdən Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən “Ekonom” geyim mağazasına getmişlər. Təxminən 1 saat ərzində dükanın içərisində olmuş, geyim əşayaları alıb təxminən saat 12:40 radələrində mağazadan çıxmışlar. Oradan Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən qadın geyimləri satılan mağazaya və uşaq paltarları satılan mağazaya daxil olmuşlar. Təxminən 20 dəqiqə ərzində həmin mağazalarda olmuş, daha sonra yaxınlıqda dönər və peraşki satılan yerdən azyaşlı övladı üçün peraşki almaq məqsədilə getmişlər. Orada insanlar sıx olmuş və hərəkət olmuşdur. Azyaşlı övladı üçün yemək almaqda gözləyən zaman telefonun cibində olmadığını aşkar etmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı polisə müraciət etmişdir. Ona məxsus “Samsung A70” modelli mobil telefonu 2021-ci il tarixdə kreditlə 913 manata almış, telefonun heç bir nasazlığı olmamış, tam saz vəziyyətdə olmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan edilmiş ifadəsindən görünür ki, 17 mart 2023-cü il tarixdə təxminən saat 17 radələrində Sumqayıt şəhəri 20 Yanvar küçəsi ərazisində olarkən özünə məxsus “HUAWEİ NOVA Y61” İarkah **********33946 və **********48944 İMEİ kodlu, 055 ***-**-** və 077 640-84- 38 saylı mobil nömrələr altında işləyən mobil telefonu gödəkçəsinin sağ yan cibində olmuş, əlini cibinə qoyduğu üçün mobil telefonunun həmin cibdə olduğunu bilmişdir. Lakin əlini bir neçə dəqiqəlik cibindən çıxarmışdır. Saat 17:00 radələrində insanların sıx toplaşdığı Sumqayıt şəhəri 34-cü məhəllə ərazisindən keçən zaman mobil telefonunun gödəkçəsinin sağ cibində olmadığını aşkar etmiş, ona məlum olmuşdur ki, gödəkçənin cibindən “HUAWEİ NOVA Y61” markalı telefonu naməlum şəxs tərəfindən oğurlanmışdır. 64 GB yaddaş tutumlu mobil telefonu 5 il əvvəl 7 manata aldığı ***-***-**-** və 3 il əvvəl 4 manata aldığı ***-***-**-** nömrələr ilə işlətmiş, mobil telefonun özünü isə 2020-ci ildə 300 manata almış, mobil nörmələrin dublikatlarını çıxarmaqla hazırda da istifadə edir. Ona məxsus talanmış mobil telefonun hazırda orta bazar qiymətinin təxminən 300 manatdır. İstintaq zamanı zərərçəkmiş şəxs X5 xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək cinayət işi üzrə ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini, onunla barışdığını, heç bir şikayət, tələb və ya iddiasının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 mart 2023-cü il tarixdə təxminən saat 11:00 radələrində arvadı Gülçiçək və azyaşlı övladı Dərya ilə birlikdə alış-veriş etmək üçün yaşadıqları evdən çıxmış, 12 saylı xətt marşurutu ilə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisinə gəlib Karvan Ticarət mərkəzinin yaxınlığında düşmüşlər. Həmin vaxt arvadı özünə məxsus “Samusung A70" markalı mobil telefonu üzərində idi. Həmin yerdən Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən “Ekonom” geyim mağazasına getmişlər. Daha sonar Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən qadın geyimləri satılan mağazaya və uşaq paltarları satılan mağazaya daxil olmuşlar. Sonra yaxınlıqda dönər və peraşki satılan yerdən azyaşlı övladı üçün peraşki almaq məqsədilə getmişlər. Yemək almaq üçün bir neçə dəqiqə gözləmişlər. Oradan uzaqlaşanda arvadı Gülçiçək telefonunun cibində olmadığı deyərək qeyd etmişdir ki, bir neçə dəqiqə əvvəl ona toxunuş olmuş, lakin məhəl qoymamışdır. Başa düşmüşlər ki, arvadı Gülçiçəyin cibindən ona məxsus “Samusung A70” markalı mobil telefon oğurlanmışdır. Bundan sonra baş vermiş hadisə ilə bağlı polisə müraciət etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, ünvan 3 ünvanda mobil telefonların alqı-satqısı dükanını icarə əsasında işlədir. 20 mart 2023- cü il tarixdə axşam saatlarında sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxs işlədiyi mağazaya yaxınlaşıb özünə məxsus Samsung A70 markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, Rasimdən telefonun oğurluq olduğunu soruşanda Rasim narahat olmamağı bildirmiş və telefonu ona vermişdir. Həmin mobil telefona baxaraq telefonun 80 manat qiyməti olduğunu Rasimə bildirmiş və razılaşmışlar. Rasimdən özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini götürmüş, şəxsiyyət vəsiqəsini surət etmiş, mobil telefonun markasını və İMEİ kodunu həmin surətin üzərinə yazmaqla Təqsirləndirilən şəxs tərəfindən imzalatmışdır. Həmin mobil telefonu ertəsi gün tanımadığı bir şəxsə 110 manat satmışdır. Bundan bir neçə gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən işlədiyi mağazaya gəlmiş və ailə üzvünə məxsus Redmi Note 8 markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Telefonun Rasimə məxsus olduğuna inanıb həmin mobil telefonu da 80 manata almışdır. Yenə də şəxsiyyət vəsiqəsini surət etmiş mobil telefonun markasını və İMEİ kodunu həmin surətin üzərinə yazmaqla Təqsirləndirilən şəxs tərəfindən imzalatmışdır. Rasimdən telefonu alaraq işlədiyi dükanda satmaq məqsədi ilə rəfə qoymuş, həmin mobil telefonu 100 manata tanımadığı şəxsə satmışdır. Təqsirləndirilən şəxs mobil telefonları alarkən Rasimə məxsus şəxsiyyət vəsiqəsinin surətində qeyd etdiyi yazılar və imza olan sənədi də təqdim edib ifadəsinə əlavə edilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs qeyd etdiyi mobil telefonlardan başqa mobil telefon almamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 1772.2 və 177.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər ərazisində xx.xx.2023-cü il tarixdə saat 17:25-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 mart 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:22 radələrində Sumqayıt şəhəri 20 Yanvar küçəsi 34-cü məhəllə ərazisində yerləşən mağazaların qarşısı ilə hərəkətdə olan qadına onunla üzbəüz hərəkətdə olan bir nəfər qara rəngli gödəkçədə olan kişi toxunmaqla əli ilə götürdüyü əşyanı gödəkçəsinin alt hissəsinə qoymaqla uzaqlaşır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə olan qara gödəkçəli şəxs odur, qadının gödəkçəsinin sağ yan cibindən “HUAWEİ NOVA Y61” markalı mobil telefonu gizli olaraq talayır və həmin mobil telefonu qadının cibindən çıxardığını nə qadının özü, nə də ki, kənardakı şəxslər görmür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə AR-nm MM-in xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. Bundan başqa Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır. Şirvan şəhər Məhkəməsinin 1(032)-206/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-1276/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Fəqan Murtuzayevin xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cərimə cəzasından azad edilmişdir. İş materiallarından görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Sumqayıt ŞPİ-ə ərizə ilə müraciət edərək onlara dəymiş maddi ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət, tələb və ya iddialarının olmadığını bildirmişlər. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-X3 Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 1330 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır, yaşamır, qeydiyyat ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/2393 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Respublikada yerləşən ticarət şəbəkələrində, mobil telefon alqı-satqı məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil olan aksesuarlarm olmaması, orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin mart ayında orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir:
1. “Huawei Nova Y61” modelli, 64 GB yaddaş tutumlu mobil telefon- 180 manat
2. 055 ***-**-** GSM moil nömrə - 4 manat
3. 077 ***-**-** GSM nömrə - 4 manat
4. “Samsung A70” modelli, 128 GB yaddaş tutumlu mobil telefon-250 manat
5. 070 ***-**-** GSM nömrə 4 manat
6. “Redmi Note 8” modelli, 64 GB yaddaş tutumlu mobil telefon-180 manat
7. 055 ***-**-** GSM nömrə-4 manat
8. 050 ***-**-** GSM nömrə- 4 manat Ekspertiza təyini haqqında qərarda qeyd edilən mobil telefonların və GSM mobil nörmələrin orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 630,00 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Fəqan Murtuzayevin xx.xx.2022ci il tarixli qərarına əsasən “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışması və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən haldır . Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məhkum edilməsi, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına və hazırda cinayətin residivi hesab edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)- 564/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 778 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zaur Hacıyev