Məhkəmə qərarları › İş №1(060)-564/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-564/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-564/2025 19.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 20, mənzil 80-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Xəzər bağlar massivi fərdi evdə yaşayan, barəsində xx.xx.2025-ci il tarixli 1(060)-564/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamin və metadon tərkibli həbi əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən metadon həbini əldə edib üzərində saxlayaraq daşımış, 31 may 2025-ci il tarixdə saat 20:33 dəqiqədə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, «Çexov» küçəsində saxlanılaraq, üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı üzərində «Methadone 40» əmtəə göstəricisi olan konvalyut kəsiyində üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 1 (bir) ədəd həbdə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən metadon tərkibli həb aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd bükümdə kustar üsulla hazırlanmış 0,391 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 14 iyun 2025-ci il tarixdə saat 16:45 dəqiqədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yanında saxlanılaraq üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,391 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 may 2025-ci il tarixdə 26-cı məhəllə ərazisində yol kənarında 7 nömrəli avtobusu gözləyən zaman 2 nəfər adlarını bilmədiyi polis əməkdaşları maşınla ona yaxınlaşmış və təxminən 10:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan təxminən 10 dəqiqə sonra 4-cü PB-nə gətirilmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin satışı ilə təqsirləndiriləcəyi ilə hədə-qorxu gəlməklə təzyiq göstərmiş və üzərinə metadon həbi qoyulmuşdur. Bu proses təxminən 15 dəqiqə çəkmişdir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə 4-cü PB-dən təxmini olaraq 8 metr kənarda videoçəkiliş həyata keçirilmişdir. Lakin o, növbəti iclasda ifadəsini dəyişərək videoçəkilişin bölməyə gətirildikdən təxminən 4-5 saat sonra həyata keçirildiyini bildirmişdir. Qeyd edir ki, onun üzərində metadon həbi olmayıb, polis əməkdaşları tərəfindən onun üzərinə məcburi olaraq qoyulub. X14 8 metr yaxınlığında üzərində narkotik vasitə gəzdirməsi mümkün deyildi. 2-ci epizodla bağlı qeyd etmişdir ki, 14 iyun 2025-ci il tarixdə evdən çıxaraq gedirmiş. Sumqayıt ŞPİ-nin qarşısında 10-15 dəqiqə müstəntiqi gözləmiş, sonuncu gəlmədiyi üçün evə qayıtmaq qərarına gəlmişdir. Saat 1-2 radələrində evdə olarkən 3 polis əməkdaşı evinə gəlib və onu evdən birbaşa PB-yə aparmışdır. PB-yə gətirildikdən sonra videoçəkilişin həyata keçirilməsi üçün onu Polis Bölməsindən təxmini 700-800 metr məsafədə yerləşən əraziyə Kotejə gətirilmişdir. Bildirir ki, metamfetamin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulub, əlacsız olduğu üçün onlara heç bir etiraz bildirməyib. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirir ki, polis əməkdaşları tərəfindən hər 2 epizod üzrə saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmamışdır, lakin əvvəllər narkotik vasitələrdən, xüsusilə heroindən yalnız çəkmə üsulu ilə istifadə edib, lakin Reabilitasiya Mərkəzində 6 ay müddətində müalicə kursu keçmişdir. Tutulmazdan əvvəl narkotik vasitələrdən xəstəlikləri ilə əlaqədar şiddətli ağrıları olduğu üçün istifadə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmayıb. Polis əməkdaşları tərəfindən tutulduğu gündən sonra narkotik vasitələrdən istifadə etməyib. Daha sonra Təqsirləndirilən şəxs 1994-cü ildə Qarabağda gedən döyüşlərdə iştirak etməsini, 2 övladının olmasını, 1-ci qrup əlil olmasını və üzərində hər hansı narkotik vasitə olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olunmuşdur. 31 may 2025-ci il tarixdə saat 20:33 dəqiqədə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, "Çexov" küçəsində narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxlamış, ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə olub-olmaması soruşulduqda, üzərində saxladığı narkotik vasitə olan bir ədəd metadon həbini onlara təqdim etmiş, təqdim etdiyi həb polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, sonra o, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə dəvət olunmuş, PB-də ona hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Regional Vəkil Bürosunun növbətçilik cədvəli təqdim edilmiş, həmin siyahıdan hüquqlarının müdafiəsi üçün vəkil X1, sonra PB-də xidməti otaqların birində inspektor-kriminalist rəqəmsal tipli "Panasonic” markalı videokamera vasitəsi ilə çəkiliş aparılaraq ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur.O, vəkilə heç bir etirazının olmamasını bildirmiş, ona üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər varsa həmin əşyanı təqdim etməyi təklif olunmuş, o, üzərində heç bir qanunsuz predmetin olmadığını bildirməsinə baxmayaraq, öz razılığı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və heç bir daşınması və ya gəzdirilməsi qadağan olunmuş predmet aşkar edilməmiş, sonra təhqiqata təqdim edilmiş 01 ədəd zərf açılmış və içərisində 01 ədəd metadon həbi tərəzidə çəkilərək 0,56 qram olması görünmüş, sorğu zamanı həmin maddəni 31 may 2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən alıb şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Bundan başqa 14 iyun 2025-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan vaxtı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib adını «şüşə» kimi bildiyi psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamış, sonra yaşadığı Sumqayıt şəhərinə gəlmiş, həmin günü saat 16:45 dəqiqədə ünvan 1 ünvanın yanında piyada hərəkətdə olan vaxtı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşları olmasını bildirərək, onun narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyi, üzərində saxlamağı şübhəsi ilə əlaqədar saxlanılması bildirilmiş, ona özünü təqdim etməyi təklif olunduqdan, sonra özünü təqdim etmiş, sonra videoçəkiliş ilə ona hüquq və vəzifələri izah olunmuş, həmçinin ona saxlanıldığı vaxt müdafiəçi ilə təmin olunmaq və hüquqlarının müdafiə olunması izah olunmuş, sonra ona üzərində qanunla daşınması, saxlanılması qadağan olunmuş hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmaması, əgər varsa təqdim etməyi təklif olunmuş, həmin vaxtı o, əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf polietilenə bükülmüş psixotrop maddəni təqdim etmiş, həmin büküm barədə ondan soruşduqda həmin günü Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan vaxtı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib adını «şüşə» kimi bildiyim psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, həmin büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və 0,42 qram olması müəyyən edilmiş, sonra həmin büküm zərfə qoyulub üzəri möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmış, sonra o, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət olunmuş, Polis Bölməsində xidməti otaqların birində üzərindən götürülmüş kütləyə dair protokol tərtib olunaraq, onun və iştirakçılar tərəfindən imzalanmış, sonra PB-də xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri elan olunaraq dövlət tərəfindən hüquqlarının müdafiə edilməsi məqsədi ilə təyin olunmuş müdafiəçi-vəkil təqdim olunmuş, sonra polis əməkdaşları, müdafiəçi-vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq, üzərindən aşkar olunub qablaşdırılmış zərf təhqiqatçı tərəfindən açılaraq baxılmış və elektron tərəzidə çəkilərək 0,43 qram olması müəyyən olunmuş və yenidən zərfə qoyulmuş, üzəri möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmış, həmin büküm barədə soruşduqda səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan vaxtı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib adını «şüşə» kimi bildiyi psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmişdir. O, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin özünə məxsus olmasını, özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, psixotrop maddə qəbul etməyi barədə başqa heç kimin məlumatı olmamış, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamasını, bədənində ağrılar olduğu üçün yalnız özü istifadə etmək məqsədi ilə almasını, narkotik vasitə və psixotrop maddəni aldığı şəxsləri birinci dəfə görməsini bildirmiş, onların anket məlumatlarını, ünvanını və ya mobil telefonunlarını bilməmiş, narkotik vasitələri hər dəfə müxtəlif şəxslərdən və müxtəlif ünvanlardan alıb əldə etmiş, narkotik vasitə və həmin psixotrop maddəni yalnız özü istifadə etmək məqsədi ilə almış və heç kimə satmaq və va kiməsə hədiyyə etmək niyyəti olmamış, saxlanılan vaxtı və polis bölməsində ona qarşı heç bir zor və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, şəxsi axtarış protokolları, həmin protokola əlavə edilmiş videogörüntülər, maddi sübut, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertiza rəyləri, həmçinin ilkin təhqiqat materialları ilə təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin kibercinayətkarlıqla mübarizə üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, 31 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin əldə edərək daşınması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış, həmin gün Sumqayıt şəhəri Kotec qəsəbəsi, Cexov küçəsində Təqsirləndirilən şəxs hərəkət etdiyini görüb videoçəkilişlə ona yaxınlaşmış, özlərini təqdim etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd həbi çıxardıb təqdim etmiş, həmin həb barədə soruşduqda metadon həbi olmasını bildirmişdir. Həmin həb elektron tərəzidə çəkilərək zərfə qoyularaq qablaşdırılmış və şəxs polis bölməsinə aparılmışdır. Polis bölməsində təhqiqatçı tərəfindən videoçəkilişlə vəkilin iştirakı ilə şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verilməmiş, bütün hərəkətlər videoçəkiliş vasitəsi ilə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nın 4-cü PB-nın CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ifadəsində bildirmişdir ki, 14 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin danışması və gəzdirilməsi barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdir. Keçirilən tədbirlər zamanı həmin gün Sumqayıt şəhəri, 26-cı məhəlləərazisində Təqsirləndirilən şəxs hərəkətdə olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs videoçəkilişlə yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində olan 1(bir) ədəd bükümü çıxardıb təqdim etmiş, adını «şüşə» kimi psixotrop maddə metamfetamin olmasını bildirmiş, həmin büküm tərəflərindən elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim olunmuş, vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verilməmiş, keçirilən tədbirlər videoqeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 31 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin əldə edilərək daşınması barədə məlumat daxil olmuş, bu səbəbdən əməliyyat qrupu yaradılmış, həmin gün Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Çexov küçəsində Təqsirləndirilən şəxs hərəkətdə olması müəyyən edilmiş, videoçəkilişlə ona yaxınlaşaraq saxlanılmış, saxlanılma səbəbi izah edildikdə, üzərində olan 1 (bir) ədəd həbi çıxardıb təqdim etmiş, həmin həb barədə soruşduqda metadon həbi olmasını bildirimişdir. Həmin həb elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmiş, polis bölməsinə aparılmışdır. Bölmədə təhqiqatçı tərəfindən videoçəkilişlə, vəkilin iştirakı ilə şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Bundan başqa Şahid1 ifadəsində bildirmişdir ki, 14 iyun 2025-ci il tarixdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatına əsasən təşkil olunmuş əməliyyat qrupu birlikdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 26-cı məhəllədə müəyyən edilmiş, videoçəkiliş aparılmaqla saxlanılmış Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra ona qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, X10 üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olması və əgər varsa, təqdim etməsi bildirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs üzərində olan 1(bir) ədəd bükümü çıxardıb təqdim etmiş, həmin büküm barədə soruşduqda içərisində adını «şüşə» kimi psixotrop maddə metamfetamin olmasını, bildirmiş, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm elektron tərəzidə çəkilmiş, zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra polis bölməsində videoçəkilişlə vəkilin iştirakı ilə şəxsi axtarış istinaq hərəkəti həyata keçirilmişdir. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verilməmiş, keçirilən bütün tədbirlər videoçəkilişlə həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid6 və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 ifadələri Şahid1 ifadəsi ilə oxşar məzmunlu olmuşdur. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 80-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, HK-1/1696 nömrəli araşdırma materialı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 75-76-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi ilə aparılmışdır. Cinayət işinin 1-ci cildinin 22-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 67-68-ci vərəqələrində olan təqsirləndirilən şəxsin MSYdən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 102-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:33-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət 1-ci cildinin işinin 142-143-cü vərəqələrində olan təqsirləndirilən şəxsin MSYdən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 206-207-ci vərəqələrində olan qətimkan tədbirinin qüvvədə saxlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 55-56-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 132-133-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 194-195-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 11-12-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması haqqında» protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:45 dəqiqədə Təqsirləndirilən şəxs saxlanılaraq, ona hüquq və vəzifələri elan olunduqdan, sonra üzərində hər hansı bir qeyriqanuni əşya \ə şairənin olması, həmçinin könüllü təqdim etməsi təklif olunduqdan, sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən l(bir) ədəd polietilen kəsiyində olan bükümü çıxardıb təqdim etmiş, həmin büküm barədə soruşduqda içərisində adını «şüşə» kimi psixotrop maddə metamfetamin olmasını, həmin günü Abşeron rayonu. Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm elektron tərəzidə çəkilmiş və 0,42 qram olması müəyyən edilmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş l(bir) ədəd büküm zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalalarla təsdiq olunmuşdur. Cinayət işinin 1-ci cildinin 90-91-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması haqqında» protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:33 dəqiqədə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Çexov küçəsində Məmmədov- Zaur Mətləb oğlu saxlanılaraq, ona hüquq və vəzifələri elan olunduqdan, sonra üzərində hər hansı bir qeyri-qanuni əşya və sairənin olması, həmçinin könüllü təqdim etməsi təklif olunduqdan, sonra Təqsirləndirilən şəxs ə\mində olan qara rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd metadona bənzər həbi çıxardıb təqdim etmiş, həmin həb barədə soruşduqda həbin həbin metadon olmasını, həmin günü səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həbin elektron tərəzidə çəkilmiş və 0,57 qram olması müəyyən edilmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd həb zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalalarla təsdiq olunmuşdur. Cinayət işinin 1-ci cild 53-54-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:45 dəqiqədə Təqsirləndirilən şəxs saxlanılaraq, ona hüquq və vəzifələri elan olunduqdan, sonra üzərində hər hansı bir qeyri-qanuni əşya və sairənin olması, həmçinin könüllü təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd polidilen kəsiyində olan bükümü çıxardıb təqdim etmiş, həmin büküm barədə soruşduqda içərisində adını «şüşə» kimi psixotrop maddə metamfetamin olmasını, həmin günü Abşeron rayonu. Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm elektron tərəzidə çəkilmiş və 0,42 qram olması müəyyən edilmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd büküm zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalalarla təsdiq olunmuşdur. Cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilərək, şübhəli şəxsin üzəri yoxlanılan vaxtı həmin prosesin videoçəkiliş vasitəsi ilə qeydə alınaraq, 01 ədəd «DVD»-yə köçürülmüş diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin hüquqlarının müdafiəsi üçün müdafiəçi-vəkilə malik olmaq hüquqları izah olunduqdan, sonra üzərində hər hansı bir qanunla daşınması, saxlanması, dövriyyəsi qadağan olunmuş əşyanın, vasitənin olubolmaması və könüllü təqdim etməsi təklif olunması, sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd polietilen kəsiyində olan bükümü çıxardıb təqdim etməsi, həmin büküm barədə soruşduqda içərisində adını «şüşə» kimi psixotrop maddə metamfetamin olmasını, həmin günü Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirməsi, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümün elektron tərəzidə çəkilməsi və 0,42 qram olması, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd bükümün zəılə qoyulub qablaşdırılaraq, möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması müşahidə olunmuşdur. Həmçinin cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin inzibati binasında qeydə alınaraq, 1 (bir) ədəd «DVD»-yə köçürülmüş diskə baxış keçirilmiş və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Röyal Rəcəbli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan, sonra dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 №-li Vəkil Bürosunun vəkili X9 və Sumqayıt ŞPİ-nin 4-cii PB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi və bu barədə yazılı bildirişin verilməsi, saxlanılması səbəbi bildirildikdən sonra təhqiqatçı tərəfindən ondan saxlanılarkən bir ədəd zərfdə qablaşdırılmış kütlənin onun üzərindən aşkar olunubolmaması, həmçinin həmin həbin nə olması və haradan əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs adını «şüşə» kimi bildiyi psixotrop maddə metamfetaminin onun üzərindən aşkar olunmasını, həmin günü Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirməsi, sonra qablaşdırılmış zərfin açılaraq, içərisində olan kütlə elektron tərəzidə çəkilməsi və 0,43 qram olması, sonra həmin 1 (bir) ədəd bükümün zərfə qoyulub qablaşdırılaraq, möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması, həmçinin Təqsirləndirilən şəxs üzərində axtarış aparılması, lakin heç bir qeyri-qanuni əşya, predmetin aşkar olunmaması sonra müdafiəçi X9 tərəfindən Təqsirləndirilən şəxs saxlanılan vaxtı polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiqə məruz qalıbqalmaması barədə sual verdikdə ona qarşı heç bir təsir və ya təzyiqin olunmadığını bildirməsi və Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışın başa çatdırılması müşahidə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 130-131-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə əməliyyataxtarış tədbirinin keçirilərək, şübhəli şəxsin üzəri yoxlanılan vaxtı həmin prosesin videoçəkiliş vasitəsi ilə qeydə alınaraq 01 ədəd «DVD»-yə köçürülmüş diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin hüquqlarının müdafiəsi üçün müdafiəçi-vəkilə malik olmaq hüquqları izah olunduqdan, sonra üzərində hər hansı bır qanunla daşınması, saxlanması, dövriyyəsi qadağan olunmuş əşyanın, vasitənin olub-olmaması və könüllü təqdim etməsi təklif olunması, sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd metadona bənzər həbi çıxardıb təqdim etməsi, həmin həb barədə soruşduqda həbin həbin metadon olmasını, həmin günü səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirməsi, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həbin elektron tərəzidə çəkilməsi və 0,57 qram olması, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd həbin zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması müşahidə olunmuşdur. Həmçinin cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin inzibati binasında qeydə alınaraq, 01 (bir) ədəd «DVD»-yə köçürülmüş diskə baxış keçirilmiş və Sumqayıt ŞPİ-nin 4-cü PBnın təhqiqatçısı, polis kapitanı Röyal Rəcəbli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan, sonra dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi və bu barədə yazılı bildirişin verilməsi, saxlanılması səbəbi bildirildikdən sonra təhqiqatçı tərəfindən ondan saxlanılarkən üzərindən aşkar olunmuş 01 (bir) ədəd zərfdə qablaşdırılmış həbin onun üzərindən aşkar olunub-olmaması, həmçinin həmin həbin nə olması və haradan əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs metadon həbi kimi bildiyi həmin həbin onun üzərindən aşkar olunmasını, həmin günü səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirməsi, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş l(bir) ədəd həbin zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi və iştirakçılar tərəfindən imzalarla təsdiq olunması, sonra müdafiəçi X3 tərəfindən Təqsirləndirilən şəxs saxlanılan vaxtı polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiqə məruz qalıb-qalmaması barədə sual verdikdə ona qarşı heç bir təsir və ya təzyiqin olunmadığını bildirməsi və Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışın başa çatdırılması müşahidə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 32-33-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyaya baxış keçirilməsi barədə protokoldan görünür ki, «DVD»-yə köçürülmüş diskdə olan görüntülərdə saxlanılan şəxs Təqsirləndirilən şəxsnıın təqdim etdiyi psixotrop maddəyə bənzər kütlə ilə zərfdə olan psixotrop maddəyə bənzər kütlənin eyni olması öz təsdiqini tapmışdır. Cinayət işinin 1-ci cildinin 111-112-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, «DVD»-yə köçürülmüş diskdə olan görüntülərdə saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi metadon həbinə bənzər həb ilə zərfdə olan metadon həbinə bənzər həbin eyni olması öz təsdiqini tapmışdır. Cinayət işinin 1-ci cildinin 42-43-cü vərəqələrində olan Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının qərarına əsasən, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli 20/491 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözlər və imzalar olan kağız paketdəki, eyni yazılar olan digər kağız paketdəki 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,391 qram ağ rəngli kristalşəkilli maddə, küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,391 qram, tədqiqata cəmi sərf edildi - 0.05 qram, qalıq 0,341 qram. Cinayət işinin 1-ci cildinin 121-123-cü vərəqələrində olan məhkəmə-kimyəvi ekspertizasının qərarına əsasən, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli 6/2057 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Arayışlar üçün № 128, dairəvi möhür əksi təqdim etdi: (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki, üzərində «Methadone 40» əmtəə göstəricisi olan konvalyut kəsiyində üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli həbdir və 1 (bir) ədəd həbdə metadonun təsiredici maddəsinin miqdarı 0.04 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən). Qeyd: 1 ədəd həbdən 1/2 həbin hissəsi tədqiqata sərf edildi, qalıq 1/2 həbin hissəsi. Cinayət işinin 1-ci cildinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 120-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 ( yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 176-177-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X6 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 3605 №- li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs 1 dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 166-167-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən üzərində «Methadone 40» əmtəə göstəricisi olan konvalyut kəsiyində üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 1 (bir) ədəd həbdə metadonıın təsiredıcı maddəsinin miqdarı 0,04 qram təşkil edən metadon tərkibli həbin aşkar edilərək götürülməsinə dair videoçəkiliş aparılaraq «DVD»-yə köçürülmüş 01 ədəd disk , xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,391 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsinə dair videoçəkiliş aparılaraq «DVD»-yə köçürülmüş 01 ədəd disk olmaqla cəmi 02 (iki) ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 1 (bir) ədəd həbdə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən metadon tərkibli həb (1 ədəd həbdən 1/2 həbin hissəsi tədqiqata sərf edildi, qalıq: ½ həbin hissəsi) və xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,391 qram ağ rəngli kristalşəkilli maddə, küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin (Metamfetaminin təmiz çəkisi - 0,391 qram, tədqiqata cəmi sərf edildi – 0,05 qram, qalıq 0,341 qram) maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 179-191-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən üzərində «Methadone 40» əmtəə göstəricisi olan konvalyut kəsiyində üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 1 (bir) ədəd həbdə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən metadon tərkibli həbin aşkar edilərək götürülməsinə dair videoçəkiliş aparılaraq, «DVD»yə köçürülmüş 01 ədəd disk, həmçinin cinayət işi üzrə xx.xx.2025-cı il tarixdə Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,391 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsinə dair videoçəkiliş aparılaraq «DVD»-yə köçürülmüş 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı l(bir) ədəd həbdə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən metadon tərkibli həb (1 ədəd həbdən 1/2 həbin hissəsi tədqiqata sərf edildi, qalıq: 1/2həbin hissəsi) və xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,391 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin (Metamfetaminin təmiz çəkisi - 0,391 qram, tədqiqata cəmi sərf edildi - 0,05 qram, qalıq 0,341 qram) maddi sübut kimi tanınmağı və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməyi nəzərə alınmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları, şahid ifadələri, axtarış və götürmə aparılması protokolları, baxış və götürmə aparılması protokolları, həmin proseslərin əks olunduğu DVD disklərə baxış protokolları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X6 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 3605 №-li, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli 6/2057 №-li, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli 20/491 №-li rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin 1-ci cildinin 168-169-cu vərəqələrində olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-cı maddəsi ilə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 1-ci cildinin 170-175-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-cı maddəsi ilə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 2-ci cildində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2025-ci il tarixə saat 10:00-a Sumqayıt şəhər Məhkəməsinə məcburi qaydada gətirilmişdir. Cinayət işinin 2-ci cildində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildində olan xx.xx.2025-ci il tarixli axtarışda olanın tutuması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinən barəsində 731384 saylı axtarış işi açılmış, Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə saat 12:00-da Sumqayıt şəhər ərazisində saxlanılaraq , Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gətirilmişdir. Cinayət işinin 2-ci cildində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-564/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi səbəblərdən 1-ci dərəcə gözdən əlil olan şəxsdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq müddətində etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamin və metadon tərkibli həbi qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində hər hansı narkotik vasitə (psixotrop maddə) olmaması, ona polis əməkdaşları tərəfindən edilən təsir və təzyiqlər nəticəsində üzərinə götürməsi barədə bildirdikləri özünü müdafiə xarakterlidir. İşin həqiqi halları ilə uyğunluq təşkil etmir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs 1-ci qrup gözdən əlil olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Lakin o, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci ildə və xx.xx.2025-ci il tarixində yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin təkrar törətməsi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 31 may 2025-ci il tarixdən 02 iyun 2025-ci il tarixədək, 14 iyun 2025-ci il tarixdən 16 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-564/2025 nömrəli qərarı ilə həbsə alındığı 18 sentyabr 2025-ci il tarixindən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X6 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 3605 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs 1 dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,341 qram psixotrop maddə olan metamfetamin və ½ hissə metadon həbbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 177 (yüz yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,341 qram metamfetamin və ½ həb metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 177 (yüz yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar