Məhkəmə qərarları › İş №1(060)-565/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-565/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-565/2022 07.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi - X4, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2n, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə gecə saat 01 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivi, Mübariz İbrahimov küçəsində olan Aztelecom MMC-nin, Abşeron filialına məxsus dirəklərdən 400 (dörd yüz) manat dəyərində 100 metr uzunluğunda TPP100x2 markalı paylayıcı kabelləri özü ilə gətirdiyi bıçaq ilə kəsərək oğurlamaqla Aztelecom MMC-nin, Abşeron filialına ümumilikdə 400 (dörd yüz) manat maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Dilbazi küçəsində olan Sumqayıt Telekommunikasiya Qovşağına məxsus dirəklərdən 2000 (iki min) manat dəyərində 200 metr uzunluğunda TPP100x2x0,04 markalı və 600 (altı yüz) manat dəyərində 100 metr uzunluğunda TPP50x2x0,04 markalı paylayıcı kabelləri özü ilə gətirdiyi bıçaq ilə kəsərək oğurlamaqla Sumqayıt Telekommunikasiya Qovşağına ümumilikdə 2600 (iki min altı yüz ) manat maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, X8 və Şaban Babaoğlu küçəsinin kəsişməsində olan Sumqayıt Telekommunikasiya Qovşağına məxsus dirəklərdən 500 (beş yüz) manat dəyərində 50 metr uzunluğunda TPP100x2 markalı paylayıcı kabeli özü ilə gətirdiyi bıçaq ilə kəsərək oğurlamaqla Sumqayıt Telekommunikasiya Qovşağına ümumilikdə 500 (beş yüz) manat maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Vüsal Allahverdiyev küçəsində yerləşən göz xəstəxanasının yaxınlığında olan Sumqayıt Telekommunikasiya Qovşağına məxsus dirəklərdən 600 (altı yüz) manat dəyərində 60 metr uzunluğunda TPP100x2x0,4 markalı paylayıcı kabeli özü ilə gətirdiyi bıçaq ilə kəsərək oğurlamaqla Sumqayıt Telekommunikasiya Qovşağına ümumilikdə 600 (altı yüz) manat maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Vüsal Allahverdiyev küçəsində yerləşən göz xəstəxanasının yaxınlığında olan Sumqayıt Telekommunikasiya Qovşağına məxsus dirəklərdən 740 (yeddi yüz qırx) manat dəyərində 74 metr uzunluğunda TPP100x2x0,4 markalı paylayıcı kabeli özü ilə gətirdiyi bıçaq ilə kəsərək oğurlamaqla Sumqayıt Telekommunikasiya Qovşağına ümumilikdə 740 (yeddi yüz qırx) manat maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsini dolandırmaq üçün işsiz olduğundan bir sıra oğurluqlar etmişdir. Oğurluq etdiyinə görə əvvəllər inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı bağlar massivi, Mübariz İbrahimov küçəsində olan dirəklərdən 100 metr uzunluğunda paylayıcı kabeli oğurlamışdır. Bundan başqa xx.xx.2022-ci il gecə saat 01 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Dilbazi küçəsində olan dirəklərdən Sumqayıt TKQ-nə məxsus 200 metr və 100 metr uzunluğunda mis kabelləri özü ilə gətirdiyi bıçaqla kəsərək oğurlamışdır. Həmin kabelləri yaşadığı evə aparıb yandırmışdır. Daha sonra həmin misləri əlvan metal yığan Vaqif adlı şəxsə satmışdır. Bundan başqa xx.xx.2022-ci il gecə saat 01 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, X8 və Şaban Babaoğlu küçəsinin kəsişməsində olan dirəklərdən Sumqayıt TKQ-nə məxsus 50 metr uzunluğunda mis kabelini özü ilə gətirdiyi bıçaqla kəsərək oğurlayıb yaşadığı evə aparıb yandırmış və ertəsi günü misi əlvan yığan özüdən tanıdığı Vaqif adlı şəxsə satmışdır. Bundan başqa xx.xx.2022-ci il gecə saat 02 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Vüsal Allahverdiyev küçəsində yerləşən göz xəstəxanasının yaxınlığında olan dirəklərdən 60 metr uzunluğunda kabelini oğurlamışdır. Eyni qaydada yenə həmin mis kabeli yaşadığı evə aparıb yandırmışdır. Həmin misi də əlvan metal yığan Vaqif adlı şəxsə satmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il gecə saat 02 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Vüsal Allahveridyev küçəsində yerləşən göz xəstəxanasının yaxınlığında olan dirəklərdən 74 metr uzunluğunda mis kabeli oğurlamışdır. 17 mart 2022-ci il tarixdə o, Corat qəsəbəsində əlində həmin mis kabeli götürüb küçədə əlvan metal yığan maşını gözləyən zaman polis əməkdaşı ona yaxınlaşmış və əlində olan mis kabeli haradan əldə etdiyini soruşmuşdur. O, da oğurladığını ona etiraf etmiş onu polis bölməsinə dəvət etmişdir. Polis polməsində qeyd etdiyi oğurluqları etdiyini etiraf etmişdir. Etdiyi oğurluqlardan ailə üzvlərinin məlumatı olmamışdır. Mis kabelləri satdığı qismən tanıdığı Vaqif adlı şəxsin kimliyini bilmir. Mis kabelləri kəsdiyi bıçağı harada qoyduğunu xatırlamır. Hal-hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Aztelecom MMC-nin hüquq departamentinin hüquqi mübahisələrin tənzimlənməsi şöbəsinin hüquqşünası vəzifəsində işləyir. Sumqayıt Telekommunikasiya Qovşağı Aztelecom MMC-nin filialına daxildir. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı yaşayış masssivi, M.İbrahimov küçəsində yerləşən Aztelecom MMC-nin Abşeron filialının balansında olan ümumi dəyəri 896 manat təşkil edən 100 netr uzunluğunda TPP100x2 naqillərini naməlum şəxs və ya şəxslər oğurlamışdır. Bu barədə Abşeron filialının əməkdaşı əvvəlcə Aztelecom MMC-yə daha sonra polis bölməsinə bu barədə məlumat vermişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Dilbazi küçəsində olan dirəklərdən Sumqayıt TKQ-yə məxsus 200 metr uzunluğunda TPP100x2x0,004 markalı və 100 metr uzunluğunda TPP50x2x0,04 markalı paylayıcı kabellərin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanmışdır. Bu barədə də Sumqayıt TKQ-nin əməkdaşı bu barədə rəhbərliyə bildirmiş, daha sonra isə polis bölməsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, X8 və Şaban Babaoğlu küçəsinin kəsişdiyi yerdə olan dirəklərdən Sumqayıt TKQ-nə məxsus 50 metr uzunluğunda TPP100x2 markalı paylacı kabelin oğurlanması barədə idarəyə əməkdaşlar tərəfindən məlumat daxil olmuşdur. Bundan başqa xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Vüsal Allahverdiyev küçəsində yerləşən göz xəstəxanasının yaxınlığından Sumqayıt TKQ-nə məxsus 60 metr uzunluğunda TPP100X2X0,4 markalı kabellərin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanması barədə Sumqayıt TKQ-nə məlumat daxil olmuşdur. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə Sumqayit şəhəri, Corat qəsəbəsi, Vüsal Allahverdiyev küçəsində yerləşən göz xəstəxanasının yaxınlığında Sumqayıt TKQ-nə məxsus 74 metr uzunluğunda TPP100X2X0,4 markalı paylayıcı kabellərin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanması barədə əməkdaşlar tərəfindən idarəyə məlumat daxil olmuşdur. Sonradan ona məlum olmuşdur ki, baş vermiş oğurluqları Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs etmişdir. Məhkəməyə mülki iddia təqdim edərək Təqsirləndirilən şəxs 4840 manat maddi ziyanın və ödənilmiş 69 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Yekun məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi X6 tərəflərindən verilmiş mülki iddianın təmin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt TKQ-nin xətt xidmət sektorunun mühəndisi vəzifəsində işləyir. Xidməti ərazisində mütəmadi olaraq xətləri yoxlayır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Dilbazi küçəsində olan dirəklərdən Sumqayıt TKQ- yə məxsus 200 metr uzunluğunda TPP100x2x0,004 markalı və 100 metr uzunluğunda TPP50x2x0,04 markalı paylayıcı kabellərin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanmasını aşkar etmişdir. Əvvəlcə bu barədə Sumqayıt TKQ-nin rəhbərliyinə məlumat vermiş və daha sonra bu barədə Sumqayıt ŞPİ-nin, 1-ci PB-nə ərizə ilə müraciət etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, X8 və Şaban Babaoğlu küçəsinin kəsişdiyi yerdə olan dirəklərdən Sumqayıt TKQ-nə məxsus 50 metr uzunluğunda TPP100x2 markalı paylayıcı kabel naməlum şəxs və ya şəxslər tərəfindən oğlunmaşdır. Bu barədə də, idarənin əməkdaşları tərəfindən idarəyə məlumat daxil olmuşdur. Bundan başqa xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Vüsal Allahverdiyev küçəsində yerləşən göz xəstəxanasının yaxınlığından Sumqayıt TKQ-nə məxsus 60 metr uzunluğunda TPP100X2X0,4 markalı kabellərin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanmasını aşkar etmiş və bu barədə ilk öncə Sumqayıt TKQ-nin rəhbərliyinə məlumat vermiş, daha sonra isə Sumqayıt ŞPİ-nin, 1-ci PB-nə ərizə ilə müraciət etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Sumqayit şəhəri, Corat qəsəbəsi, Vüsal Alaahverdiyev küçəsində yerləşən göz xəstəxanasının yaxınlığında Sumqayıt TKQ-nə məxsus 74 metr uzunluğunda TPP100X2X0,4 markalı paylayıcı kabellərin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlandığını aşkar etmişdir. Həmişəki qaydada bu barədə ilk öncə Sumqayıt TKQ-nin rəhbərliyə, daha sonra isə baş vermiş oğurluq barədə Sumqayıt ŞPİnin, 1- ci PB-nə məlumat vermiş və bu barədə ərizə yazmışdır. Baş vermiş oğurluqlar nəticəsində ümumilikdə Sumqayıt TKQ-nə ümumilikdə 3670 manat 40 qəpik maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuş ki, xidməti ərazidə baş vermiş oğurluqları Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq 10 ildir ki, Aztelecom MMC-nin Abşeron filialının mühəndisi vəzifəsində işləyir. Sumqayıt şəhəri, Novxanı qəsəbə ərazisində yerləşən xətt xidmətlərinə nəzarət edir. xx.xx.2021-ci il tarixdə abonentlər tərəfindən çoxsaylı sifarişlər olduğundan həmin istiqamətdə mütəmadi olaraq yoxlamalar ararırmışlar. Həmin zaman Sumqayıt şəhəri, Novxan qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən rabitə dirəklərinin 3 ədədinin üstü ilə çəkilmiş kabellərin yerində olmadığını aşkar etmişdir. Həmin kabel TPP100x2 markalıdır. Bundan sonra bu barədə qovşağın rəhbərliyinə məlumat vermişdir. Daha sora isə Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvaninda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq Sumqayıt TKQ-nin xətt xidmət sektorunun mühəndisi vəzifəsində işləyir. Xidməti ərazisində mütəmadi olaraq xətləri yoxlayır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, X8 və Şaban Babaoğlu küçəsinin kəsişdiyi yerdə olan dirəklərdə Sumqayıt TKQ-ya məxsus təxminən 50 metr uzunluğunda TPP 100x2 kabelin hər iki tərəfdən kəsilərək naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmiş və bu barədə Sumqayıt TKQ-nin rəhbərliyinə məlumat vermiş, daha sonra isə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində Sumqayıt TKQ-yə 405 manat dəyərində maddi ziyan dəymişdir. Baş vermiş oğurluğun kimin və ya kimlərin etməsindən heç kimdən şübhələnməmişdir. Daha sonra ona məlum olmuş ki, həmin oğurluğu Sumayıt şəhər sakini Təqsirləndirilən şəxs etmişdir. Qeyd etmək istəyirəm ki, həmin şəxsin digər ünvanlardan da başqa ərazilərindən də Sumqayıt TKQ-yə məxsus kabellerin oğurlanmasını eşitmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt ŞPİ-nin, 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Sumqayıt şəhəri, Corat qəsəbəsi onun xidməti ərazisidir. Xidməti ərazisində bir neçə oğurluq hadisələri baş vermişdir. 17 mart 2022-ci il tarixdə Corat qəsəbəsində xidməti vəzifəsini yerinə yetirən zaman qismən tanıdığı Corat qəsəbə sakini Təqsirləndirilən şəxs əlində əl çantası olmasını, həmçinin onu görən zaman özünü şübhəli aparmasını görüb ona yaxınlaşmışdır. Görmüş ki, Təqsirləndirilən şəxs əlindəki çantanın içində mis kabeli vardır. Həmin kabeli haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs həyəcanlı formada əlindəki kabeli 15 mart 2022-ci il tarixdə Corat qəsəbəsi, Vüsal Allahverdiyev küçəsində yerləşən göz xəstəxanasının yanındakı dirəklərdən oğurladığını bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onunla birlikdə polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs polis bölməsində xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Dilbazi küçəsindən 300 metr uzunluğunda paylayıcı kabeli, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, X8 və Şaban Babaoğlu küçəsinin kəsişdiyi yerdən 50 metr uzunluğunda paylayıcı kabeli, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Vüsal Allahverdiyev küçəsində yerləşən göz xəstəxanasının yanında olan dirəklərdən 60 metr uzunlunda paylayıcı kabeli və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Vüsal Allahverdiyev küçəsində yerləşən göz xəstəxanasının yaxınlığından 74 metr uzunluğunda paylayıcı kabeli oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllərdə oğurluq etdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. 2022-ci ilin yanvar ayından 17 mart 2022-ci il tarixə kimi Sumqayıt TKQ-nin mühəndisləri Corat qəsəbəsi ərazisində bir neçə ünvandan Sumqayıt TKQ-nə məxsus elektrik kabellərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə müraciət etmişlər. Bundan sonra keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 11 iyun 2021 -ci il tarixdə Sumqayıt şəhəri, Novxanı bağlar massivi, Mübariz İbrahiçov küçəsindən də, 100 metr uzunluğunda kabel oğurlamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokol və qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 17 mart 2022-ci il tarixdə saat 22:50-də Təqsirləndirilən şəxs şübhəli şəxsin qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələridə nəzərdə tutulan ittiham elan edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 4(060)-162/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan X2 31 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, qərarın təsviri hissəsində qeyd olunan məlumatlara əsasən 100 metr uzunluğunda olan TPP 100x2x0.4 markalı kabelin xx.xx.2022-ci il tarixə nəzəri hesalama yolu ilə təqribi dəyəri 810.00 manat, TPP 100x2x.04 markalı kabelin dəyəri 810.00 manat və TPP 50x2x0.4 markalı kabelin dəyəri 560.00 manat məbləğində müəyyən edilir. İş materiallarında olan X2 29 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Sumqayıt TKQ-na məxsus 50 metr uzunluğunda TPP 100x2 kabelinin 1 metrinin hazırki orta bazar qiyməti ilə təqribi dəyərinin 8.10 manat məbləğində olduğu nəzərə alınmaqla, Sumqayıt TKQ-na dəymiş maddi ziyanın ümumi dəyərinin 405.00 manat məbləğində müəyyən edilir. İş materiallarında olan X2 30 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, qərarın təsviri hissəsində qeyd olunan məlumatlara əsasən 60 metr uzunluğunda TPP 100x2x0.4 markalı kabelin xx.xx.2022-ci il tarixə nəzəri hesablama yolu ilə təqribi dəyəri 486.00 manat məbləğində müəyyən edilir. İş materiallarında olan X2 28 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Sumqayıt TKQ-na məxsus TPP 100x2x0.4 kabelinin 1 metrinin xx.xx.2022-ci il tarixə orta bazar qiyməti ilə təqribi dəyərinin 8.10 manat məbləğində olduğu nəzərə alınmaqla Sumqayıt TKQ-na dəymiş maddi ziyanın ümumi dəyərinin 599.40 manat məbləğində müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən 07 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2015-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt Telekommunikasiya Qovşağı və Aztelekom MMC-nin Abşeron filialı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, həyat yoldaşı-1978-ci il təvəllüdlü X5 və oğlu-1999-cu il təvəllüdlü Babayev Vəlican Famil oğlu ilə birlikdə ünvan 9 ünvanda qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nümayəndə ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin nüayəndəsi qismində tanınmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/2437 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 5 adda kabelin (orta istismar müddəti və orta istismar intensivliyi parametrlərində uyğun olaraq) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4440,0 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8474 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 100 metr məsafədə TPP100x2 naqilin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 400,0 (100x4m) manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Babayev Vəlican Famil oğluna Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək ona həmin məcəllənin 177.2.2 və 177.2.3- 2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Babayev Vəlican Famil oğlundan götürülmüş 74 metr uzunluğunda TPP100x2x0,4 markalı paylayıcı kabel cinayət işi üzrə maddi sübut kimi tanınması və cinaət işi yekunlaşdıqdan sonra sahibinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Babayev Vəlican Famil oğlu barəsində Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə cinayət təqibindən imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-274/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Babayev Vəlican Famil oğlunun həbsdə saxlama müddəti 17 iyun 2022-ci il tarixdən hesablanmaqla 15 gün müddətinə uzadılmışdır. İş materiallarında olan Aztelekom” MMC-nin “vurulmuş zərərin ödənilməsi tələbinə dair” mülki iddia ərizəsindən görünür ki, cinayət işi üzrə hökm çıxarılarkən təqsirləndirilən şəxs Babayev Vəlican Famil oğlundan 4840 manat ziyanın və ödənilmiş 69 manat dövlət rüsumunun tutularaq Aztelekom” MMC-nin hesabına ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 50-ci bəndində qeyd olunur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, eyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 17 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Babayev Vəlican Famil oğlundan götürülmüş 74 metr uzunluğunda TPP100x2x0,4 markalı paylayıcı kabel zərərçəkmiş şəxsin sərəncamına verilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100,00 (bir yüz) (50+50) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)- 565/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 996 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, cavabdeh Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə "xxxx" MMC-nin Abşeron filialına və Sumqayıt Telekommunikasiya Qovşağına məxsus ümumilikdə 584 metr uzunluğunda rabitə kabellərini oğurlayaraq "xxxx" MMC-yə 4840 manat ziyan vurmuşdur. Cavabdeh tərəfindən vurulmuş zərərin ödənilməsi istiqamətində hər hansı bir addım atılmamış, vurulmuş ziyan bu günə kimi ödənilməmişdir. Cinayət işi üzrə hökm çıxarılarkən təqsirləndirilən şəxs Babayev Vəlican Famil oğlundan 4840 manat ziyanın və ödənilmiş 69 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində "xxxx" MMCyə 4840 manat maddi ziyan vurulması təsdiq edilmişdir. Buna görə də iş materiallarında kifayət qədər sübutlar olduğu üçün mülki iddia təmin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. İş materillarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əmlakların qiymətləri ekspertiza tərəfindən müəyyən edilmişdir. Buna görə də, qeyd edilən şəxsə həmin əmlaklara görə ittiham elan edilərkən ekspertiza rəyində göstərilən qiymətlər əsas götürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Babayev Vəlican Famil oğlundan götürülmüş 74 metr uzunluğunda TPP 100x2x0,4 markalı paylayıcı kabel zərərçəkmiş şəxsin sərəncamına verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100,00 (bir yüz) (50+50) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 4840 (dörd min səkkiz yüz qırx) manat maddi ziyan və ödənilmiş 69 (altmış doqquz) manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar