Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-567/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi və vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və ünvan 1 qəsəbəsi, fərdi ev ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 18.04.2021-ci il tarixdə saat 01 radələrində ********** seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Vectra” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə Polad Həşimov küçəsi istiqamətində hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-ci maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq svetoforun qadağanedici siqnalı verildiyi halda stopxətt qarşısında dayanmayıb hərəkəti davam etdirərək, Sumqayıt şəhəri, 20 yanvar küçəsi ilə Bakı küçəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 AE 038927 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Nazlifan” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsi ilə toqquşaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağ mil sümüyünün distal ucunun yerdəyişməyən sınığı, döş qəfəsinin ön səthinin yumşaq toxumalarının əziyi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər, həmin avtomobildə əyləşən sərnişinlər Zərərçəkmiş şəxs3 sol sirkə kasası dibinin, oma sümüyünün, sağ qasıq sümüyünün natamam yerdəyişməyən sınığı, başın əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs2 sol bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər, Şahid1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin yumuşaq toxumalarının əziyi-qançırı, sol əlin, sağ saidin ,sol baldırın qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər və X4 əlin, sol baldırın sıyrıqları kimi sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, özünə məxsus “Opel Vectra” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sülh küçəsi ilə “Turan” restoranının yanından H.Əliyev prospekti ilə 21-ci məhəllə istiqaməti ilə gedərkən yolun sağ orta hissəsi ilə hərəkətdə 30 km/saat sürətlə “20 Yanvar” küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində olarkən orada dəqiq işıqforun hansı rəngi olduğu yadında olmamış, lakin yol boş olduğu üçün kəsişməyə həmin surətlə daxil olmuş, öz yolunda olan işıqforun yanında olan zaman həmin vaxt sağ tərəfindən “Lifan” markalı avtomobilin təxminən 70-80 km/sürət ilə 20 yanvar küçəsi ilə Avtovağzal istiqamətində hərəkət etdiyini görmüş, həmin vaxt təxminən onun işıqforunun yaşıl rəngi yanıb sönürmüş və o da düşünmüşdür ki, Lifan markalı avtomobilin sürücüsü avtomobili saxlayacaq, o da ona görə idarə etdiyi avtomobili dayandırmadan düz istiqamətdə hərəkətə davam edirmiş, lakin adı sonra ona məlum olan avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Lifan” markalı avtomobil həmin sürətlə dayanmadan svetafordan keçmiş və avtomobili gördüyü vaxt əyləc pedalını basmış, avtomobili saxlamağa çalışmış, lakin idarə etdiyi avtomobilə sağdan gələn LİFAN markalı avtomobilin arxa sağ sərnişin qapısını vurmuş və onların avtomobilləri sağ tərəfdə olan səkiyə dəyərək dayanmışdır. Daha sonra ora polis əməkdaşları və təcili tibb yardım gəlmişdir. Ora gələn polis əməkdaşları hadisə yerinin müayinəsini etmişlər və bu barədə müstəntiq tərəfindən protokol tərtib edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı spirtli içki və digər təsir edici maddələr qəbul etməmişdir. Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş maddi ziyanı ödəmişdir, özünü təqsirli bilir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslərlə barışmışdır. Onlara dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Xahiş edir ki, barəsində olan cinayət işinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, 18.04.2021-ci il tarixdə, saat 02 radələrində Nəsimi heykəlinin yanında olan işlədiyi çayxanadan Zərərçəkmiş şəxs1la birlikdə ona məxsus “Lifan” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu evə aparırdı. Həmin vaxt avtomobildə Rəşad Məmmədov sükanın arxasında idi və ondan başqa Rəvan, İlkin və Əşrəf olmuşdur. Onlar avtomobildə hərəkətdə olduqları zaman Sumqayıt şəhəri 20 yanvar küçəsi ilə “Asan xidmət” istiqamətində gedən zaman markası və sürücüsü sonradan ona məlum olan “Opel Vectra” Minik 90-UJ -281 dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşdiyimiz Lifan markalı avtomobilin yan tərəfindən vurmuşdur. Baş vermiş hadisə zamanı avtomobildə olan sərnişinlər, o cümlədən, o da xəsarət almışdı. Zərərçəkmiş şəxs1 baş vermiş yol-nəqliyyat hadisəsindən bir qədər əvvəl işqıqforun yaşıl siqnalından keçmişdir. Onları vuran Opel Vectra” Minik 90-UJ -281 dövlət qeydiyyat nişanlı avtomobil isə qaydaları pozaraq qırmızı işıq siqnalından keçmişdir. Baş vermiş yol –nəqliyyat hadisəsindən sonra ora polis əməkdaşları gəlmiş və onların iştirakları ilə orada baxış keçirmişlər və müvafiq ölçülər götürmüşlər.Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən zərər tamamilə ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xtam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 23.09.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi avtoqəza nəticəsində ona dəyən zərər ödənildiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də xahiş edir ki, işin icraatına xitam verilsin. Məhkəmə iclasında digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 eyni məzmunlu ifadə verərək digər Zərərçəkmiş şəxs1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 23.09.2021-ci il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs törətdiyi avtoqəza nəticəsində onlara dəyən zərər ödənildiyi üçün onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Ona görə də xahiş edirlər ki, işin icraatına xitam verilsin. Məhkəmə iclasında Şahid1 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 18.04.2021-ci il tarixli protokola əsasən yol-nəqliyyat hadisəsi yeri Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsidir, yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 20 Yanvar küçəsi istiqamətində 14 metr, H.Əliyev prospekti istiqamətində 18 metrdir. (i. v. 4-7) İş materiallarında olan 18.04.2021-ci il tarixli, 2062 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs1 hadisə vaxtı sərxoş olmamışdır. (i.v.15) İş materiallarında olan 18.04.2021-ci il tarixli, 2063 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş olmamışdır. (i.v.16) İş materiallarında olan AD № 372845 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Opel Vectra» minik markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 məxsusdur. (i.v.17) İş materiallarında olan AC № 438222 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Nazlifan LF132/2-320» minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. (i.v.18) İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus ********** seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «BC» kateqoriyası üzrə sürücülük hüququ vardır. (i.v.19) İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04.05.2021-ci il tarixli, 8/911 nömrəli rəyindən görünür ki, Opel Vectra markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Naz-Lifan markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 46,5 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Naz-Lifan markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 46,5 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 41-42) İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 23.04.2021-ci il tarixli, 426 saylı rəyindən görünür ki, X3 əlinin, sol baldırının sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 18.04.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. (i.v 45-46) İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 23.04.2021-ci il tarixli, 427 saylı rəyindən görünür ki, Şahid1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin yumşaq toxumalarının əziyi-qançırı, sol əlin, sağ saidin, sol baldırın qançırları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 18.04.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (i.v 48-49) İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 30.04.2021-ci il tarixli, 452 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sol sirkə kasası dibinin, oma sümüyünün, sağ qasıq sümüyünün natamam yerdəyişməyən sınığı xəsarətləri, başın əzilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 18.04.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (i.v 51-52) İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 23.04.2021-ci il tarixli, 425 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ mil sümüyünün distal ucunun yerdəyişməyən sınığı, döş qəfəsinin ön səthinin yumşaq toxumalarının əziyi xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 18.04.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (i.v 54-55) İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 03.05.2021-ci il tarixli, 464 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 18.04.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (i.v 57-58) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin 22.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 59) İş materiallarında olan Zərərçəkmiş şəxs1 məxsus AE 038927 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs1 «BC» kateqoriyası üzrə sürücülük hüququ vardır. (i.v.66) İş materiallarında olan “götürmə haqqında” 02.06.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə bir ədəd CD disk "xxxx" LYD MMC-dən götürülməsi qərara alınmışdır. (i.v.78) İş materiallarında olan “diskə baxış keçirilməsi barədə” 10.06.2021-ci il tarixli protokoldan görünür ki, həmin video çəkilişə baxdıqda açıq havada H.Əliyev prospekti tərəfindən tünd rəngli avtomobil sürətlə Polad Həşimov küçəsinə qırmızı işıqforun siqnalı yandığı andan video çəkilişin 01:14 saniyəsində keçdiyini görmək olur. Həmin vaxt 20 Yanvar küçəsi ilə Asan xidmət mərkəzi istiqamətdə tün rəngli avtomobil keçdiyini görmək olur və həmin anda qadağan edici qırmızı işıqforun siqnalından keçən həmin avtomobilə toqquşmasını görmək olur. Diskə baxış zamanı X7 bildirdi ki, həmin video görüntüdə olan qırmızı işıqforun siqnalından sürətlə edən avtomobil ona məxsus olmuş və həmin avtomobili özü idarə etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 məxsus avtomobilə toqquşduğunu bir daha da qeyd etmişdir. (i.v.78-79) İş materiallarında olan “Qətimkan tədbiri seçmə barədə” 08 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 108-109) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 15.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi ilə Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. (i.v. 116) İş materiallarında olan 18.06.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası və anasından ibarətdir. (i.v.114) İş materiallarında olan, Sumqayıt şəhər Xəzri MK-nın verdiyi 18.06.2021-ci il tarixli xasiyətnaməsinə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. (i.v.115) İş materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” 14.07.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 18.04.2021-ci il tarixdə özünə məxsus Naz-Lifan avtomobilə 20 Yanvar küçəsi ilə Asan Xidmət istiqamətinə hərəkət edəkən H.Əliyev prospektindən P.Həşimov küçəsi istiqamətində hərəkət edən Opel markalı avtomobil onu vurmuşdur. Həmin vaxt müvafiq ölçülər aparılmış və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 qarşı tərəfdən yaranan təhlükə yerindən 15,5 metr məsafədə olmuşdur.(i.v 141) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 20 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (i.v. 149-153) “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanununun tələblərini və yuxarıda qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş ziyanın tamamilə ödənilməsini, Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün qərarın surəti Sumqayıt şəhər Polis İdarəsinə göndərilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-567/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-567/2021
23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver