Məhkəmə qərarları › İş №1(060)-567/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-567/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-567/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Xızı rayonu, N №li hərbi hissə, Yaşma-4 ünvanında qeydiyyatda olan və ünvan 2an, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:50 radələrində «BC» kateqoriyalı, AC 247664 seriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “LADA 21214 Urban Legend” minik markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Nərimanov küçəsi ilə hərəkətdə olan zaman Z.Hacıyev küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirilməli olduğu halda buna riayət etməməklə və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək idarə etdiyi avtomobilin qabaq hissəsi ilə yolun sağından soluna keçən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol təpə nahiyəsinin yumşaq toxumalarının əziyi, alt çənənin əzilmiş yarası, sol almacıq sümüyünün yerdəyişməyən sınığı, sol bazu sümüyünün qapalı yerdəyişməyən sınığı, sol ayağın İ barmağının sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlılğa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, uzun müddət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı qüvvələrdə xidmətdə olmuş və İİ Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Həmin müharibədə yaralandığı üçün Silahlı Qüvvələrdən tərxis olmuş və hal-hazırda qazidir. O, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” meddallarla və “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalla, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubley medalı ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi” Yubley medalı ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi” Yubley medalı ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)” Yubley medalı ilə, “2-ci Dünya Müharibəsində qələbənin (1945-2010) 65 illiyi yubley medallar medallarla təltif olunmuşdur. Bu səbəbdən də yaxın dostları ona müharibədən qayıtdıqdan sonra Lada 21214 markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobili alaraq hədiyyə vermişlər. Həmin avtomobil texniki şəhadətnamə əsasında ona məxsusdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində idarə etdiyi Lada markalı avtomobil ilə Sumqayıt şəhəri, Nərimanov küçəsində saatda 50-60 km sürətlə Şərq Bazarı istiqamətində hərəkətdə olarkən Bank of Baku ilə üzbə-üz əks istiqamətli yolda piyada keçidinə yaxınlaşan zaman orada sağında olan avtomaşınlar piyada keçidinin qarşısında sürətlərini azaldaraq dayanıb keçən piyadaya yol verməyə başlamışlar. Yol verilən piyada yolun sağından soluna doğru hərəkətə davam edərək onun hərəkət etdiyi zolağa daxil olduğundan o qızı görərək aftomobili dayandırmaq məqsədi ilə qəflətən əyləci sıxsa da avtomaşın sürüşmüş və həmin piyadanı ehtiyatsızlıqdan vurmuşdur. Bu zaman qız yerə yıxıldığından o idarə etdiyi avtomobili dayandırıb maşından düşüb piyadaya yaxınlaşmışdır. Dərhal piyadanı idarə etdiyi avtomobilə əyləşdirərək Sumqayıt şəhər xəstəxanasına çatdırmışdır. Sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsə ilkin tibbi yardım göstərilərkən polis əməkdaşları gəlmiş və o polislərə hadisəni ehtiyatsızlıqdan törətdiyini bildirərək müvafiq sənədləşmə aparılmasından ötrü sənədlərini təqdim etmişdir. Hadisə vaxtı maşında ondan başqa heç kim olmamışdır. Hadisə zamanı avtomobilinə heç bir kənar təsir olmamışdır. İdarə etdiyi avtomaşın texniki vəziyyəti normal olmuş və maşında heç bir nasazlıq olmamışdır. Hadisə zamanı spirtli içki qəbul etməmiş və həmin vaxt həkim müayinəsindən də keçmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq üçün əlindən gələni etmiş, qarşı tərəf ondan 8000 manat tələb etmiş, o da borc xərc edib 6000 manat düzəltsə də zərərçəkmiş şəxsin qanuni nümayəndəsi bunu qəbul etməmiş, yerdə qalan məbləğə maddi imkanı çatmamış, bu da ona pis təsir etmiş, həmçinin qızın xəstəxana xərclərinə kömək etmiş, evinə psixoloq göndərmişdir. Lakin bütün bu cəhdlərinə baxmayaraq zərərçəkmiş tərəfi razı sala bilməmişdir. Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxsi öz şəxsi avtomobili ilə xəstəxanaya aparmasını, ona ilkin tibbi yardım göstərilməsi üçün ilkin müalicə xərclərini ödəməsini, zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ondan 8000 manat məbləğində pul tələb etsə də həmin məbləği ödəməyə maddi imkanının olmadığını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” meddallarla və “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalla, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubley medalı ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi” Yubley medalı ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi” Yubley medalı ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)” Yubley medalı ilə, “2-ci Dünya Müharibəsində qələbənin (1945-2010) 65 illiyi yubley medalı ilə təltif olunduğunu və himayəsində 2 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə qanuni nümayəndəsi X2 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 16:50 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində 8 saylı marşrut avtobusundan düşüb yolun əks hərəkət istiqamətinə piyada zolağı ilə addımlayan zaman orada iki avtomaşın onun piyada zolağında olduğunu görərək yol vermiş və o zolağı addımlayıb səkiyə yaxınlaşmağına 2 addım qalmış həmin istiqamətlə hərəktdə olan «Lada» markalı avtomaşın onu vurmuşdur. Bu zaman o yerə yıxılmış və bir də ayılanda Sumqayıt şəhər TTYX-da olduğunu bilmişdir. Ona sonradan məlum olmuşdur ki, onu avtomobillə vuran şəxs Təqsirləndirilən şəxsdur və həmin şəxs onu öz idarə etdiyi avtomobili ilə Sumqayıt şəhər TTYX-na aparmış, ona ilkin tibbi yardım göstərilməsinin maddi xərclərini ödəmiş, lakin onun sonradan psixoloqa ehtiyyacı olduğu üçün psixoloq gətirəcəyinə və əlavə xərclərinə köməklik etməyini bildirsə də, bunlara əməl etməmişdir. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X3 təqsirləndirilən şəxsə veriləcək cəzanın onlar üçün elə bir əhəmiyyət kəsb etmədiyini, qızı Rənanın son illər ərzində müəllim yanına getdiyi xərcləri, lakin qızının yol nəqliyyat hadisəsinə görə instituta qəbul olunmamasını nəzərə alaraq çəkdikləri 8 min manat xərcin ödənilməsini tələb etdiklərini, əks halda isə təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər DYPŞ-nin YPX-nin baş inspektoru, polis kapitanı Şahid ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri ərazisində xidmətdə olduğu vaxt Z.Hacıyev küçəsində yolnəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olduğu üçün o dərhal hadisə yerinə yollanmışdır. Hadisə yerinə gələndən sonra ona məlum olmuşdur ki, bir az əvvəl Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs “LADA 21214 Urban Legend” minik markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Nərimanov küçəsi ilə hərəkətdə olan zaman Z.Hacıyev küçəsində avtomobilin qabaq hissəsi ilə yolun sağından soluna keçən piyada Zərərçəkmiş şəxs vurmuş, daha sonra onu öz avtomobilinə əyləşdirərək Sumqayıt ŞPİ-nin TTYX-na aparmışdır. Daha sonra Təqsirləndirilən şəxs hadisə yerinə qayıdaraq hadisə yeri hal şahidlərinin iştirakı ilə müayinə olmuş, hadisə yerinin foto şəkilləri, hadisə yerinin sxemi çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserə dəvət edərək sərxoşluq müayinəsindən də keçirmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 63 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol təpə nahiyəsinin yumşaq toxumalarının əziyi, alt çənənin əzilmiş yarası, sol almacıq sümüyünün yerdəyişməyən sınığı, sol bazu sümüyünün qapalı yerdəyişməyən sınığı, sol ayağın İ barmağının sıyrığından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 8/1076 saylı 29 aprel 2022-ci il tarixli rəyindən görünür ki, 1-2. istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən «VAZ 21214» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt şəhər Rayonlararası Narkoloji Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2022-ci il tarixli, 31 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs (xx.xx.2022-ci il tarixdə) alkoqol sərxoşluğu əlaməti olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək qüvvədə olan AC247664 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. AEN seriyalı 128932 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, əsasən «VAZ 21214» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin xx.xx.2022-ci il tarixli, 302-3824-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs kompüter bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-i Sumqayıt “ASAN xidmət” mərkəzi məhkumluq barədə arayışların verilməsi üzrə xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X8 və bir yetkinlik yaşına çatmayan uşağı-xx.xx.2006-cı il təvəllüdlü X5 vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.11, 59.14 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində 2 azyaşlı uşaqlarının olmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün onu xəstəxanaya aparmasını, zərərçəkmiş şəxsin ilkin müalicə xərclərini ödəməsini, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” meddallarla və “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalla, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubley medalı ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi” Yubley medalı ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi” Yubley medalı ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)” Yubley medalı ilə, “2-ci Dünya Müharibəsində qələbənin (1945-2010) 65 illiyi Yubley medalı ilə təltif olunmasını, barışığa cəhd etməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halları müstəsna hallar hesab edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş təyin edilməsi məcburi olan əlavə cəza, yəni nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası təyin edilməməklə sanksiyada nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulmuş, ibtidai istintaq orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun müdafiəçisi təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:30-dan növbəti gün saat 06:30-dək yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 3, mənzil 3 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar