Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-567/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1954-cü ildə Ucar ray., Ramal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində yaşadığı Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində 20A №-li evin arxa tərəfindən idarə etdiyi Mercedes markalı avtomaşının salonunda həyat yoldaşı Zərərçəkmiş şəxs sifətinə əli ilə vuraraq sonuncunun sol gözaltı qişasına qansızma ilə müşayət olunmuş sol göz qapaqları və gözaltı nahiyyənin qançır-şişkinliyi ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs onun həyət yoldaşıdır. Onlar eyni ünvanda yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o, yaşadığı binanın həyətində arxa tərəfdə olan zaman Suriyə onun yanına gələrək ondan keçən ay ona verdiyi su pulunu nə üçün ödəmədiyini soruşmuş və ona bu ay onun iştirakı ilə su pulunu ödəməli olduğunu demişdir. Sonra Suriyə onun idarə etdiyi Mercedes markalı avtomobilə qabaq sağ otracağında əyləşmiş, ondan avtomaşını sürməsini, onu su pulu ödməyə aparmasını bildirmişdir. O, da avtomaşının sükanı arxasına əyləşmiş, Suriyəyə avtomaşından yerə düşməsini bildirmiş, Lakin Suriyə avtomobildən düşməmiş, bu səbəbdən onların arasında mübahisə olmuşdur. O, da əsəbləşib Suriyənin avtomobildən yerə düşməsi üçün əlinin arxası ilə Suriyənin gözünə vurmuşdur. Lakin Suriyə yenə də avtomobildən düşməmiş, bu səbəbdən Suriyəni avtomobildə qoyaraq özü düşüb oradan kənarlaşmışdır. Bundan sonra Suriyə avtomobildən düşüb getmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınaraq məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və toplanmış material üzrə araşdırmaya xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilmiş izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində su kommunalının ödənişi ilə bağlı evinə qəbz gəlmişdir. O qəbzə baxdıqda keçən ayın ödənişini əri Təqsirləndirilən şəxs verməsinə baxmayaraq sonuncu tərəfindən ödəniş edilmədiyini görmüş, bu səbəbdən həmin vaxt yaşadıqları evin arxasında yoldaşının idarə etdiyi Mersedes markalı avtomobilin yanında olan əri Rafiqin yanına gedərək sonuncudan nə üçün su pulunu ödəmədiyini soruşub bu ayın ödənişini bir yerdə ödəyəcəklərini deyib avtomobilin qabaq sağ otracağında əyləşmişdir. Rafiqdə sükan arxasında olan oturacaqda əyləşmişdir. O, Rafiqə avtomobili sürüb onunla bir yerdə getməyi tələb etsə də, Rafiq onunla razılaşmamışdır. Bu səbəbdən aralarında avtomobilin salonunda mübahisə yaranmışdır. Həmin vaxt Rafiq yumruqla onun sifətinə vuraraq onu döymüşdür. O da Sumqayıt ŞPİ 1-ci PB-nə gələrək şikayət ərizəsi yazmışdır. Hadisə zamanı hadisə yerinə ətrafdan kənar şəxslər toplaşmamış, hadisə 2 dəqiqə davam etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X3 xx.xx.2023-cü il tarixli, 629 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol gözün alt qişasına qansızma ilə müşayiət olunmuş sol göz qapaqları və gözaltı nahiyyənin qançır-şişkinliyi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əl ilə yetirə bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir (i.v. 8-11). İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 40). İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 39). Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-567/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-567/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver