Məhkəmə qərarları › İş №1(060)-567/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-567/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-567/2025 03.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0.247 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib daşıyaraq üzərində saxlamış, 03 mart 2025-ci il tarixdə, saat 13:52-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən “Bərzan” marketin arxasında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq üzərinə baxış keçirilən zaman həmin narkotik vasitə heroin əynində olan tünd göy rəngli gödəkçənin sol cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz şəkisi 0.616 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib daşıyaraq üzərində saxlamış, 06 may 2025-ci il tarixdə, saat 11:04 -də Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon “777” avtoyuma məntəqəsinin qarşısında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq üzərinə baxış keçirilən zaman həmin narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, qeyd edilən hər iki epizod üzrə özünü təqsirli bilir. O, Bərzan marketin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı hər iki epizod üzrə üzərindən “kakos” aşkar edilmişdir. İstintaq dövründə müdafiəçisi olmuş, ona hər hansı hədə, təsir və ya təzyiq olunmamışdır. Ailə vəziyyətinin nəzərə alınaraq barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 2A ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. Lakin, sonra müalicə almış və narkotik vasitə istifadəsindən imtina etmişdir. Bir neçə dəfə Sumqayıt şəhər Məhkəməsinin höhmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə növündə cəza çəkmişdir. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Novxanı qəsəbəsində olan zaman bir nəfər şəxs ona yaxınlaşmış və narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. Həmin vaxt ağrıları olduğu üçün həmin şəxsə 15 manat verərək birdəfəlik istifadəsi üçün “kakos” almış və həmin bükümü əynində olan gödəkçənin cibinə qoymuşdur. Sonra 985 saylı avtobusa minərək Corat qəsəbəsinə gəlmişdir. Avtobusdan düşərək yaşadığı evə tərəf gedərkən Corat qəsəbəsində yerləşən “Bərzan” marketin arxa tərəfinə çatdıqda bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini tədim edərək polis əməkdaşları olduqlarını, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini təqdim etmişlər. Polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu, bu səbəbdən üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər. İlk olaraq polis əməkdaşları ona üzərində əldə edilməsi, istifadəsi, daşınması qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməyini tələb etmişlər. O, həmin vaxt əynində olan qara rəngli qış gödəkçəsinin sol üst cibində saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün “kakos” olduğunu, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Sonra onun polis əməkdaşlarına təqdim etdiyi büküm elektron tərəzidə çəkilərərk çəkisinin 0.32 qram olmash müəyyən edilmişdir. Həmin büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra o polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİnin inzibati binasına getmişlər. Polis idarəsində otaqlardan birində ona hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhəri regional Vəkil Bürosunun vəkili X4 təyin edilmişdir. Ona hüquq və vəzifələri izah edilmişdir. Təhqiqatçı tərəfindən yenidən üzərinə baxış keçirilmişdir və heç bir şey aşkar edilməmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə axşam radələrində Sumqayıt şəhəri Novxanı qəsəbəsində olan zaman tanımadığı bir nəfər şəxs ona yaxınaşmış və narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. O həmin şəxsə 15 manat verərək bir dəfəlik istifadəsi üçün “kakos” almış və həmin bükümü əynində olan şalavarın sağ cibinə qoymuşdur. Məqsədi həmin narkotik vasitəni ağrıları olan zaman istifadə etməkolmuşdur. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə saat təxminən 10:30-da o ünvan 2 ünvanından çıxmışdır. Həmin vaxt içərisində narkotik vasitə heroin olan büküm əynində olan şalvarın sağ yan cibində olmuşdur. O, ağrıları olduğu üçün həmin narkotik vasitəni istifadə etmək üçün əlverişli yer axtarmışdır. O bir qədər piyada irəliləyərək Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisinə çatmışdır. Məhəllələrdən birinə daxil olmuşdur. Həmin vaxt bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini tədim edərək polis əməkdaşları olduqlarını, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini təqdim etmişlər. Polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu, bu səbəbdən üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər. İlk olaraq polis əməkdaşları on üzərində əldə edilməsi, istifadəsi, daşınması qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməyini təklif etmişlər. O, həmin vaxt əynində olan şalvarın sağ yan cibində olan içərisində narkotik vasitə heroin olan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün “kakos” olduğunu, xx.xx.2025-ci il tarixdə axşam radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Sonra onun polis əməkdaşlarına təqdim etdiyi büküm elektron tərəzidə çəkilərərk çəkisinin 1.38 qram olmash müəyyən edilmişdir. Həmin büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra o polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına getmişdir. Polis bölməsində otaqlardan birində ona hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhəri regional Vəkil Bürosunun vəkili X5 təyin edilmişdir. Ona hüquq və vəzifələri izah edilmişdir. Təhqiqatçı tərəfindən yenidən üzərinə baxış keçirilmiş və heç bir şey aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində təqsirləndirilən şəxsə yaxınlaşaraq özlərini təqdim edib saxlamışlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıdığını bildirib, heroinə bənzər maddəni onlara təqdim etmişdir. Əməliyyat qrupunda ondan əlavə Şahid1 və Şahid3 iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində daşıdığı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, Şahid1 elan edilmiş ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, daşıması və istifadə etməsi ilə bağh əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raporta müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişlər. Raport əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:40-da əməliyyat müşahidəsinə götürülmüş və o, saat 13:52-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən “Bərzan” marketin arxa tərəfində əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılmışdır. O, özünü təqdim edərək Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 olduğumu bildirmişdir. Daha sonra digər polis əməkdaşları Şahid2 və Şahid3 özlərini təqdim etmişlər. Daha sonra o saxlanılmış şəxsə özünü təqdim etməsini bildirmişdir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra o Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma cinayətində şübhəli olduğunu və onun üçün saxlanıldığımizah etmişdir. Sonra o Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsinitəklif etmişdir. Bu zaman Əbuzər Abuzərov əynində olan qış gödəkçəsinin üst sol cibində saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş bükümü baxışa təqdim etmişdir. O, Təqsirləndirilən şəxs baxışa təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda Əbuzər Abuzərov “kakos” deyə cavab vermişdir. Daha sonra o Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, Əbuzər Abuzərov narkotik vasitəni həmin gün saxlanılmamışdan bir neçə saat əvvəl Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin bükümü elektron tərəzidə çəkilmiş və çəkisinin 0.32 qram olması müəyyən edilmişdir. Sonra həmin bükülü ağ rəngli zərfə qoyularaq Sumqayıt ŞPİ-nin 124 nömrəli möhrü ilə möhürlənmişdir. Zərf möhürlənərək üzərində imza və adlar qeyd edilmişdir. Sonra sənədləşmə prosesinin davam etdirilməsi üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİnin inzibati binasına gətirilmişdir. Sumqayıt ŞPİ-nin inzibati binasında otaqlardan birində təhqiqatçı tərəfindən sənədləşmə prosesi davam etdirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş və bu barədə protokolu ona təqdim etmişdir. Təqsirləndirilən şəxs protokolla tanış olduqdan sonra ona dözlət hesabına təyin edilmiş müdafiəçi Elşad İsayev özünü təqdim etmişdir. Bundan sonra təhqiqatçı ondan Təqsirləndirilən şəxs nə zaman və harada saxlanılması və üzərindən aşkar edilərək qablaşdırılmış büküm barədə məlumat verməyini bildirmişdir. O, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən “Bərzan” marketin arxa tərəfində saxlanıldığını, üzərinə baxış keçirilən zaman əynindəki qış gödəkçəsinin üst sol cibindən bir büküm narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürüldüyünü, həmin bükümün elektron tərəzidə çəkilərək çəkisinin 0.32 qram olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən yenidən Təqsirləndirilən şəxs üzərinə baxış çekirilmiş və heç bir şey aşkar edilməmişdir. Sonra müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün ona aid olduğunu, saxlanılmamışdan bir gün öncə Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata alaraq üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, şahid ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raporta müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş edilmişdir. Raport əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə əməliyyat müşahidəsinə götürülmüş və Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən “777” avtoyuma məntəqəsinin qarşısında əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılmışdır. O özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsə üzərində qanunsuz əşya varsa təqdim edilməsi təklif edilmiş və sonuncu üzərində olan “kakos” adlandırdığı narkotik vasitəni təqdim etmişdir. Polis bölməsində daha sonra sənədləşdirmə işləri həyata keçirilmişdir. Əməliyyat qrupunda ondan əlavə Şahid5 və Şahid6 iştirak etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, Şahid5 elan edilmiş ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raporta müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş edilmişdir. Raport əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:50-də əməliyyat müşahidəsinə götürülmüş və o saat 11:04-də Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən “777” avtoyuma məntəqəsinin qarşısında əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılmışdır. Daha sonra digər polis əməkdaşları Şahid5 və Şahid6 özlərini təqdim etmişlər. Daha sonra o saxlanılmış şəxsə özünü təqdim etməsini bildirmişdir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O mobil telefonun ekranını kameraya göstərərək xx.xx.2025-ci il saat 11:04 olduğunuelan etmişdir. Daha sonra o Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma cinayətində şübhəli olduğunu və onun üçün saxlanıldığını izah etmişdir. O Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsinitəklif etmişdir. Bu zaman Əbuzər Abuzərov əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü baxışa təqdim etmişdir. O, Təqsirləndirilən şəxs baxışa təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda Əbuzər Abuzərov , “kakos” deyə cavab vermişdir. Daha sonra o Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs narkotik vasitəni saxlanılmamamışdan bir gün öncə yəni, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 1.38 qram olması müəyyən edilmişdir. Sonra həmin bükülü ağ rəngli zərfə qoyularaq möhürlənmişdir. Onun Təqsirləndirilən şəxs üzərinə təkrar baxış keçirmiş və Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Sonra sənədləşmə prosesinin davam etdirilməsi üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gətirilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında otaqlardan birində təhqiqatçı tərəfindən sənədləşmə prosesi davam etdirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş və bu barədə protokolu ona təqdim etmişdir. Təqsirləndirilən şəxs protokolla tanış olduqdan sonra ona dözlət hesabına təyin edilmiş müdafiəçi Tural Məmmədovtəqdim edilmişdir. Bundan sonra təhqiqatçı polis əməkdaşları tərəfindən təqdim edilmiş zərfə baxış keçirmiş, zərfin üzərindəki imzaları və möhürü göstərmiş, sonra zərfi açaraq zərfin içərisindəki bükümə baxış keçirmişdir. Ağ rəngli kağız açılmış və içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddə kütlə olması müəyyən edilmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmi və çəkisinin 1.32 qram olması müəyyən edilmişdir. Həmin büküm yenidən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə yenidən baxış keçirmiş və sübut əhəmiyyəti kəsb edəcək heç bir şey aşkar edilməmişdir. Sonra müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün ona aid olduğunu, saxlanılmamışdan bir gün öncə Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata alaraq üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci-nin əməliyyat müvəkkili, Şahid6 oğlunun ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, şahid ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, Şahid5 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. -İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi və cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* saylı statistik nömrə altında bir icraatda davam etdirilmişdir. -Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:52 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:04 radələrində Sumqayıt şəhəri, 8-ci mkr, 777 avtoyuma məntəqəsinin qarşısında şübhəli olan şəxs qismində tutulmuş,Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(060)-122/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və həmin protokola əlavə edilmiş 1 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən Video 20250303_l35114 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 07 dəqiqə 35 saniyədən ibarətdir. Videogörüntünün ilk saniyələrində iki nəfər mülki geyimli şəxsin irəlilədiyi görünür. Sonra həmin şəxslər qarşı tərəfdən gələn şəxsin üzərinə gedərək həmin şəxsin qollarından tutur və polis əməkdaşları olduqlarını bildirirlər. Polis əməkdaşı özünü təqdim edərək Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 olduğunu bildirir. Daha sonra digər polis əməkdaşları Şahid2 və Şahid3 özlərini təqdim edirlər. Daha sonra polis əməkdaşı Şahid1 saxlanılmış şəxsə özünü təqdim etməsini bildirir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma cinayətində şübhəli olduğunu və onun üçün saxlanıldığını bildirir. Sonra polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsini bildirir. Bu zaman Əbuzər Abuzərov əynində olan qış gödəkçəsinin üst sol cibində saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş bükümü baxışa təqdim edir. Polis əməkdaşı Təqsirləndirilən şəxs baxışa təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda o, “kakos” deyə cavab verir. Daha sonra polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, o narkotik vasitəni həmin gün saxlanılmamışdan bir neçə saat əvvəl Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirdi. Bundan sonra büküm elektron tərəzidə çəkildi və çəkisi 0.32 qram olması müəyyən edildi. Sonra həmin bükülü ağ rəngli zərfə qoyularaq Sumqayıt ŞPİnin 124 nömrəli möhrü ilə möhürləndi. Zərf möhürlənərək üzərində imza və adlar qeyd edilərkən videogörüntü başa çatır. - “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 06 may 2025-ci il tarixli protokol və ona əlavə edilmiş 1 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən Video İMG_7254 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 08 dəqiqə 06 saniyədən ibarətdir. Videogörüntünün ilk saniyələrində iki nəfər mülki geyimli şəxsin irəlilədiyi görünür. Sonra həmin şəxslər qarşı tərəfdən gələn şəxsin üzərinə gedərək həmin şəxsin qollarından tutur və polis əməkdaşları olduqlarını bildirirlər. Polis əməkdaşı özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 olduğunu bildirir. Daha sonra digər polis əməkdaşları Şahid5 və Şahid6 özlərini təqdim edirlər. Daha sonra polis əməkdaşı Şahid4 saxlanılmış şəxsə özünü təqdim etməsini bildirir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Polis əməkdaşı Şahid4 mobil telefonun ekranını kameraya göstərərək xx.xx.2025-ci il saat 11:04 olduğunu bildirir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma cinayətində şübhəli olduğunu və onun üçün saxlanıldığını bildirir. Polis əməkdaşı Şahid4 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsini bildirir. Bu zaman Əbuzər Abuzərov əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü baxışa təqdim edir. Polis əməkdaşı Təqsirləndirilən şəxs baxışa təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda o, “kakos” deyə cavab verir. Daha sonra polis əməkdaşı Şahid4 Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, o narkotik vasitəni saxlanılmamamışdan bir gün öncə yəni, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirdi. Bundan sonra büküm elektron tərəzidə çəkildi və çəkisi 1.38 qram olması müəyyən edildi. Sonra həmin bükülü ağ rəngli zərfə qoyularaq möhürləndi. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə təkrar baxış keçirildi və onun üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilmədi. - “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” 03 mart 2025-ci il tarixli protokol və ona əlavə edilmiş 01 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən 20250303_l64550 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 03 dəqiqə 30 saniyədən ibarətdir. Videogörüntü Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyevin özünü təqdim etməsi ilə başlayır. Daha sonra təhqiqatçı Vüsal Piriyev özünü təqdim etməsini bildirir. Daha sonra təhqiqatçı saxlanılan şəxsə özünü təqdim etməsini bildirir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı digər polis əməkdaşlarından özlərini təqdim etməsini xahiş edir və əməliyyat müvəkkilləri özlərini təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir və bu barədə protokolu ona təqdim edir. Təqsirləndirilən şəxs protokolla tanış olduqdan sonra ona dözlət hesabına təyin edilmiş müdafiəçi Elşad İsayev özünü təqdim edir. Bundan sonra təhqiqatçı əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs nə zaman və harada saxlanılması və üzərindən aşkar edilərək qablaşdırılmış büküm barədə məlumat verməsini bildirdi. Şahid1 xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən “Bərzan” marketin arxa tərəfində saxlanıldığını, üzərinə baxış keçirilən zaman əynindəki qış gödəkçəsinin üst sol cibindən bir büküm narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürüldüyünü, həmin bükümün elektron tərəzidə çəkilərək çəkisinin 0.32 qram olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən yenidən Təqsirləndirilən şəxs üzərinə baxış çekirilir və heç bir şey aşkar edilmir. Sonra müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün ona aid olduğunu, saxlanılmamışdan bir gün öncə Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata alaraq üzərində saxladığını bildirdi - “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” 06 may 2025-ci il tarixli protokol və ona əlavə edilmiş 01 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən İMG_0214 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 07 dəqiqə 41 saniyədən ibarətdir. Videogörüntü Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şəhriyar Kərimli özünü təqdim etməsi ilə başlayır. Daha sonra təhqiqatçı saxlanılan şəxsə özünü təqdim etməsini bildirir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı digər polis əməkdaşlarından özlərini təqdim etməsini xahiş edir və əməliyyat müvəkkilləri özlərini təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir və bu barədə protokolu ona təqdim edir. Təqsirləndirilən şəxs protokolla tanış olduqdan sonra ona dözlət hesabına təyin edilmiş müdafiəçi Tural Məmmədov özünü təqdim edir. Bundan sonra təhqiqatçı polis əməkdaşları tərəfindən təqdim edilmiş zərfə baxış keçirir. Zərfin üzərindəki imzaları və möhürü göstərir. Sonta təhqiqatçı zərfi açaraq zərfin içərisindəki bükümə baxış keçirir. Ağ rəngli kağız açılır və içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddə kütlə olması müəyyən edilir. Sonra həmin büküm elektron tərəzidə çəkilir və çəkisi 1.32 qram olması müəyyən edilir. Həmin büküm yenidən ağ rəngli zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. Sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə yenidən baxış keçirir və sübut əhəmiyyəti kəsb edəcək heç bir şey aşkar edilmir. Sonra müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün ona aid olduğunu, saxlanılmamışdan bir gün öncə Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata alaraq üzərində saxladığını bildirdi. - Məhkəmə-kimyəvi ekspertizasının 06 may 2025-ci il tarixli 20/279 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün № 124” möhür əksi, “İçərisində 1 ədəd heroinə bənzər büküm; 1. Saxlanılan şəxs Əbuzərov.A /imza/; 2./imza/ Şahid3; 3./imza/ Şahid2; Tərtib etdi: NMB-nin ə/m polis kapitanı /imza/ Şahid1” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0.247 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi-0,247 qram, tədqiqata sərf olundu-0,05 qram, qalıq- 0.197 qram. - Məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2025-ci il tarixli 20/02 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “ X6 üzərindən aşkar edilən maddə...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz şəkisi 0.616 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi-0.616 qram, tədqiqata sərf olundu-0,05 qram, qahq- 0.566 qram. - xx.xx.2025-ci il tarixli əşyaların maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,197 və 0,566 qram olan narkotik vasitə olan heroin və 04 ədəd disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzsının çəkilməmiş 02 (iki) ay 09 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-533/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmün surəti iş materiallarına əlavə edilmişdir. - İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, xx.xx.2012-ci il təvəllüdlü Məlahət Əbuzərova və xx.xx.2014-cü il tarixli təvəllüdlü Adil Əbuzərov adlı övladları vardır. - Məhkəmə-narkoloji ekspertizasının 1636 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər ND-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalmış, 0,197 və 0,566 qram olan narkotik vasitə olan heroin ibtidai istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin istintaq materialları və maddi sübutlarla tanış etdikdən sonra saxlanılması üçün Sumqayıt ŞPİ-nin xüsusi saxlanc yerinə təhvil verilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üzərinin yoxlanması, şəxsi axtarış keçirilməsi və təqdim edilən əşyaların götürülməsi haqqında istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 04 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq mateiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs hesab edilmiş və onun əməlində cinayətin residivinin olması nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin xeyli miqdarı təmiz halda 0.15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinlər xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, Təqsirləndirilən şəxs şəxsiyyətini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzsının çəkilməmiş 02 (iki) ay 09 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 16.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilircinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini və təkrarlığı müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin: - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddələrin aludəçisi olmasını, əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə bir neçə dəfə azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və həmin iş üzrə məhkumluğunun ödənilməməsini nəzərə alaraq, təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,197 və 0,566 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan dörd ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Sumqayıt şəhər ND-da (F19x2) diaqnozu ilə dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır . İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) və 63,00 (altmış üç) manat olmaqla, ümumillikdə 123,00 (yüz iyirmi üç) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-567/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 1240 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə müəyyən edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdən 05 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Sumqayıt şəhər ND-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,197 və 0,566 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 04 (dörd) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) və 63,00 (altmış üç) manat olmaqla ümumillikdə 123,00 (yüz iyirmi üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar