Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-568/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1989-cu ildə Qubadlı rayonu, Qubadlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2023-cü ıl tarixdə saat 21:00 radələrində ünvan 3 qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yaşadığı evin qarşısında ünvan 3 qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi ev ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu qəsdlə döyərək ona sağ almacıq sümüyünün sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid, sağ göz ətrafının dərialtı hematoması, sol gözətrafının qançırı, sağ qaşın bayır bucağının cərrahi tikişə ehtiyacı olan yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid və sağ almacıq nahiyyəsinin sıyrığından ibarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, qonşu küçələrdə yaşayırlar, normal münasibətləri olmuş, lakin son vaxtlar Vüqarın ona qarşı dəyişdiyini hiss etmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Vüqarın qardaşı Kənandan quş almaq üçün onların birgə yaşadığı həyətə getmiş, o həyətdə olan zaman Vüqar yanına gəlmiş, ona həyətdə nə gəzdiyini, nəzərinin üzərində olduğunu, kimi axtrardığını bildirmişdir. O, Vüqara Kənandan göyərçin almağa gəldiyini bildirmiş və oradan çıxıb getmişdir. Gedəndə Vüqar ona görə qardaşı ilə nəsə mübahisə etdiyini hiss etmişdir. Təxminən 1-2 saat sonra, saat 21:00 radələrində yaşadığı evin qarşısında olan zaman Vüqarın mopedlə dəniz kənarına doğru getdiyini görmüş, Vüqar yanından keçəndə onu saxladıb bayaq ona qarşı nə hərəkət idi etdiyini bildirmişdir. Vüqar ona yaxşı etdiyini, ondan gözünün su içmədiyini, düzgün yolda olmadığını bildirdiyi üçün özünü saxlaya bilməyib yumruqla onun sifətinə, başına 1-2 dəfə vurmuş, sonra evə getmişdir. Sonradan Vüqar xəstəxanaya getmiş və onun barəsində Polis Bölməsinə şikayət etmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bəxtiyarla uşaqlıqdan tanışdır, normal münasibətləri olmuşdur. Lakin Bəxtiyarın pis vərdişləri olduğu üçün sonradan onunla münasibət saxlamamışdır. Təxminən 8-9 ay əvvəl Bəxtiyar səhər saat 06:00 radələrində küçədən uca səslə qardaşı Kənanı çağırdığı üçün ona iradını bildirmiş, camaatın yatdığını demişdir. Həmin vaxt aramızda hər hansı narazılıq olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində işdən evə gəlmiş, təsadüfən pəncərədən baxanda Bəxtiyarın yaşadığı evin həyətində olduğunu görmüşdür. Ona görə evdən çıxıb həyətə düşmüş, Bəxtiyara həyətdə nə gəzdiyini, kimi axtrardığını bildirmiş, yaxşı yolda olmadığını deyib onu həyətdən çıxarmışdır. Bəxtiyar qardaşı Kənandan göyərçin almaq istədiyini, Kənanı axtardığını bildirmiş, o ona Kənanla danışıb gəlməsini, həyətə girməmisini demişdir. Təxminən 1-2 saat sonra, yəni saat 21:00 radələrində idarə etdiyi mopedlə dəniz kənarında yerləşən inşaat malları mağazasından boru almağa gedən zaman Bəxtiyarın yaşadığı evin qarşısından keçəndə Bəxtiyar onu saxlamış və ona niyə elə dediyini, ona nə etdiyini bildirmişdir. O, Bəxtiyara yaxşı yolda olmadığını demişdir. Bunu dedikdən sonra Bəxtiyar əsəbləşmiş, yumruqla onun sifətinə, başına, dodağına vuraraq onu döymüş və oradan getmişdir. Nəticədə dodağı, qaşı çatlamış və qanamışdır. Bəxtiyarı çağırsa da o geri qayıtmamışdır. O, evə qayıtmış, ailə üzvləri bir neçə gündür Gədəbəy rayonunda olduğu üçün ailə üzvləri onu görməmişdir. Əl-üzümü yumuş, sonra ağrıdığı üçün uzanmışdır. Lakin bir müddət sonra ağrıları artdığı üçün Suqmayıt şəhər TTYX-na müraciət etmiş, həkimlərə qonşu tərəfindən döyülməyini bildirmişdir. Həkimlər ona tibbi yardım etmişlər, sonra yenidən evə qayıtmış və bu barədə Suqmayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 661 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sağ almacıq sümüyünün sınığı, sağ göz ətrafının dərialtı hematoması, sol gözətrafının qançırı, sağ qaşın bayır bucağının cərrahi tikişə ehtiyacı olan yarası, sağ almacıq nahiyyəsinin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmiş şəxsin TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə - ona sağ almacıq sümüyünün sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya, sağ göz ətrafının dərialtı hematoması, sol gözətrafının qançırı, sağ qaşın bayır bucağının cərrahi tikişə ehtiyacı olan yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya, digər xəsarətlər, yəni - sağ almacıq nahiyyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 1822 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il tarixdən “narkomaniya” diaqnozu ilə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. İş materiallarında olan Xəzri Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X1 3 nömrəli Xəstəxanası tərəfindən verilmiş 108 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 nömrəli Xəstəxananın poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispenser müşahidəsində yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-568/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-568/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver