Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-569/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 32 ədəd bükümdə 10,75 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 08 mart 2023-cü il tarixdə saat 12:50 dəqiqədə Sumqayıt ŞPİ- nin 5-ci PB-nin əməkdaşları tərəfindən baş vermiş oğurluq hadisələrində şübhəli bilindiyi üçün Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən 1 saylı fərdi evin qarşısında saxlanılaraq 5-ci PB-nə apanlaraq orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan cibindəki «Prima» markalı siqaret qutusunun içərisindən 32 ədəd kağız bükümlərdə (14 ədəd ağ rəngli, 18 ədəd gümüşü rəngli) ayrıayrılıqda təmiz çəkiləri - 0,33 qram, 0,41 qram, 0,42 qram, 0,39 qram, 0,33 qram, 0,36 qram, 0,29 qram, 0,28qram, 0,35 qram, 0,42 qram, 0,47 qram, 0,23qram, 0,45 qram, 0,32 qram, 0,33 qram, 0,36 qram, 0,29 qram, 0,30 qram, 0,26 qram, 0,32 qram, 0,28 qram, 0,27 qram, 0,31 qram, 0,34 qram, 0,30 qram, 0,33 qram, 0,39 qram, 0,42 qram, 0,33 qram, 0,28 qram, 0,27 qram, 0,32 qram və ümumi təmiz çəkisi 10,75 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə qismən təqsirli bilərək göstərdi ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, qısa müddətdir ki, yəni həyat yoldaşı rəhmətə getdikdən sonra narkotik vasitə olan marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə olan marixuana verə biləcəyini bildirmişdir. O, özü istifadə etmək üçün həmin şəxsdən 200 manata «Prima» markalı siqaret qutusunun içərisində 32 bükümdən ibarət marixuana almışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 12:50 dəqiqədə o, Sumqayıt şəhəri, 49cu məhəllə ərazisində yerləşən 1 saylı fərdi evin qarşısında olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, ərazidə baş vermiş oğurluq hadisələrinin törədilməsində şübhəlidir. Buna görə də onlar onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar birbaşa 5-ci PB-nə gəlmişlər. Yolda olarkən o, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu polis əməkdaşlarına bildirmişdir. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüquq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün ona təqdim olunmuş siyahıdan seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X3 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. O, əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu bir ədəd «Redmi Note» markalı mobil telefonu, 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 6 ədəd 10 manatlıq, 9 ədəd 5 manatlıq, 7 ədəd 1 manatlıq pul əskinaslarını, həmin gödəkçənin sol yan cibindən ev açarlarını və 01 ədəd «Prima» markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxış keçirilərkən oradan 18 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, 14 ədəd isə ağ rəngli kağıza bükülmüş bükümlər aşkar olundu. Təhqiqatçı ondan bükümlərin içərisində kütlələrin nə olduğunu soruşmuşdur. O, isə həmin bükümlərin içərisindəki kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onları həmin gün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 200 manata alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş həmin bükümlər yenidən siqaret qutusunun içərisinə yığılmış və birlikdə elektron tərəziyə qoyulub çəkilmiş və çəkisi 19,87 qram təşkil etmişdir. Bundan sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananın çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Sonra üzərindən aşkar olunmuş açarlar və pullar onun özünə qaytarılmışdır. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuananın ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Ona məxsus telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Bundan sonra bu barədə tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitə olan qurudulmuş marixuananı Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 200 manata alıb üzərində saxlamışdır. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. O, aldığı marixuananı bükümlərə bölməmişdir. O, marixuananı siqaret qutusunun içərisində bükümlərə bölünmüş halda almışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı özü istifadə etmək üçün almışdır. Onun kiməsə narkotik vasitə pay vermək, satmaq fikri olmamışdır. Narkotik vasitələri özü istifadə etmək üçün saxlamışdır, satmaq üçün almamışdır, bir daha belə hallara yol verməyəcəkdir, əməlindən peşmandır, 2 uşağı vardır, arvadı ölmüşdür. Buna görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə Şahid2 göstərdidi ki, xx.xx.2023-cü il tarixdə saat 12:50 dəqiqədə o, polis baş leytenantı Şahid2 və CA üzrə kiçik inspektor, polis baş serjantı Şahid3 ilə xidmətdə olarkən Sumqayıt şəhəri, 49-cu məhəllə, ərazisində yerləşən 1 saylı fərdi evin qarşısında bir nəfər şəxsin şübhəli hərəkətlər etdiyini görüb ona yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsə bildirmişlər ki, o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xidməti ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli bilinir. Buna görə onlar onu Polis Bölməsinə dəvət etmişlər. Ceyhun onlara etiraz etməmişdir. Onlar Polis Bölməsinə gedərkən yolda Ceyhun bildirmişdir ki, üzərində narkotik vasitə var. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist Asəf Həbibov panasonik markalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs vəkil təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd «Redmi Note 8» markalı mobil telefonu, 01 ədəd 50 manatlıq, 02 ədəd 20 manatlıq, 06 ədəd 10 manatlıq, 09 ədəd 5 manatlıq, 07 ədəd 1 manatlıq pul əskinaslarını, həmin gödəkçənin sol yan cibindən ev açarlarını və 01 ədəd üzərində «Prima» yazısı olan siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusuna baxan zaman içərisindən 18 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərinin, 14 ədəd ağ kağız bükümlərinin olduğu müəyyən olunmuşdur. Həmin bükümlər açılan zaman bükümlərin içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümlərin içərisindəki qurudulmuş marixuanadır. O, həmin bükümləri səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 200 manata aldığını, özü istifadə etmək üçün və tanıdığı şəxslərə hədiyyə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumilikdə 32 ədəd bükümdə olan qurudulmuş marixuana siqaret qutusunun içərisinə yığılaraq elektron tərəzidə ölçülən zaman ümumi çəkisinin 19,87 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən çəkilərə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ev açarları və pul əskinasları onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni tutulduğu gün səhər saatlarında Corat qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 200 manata aldığını, özü istifadə etmək üçün və tanıdığı şəxslərə hədiyyə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyniməzmunlu ifadə verdi. İbtidai istintaq zamanı Şahid1 da Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:50-də Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən 1 saylı fərdi evin qarşısında tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:50 dəqiqədə o, Sumqayıt ŞPİ-nin 5-ci РВ-nin polis sahə rəisi, polis baş leytenantı Şahid2 və CA üzrə kiçik inspektor, polis baş serjantı Şahid3 xidmətdə olarkən Sumqayıt şəhəri, 49-cu məhəllə, ərazisində yerləşən 1 saylı fərdi evin qarşısında olarkən bir nəfər şəxsin şübhəli hərəkətlər etdiyini görüb ona yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsə bildirmişlər ki, o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xidməti ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli bilinir. Buna görə onlar onu Polis Bölməsinə dəvət etmişlər. Ceyhun onlara etiraz etməmişdir. Onlar Polis Bölməsinə gedərkən yolda Ceyhun bildirmişdir ki, üzərində narkotik vasitə var. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist Asəf Həbibov panasonik markalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs təqdim olunmuş siyahıdan seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X3 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd «Redmi Note 8» markalı mobil telefonu, 01 ədəd 50 manatlıq, 02 ədəd 20 manatlıq, 06 ədəd 10 manatlıq, 09 ədəd 5 manatlıq, 07 ədəd 1 manatlıq pul əskinaslarını, həmin gödəkçənin sol yan cibindən ev açarlarını və 01 ədəd üzərində «Prima» yazısı olan siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusuna baxan zaman içərisindən 18 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərinin, 14 ədəd ağ kağız bükümlərinin olduğu müəyyən olunmuşdur. Həmin bükümlər açılan zaman bükümlərin içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümlərin içərisindəki qurudulmuş marixuanadır. O, həmin bükümləri səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 200 manata aldığını, özü istifadə etmək üçün və tanıdığı şəxslərə hədiyyə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumilikdə 32 ədəd bükümdə olan qurudulmuş marixuana siqaret qutusunun içərisinə yığılaraq elektron tərəzidə ölçülən zaman ümumi çəkisinin 19,87 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən çəkilərə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ev açarları və pul əskinasları onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni tutulduğu gün səhər saatlarında Corat qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 200 manata aldığını, özü istifadə etmək üçün və tanıdığı şəxslərə hədiyyə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında həmin diskə baxış keçirilmiş və göstərilənlər öz təsdiqini bir daha tapmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 7/354 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Prima» siqaret qutusunda ümumi sayı 32 ədəd kağız bükütplərdə (14 ədəd ağ rəngli, 18 ədəd gümüşü rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri 0,33 qram,; 0,41 qram,0,42 qram, 0,39qram, 0,33 qram, 0,36 qram, 0,29 qram, 0,28 qram, 0,35 qram,: 0,42 qram, 0,47 qram, 0,23 qram, 0,45 qram, 0,32 qram, 0,33 qram, 0,36 qram, 0,29 qram, 0,30 qram, 0,26 qram, 0,32 qram, 0,28 qram, 0,27 qram, 0,31 qram, 0,34 qram, 0,30 qram,; 0,33 qram, 0,39 qram, 0,42 qram, 0,33 qram, 0,28 qram, 0,27qram, 0,32 qram, bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi-10,75 qramdır. Təqdim olunmuş 32 ədəd kağız bükümlərdə olan marixuanalar tərkiblərinə görə eynidir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 303 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X2 adlı 2 yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 32 ədəd bükümdə qurudulmuş marixuananın ilkin təmiz çəkisi 10,75 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 10,11 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 1 saylı MKS-nin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 2502 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 32 ədəd bükümdə qurudulmuş marixuananın ilkin təmiz çəkisi 10,75 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 10,11 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibinə görə eyni olan ümumi çəkisi 10,75 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, bükümlərin sayı onun satış məqsədini təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin satış üçün deyil özü istifadə etməsi üçün əldə edib saxlaması barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək və məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Həmin hallar məhkəmə iclasında araşdırılsa da təsdiq olunmadı. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli 08 mart 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qalıq xalis çəkisi 10,10 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 08 mart 2023-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübutekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 10,10 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-569/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-569/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver