Məhkəmə qərarları › İş №1(060)-569/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-569/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-569/2024 28.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Siyəzən rayonunun Dağquşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs tanışı Şahid yaşadığı Sumqayıt şəhər, Kimyaçılar qəsəbəsi, Cənub küçəsi ərazisində olarkən sonuncunun ortaq tanışları Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olduğunu gördüyündən onlara yaxınlaşaraq mübahisə yaratmış, mübahisə zamanı Təqsirləndirilən şəxs avtomobildən enərək Zərərçəkmiş şəxs sifətinə və ağız nahiyyəsinə qəsdlə yumruqla vuraraq ona “üst dodağın orta hissəsinin qançırlı yarası, üst çənədə 11, 12, 21-ci dişlərin 2-ci dərəcəli travmatik laxlaması” sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Şahid tanıyır, onun evi yandığı üçün o, usta kimi onun evini təmir etmişdir. Yəni yardım kimi pulsuz olaraq onun evini təmir etmiş və aralarında dostluq münasibətləri yaranmışdır. Ailəvi dostluqları yaranmış, ailəvi olaraq Dilarınınin evinə gəlib getmişdir. Bir müddət bundan əvvəl o, Nazim adlı şəxsi tanımış, onun Dilarə ilə münasibətləri olduğunu öyrənmişdir. Bir müddət bundan əvvəl Nazim onu kənara çəkib söhbət etmiş, Dilarə ilə münasibəti olduğunu demiş, daha sonra isə ona başqa nömrələrdən sms yazıb narahat etmişdir. xx.xx.2024-cü il tarixdə onun uzadıcı kabeli iş görərəkən Dilarənin evində qaldığı üçün ona zəng etmiş, Dilarə Bakıda olduğunu, gələndə xəbər edəcəyini demişdir. Saat 23:00 radələrində Dilarə ona zəng edərək Sumqayıt şəhər avtovağzalında olduğunu, onu götürməyini demişdir. O da idarə etdiyi avtomobillə Dilarəni götürmüş və birlikdə onun evinə gəlmişlər. Dilarənin həyətinin qarşısına çatdıqda o Nazimin gəldiyini, onu döyəcəyini demiş və onu qardaşıgilə aparmağını təklif etmişdir. O da avtomobili sürüb çıxdıqda Nazim yaxınlaşmış və avtomobilin qapısından tutub saxlamağını bildirmişdir. Sonra arxa qapını açıb Dilarəni düşürmək istədikdə o, avtomobili saxlamış və avtomobildən enmişdir. Beləcə Nazimlə aralarında mübahsiə düşmüş, Nazim ona hücum etməyə çalışmış və yaxasından tutmuşdur. O da əsəbiləşib onun sifətinfən bir dəfə yumqurla vurmuş, o büdrəyib arxaya getmiş və o onun bədəninin müxtəlif nahiyyələrinə yumruqla vurmuşdur. Dilarə avtomobildən enmiş və onları ayırmışdır. Onlar avtomobilə minib uzaqlaşmışlar. Polis bölməsinə gəlmək istəsə də Dilarə imkan verməmişdir. Sonra o onu qardaşıgilə aparmışdır. Bildirir ki, Nazim özü mübahisni başlatmış və o da əsəbiləşib ona xəsarət yetirmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələb yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs təhqiqat zamanı bildirmişdir ki, “Paraşkovu” adlanan zavodun yaxınlığında onun qohumu və ailəvi dostu Dilarə adlı qadın yaşayır. Dilara adlı qadın tək yaşayır və o, onun əxlaqsız hərəkətlər etməsindən şübhələnmişdir. O, onun Saleh adlı şəxslə görüşdüyünü, onunla münasibəti olduğunu hiss etmiş, ona görə də, o Dilarəyə dəfələrlə belə hərəkətlər etməməsini, nəvəsi olduğunu, ailəsinin eşidib narahatlıq yaradacağını demişdir. O, həmin gün Dilarənin yaşadığı evin yaxınlığından keçərkən onun Salehin idarə etdiyi “Mercedess Benz” markalı avtomobildə olduğunu görüb yaxınlaşmış, sürücü tərəfdən qapıdan avtomobili saxlamağını demiş, Saleh avtomobili saxlayıb enmiş və onunla mübahisə etməyə başlamışdır. Saleh onun ağzından yumruqla vurmuş və o, büdrəyib arxaya getmişdir. Sonra isə o yumruqla onun sifətindən, bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Sonra Dilarə avtomobildən düşmüş və onları ayırmağa çalışmış, Salehi sakitləşdirmişdir. Sonra isə avtomobilə minmişlər, hər ikisi uzaqlaşıb getmişlər. O da oradan uzaqlaşmış və DİN-in 102 xidmətinə zəng etmişdir. Belə ki, Saleh adlı şəxs onu döyərək müxtəlif bədən xəsarətləri yetirmişdir. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 857 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, X1 bədəni üzərindəki xəsarətlər – üst dodağın orta hissəsinin qançırlı yarası, üst çənədə 11, 12, 21-ci dişlərin 2-ci dərəcəli travmatik laxlaması. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, müayinədən 1-2 gün əvvəl olmaqda xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə həm ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3069 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sumqayıt Tibb Mərkəzi X4 4 nömrəli xəstəxananın poliklinika şöbəsindən verilmiş 133 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 06 (altı) saat vaxt sərf etmişdir. Ona görə də, 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar