Məhkəmə qərarları › İş №1(060)-57/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-57/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-57/2023 25.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, 22 iyun 2022-ci il tarixdə Xaçmaz st. X13 Baş Sumqayıt st. X12 əməkdaşlarının Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev stansiyası ərazisində Təqsirləndirilən şəxs saxlanılaraq dəvət olunduğu həmin xətt polis bölməsində üzərinə saat 15:45-16:15 müddətində şəxsi axtarış keçirilərkən, əynindəki göy rəngli cins şalvarın sağ qabaq yan cibindəki ağ rəngli kağız bükümün içərisindən 1,167 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 22 iyun 2022-ci il tarixdə saat 11 radələrində o, Sumqayıt şəhərində yerləşən H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisinə fəhlə işi axtarmaq üçün gedərkən Sumqayıt şəhərində yerləşən avtovağzalın ərazisində, yerdən içərisində narkotik vasitə heroin olan bir ədəd ağ rəngli kağız bükülü görərək tapmış, həmin bükülünü şəxsi istifadəsi üçün götürmüş və olduğu yerdən uzaqlaşmışdır. Sonra o, həmin günü günorta saatlarında H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisinə getmiş, ərazidə gəzib iş axtararkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib narkotik vasitələrdən istifadə etməyi, üzərində saxlaması və daşıması barədə onlara əməliyyat məlumatı daxil olmasını bildirərək onu Baş Sumqayıt st. XPB-nə dəvət etmişlər. Xidməti otaqların birində təhqiqatçı ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumatlandırmış, ona vəkil dəvət edilmiş, vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirdikdən sonra təhqiqatçı Elməddin videoçəkilişi aparmaq üçün otağa bir nəfər polis əməkdaşını dəvət etmiş, videoçəkiliş başladıqda, ciblərində olan əşyaları çıxardıb qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. O da əynində olan cins şalvarın ön sağ cibində saxladığı 01 ədəd ağ kağızda olan bükülünü çıxardaraq masanın üzərinə qoymuş, bükülüdə olan kütlənin narkotik vasitə heroin olmasını bildirmişdir. Sonra təhqiqatçı narkotik vasitə olan heroin bükülüsünü masanın üzərindən götürərək zərfə qoyaraq möhürləmişdir Əməlindən peşmandır. Nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPBnin CAQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 22 iyun 2022-ci il tarixdə xidmətdə olarkən Sumqayıt şəhəri sakini 25-30 yaşlarında olan Xanbala adlı şəxsin üzərində narkotik vasitə saxlamaqla daşıması, H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisinə gəlməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında o, Baş Sumqayıt st. XPB-nin PPXM-nın komandiri, polis nəfəri, polis baş serjantı Şahid3 və həmin bölmənin polis serjantı Şahid2 Zakir oğlu ilə birlikdə keçirilmiş əməliyyat tədbiri zamanı həmin yerə gedərək orada Xanbala adlı şəxsi müşahidə etmiş, həmin şəxsi orada saxlayaraq Baş Sumqayıt st. XPB-nə dəvət etmişlər. Bölmədə həmin şəxs özünü təqdim etmiş, Sumqayıt şəhəri, Corat qəsəbə sakini Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra təhqiqatçı, polis kapitanı Elməddin Həsənov xidməti otağına vəkil dəvət etmiş və Təqsirləndirilən şəxs vəkili ilə tanış olduqdan sonra onun üzərinə videoçəkilişlə şəxsi-axtarış keçiriləcəyi və üzərində olan qanunsuz predmetləri çıxararaq qarşısında olan masanın üzərinə qoymasını təklif etmiş, bu vaxt Xanbala əynində olan göy rəngli cins şalvarının sağ qabaq yan cibindən bir ədəd ağ kağızda olan bükülünü təqdim edərək həmin bükülüdə narkotik vasitə olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Xanbala təqdim etdiyi bir ədəd ağ kağız bükülüdə olan narkotik vasitəni 22 iyun 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində olarkən yerdən tapdığını və həmin narkotik vasitəni cibində sonrakı şəxsi-istifadəsi üçün saxladığını demişdir. Sonra təhqiqatçı narkotik vasitə olan bükülünü qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürmüş, iştirakçılar tərəfindən protokol imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Baş Sumqayıt st. XPB-nin PPXM-nın komandiri, polis baş serjantı Şahid3 polis kapitanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin PPXM-nın polis nəfəri, polis serjantı Şahid2 elan edilmiş ifadəsindən görünür ki, polis kapitanı Şahid1 ifadəsinə analoji ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30-da Sumqayıt şəhəri, H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Xaçmaz rayon Məhkəməsinin 4(067)-94/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, barəsində şəxsi axtarış aparılan şəxs - Təqsirləndirilən şəxs əynində göy rəngli qollu köynək, göy rəngli cins şalvar, ayağında isə qara rəngli dəri ayaqqabı vardır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ qabaq yan cibindən sağ əlini salaraq həmin cibdən ağ rəngli kağıza bükülmüş bir ədəd bükülünü çıxarıb təqdim etdi. Kağız bükülüsünü Təqsirləndirilən şəxs və digər şəxslərin iştirakı ilə açıb içərisinə baxış keçirərkən orada şabalıdı rəngli maddə aşkar edildi. Şəxsi axtarış zamanı iştirak edən Təqsirləndirilən şəxs ilkin sorğu zamanı bir ədəd kağız bükülünün içərisində aşkar edilmiş həmin maddənin narkotik vasitə olduğunu qeyd edərək həmin kütləni 22 iyun 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisindən tapdığını və özünün istifadə etməsi üçün üzərində saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdə H.Z.Tağıyev dəmir yolu stansiya ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını etiraf etdi. Şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülüb müvafiq qaydada qablaşdırılmaqla üzəri möhürlənərək imzalarla təsdiq edildi və protokola əlavə olundu. Şəxsi axtarış zamanı videoçəkiliş aparıldı və protokola əlavə edildi. Şəxsi axtarış zamanı yuxarıda göstərilənlərdən başka izlər, əşyalar, sənədlər, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyalar aşkar edilməmiş və götürülməmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/3489 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi ... Zərflər üçün” dairəvi möhür əksləri olan, “22 iyun 2022-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,167 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra 1,117 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, görüntülərə baxış zamanı müəyyən olundu ki, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin təhqiqatçısı, polis kapitanı X6 xidməti iş otağında Baş Sumqayıt st. XPB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Baş Sumqayıt st. XPB-nin PPX-nin manqasının polis nəfəri, polis serjantı, Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir. X5 özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs anket məlumatlarını deməklə baxışda iştirak edən digər iştirakçıları ona təqdim edilir. X10 Azərbaycan Respublikası CPM-nin 90 və 246-cı maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək etirazının və ya şikayətinin olub-olmaması soruşur, Təqsirləndirilən şəxs isə şikayətinin olmadığını bildirir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq masanın üzərinə qoysun. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarının qabaq sağ yan cibindən 01 (bir) ədəd ağ kağız bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim edir. Həmin bükümü açarkən şabalıd rəngi maddə aşkar olunur ki, Təqsirləndirilən şəxs həmin maddənin “narkotik vasitə”olmasını etiraf edərək, həmin bükümü Sumqayıt şəhəri ərazisindən tapdığını bildirmişdir. Həmin narkotik vasitədən o, özü istifadə etdiyini, buna görə də üzərində saxladığını bildirir. Bundan sonra şəxsi axtarışın keçirilməsi davam etdirilir, lakin Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz hər hansı bir əşya aşkar olunmur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd ağ kağız büküm ekspertizaya təqdim edilməsi üçün kağız zərfdə qablaşdırılır. Təqsirləndirilən şəxs bildirdi ki, video görüntüdə olan şəxs özüdür. «DVD» formatlı diskdə olan video görüntü 05 dəqiqə 57 saniyə davam edir, həcmi 41,436 KB-dır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd ağ kağız bükümdə 1,167 qram çəkidə narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi-axtarış zamanı qeydə alınan video çəkilişin olduğu məlumat daşıyıcısı olan 01 CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertizaya sərf olunandan sonra qalıq qalan paketə qablaşdırılmış bir ədəd kağız bükümdə 1,117 qram çəkidə olan heroin saxlanılması üçün Xaçmaz st. X13 anbarına təhvil verilməsi, bir ədəd 01 CD disk cinayət işinin istintaq sənədlərinə əlavə olunması nəzərə alınmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 4134 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-142/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə 01 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2021ci il tarixdə cəza müddəti başa çatmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-142/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-975/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 1015 və 1016 saylı, xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır, ailə tərkibi atası-xx.xx.1967-ci il təvəllüdlü Ağamiyev Rövşən Xanbala oğlu, anası-xx.xx.1970ci il təvəllüdlü X4, bacısı-xx.xx.1993-cü il təvəllüdlü X2, bacısı-xx.xx.1994-cü il təvəllüdlü X1 ibarətdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2905 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Narkoloji Dispanserində 04.2021-ci il tarixdən “Psixoaktiv” maddələrdən birlikdə istifadə nəticəsində yaranan psixi və davranış pozuntusu diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ 2 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 269 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilmiş, Təqsirləndirilən şəxs götürülmüş 1,167 qram çəkidə narkotik vasitə olan heroinin kimyəvi ekspertizasından sonra qalığı qalan 1,117 qramı və 22 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı qeydə alınan videoçəkilişin olduğu məlumat daşıyıcısı olan 01 ədəd CD diski iş üzrə əhəmiyyət kəsb etməsi ilə əlaqədar maddi sübut kimi tanınması nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə 01 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Xaçmaz st. X13 saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,117 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-716/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1286 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-57/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin davam etdirilməsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 həvalə edilmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat, Müdafiəçi2 03 (üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 72 (yetmiş iki) manat və 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Xaçmaz st. X13 saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,117 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat, Müdafiəçi2 göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar