Məhkəmə qərarları › İş №1(060)-57/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-57/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-57/2024 14.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X6, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1957-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Yataqxana 15, məhəllə 41 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs ilə əvvəlcədən aralarında olan torpaq mübahisəsi ilə bağlı yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs saç və qollarından tutub divara çırparaq ona sağ bazunun orta 1/3-nin ön səthinin dərialtı hematoması, boynun sol yan səthinin aşağı 1/3-nin 2 (iki) ədəd sıyrıqları ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Lakin Məhkəmə baxışının nəticəsində Məsməxanım Qədiməliyevaya qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərədə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdaki sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı CM-nin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 2004-cü ildə Firəngiz adlı qadına 12 sot torpaq sahəsi satmış, Firəngiz onun qardaşına məxsus əlavə 7 sot torpaq sahəsini zəbt etmiş, bu səbəbdən o, qarşı tərəfdən zəbt olunmuş həmin torpaq sahəsini geri qaytarılmasını tələb etmişdir. Qeyd edir ki, 2014-cü ildə Rusiya Federasiyasından qayıtdıqdan indiyədək aralarında torpaq mübahisəsi ilə bağlı məhkəmə çəkişməsi var, hələ də məhkəmədə həmin mübahisə davam edir. Bildirir ki, məhkəmənin müvafiq qərarına əsasən torpaq sahəsinin ölçülməsini təmin etmək məqsədilə 03 mart 2023-cü il tarixdə saat 11:30 radələrində özünün sifariş etdiyi taksi vasitəsilə DƏMDRX-nin 2 saylı Ərazi İdarəsinin 3 nəfər əməkdaşını da götürərək Sumqayıt şəhəri Corat qəsəbəsi Şirvanovka marketin yanında yerləşən mübahisəli ünvana getmişdir. Torpaq sahəsinin ölçüsünü aparmaq üçün qapını döydükdə, Firəngiz və həyat yoldaşı qapıya çıxmış ölçmə aparmaq üçün onları qapıdan içəri, yəni həyətə buraxmamış, nə o, Firəngiz və ya həyat yoldaşı Famili, nə də sonuncular onu döyməmiş, heç bir xəsarət yetirməmişlər. Həmin vaxt Firəngizlə Famili vurmamış və təhqir etməmişdir. Firəngiz və Şahid2lər çölə çıxıb onlara ölçmə aparmağa imkan vermədiyi üçün gəldikləri taksiyə əyləşib ekspertlərlə birlikdə həmin ərazini tərk etmişlər. Qeyd olunanların nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Məsməxanım Qədiməliyeva verilmiş suallara cavab olaraq bildirmişdir ki, o qeyd olunan hadisədən əvvəl mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə cəmi bir dəfə getmişdir. Ünvana çatdıqda ekspertlərə bildirmişdir ki, özü qapını döyə bilməz, çünki onu içəri buraxmayacaqlar. Lakin məcburiyyətdən qapını döymüş, ərarvad (Firəngiz və Şahid2ləri nəzərdə tutur) hər ikisi bayıra çıxmış, Famil onun ünvanına söyüş söyməyə başlamışdır. Ekspertlərin ölçü aparmalı olduqlarını bildirsə də, onları içəri buraxmamış, bu səbəbdən gəldiyi taksiyə əyləşmişdir. Bildirir ki, Firəngizə xəsarət yetirməmiş, onun saçından, qollarından tutmamışdır. Belə ki, Firəngiz həmişə ondan şikayət etmişdir. Hətta 2004-cü ildə Firəngizin oğlu onu və qardaşını döysə də, qarşı tərəf onlardan şikayət etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin real şahidləri olan hər üç nəfər ekspertlə gəldikləri taksi ilə birlikdə ölçmə işləri aparıla bilmədiyi üçün geri qayıtmışdır. Belə ki, ekspertlərdən ikisi 17-ci mkr-da, Nurlan adlı ekspert BT-də, özü isə avtovağzalda düşmüşdür. Taksi sürücüsünü əvvəldən tanımamış, taksi sifarişi xidmətinə zəng edərək çağırmışdır. Ekspertlərdən isə yalnız birinin adının Nurlan olduğunu bilmişdir. Hadisə vaxtı Günəşi orada görməmiş, Əli adlı şəxsi tanımır və görməmişdir. Qeyd edir ki, onun qolunda problem vardır, əvvəllər keçirdyi avtomobil qəzasında qolu əzilmiş, hətta heç nə götürə bilmir, bununla bağlı müvafiq həkim rəyi vardır. Növbəti məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, taksi sifarişini istifadəsində olan ********** saylı mobil nömrəsindən etmişdir. Sifarişi *6688* xidmətinə etmiş, gediləcək ünvan olaraq Şirvanovka marketin ünvanını vermişdir. Digər suala cavab olaraq bildirmişdir ki, 5-ci PB-si tərəfindən barəsində İXM-nin 157-ci maddəsi ilə Firəngizi döyməsi barədə tərtib edilmiş protokola məhkəmədə bundan əvvəl baxılmış, lakin təqsirsiz olduğundan həmin inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Bir daha bildirir ki, o, Firəngizi vurmamış, xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X1 2004-cü ildə hal-hazırda yaşadıqları evin yerləşdiyi 18 sot torpaq sahəsini 3000 ABŞ dollarına almış və özlərinə ev tikərək, hal-hazıradək ailəsi ilə birlikdə orada yaşayırlar. Belə ki, ondan torpaq sahəsini aldıqları zaman Məsməxanım torpağı əl yazısı olan kağızda satdığını qeyd etsə də, torpaq sahəsini öz adına keçirməmiş və özünə aid sənədlərini onlara vermişdir. Sonradan həmin sənədi qonşuluqda yaşayan Araz adlı şəxs vasitəsilə onlardan almışdır. Məsuməxanım satdığı torpaq sahəsinə sənəd düzəltmədiyi üçün aralarında mübahisələr başlamış və sonuncu sonradan 18 sot deyil 12 sot torpaq sahəsini satdığını bildirmişdir. Bir neçə dəfə Məsməxanım onların ünvanına gələrək, onları narahat etmişdir. Qeyd edir ki, hazırda da torpaq mübahisəsi ilə bağlı aralarında məhkəmə çəkişməsi davam edir. Belə ki, 03 mart 2023-cü ildə məhkəmə prosesi baş tutmuş, lakin, o, həmin məhkəmə iclasına getməmiş və vəsatət qaldıraraq etiraz vermiş, bir qədər sonra onlardan xəbərsiz olaraq Məsməxanım ekspertlərlərlə birlikdə onun yaşadığı ünvana gəlmişdir. Həmin vaxt həyətdə olan itlərin səsindən çölə çıxdıqda Məsuməxanımın ekspertlərlə birlikdə gəldiyini görmüş, o, və yoldaşı çölə çıxmış və ekspertlərə etiraz edərək sənədlərdə Rahim adlı şəxsin adının olduğunu demiş, bundan sonra ekspertlər buna görə çıxıb getmişlər. Ekspertlərin nə ilə gəldiklərini görməmiş, lakin taksi ilə çıxıb getdiyini görmüşdür. Bundan sonra Məsuməxanım nalayiq söyüşlər söyərək yoldaşının üzərinə cummuşdur. Bu zaman o, özünü qabağa atmış, Məsuməxanım onun saçından tutaraq başını divara çırpmışdır. Divar sökülmüş və tam düzəlməmiş, həm də üzərində çıxıntılı vəziyyətdə olmuşdur. O, hadisə ilə bağlı DİN-nin 102 qaynar xəttinə məlumat vermiş və ifadə vermək üçün polis bölməsinə gedən zaman yolda halı pisləşmişdir. “Heydər Əliyev” parkının yaxınlığında avtobusdan düşmüş, oradan keçən insanlar ona kömək etmiş, X13 çağırmışlar. X13 maşını onu travmatoloji xəstəxanaya aparmışdır. Orada da həkim onu müayinə etmişdir. Qeyd edir ki, bundan əvvəl də məhkəmənin binasından çıxarkən binanın qarşısında dayancaqda Məsuməxanım onun saçından yolmuş, vurmuş, bu hal hətta sputniklə çəkilmişdir. Bu barədə o, Sumqayıt ŞPİ 5-ci PB-ə şikayət etmiş, Məsuməxanım barəsində İXM-nin 157-ci maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmiş, Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibi olmaması səbəbindən iş üzrə icraata xitam verilmiş, o, həmin qərardan apellyasiya şikayət vermiş, Sumqayıt Apellyasiya Məhkəməsində həmin qərar ləğv edilərək yenidən baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, Sumqayıt şəhər Məhkəməsininnin qərarı ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilmiş, həmin qərardan apellyasiya şikayət vermiş lakin şikayəti təmin edilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman səs-küyə üzbəüz qonşu çölə çıxmış, Məsuməxanımın nalayiq ifadələr işlətdiyini görmüş, həmin qonşu yenidən tez qapını bağlayıb içəri girmişdir. Qeyd edir ki, ekspertlər gedəndən sonra hadisə yerinə ilk öncə Günəş, daha sonra Əli gəlmiş, Məsuməxanımın onun başını divara vurmasını həm Günəş, həm də Əli görmüş, onlar arasında mübahisə elə də güclü mübahisə olmamış, çox çəkməmişdir. Məsuməxanım onu döymüş və ünvanına nalayiq ifadələr işlətmiş, hətta qonşular da çölə çıxaraq hadisənin şahidi olmuşlar. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə darvazadan kənarda, çöldə baş vermiş, hadisə zamanı taksi sürücüsü də orda olmuş, lakin o maşından düşməmiş, onlara baxmış və baş verənləri görmüşdür. Məsuməxanım hamısı eyni anda olmaqla saçından tutub başını divara vurmuş, boğazını cırmış, qoluna yumruqla vurmuş, onu götürüb divara çırpmış, başı arxadan hasarın daşlarına dəymişdir. Arxa-arxaya gedərək divara dəymiş, Məsuməxanım onun üzərinə gəlmiş, onu hasara itələmiş, ayağı büdrəmiş, başının arxa hissəsi hasara dəymişdir. Bu zaman divara çırpılmış, lakin yıxılmamışdır. Məsuməxanımın onu nə ilə vurduğunu görməmiş, polisə gedəndə qolunun göyərdiyini görmüşdür. O, xəsarət aldıqdan sonra yoldaşı onları aralamış, həmin gün əynində qolsuz paltarı olmuş, paltarını dəyişib polisə gedəndə qolunun göyərtisini görmüş, mart ayının 03-də onu X13 maşını aparmışdır. Dəqiqləşdirmə məqsədi ilə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Məsuməxanımın onun qoluna yumruqla və ya başqa hər hansı əşya ilə vurduğunu görməmişdir. Qeyd edir ki, Əli hadisəni tam görməmiş, Günəş hadisəni tam görmüşdür. Verilmiş sualların davamı olaraq zərərçəkmiş bildirmişdir ki, Məsuməxanım birinci yoldaşının sinəsindən 2 dənə yumruq vurmuş, daha sonra o, yoldaşı Famillə Məsuməxanımın aralarına girəndə Məsuməxanım onun başından tutub divara vurmuş, həmin səs-küyə Günəş gəlmiş, ekspertlər onların mübahisələri başlamamışdan öncə çıxıb getmişdir. Ekspertlər Məsumaxanımla birlikdə getməmiş, ekspertlər Məsuməxanımdan öncə getmiş, Məsuməxanım tək getmişdir. Günəş Məsuməxanım tərəfindən onun döyüldüyünü görmüş, hadisə zamanı o, ev paltarında olmuş, Günəş hadisədən sonra öz evinə getmiş, qolunda olan göyərtini görməmiş, növbəti gün evinə gəldikdən sonra qolunda yaranmış göyərtini Şahid1 göstərmişdir. Verilmiş sualların davamı olaraq bildirmişdir ki, o, ekspertləri taksidə görməmiş, o, əri Famillə birlikdə çölə çıxanda ekspertlər taksidən çox aralıda dayanmış, Məsuməxanım isə onların tərəfində dayanmışdır. Qeyd edir ki, ekspertlər təxminən 2-3 metr aralıda divara söykənib dayanmışlar. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur və münasibətləri normaldır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o, evlərindən çıxıb qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evlərinin yaxınlığında göyərti almağa getmişdir. Həmin vaxt Firəngizin evinin qarşısında boz rəngli taksi olduğunu və həmin taksinin içərisində sürücünün oturduğunu görmüşdür. O, Firəngizin evinin qarşısına çatan zaman xanımın (Məsuməxanım) və Firəngizin əlbəyaxa olduqlarını, Firəngizin saçının Məsuməxanımın əlində olduğunu görmüşdür. Daha sonra Məsuməxanım biədəb sözlər deyərək taksiyə oturub getmiş, o isə göyərtini alıb, evinə qayıtmışdır. Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Məsuməxanım və Firəngizin əlbəyaxa olduğunu görmüş, başqa şey görməmişdir. Məsuməxanımın Firəngizin saçından tutub divara vurduğunu gözü ilə görmüşdür. Belə ki, Məsuməxan Firəngizi divara çırpmış, daha sonra Məsuməxanım taksiyə oturub getmişdir. Onların evi ilə Firəngizin evinin arasında məsafə təxminən 10 metr olmuş, çığırtılarını gələ-gələ eşitmiş, Firəngizi divara çırpdıqdan sonra sonuncu qapını əli ilə bağlayıb içəri keçmişdir. O, göyərtini alıb evinə qayıtmış, səhərisi gün Firəngizdən nə olduğunu soruşduqda, sonuncu torpaq üstündə mübahisənin baş verdiyini demiş, həmçinin qolunda olan göyərtini göstərmişdir. Məsuməxanımı əvvəllər orada görmüş, hadisə vaxtı zərəçəkmişlə özündən başqa yalnız taksi sürücüsü olmuş, o da qabaqda oturmuş, hadisə yerində Məsuməxanım, Firəngiz, taksi sürücüsü və Famildən başqa kənar rəsmi forma geyinmiş şəxs görməmişdir. Verilmiş sualların davamı olaraq bildirmişdir ki, o, göyərti almağa gedəndə Məsuməxanımla Firəngizin mübahisə etdiyini görmüş, Firəngizin başını divara vurduqdan sonra Məsuməxanım maşına əyləşib oradan uzaqlaşmış, ondan təxminən 4-5 dəqiqə sonra hadisə yerinə Əli gəlmişdir. O, yalnız Firəngizlə Məsuməxanımın əlbəyaxa olduğunu görmüşdür. Dəqiqləşdirmə məqsədi ilə verilmiş suala cavab olaraq Şahid1 bildirmişdir ki, hadisə zamanı Əli (Poladov) onun arxasında olmuş, taksi sürücüsü avtomobilin içərisində əyləşmiş, Famil isə darvazanın girişində dayanmışdır. Şahid1 daha sonra verilən sualların davamı olaraq bildirmişdir ki, Firəngizin əri Famil qapıdan içəri tərəfdə olmuş və “Firəngiz gəl, Firəngiz gəl” deyə səslənərək sonuncunu içəri çağırmışdır. Bundan sonra o, Əlidən burada nə baş verməsi barədə soruşanda Əli ona Məsuməxanımın ilk öncə Famili vurduğunu, daha sonra Firəngizlə əlbəyaxa olduğunu demişdir. Bundan başqa Əli ona demişdir ki, “Famil də Firəngizi vuraraq içəri saldı”. O, döngədən dönüb Firəngizgilin qapısına dönən zaman qadınları əlbəyaxa vəziyyətdə görmüş, daha sonra Məsuməxanım taksiyə oturub getmiş, X5 divara çırpdığını görmüş, Əlinin hadisələri görməsini şəxsən öz gözləri ilə görmüşdür. Qeyd edir ki, o, həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Məsuməxanımla Firəngiz əlbəyaxa olanda Firəngiz “qolum qolum” demiş, lakin sonuncu qolundakı göyərtini növbəti gün ona göstərmişdir. O, Firəngizin döyüldüyünü, saçı başı dağınıq vəziyyətdə olduğunu görüb, qolunun ağrıdığını eşitdikdən sonra Familin arvadını evinə apardığını görmüş, daha sonra hadisə yerindən çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, təqsirləndirilən şəxsi tanıyır, Məsməxanımla aralarındakı torpaq məsələsinə görə ədavəti vardır. Hadisə ilə bağlı bildirir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 3 nəfər ekspertlə birlikdə onların yaşadığı ünvana gəlmişlər. O, itin hürməsini eşitmiş, darvazanı açaraq çölə çıxan zaman darvazanın ağzında Məsuməxanım, onun arxasında 3 nəfər eksperti görmüşdür. O, hirslənərək Təqsirləndirilən şəxs bu torpaqla heç bir əlaqəsinin olmadığını, sənədlərə saxtakarlıq etdiyini bildirmiş, bundan sonra aralarında mübahisə yaranmış, daha sonra yanlarına arvadı Firəngiz gəlmişdir. Bu zaman boz rəngli taksi sürücüsü maşını darvaza ilə üzbəüz saxlamışdır. Bu əsnada Məsuməxanım onu söyməyə başlamış, onu çiynindən itələmişdir. Məsuməxanımın bu hərəkətlərini görən arvadı Firəngiz sonuncunun onlara şər atmasından qorxduğunu bildirmiş və araya girmişdir. Bundan sonra Məsuməxanım arvadı ilə tutuşmağa başlamış, Firəngizi ora-bura çırpmış, beləliklə dava-dalaş başlamışdır. Həmin vaxt Məsuməxanımın əlində əl çantası olmuşdur. Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, dava-dalaş zamanı Məsuməxanım yoldaşına əl-qol atmış, darvazanın stolbasına (sütununa), daha sonra divarın sol tərəfinə çırpmış, hadisə zamanı orada digər qonşular da olmuş, ekspertlər mübahisə zamanı biraz gözləmiş, onun ölçmə işi ilə razı olmadığını bildirdikdən sonra ekspertlər sağa dönüb çıxıb getmiş, mübahisəni görməmişlər. Ekspertlər gedəndən sonra mübahisə qızımış və 10-15 dəqiqə davam etmiş, Məsuməxanım yoldaşının yaxasından tutub sirkələmiş, yoldaşı müvazinətini itirmiş, darvazanın tininə dəymişdir. Onlar aralaşandan sonra Məsuməxanımla sürücü çıxıb getmişdir. Həmin vaxt yoldaşının xəstəxanaya getdiyini bilməmiş, xəsarətləri sonradan görmüşdür. Ekspertlərin başqa maşınla gəlməsini görməmiş, dava dalaş zamanı o, orada olmuş, yoldaşının dava dalaş zamanı onu darvazadan içəri itələməsini xatırlamır, Məsuməxanım çantası ilə hara gəldi vurmuş, bu hadisəni qonşu evin sahibi və Günəş adlı qonşu görmüş, Firəngizin yıxılıb-yıxılmadığını dəqiq deyə bilmir. Məsuməxanım Firəngizi ola bilsin ki, taxta parçası ilə vurmuş, ola bilsin sümkəsi (çantası) ilə vurmuşdur. Hadisədən üç ay keçdiyinə görə tam xatırlamır. Amma sümkəsi (çantası) ilə vurğunu görmüşdür. Bildirir ki, Məsuməxanım Firəngizin saçından tutmuşdur. Məsuməxanımın Firəngizə cırmaq atdığını ya da yumruq atdığını dəqiq bilmir. Taxtanın haradan götürülməsi ilə bağlı heç bir məlumatı yoxdur. Məsuməxanımın gəldiyi maşın darvazanın yanında dayanmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etsə də, ifadəsini oxumamış, lakin imzalar ona məxsusdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 2 saylı Sumqayıt ərazi İdarəsində mühəndis-inventarlaşdırıcı vəzifəsində çalışır. Qeyd edir ki, 03 mart 2023-cü il tarixdə o, məhkəmə işi ilə bağlı Təqsirləndirilən şəxs və digər ekspert yoldaşlar ilə birlikdə Corat qəsəbəsinə dəqiq ünvanını bilmədiyi torpaq sahəsinə getmişdir. Tərəflər arasında mübahisə yarandığından ölçü işlərini apara bilməmiş və geri qayıtmışlar. Şahid4 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Məsuməxanım və iki iş yoldaşı ilə birlikdə taksiyə əyləşərək ekspertizanın aparılacağı yerə getmiş, Firəngizin ölçü işlərinə razı olmadığına görə ölçü işlərini aparmaq mümkün olmamış, gəldikləri taksi ilə geri qayıtmış, iş yoldaşları və o, geri qayıdarkən yarı yolda düşmüş, o, Məsuməxanımla Firəngiz arasında ölçü işlərinin aparılması ilə bağlı mübahisələrinə şahid olmuş, tərəflər arasında dava-dalaş görməmişdir. Onlar Məsuməxanımla birlikdə geri qayıtmışlar. O, taksiyə tam olaraq harada əyləşdiyini tam xatırlamır, o, taksiyə əyləşdikdən sonra digər iş yoldaşları da taksiyə əyləşmişdir. Firəngizin ölçmə işlərinin aparılmasına razılaşmadığına görə o, ölçmə işlərini aparmamışdır. Bildirir ki, zərərçəkmiş şəxslə hər hansı düşmənçiliyi yoxdur, o, qadınların bir-birinə qarşı şərt irəli sürmələrini xatırlamır, geri qayıdarkən Məsuməxanım ondan əvvəl taksiyə minmişdir. O, həmin ünvana gələndə sağ tərəfdə yaşlı bir kişi görmüş, daha sonra onlar həyətin qapısını döymüş, qapını döyəndə iş yoldaşları taksidən düşmüş olsa da, taksi sürücüsü maşında əyləşmiş, qapını onlara kimin açdığını dəqiq xatırlamır. Firəngiz onların həmin ünvana gəlməsi ilə bağlı öz etirazını bildirəndə Məsuməxanım onların yanında olmuş, tərəflər arasında biraz səs-küy olmuş, həmin səs-küy zamanı ətrafda onlardan başqa kənar şəxs yanlarına gəlməmiş, Məsuməxanımın Firəngizə qarşı hər hansı əl-qol hərəkətləri etdiyini görməmiş, Firəngiz öz etirazını bildirən zaman digər iş yoldaşları onlardan bir qədər kənarda olmuşdur. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, o, daha sonra taksiyə əyləşmiş, Məsuməxanım onu idarəyə aparmış, iş yoldaşları yolüstü taksidən düşərək digər əraziyə ölçmə işləri aparmaq üçün getmişlər. O, Məsuməxanımın əl-qol hərəkətləri etdiyini görməmiş, həmçinin Məsuməxanımın Firəngizin yoldaşını itələməsini görməmişdir. Onunla birlikdə oraya əməkdaşlar Şahid6 və Şahid7 getmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xatırlamadığı tarixdə enerji cihazının Emingildə (zərəçəmişin oğlu) qalması səbəbi ilə onlara getmişdir. Emingilə çatana yaxın səs-küy eşitmiş, döngəni dönən zaman yaşlı xanımın maşına əyləşdiyini görmüşdür. Qeyd edir ki, daha sonra “Famil dayının yanına gəlmiş, həmin anda Famil dayı Firəngiz xalanı içəri salmış, Firəngiz xalanın həmin vaxt saçı-başı dağınıq vəziyyətdə olmuş, o, Famil dayıdan hər hansı kömək lazım olub-olmadığını soruşmuş, Famil dayı özü hər şeyi həll edəcəyini bildirmiş, daha sonra o, enerji cihazını götürüb, evinə qayıtmışdır”. Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 2023-cü ilin may ayında Türkiyə respublikasına getmiş, noyabr ayında ölkəyə geri qayıtmışdır. O, səs-küyü eşidib gələndə bir xanımın maşına minib getdiyini görmüş, maşına əyləşən xanıma diqqət yetirməmiş, qeyd olunan ünvana çatanda Günəş, Famil və Firəngiz orada olmuş, xanım maşına əyləşəndə həmin maşında hər hansı adamın olub-olmadığını görməmiş, o, Firəngizin saçı-başı dağınıq vəziyyətdə olduğunu görmüş, Firəngizdən niyə görə bu vəziyyətdə olduğunu maraqlanmamış, ora gələn zaman Günəş orada olmuşdur. O, hadisəni görməmiş, yalnız səs-küyü eşitmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurması, yaxud itələməsi kimi hallara şahidlik etməmişdir. Firəngizin üzərində hər hansı xəsarət görməmiş, buna fikir verməmiş, bir qadının maşına mindiyini görmüş, lakin həmin qadını xatırlamır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Tarixini dəqiq xatırlamadığı vaxtda Sumqayıt şəhəri, 42-ci məhəllədə dayanacaqdan 3 nəfər kişi cinsindən olan adamı və bibini (təqsirləndirilən şəxsi göstərir) götürüb Corat qəsəbəsinə aparmış, daha sonra bibinin tapşırığına əsasən (təqsirləndirilən şəxsi göstərir) gətirdiyi şəxsləri geri qaytarmaq üçün onları gözləmişdir. Şahid5 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, müştəriləri Corat bağlarına aparmış, məhkəmə zalında əyləşən xanımı (zərərçəkmiş şəxsi göstərir) orada görməmiş, Məsməxanım və 3 nəfər oğlanı Coratda düşürtmüş, orada sözsöhbət müşahidə etməmiş, 5 dəqiqədən sonra geri qayıtmış, 3 nəfər cavan oğlanı geri aparmış, onlardan birini bir yerdə digər ikisini isə başqa bir yerdə düşürtmüş, orada olduğu zaman dava-dalaş müşahidə etməmiş, təqsirləndirilən şəxsin taksidən düşdükdən sonra hansı istiqamətdə getdiyini getdiyini görməmişdir O, “Maxim” taksi şirkətində çalışmış, Məsuməxanım tərəfindən sifariş təxminən 8-9 ay əvvəl verilmiş, Məsuməxanımı 42-ci məhəllədə “Sevgilim” şadlıq evinin yuxarısından götürmüş, sifariş Corat bağlarına verilmiş, avtomobili getdiyi ünvanda sıx həyət evlərinin girəcəyində saxlamış, ünvana çatanda hamı avtomobildən düşmüş, qəbul etdiyi sifariş yalnız şəxsləri ünvana çatdırmaqla bağlı olmuş, ünvana çatdıqdan sonra 4-5 dəqiqə gözləmiş, gözləməyinin səbəbi Məsumxanımın ona birlikdə qayıtmasını söyləməsi olmuşdur. Təxminən 5 dəqiqə dayandıqdan sonra şəxsləri maşının dayandığı yerdən götürmüşdür. Hazırda məhkəmə zalında Məsuməxanımdan başqa üzü ona tanış olan şəxs yoxdur. O, 055 620 56 06 saylı mobil nömrəni istifadə edir. Qeyd edir ki, həmin şəxslər maşından düşdükdən sonra irəliyə doğru getmiş, o da maşından düşərək siqaret çəkmişdir. Maşından düşdükdən sonra məhkəmə iclasında bibi qismində göstərdiyi Məsuməxanım kimi isə çağıranda səsə bir kişi çıxmış, Məsuməxanım 5-6 metr qabağa getmişdir. Dəqiq olaraq sonuncunun hansı qapını döydüyünü xatırlamır. Məsuməxanım ilə kişinin söhbətini yaxından görməmiş, həmin kişinin sifətini xatırlamır, kişidən başqa çölə çıxan şəxsin olub-olmamasını, Məsuməxanımın kişi ilə yaxın məsafədə olub-olmamasını xatırlamır, yaddaşı ilə bağlı problemi yoxdur, Məsuməxanım orada heç kimə nə əl qaldırıb, nə də başqa nəsə hərəkət etməmişdir. Məhkəmə iclasında “Adamın üstündə Allah var, yalan danışsa Allah onun başının üstündən vurar, o, gördüyünü danışır, kiminsə babalını yuya bilməz, Məsuməxanım kiməsə çırtma belə vurmamışdır” məzmununda ifadə vermişdir. O, elə bir insan deyil ki, hansısa ağbirçək orada dalaşsın o, onlara gülsün. O, ən azından onları ayırmağa çalışardı deyə suala cavab vermişdir. O, nə zərərçəkmiş şəxsi, nə də təqsirləndirilən şəxsi tanımır. O, Məsuməxanımın onlarla qayıtması hissəni xatırlamır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 2 saylı Sumqayıt ərazi İdarəsində mühəndis-inventarlaşdırıcı vəzifəsində çalışır. Hadisənin təfərrüatlarını tam xatırlamasa da, xatırladığı hissədə bildirir ki, Məsuməxanım idarəyə gələrək onları əraziyə aparmalı idi. Əslində iş yoldaşı Nurlan ölçmə üçün Məsumxanımla getməlidi idi. Lakin idarədə aparat çatışmazlığı olduğundan Orxan və o, Nurlanla birlikdə Corata getməli, orada işləri bitdikdən sonra birlikdə özünün işi ilə əlaqədar Corat qəsəbəsində yerləşən digər əraziyə getməli idilər. Taksi 42-ci məhəllədə onları idarənin qarşısından götürmüş və qeyd olunan ünvana aparmışdır. Nurlan və Məsuməxanım birlikdə qapıya yaxınlaşıb qapını döymüşdür. Ölçmə işinin aparılmasına icazə verilmədiyi üçün Nurlan da ölçmə işini apara bilməyəcəyini bildirmişdir. Daha sonra Nurlanla onlar qayıtmış, Nurlan yolda düşmüş və ölçmə işini aparmalı olduqları ünvana getmişlər. Lakin qayıdan zaman Məsuməxanımın onlarla olub-olmamasını xatırlamır. Şahid7 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt Nurlanla arasında 5-7 metr məsafə olmuş, həmin qapıdan çıxan şəxslə Məsuməxanım arasında ölçmə işi ilə bağlı narazılıq yaranmış, orada vurma xəsarət yetirmə halı baş verməmiş, Məsuməxanımın kimisə divara çırpmaq, xəsarət yetirmək kimi hal olmamışdır. Ölçmə işi Nurlana tapşırılmış, onlar Nurlana kömək etmək üçün getmişdir. Ünvana çatdıqda avtomobildən hamı düşmüş, Orxan və sürücü onlardan bir qədər kənarda dayanmış, gəldikləri ünvanda döngə kimi yer olduğundan maşın ora girə bilməmiş, o evin küncündə dayanmışdır. O, Nurlanın yanında olmuş, danışıqlarda iştirak etməsə də, qapını açan şəxsin narazılıq etdiyini müşahidə etmişdir. Evi onlara Məsuməxanım təqdim etmiş, qapını Məsuməxanım döymüş, səhv etmirsə birinci qapıya xanım, ardınca isə bir kişi çıxmışdır. Orada təxminən 10-15 dəqiqə olmuşlar. Qayıdarkən üçü də eyni anda maşına minmiş, Nurlan qurğu gətirməsi üçün yolda düşmüş, daha sonra onlar düşmüşlər. Məsuməxanımın əvvəlcədən ödəniş etdiyini xatırlamır, onlardan ödənişlə əlaqədar pul alınmamışdır. Məhkəmə zalında hazırda Məsuməxanımdan başqa Famili tanıyır, qapıya gələn xanımı xatırlamır, orada olduqları müddətdə Məsuməxanım heç kimə xəsarət yetirməmiş, Məsuməxanımın qarşı tərəflə ölçmə işinin aparılması ilə bağlı narazılıq olmuşdur. Zalda oturan digər xanımın (zərərçəkmiş şəxs) hadisə vaxtı qapıya çıxan xanımla eyni olub-olmamasını xatırlamır. O, taksiyə ödəniş etməmiş, lakin digər yoldaşlarının ödəniş edib-etmədiyini dəqiq xatırlamır. Geri qayıdan zaman Məsuməxanımın onlarla birlikdə qayıdıb qayıtmadığını xatırlamır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 2 saylı Sumqayıt ərazi İdarəsində mühəndis-inventarlaşdırıcı vəzifəsində çalışır. Bildirir ki, təqsirləndirilən şəxs torpaq məsələsi ilə bağlı məhkəməyə müraciət etmiş, onun işinə Şahid4 baxmışdır. İdarədə aparat çatışmazlığı olduğundan, həm də onların da gedəcəyi yer Corat qəsəbəsi ərazisində olduğundan onlar Nurlanla birlikdə getmişlər. Xanım taksi ilə idarəyə gəlmiş, birlikdə ünvana getmişlər. Orada olan zaman qapını Məsuməxanım döymüş, qapıya 1 kişi, 1 qadın və digər qapıdan bir qonşu çölə çıxmışdır. İş prinsiplərinə əsasən mübahisə olduğu zaman ölçmə işi aparılmır. Tərəflərin öz aralarında sözlü mübahisə etdiyini görmüşdür. Daha sonra o, iş yoldaşları və Məsuməxanım birlikdə taksi ilə geri qayıtmışlar. Şahid Orxan Mehbalıyev məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, qeyd olunan ünvanda olan zaman dava dalaş görməmiş, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs söhbət edən zaman onlarla arasında təxminən 3- 5 metr məsafə olmuşdur. O, taksiyə işlədiyi idarənin qarşısında minmiş, həmin zaman onunla birlikdə avtomobildə Elvin, Nurlan, təqsirləndirilən şəxs və sürücü olmuş, taksini o, çağırmamış, düşünür ki, taksini Məsuməxanım sifariş etmişdir. Taksi ilə Corat qəsəbəsinə getmiş, ilini xatırlamasa da, mart ayında olduğunu düşünür. Avtomobillə getdikləri trayektoriyanı uzun müddət keçdiyindən xatırlamır, taksi dalanın baş tərəfində dayanmış, daha sonra geri dönüb yerində saxlayaraq onları gözləmiş, onlar isə piyada darvazaya tərəf getmişlər. Onlar maşından düşüb maşının görülə biləcəyi məsafədə hərəkət etmiş, maşından hamı düşmüş, sürücü maşında qalmış, daha sonra deyəsən sürücü də maşından düşmüşdür. Maşından ilk Nurlan düşmüş, Nurlan darvazaya yaxınlaşmış, onlar bir qədər arxada getmiş, daha sonra mübahisə olduğunu görüb onlara tərəf getmişdir. Maşının dayandığı yerdən onların yaxınlaşdıqları qapını görmək mümkündür. Qeyd olunan ünvanda təxminən 15-20 dəqiqə olmuş, xanımların mübahisəsi torpağın kimə aid olması ilə bağlı olmuş, o, mübahisəni özü eşitmiş, daha sonra o, maşının yanında siqarət çəkmişdir. O, Elvin, Nurlan Məsuməxanım taksiyə minərək, birlikdə qeyd olunan ünvandan uzaqlaşmışlar. O, orada kiminsə biri-birini vurduğunu görməmişdir. Orxan Mehbalıyev məhkəmə iclasında verilmiş suallara cavabın davamı olaraq bildirmişdir ki, o, xanımların biri-birinə xəsarət yetirməsini görməmiş, qeyd olunan ünvanda olduqları müddətdə döyülmə olmamışdır. Bildirir ki, orada olarkən kiminsə kimisə vurduğunu görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işi başlanılması haqqında” 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt ŞPİ İŞ-nin baş müstəntiqi, polis kapitanı Xanlar Həsənlinin cinayət işi başlanmasının rədd edilməsi barədə 14 aprel 2023-cü il tarixli qərarı əsassız olduğundan rədd edilmiş, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə cinayət işi başlanmışdır.( i.v.1); 14 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 70-71) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 14 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.78-79); “qətimkan tədbirinin seçilməsi barədə” 14 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.82-84); xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Zərərçəkmiş şəxs DİN-nin 102 qaynar xəttinə zəng vuraraq Məsuməxanım adlı qadının onu və ərini döyməsi və təhqir etməsi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisinə yazdığı ərizəsində də xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində yaşadığı evin qarşısında əvvəllər torpaq aldığı Təqsirləndirilən şəxs onu və həyat yoldaşını söyüb təhqir etməsi, daha sonra üstünə hücum çəkib onu itələməsini və əl-qol atıb boynunu cırmaqladığını qeyd etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarətlərinin müəyyən edilməsinə dair Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı tərəfindən “Məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” xx.xx.2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 13 radələrində Sumqayıt şəhərində yaşadığı evin qarşısında aralarında yaranmış münaqişə zamanı tanışı Təqsirləndirilən şəxs tərəfindən döyülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X10 xx.xx.2023-cü il tarixli, 289 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşadığıdakı xəsarətlər vardır: Sağ bazunun orta 1\3-nin ön səthinin dərialtı hematoması, boynun sol yan səthinin aşağı 1\3-də 2 (iki) ədəd sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəində göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (i.v. 12-15) “cinayət işi başlanmasının rədd edilməsi barədə” 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 128-ci maddəsinin tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. (i.v.28-30) Sumqayıt şəhər prokurorunun 02 may 2023-cü il tarixli “Göstəriş”-də Zərərçəkmiş şəxs Ələmşah qızının müraciəti əsasında toplanmış material öyrənilərkən şikayət üzrə tam və hərtərəfli araşdırma aparılmadığı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsini təsdiqləyə biləcək şahidlərin dairəsi müəyyən edilərək izahatları alınmadan baş vermiş hadisədə CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlinin tərkib əlamətlərinin olub-olmamasına düzgün hüquqi qiymət verilmədiyi qeyd olunmuş, material Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsini təsdiqləyə biləcək şahidlərin dairəsi müəyyən edilərək izahatları alınmaqla əlavə yoxlama zamanı meydana çxacaq xüsusatlar da araşdırlmaqla nəticəsindən asılı olaraq qısa müddət ərzində CPM-nin 207cü maddəsinin tələbinə uyğun olaraq prosessual qərarın qəbul edilməsi barədə göstəriş verilmişdir. xx.xx.2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində DƏDRX-nin əməkdaşları ilə birlikdə yaşadıqları evin qarşısına gəlmiş, həmin vaxt mübahisə yaradaraq Təqsirləndirilən şəxs əvvəlcə həyat yoldaşının üzərinə hücum etdiyini, daha sonra özünün onlarının arasına girdiyini, bundan sonra Məsuməxanım onun saçından tutaraq onun baş nahiyyəsindən divara vuraraq xəsarət yetiridiyini bildirmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun üzünə qarşı dediklərini təkzib edərək, nə Zərərçəkmiş şəxs nə də ki, Şahid2 vurmadığını, təhqir etmədiyini bildirmişdir.(i.v.56-57) xx.xx.2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkəti protokolundan görünür ki, Şahid2lə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşmə zamanı cinayət işi üzrə Şahid2 xx.xx.2023-cü il tarixdə saat 11 radələrində DƏDRX-nin əməkdşları ilə birlikdə Məsuməxanımın yaşadıqları evin qarşısına gəldiyini, evin qarşısında sonuncunun əvvəlcə onun üzərinə hücum etdiyini, daha sonra həyat yoldaşı Zərərçəkmiş şəxs saçından tutaraq baş nahiyyəsindən divara vuraraq xəsarət yetirdiyini bildirmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs Şahid2 onun üzünə qarşı dediklərini təkzib edərək, nə Zərərçəkmiş şəxs nə də ki, Şahid2 vurmadığını bildirmişdir. (i.v.60-61) Cinayət işi materiallarında olan (i.v.20) 11 aprel 2023-cü il tarixli Zərərçəkmiş şəxs ilkin izahatda Məsuməxanımın onun saçından tutub divara çırpdığını və boyun nahiyyəsinin divardakı daşlara dəydiyini, həmçinin evləri dalanda yerləşdiyindən mübahisə zamanı ətrafda heç kəsin olmadığını qeyd etmişdir. Cinayət işi materiallarında olan (i.v.22) 12 aprel 2023-cü il tarixli Şahid3 ilkin izahatında Zərərçəkmiş şəxs ilə bir qadının söz mübahisəsi etdiklərini, mübahisənin artıq başa çatdığını və həmin qadının yaxınlıqda olan maşına minib getdiyini qeyd etmişdir. Verilmiş suallara cavab olaraq Şahid3 Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət görmədiyini, lakin saçlarının dağınıq vəziyətdə olduğunu, orada Famil və dayanmış “Opel” markalı avtomobilin sürücüsünün olduğunu qeyd etmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. (i.v 86). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v.87); “Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxs X13 Xəstəxanası”nın 15 dekabr 2023cü il tarixli, 1328 saylı cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:10-da xəstəxananın təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət etmiş, sonuncu bədəni üzərində sağ bazu oynağının əzilməsi, təpə nahiyəsinin yumşaq toxumaların əziyi xəsarətləri aşkar edilmişdir. Rentgen olunmuş, patalogiya yoxdur, məsləhət verilib və ambulator müalicəyə göndərilib, xəstəsinin deməsinə görə döyülmüşdür. “Maxim” taksi şirkətinin 18 dekabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə, ***-***-**-** mobil nömrə vasitəsi ilə edilmiş taksi sifarişini “Opel Astra” minik markalı, **-DP-*** nömrəli, telefon nömrəsi 055 620 56 06 saylı olan sürücü Şahid5 həyata keçirmişdir. Ünvan: “Sevgilim” şadlıq sarayı 39-cu məhəllə (3-4-8 mkr)- Şirvan market Şirvan yaşayış massivi (Şirvan qəsəbəsi)- “Sevgilim” şadlıq sarayı 39-cu məhəllə (3-4-8 mkr). Təqsirləndirilən şəxs və əlavə Şahid5 istifadəsində olan mobil telefon nömrəsinin anten dairələrini özündə əks etdirən CD formatlı diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** nömrəli mobil telefonun nömrənin 03 mart 2023-cü il tarixdə, saat 11:22:29-11:27:37 radələrində anten yeri LABS6129O3/LABS6129 Sevgilim Restoran/"Sumqayıt şəhəri, Koroğlu prospekti, 39-cu məhəllə"/Sumgayit/ (40.576xx/xx.66953), xx.xx.2023-cü il tarixdə, saat 11:30:55-11:34:00 radələrində LABS6147O1/LABS6147 Sumgait_M/"Sumqayıt şəhəri, 46ci məhəllə" /Sumgayit/ (40.572xx/xx.66704) ərazisi göstərilmişdir. Bundan başqa əlavə Şahid5 istifadəsində olan 055 620 56 06 sayl mobil nömrəsinin 03 mart 2023-cü il tarixdə, saat 11:31:23-11:34:00 radələrində anten yeri LABS6129O2/LABS6129 Sevgilim Restoran/"Sumqayıt şəhəri, Koroğlu prospekti, 39-cu məhəllə"/Sumgayit/ (40.576xx/xx.66953) ərazisi göstərilmişdir. CD diskin tədqiqindən görünür ki, Təqsirləndirilən şəxs ilə taksi sürücüsü Şahid5 anten dairəsi 03 mart 2023-cü il tarixdə, saat 11:30-11:35 radələrində eynilik təşkil etmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, sonuncunun əməlində CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və digər sənədlər iş üzrə mötəbər və mümkün sübut növü kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspert rəyinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs həmin məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Hazırkı ittiham üzrə Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin nə vaxt və kim tərəfindən yetirilməsi mübahisəli olmaqla həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar müəyyən edilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs ittihamda göstərilən tarixdə və şəraitdə xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair kifayət qədər sübut toplanılmamış, toplanılmış sübutlar isə xəsarətin Məsuməxanım tərəfindən yetirilməsini təsdiq etmək və ona AR CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmamışdır. Belə ki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları təqsirləndirilən şəxsin xeyrinə həll etməli olması qanunvericiliklə birbaşa müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə gəldiyi qənaəti əsaslandırarkən ilk növbədə zərərçəkmiş, o cümlədən ibtidai istintaq orqanı tərəfindən şahid qismində ifadəsi alınmış şəxslərin məhkəmə istintaqına qədərki mərhələdə verdikləri ifadələrlə məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin əlaqəli və müqayisəli şəkildə tədqiq edilməsini zəruri hesab edir. Belə ki, zərərçəkmiş şəxsin və qeyd olunan digər şəxslərin ifadələrinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxslər kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs əvvəlcədən biri-birilərini tanımış, əvvəlcədən tanış olmaqla aralarında uzun müddətdir torpaq mübahisənin olmuşdur. Hazırda mübahisəsinin davam etdiyini və bununla da tərəflərin biri-birinə qərəzli mövqedə olduğunu nəzərə alaraq təqsirləndirilən şəxslə münaqişəli münasibətlərdə olan zərərçəkmiş şəxsin digər sübutlarla da təsdiqini tapmayan ifadəsi əsasında təqsirləndirilən şəxsə ittiham verilməsini məhkəmə qanunsuz və əsassız hesab edir. Bu səbədən məhkəmə zərərçəkmiş şəxsin ifadələrinin təqsirləndirilən şəxs və iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə təhlil edilməsini zəruri hesab edir. İlk olaraq qeyd etmək lazımdır ki, Zərərçəkmiş şəxs 03 mart 2023-cü il tarixdə, saat 12 radələrində DİN-nin 102 qaynar xəttinə zəng vuraraq Məsuməxanım adlı qadının onu və ərini döyməsi və təhqir etməsi barədə məlumat vermiş, faktla əlaqədar həmin tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisinə ünvanladığını ərizəsində Məsuməxanımın onu və həyat yoldaşını söyüb təhqir etməsi, daha sonra üstünə hücum çəkib onu itələməsini və əl-qol atıb boynunu cırmaqladığını qeyd etmişdir. Daha sonra Zərərçəkmiş şəxs cinayət işinin materiallarında olan (i.v. 20) 11 aprel 2023-cü il tarixli ilkin izahatında Məsuməxanımın onun qollarından tutub divara çırpdığını, boyun nahiyyəsi divardakı daşlara dəydiyini, evlərinin dalanda yerləşdiyindən mübahisə zamanı ətrafda heç kəsin olmadığını qeyd etsə də, üzləşdirmə istintaq hərəkəti zamanı isə Məsməxanımın onun saçından tutaraq divara vurduğunu, xəsarət aldığını, lakin xəsarətin məhz hansı hissəsindən aldığını göstərməmişdir. Zərərçəkmiş şəxs 08 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində dindirilməsi barədə protokolda da ilkin izahatına uyğun, eyni məzmunlu ifadə vermiş, lakin bu zaman mübahisənin səs-küyünə Günəş və Əli adlı şəxsin gəldiyini göstərmişdir. İstintaq orqanının istinad etdiyi digər sübut iş materiallarında olan təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin və Şahid2 arasında aparılmış üzləşdirilməsi protokolları olmuşdur. Üzləşdirmə istintaq hərəkəti protokollarına münasibətdə məhkəmə qeyd edir ki, həmin protokollarda ifadəsi alınmış zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahidin bildirdikləri eynən olduğu formada və məzmundə biri digərinə kopyalanmışdır. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə Şahid2 ifadələri tam olaraq eyni məzmunlu olmuş, hətta cümlələrdə uzlaşma belə olmamışdır. Məhkəmə digər xüsusatların təqdiqiqinə keçmədən öncə zərərçəkmiş şəxsin üzləşdirmə istintaq hərəkəti zamanı qeyd etdiyi Məsuməxanımın onun saçından tutaraq divara vurması fikri ilə ilkin izahatı və zərəçəkmiş şəxs qismində verdiyi ifadəsi yəni qollarından tutaraq divara çırpması ifadəsi arasında əhəmiyyətli ziddiyətlərin olduğunu diqqətə çatdırmağı zəruri hesab edir. Göründüyü kimi Zərərçəkmiş şəxs üzləşdirmə zamanı təqsirləndirilən şəxsin onun saçından tutaraq divara çırpdığını bildirsə də, digər izahatlarında Məsuməxanımın onun qollarından tutaraq divara çırpdığını bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs DİN-nin 102 qaynar xəttinə zəng edib şikayət edən zaman əri Familin də Məsuməxanım tərəfindən döyüldüyün bildirsə də, sonrakı izahatlarında əri Familin Məsuməxanım tərəfindən döyülmədiyini bildirmişdir. Məhkəmə bu xüsusatları qeyd etməklə zərəçəkmişin hansı dərəcədə səmimi olmasına və baş verməyən bir hadisəni olmuş formada təqdim etməyə çalışmışdır. Bundan başqa məhkəmə zərərçəkmiş şəxsin qeyd olunan izahatlarına münasibətdə qeyd edir ki, o, nə ilkin araşdırma, nə də ibtidai istintaq zamanı vermiş olduğu heç bir izahatında Məsuməxanım tərəfindən qoluna yumruqla vurulduğunu bildirməmiş, lakin məhkəmə istintaqı zamanı hamısı eyni anda olmaqla sonuncunun onu qoluna yumruq vurmaqla, saçından tutub başını divara çırpdığını, boğazını cırdığını, onu götürüb divara çırpdığını, başı arxadan hasara dəydiyini bildirmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, zərəçəkmiş Zərərçəkmiş şəxs hadisənin baş vermə mexanizmini hər dəfə yeni üsullar fikirləşməklə, bu barədə öz ifadələrinə daha da genişləndilmiş forma və məzmun verməklə sanki Təqsirləndirilən şəxs illərlə yığılmış heyfini çıxmağa, eyni zamanda bu hərəkətləri ilə istintaq orqanını da çaşdırmağa çalışmışdır. Lakin nəzərə almamışdır ki, 67 yaşlı qadının ona qarşı (kifayət qədər cavan və cüssəli) özünün də qeyd etdiyi kimi eyni andan olmaqla qolundan yumruqla vurub, saçından və qollarından tutaraq divara çırpması, daha sonra boğazını cırması, götürüb divara çırpması qəbuledilənlik baxımından məhkəmə tərəfindən ziddiyyətli ifadələr kimi qəbul edilir, ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs tibbi ekspert rəyində müəyyən edilən xəsarətlərin təhqiqatçının “Məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” xx.xx.2023-cü il tarixli qərarında göstərilən törənmə müddətində və qeyd olunan şəraitdə əmələ gəlməsi göstərilsə də, ilk növbədə qərarda göstərilən şəraitin, xx.xx.2023-cü il tarixdə, saat təxminən 13 radələrində Zərərçəkmiş şəxs aralarında yaranmış münaqişə zamanı tanışı Təqsirləndirilən şəxs tərəfindən törədilməsi faktının baş verib-verməməsi aydınlaşdırılmalıdır. Çünki “Məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” xx.xx.2023-cü il tarixli qərarın heç bir preyudisial əhəmiyyəti yoxdur. Əgər həmin hadisənin baş verməsi təsdiq edilərsə, onda qeyd edilən qərar əsasında alınmış tibbi ekspert rəyi ittihamın əsasını təşkil edə bilər. Hazırkı iş üzrə ittihamda göstərilən 1 cür xəsarət vardır. Zərərçəkmiş şəxs sağ bazunun orta 1/3-nin ön səthinin dərialtı hematoması, boynun sol yan səthinin aşağı 1/3nin 2 (iki) ədəd sıyrıqları ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid xəsarəti. Lakin hazırkı ittiham üzrə zərərçəkən Zərərçəkmiş şəxs həmin xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. Məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. İş üzrə təqsirləndirilən şəxsə verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisənin birbaşa görən şəxslər kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ilə bərabər ittihamın əsasını təşkil edən şahidlər Şahid1 və Şahid2 ifadələri göstərilmişdir. İstintaq orqanı tərəfindən göstərilən şahidlərdən biri kimi Şahid2 ilkin izahatı və ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, Şahid2 zərərçəkmiş Zərərçəkmiş şəxs əridir, eyni ilə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs arasında olan torpaq mübahisəsində onun iştirakı vardır. Tərəflər arasında ədavət və düşmənçiliyin olubolmaması məhkəmə istintaqı zamanı Şahid2 soruşulduqda o, izahatının əvvəlində Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, aralarında ədavətin olduğunu qeyd edərək bu halı bir daha təsdiq etmişdir. Bu da Şahid2 ifadəsinin arvadı Zərərçəkmiş şəxs və öz mənafeyi naminə verilmiş ifadə kimi qiymətləndirilməsinə əsas verir. Məhkəmə Şahid2 izahatına münasibətdə bildirir ki, sonuncu ibtidai istintaq zamanı şahid qismində ifadə verərkən (i.v.54-55) Məsuməxanımın onu yaxasından tutaraq itələdiyini, həyat yoldaşı Firəngizin onları aralaşdırmaq üçün aralarına girdiyini, bu zaman Məsuməxanımın Firəngizin qollarından tutaraq divara çırpdığını, həmin vaxt Firəngizin boyun nahiyəsinin divardakı daşlara dəydiyini, onları aralaşdırdığını və birlikdə Firəngiz ilə həyətə daxil olduğunu, Məsuməxanımın taksiyə minərək çıxıb getdiyini göstərək, mübahisənin 2-3 dəqiqə davam etdiyini bildirmişdir. Bundan başqa həmin ifadəsində əvvəlcədən şikayət etmək fikirlərinin olmadığını, lakin sonradan halının pisləşdiyini və qaytardığı üçün TTYX-ə gedərək, DİN-nin 102 qaynar xəttinə zəng etdiyini bildirmişdir. O da hadisə vaxtı səs-küyə qonşuluqda yaşayan Günəş və Əli adlı şəxsin gəldiyini bildirmişdir. Şahid2 məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi alınan zaman mübahisənin 10-15 dəqiqə davam etdiyini, Məsuməxanımın Firəngizi taxta parçası ilə, ola bilsin sümkəsi (çantası) ilə vurduğunu desə də, sonradan sümkəsi (çantası) ilə vurğunu gördüyün bildirmişdir. Prosessual qanunvericiliyin tələbi rəhbər tutulmaqla Şahid2 ibtidai istintaq zamanı yoxsa məhkəmə istintaqı zamanı verdiyini ifadəsinin daha doğru olduğunu soruşulduqda sonuncu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etsə də, həmin ifadəsini oxumadığını, lakin imzaladığını bildirmişdir. Eyni zamanda onun hadisə vaxtı halının pisləşmədiyini, qaytarmadığını, TTYX-ə getmədiyini, 102 xidmətinə müraciət etmədiyini bildirmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid2 ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, məhkəmə istintaqı zamanı qeyd etdiyi kimi Məsuməxanıma qarşı ədavəti olmuş və o, zərərçəkmiş Zərərçəkmiş şəxs həyat yoldaşıdır. İşin hallarından görünür ki, Şahid2 ibtidai istintaq və məhkəmə baxışı zamanı biri digərinə uyğun gəlməyən ziddiyətli ifadələr vermişdir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Məsuməxanımın onu yumruqla qolundan vurduğunu, qolunun göyərdiyini, eyni zamanda divara çırpdığını bildirsə də, lakin Şahid2 məhkəmə istintaqında Məsuməxanımın Firəngizi ola bilsin taxta parçası, ola bilsin sümkə (çanta) ilə vurduğunu qeyd etsə də, xüsusilə sümkə (çanta) ilə vurdğunu gördüyünü bildirmişdir. İş materiallarından görünür ki, nə Zərərçəkmiş şəxs nə də digər şahidlər öz ifadələrində belə bir halın (taxta və ya sümkə (çanta) ilə xəsarətin yetirilməsi) baş verdiyini bildirməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Şahid2 verdiyi ifadələr ziddiyətlidir və bu ifadələr Təqsirləndirilən şəxs təqsirli hesab edilməsi üçün ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan başqa ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsini təsdiq edəcək şəxs qismində göstərilmiş digər şahid-Şahid1dır ki, o, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və təqsirləndirilən şəxsin ziyanına ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 verdiyi ifadələri ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğundan məhkəmə Şahid1 ifadələrini həm özünün ilkin və sonrakı ifadələri ilə həm də digər şəxslərin ifadələri ilə müqayisəli şəkildə təhlil edilməsini vacib və zəruri hesab edir: Şahid1 ibtidai istintaq zamanı şahid qismində dindirilən zaman ( i.v.46-48) Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qolundan tutub divara çırpdığını, bundan sonra nalayiq sözlər deyərək uzaqlaşıb boz rəngli avtomobilə əyləşərək çıxıb getdiyini bildirmişdir. O, dərhal oraya yaxınlaşıb nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs Məsuməxanımın torpaqla bağlı mübahisə yaradaraq onu döydüyünü bildirmişdir. Qeyd edir ki, hadisə yerində ondan başqa Əli adlı şəxs də olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 Zərərçəkmiş şəxs və Şahid3 fərqli olaraq Əlinin həqiqətən də hadisələri öz gözləri ilə görməsini bildirsə də, nə Zərərçəkmiş şəxs nə də Şahid3 hadisəni Əlinin görmədiyini bildirmişlər. Bundan başqa Şahid1 hadisənin baş vermə mexanizmi barədə həmin vaxt Şahid3 soruşduqda sonuncu ona aşağıdakı məzmunda ifadə işlətdiyini yəni “qadının (Məsuməxanımın) birinci Famili, daha sonra isə Firəngizi vurduğunu” bildirdiyini demişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı əynində qısa qol köynəyinin olduğunu qeyd etsə də, nədənsə ifadəsi ittihamın əsasını təşkil edən Şahid1 hadisə vaxtı deyil, yalnız bundan bir gün sonra Firəngizin qolunda göyərtinin olduğunu gördüyünü bildirmişdir. Bundan başqa Şahid1 nə ibtidai istintaq zamanı nə də məhkəmə istintaqı zamanı Məsuməxanımın Zərərçəkmiş şəxs qolundan yumruqla vurması ilə bağlı hər hansı bir ifadə işlətməsə də, sonuncu israrla Məsuməxanımın onun qollarından yumruqla vurduğunu və nəticədə qolunun göyərdiyini bildirmişdir. Həmçinin Şahid1 məhkəmə istintaqı zamanı dəfələrlə Təqsirləndirilən şəxs boz rəngli avtomobilə əyləşərək çıxıb getdiyini demişdir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Şahid1 məhkəmə istintaqı zamanı öz ifadəsində Şahid3 ona aşağıdakı məzmunda ifadə işlətdiyini yəni “Famil Firəngizi vurdu, içəri saldı ki, bu səni də tutdurmaq istəyir” qeyd etmişdir. Lakin Şahid3 yalnız səs-küy eşitdiyini, Zərərçəkmiş şəxs saçının dağınıq olduğunu, heç bir dava-dalaş görmədiyini, yaşlı bir qadının taksiyə oturub getdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs Şahid3 düz danışdığını, artıq o gələndə hadisənin sona çatdığını bildirmişdir. Cinayət işi materiallarından görünür ki (i.v. 40-41) Zərərçəkmiş şəxs öz izahatında hadisə yerinə Günəş və Əlinin gəldiyini qeyd etmişdir. Məhkəmə bu hissəyə münasibətdə bildirir ki, bütün məhkəmə istintaqı dövründə zərərçəkmiş Zərərçəkmiş şəxs hadisəni Şahid1 gördüyünü bildirmişdir. Şahid1 isə öz izahatında bütün hadisəni yəni Məsuməxanımın Firəngizi vurmasını Şahid3 gördüyünü öz gözü ilə gördüyünü bildirsə də, Şahid3 heç bir mübahisəni görmədiyini, yalnız səs-küy eşitdiyini qeyd etmişdir. Cinayət işi materiallarından görünür ki, (i.v. 22) Şahid3 12 aprel 2023-cü il tarixli ilkin izahatında da Zərərçəkmiş şəxs evinə çatmamış səs-küy eşitdiyini, ora çatdıqda mübahisənin başa çatdığını və həmin qadının yaxınlıqda olan maşına əyləşib getdiyini gördüyünü bildirmişdir. Göründüyü kimi Şahid3 ilkin araşdırma zamanı izahat vermiş, sonuncu müdafiə tərəfinin vəsatəti əsasında məhz şahid qismində məhkəmə iclasında ifadəsi alınmışdır. Şahid3 ilkin araşdırma zamanı vermiş olduğu izahatı ilə məhkəmə istintaqındakı ifadəsi ilə tam olaraq eyni məzmunlu ifadə vermişdir, izahat və ifadələri arasında hər hansı bir zidiyyət müəyyən edilməmişdir. Məhkəmə Şahid3 ifadəsini inandırıcı hesab edir, sonuncu hər hansı bir təsir altında olmamışdır. Məhkəmə Şahid1 ifadəsini hadisənin cərəyan etmə mexanizmini şəxsən görməyən Şahid3 sözlərindən götürüldüyünü və təhrif olunmuş formada təqdim edildiyini nəzərə alaraq hesab edir ki, Şahid1 bu məzmunda ifadəsi Təqsirləndirilən şəxs təqsirli hesab edilməsi üçün ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, CPM-nin 126.3-cü maddəsinə görə şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə istintaqı zamanı yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs və Şahid2 hadisə baş verdikdən sonra şahidlər Şahid4, Orxan Mehbalıyev və Şahid7 gəldikləri taksiyə əyləşərək getdiyini bildirsə də, ibtidai istintaq orqanı tərəfindən şahid qismində dindirilmiş Şahid1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı israrla Təqsirləndirilən şəxs hadisədən dərhal sonra boz rəngli avtomobilə əyləşərək oradan uzaqlaşdığını bildirmişdir. Bundan başqa ilkin araşdırma zamanı izahatı alınmış Şahid3 da, həm ilkin izahatında həm də məhkəmə istintaqı zamanı hadisədən dərhal sonra Təqsirləndirilən şəxs hadisə yerində dayanmış “Opel” markalı avtomobilə əyləşərək oradan uzaqlaşdığını gördüyünü bildirmişdir. Bundan başqa məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 və Orxan Mehbalıyev də orada olduqları müddət ərzində Təqsirləndirilən şəxs heç kəsə əl qaldırmadığını, orada heç bir davanın baş vermədiyini bildirərək, sonda iş yoldaşları və Məsuməxanım ilə birlikdə gəldikləri taksi ilə geri qayıtdıqlarını bildirmişdir. Qeyd etmək lazımdır ki, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş taksi sürücüsü Şahid5 da öz ifadəsində hadisə vaxtı orada olduğunu, cərəyan edən prosesləri öz gözləri ilə gördüyünü, orada olduğu müddət ərzində Məsuməxanımın heç kimə nə əl qaldırdığını, nə də başqa nəsə etdiyini görmədiyini bildirmişdir. O, əlavə olaraq məhkəmə iclasında aşağıdakı məzmunda “Adamın üstündə Allah var, yalan danışsa Allah onun başının üstündən vurar, o, gördüyünü danışır, kiminsə babalını yuya bilməz, Məsuməxanım kiməsə çırtma belə vurmamışdır” deyə ifadə vermişdir. Lakin geri qayıdarkən Məsuməxanımın onunla birlikdə qayıdıb-qayıtmadığını xatırlamadığını bildirmişdir. Həmçinin müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş digər Şahid7 də öz ifadəsində həmin ünvanda olan zaman dava-dalaş görmədiyini bildirmiş, ölçmə işləri aparıla bilinmədiyi üçün gəldikləri taksi ilə geri qayıtdıqlarını, lakin qayıdarkən Təqsirləndirilən şəxs da onlarla birlikdə geri qayıdıb-qayıtmadığını dəqiq xatırlamadığını qeyd etmişdir. Belə olduğu təqdirdə, zərərçəkmiş şəxsin ifadəsinin etibarlı olmadığı da nəzərə alınaraq, iş materiallarında olan məhkəmə tibb ekspertizasının zərərçəkmiş Zərərçəkmiş şəxs barədə verdiyi 289 saylı, xx.xx.2023-cü il tarixli rəyində göstərilən xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi təsdiq edilmir, eyni zamanda bu xəsarətlərin sonuncu tərəfindən törədilməsini təsdiq edə biləcək digər mötəbər sübutlar yoxdur, bu səbəbdən həmin rəydə göstərilən xəsarətlərin zərərçəkmiş şəxsə yetirilməsində təqsirləndirilən şəxsin təqsiri təsdiq edilmir. Həmin rəy yalnız rəydə sadalanan xəsarətləri təqsirli olaraq yetirən şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi götürülə bilər. Bununla da qeyd edilənlərə əsasən həmin xəsarətlərin ittiham aktında göstərilən vaxtda, yerdə və şəraitdə məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi öz təsdiqini tapmır. Beləliklə xəsarətlərin ittiham aktında göstərilən şəraitdə, yəni zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində verilmiş ittiham üzrə digər sübutlar ibtidai istintaq orqanı tərəfindən toplanılmamış, buna baxmayaraq müdafiə tərəfinin vəsatətləri əsasında sübut qismində qəbul edilmiş şahid ifadələri və digər sübutlarla həmin ittiham əksinə öz təsdiqini tapmamış və tam olaraq təkzib edilmişdir. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Məhkəmə İibtidai istintaq orqanı tərəfindən bu iş üzrə hadisənin şahidi olan Şahid1 Adbulla qızının, X8 və zərərçəkmiş şəxsin özünün də daxil olmaqla həm ilkin ifadələri, həm də sonrakı ifadələri arasında kəskin və əhəməiyyətli ziddiyətlərin olmasını əsas gətirərək hesab edir ki, qeyd olunanlar Təqsirləndirilən şəxsın təqsirli bilinməsi üçün ittihamın əsası hesab edilən sübutlar kimi qəbul edilə bilməz. Əksinə müdafiə tərəfinin vəsatətləri ilə dindirilmiş şahidlərin biri-biri ilə uzlaşan ifadələri (orada olduqları müddətdə Təqsirləndirilən şəxsın Zərərçəkmiş şəxs ilə dalaşmadığını, vurmadığını, xəsarət yetirmədiyini, sadəcə aralarında söz mübahisəsinin olduğunu daha sonra birlikdə çıxıb getmələri) təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq edən sübutlardır. Lakin müstəntiq ibtidai istintaq apararkən nədənsə prinsipiallıq nümayiş etdirmədən, hadəsəni görən şahidlərin tam əhatə dairəsini müəyyən etmədən, həqiqətə nail olmağa çalışmadan cinayət işinin istintaqını tez tələsik yekunlaşdıraraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə məhkəməyə vermişdir. Göründüyü kimi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən, hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Qiymətləndirmə zamanı məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi vacib bilir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Məhkəmə gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X9rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olmasını təsdiq edən sübutlar kifayət qədər olmadığından, ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olması sübuta yetirilmir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübuta yetirilmir və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən CM-nin 128-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxsna onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 50 (əlli) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar