Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-570/2021 03.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 155A-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 74, mənzil 52-də yerləşən qaynatası Zərərçəkmiş şəxs oölunun yaşadığı evə gələrək orada həyat yoldaşı Şahid3 onunla birgə öz yaşadıqları evlərinə qayıtmasının söyləyən zaman sonuncu ilə sözlə mübahisə etmiş və səs küyə gələn qaynatası Zərərçəkmiş şəxs ona evdən çıxıb getməsini söyləməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun üz nahiyyəsinə yumruqla qəsdən bir dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid sol gözətrafı nahiyyənin göz qapaqlarını tutan qançırı, hemotoması, gözün ağlı qişasının qansızmasından ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o, 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş və hal-hazırda Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 35/14, mənzil 3-də ailəsi ilə birlikdə yaşayır. Şahid3 ilə 2015-ci il tarixdən ailə həyatı qurmuş və 1 azyaşlı övladları vardır. Əvvəllər məhkum olmamışdır. Zərərçəkmiş şəxs onun qaynatasıdır. Əvvəllər onunla heç bir ədavəti olmamışdır. 2021-ci ilin aprel ayında yoldaşı Lalə ilə aralarında sözlə mübahisə olduğuna görə o uşağını da götürüb atası İlqarın yaşadığı evə getmişdir. Dəfələrlə gedib yoldaşı Laləni evə gətirmək istəsə də o evə gəlməkdən imtina etmişdir. Sonuncu dəfə 07 may 2021-ci il tarixdə saat 23 radələrində qardaşı Məmmədlə birlikdə yoldaşı Laləni evə gətirmək üçün onun atası İlqarın evinə getmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisi ev 74, mənzil 51-ə gəlmiş və İlqarın qapısını döyərək yoldaşı Lalə ilə danışmaq istədiyini ona söyləmiş, bu zaman İlqar onu qardaşı Məmmədlə birlikdə evə dəvət etmişdir. Evdə Laləyə onunla birgə getməsini xahiş etdikdən sonra Lalə onunla gəlməkdən imtina etdiyinə görə sözlə mübahisə etməyə başlamışlar, həmin vaxt səsə qaynatası İlqar gəlmiş və onun üzərinə ucadan qışqıraraq evdən çıxmasını söyləmiş, bundan əsəbləşib qaynatası İlqarın üz nahiyyəsinə bir dəfə yumruqla zərbə endirmiş, zərbənin təsirindən İlqar yerə yıxılmış, yanında olan qardaşı Məmməd daha sonra onu oradan aparmışdır. Hadisə zamanı evdə yoldaşı Lalə, qaynı Murad, qaynanası İlhamə, qardaşı Məmməd olmuş, İlqara əsəbiləşib onun üz nahiyyəsinə 1 dəfə yumruqla zərbə endirmiş, hadisə 1-2 dəqiqə davam etmiş, hadisə qaynatası İlqarın yaşadığı evdə baş vermişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs Səyyad oğlu onun qızı Lalənin əridir, belə ki, Tural və Lalə 2015-ci ildə ailə qurmuş və birgə nigahlarından bir uşaqları olmuşdur. Tural ilə qızı Lalənin münasibətləri pisləşdiyindən Lalə bir aya yaxındır ki, nəvələri ilə birlikdə onun yaşadığı evə köçərək Turalla boşanmaq qərarına gəlmişdir. Buna baxmayaraq, Tural Lalədən əl çəkmir, hər gün onların həyətinə gəlib oralarda hərlənir. 07 may 2021-ci il tarixdə, saat təxminən 23 radələrində o, ailə üzvləri ilə birlikdə evlərində olarkən qapı döyülmüş və o qapını açdıqda görmüşdür ki, Tural qardaşı Məmmədlə onun mənzilinin qarşısındadır. O, qapını açdıqda Tural içəriyə daxil olaraq uşağını aparmağa gəldiyini bildirmişdir. O, Turaldan çıxıb getməsini tələb etmiş, həmçinin qızı Lalə də bir daha Turalla yaşamayacağını və heç yerə getməyəcəyini, boşanacağını bildirmişdir. O, isə Turaldan tələb etmişdir ki, mənzilindən çıxıb getsin. Həmin vaxt Məmməd də Turala təklif etmişdir ki, çıxıb getsinlər. O, bu zaman gözləmədiyi halda Tural yumruq zərbəsi ilə onun sifət nahiyyəsindən vurmuş və ikinci dəfə vurmaq istəyərkən qardaşı Məmməd Turalı birtəhər mənzildən çıxarıb aparmışdır. Oğlu Murad isə baş vermiş hadisə ilə əlaqədar DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İstinaq zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid1 və X3 qeyd olunmuş hadisə ilə bağlı Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan 500 saylı, 16.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol gözətrafı nahiyyənin göz qapaqlarını tutan qançırı, hematoması. Gözün ağlı qişasına qansızma. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən bir günə qədər olmaqla 07.05.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (i.v 21-23) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 30.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 48) İş materiallarında olan 15.07.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 15.07.2021-ci il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhəri ərazisində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir.(i.v 51) İş materiallarında olan 17.07.2021-ci il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 82-83) İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X2 27.08.2016-cı ildə doğulmuşdur.(i.v 85) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 87) İş materiallarında olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Şuşa istiqamətində 27.09.2020-09.11.2020-ci il tarixədək gedən döyüşlərdə iştirak etmişdir.(i.v 88) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə məhkəməyədək sadələşdirilmiş icraat məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 (səkkiz) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qşrx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 48 (qşrx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-570/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-570/2021
03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver