Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-570/2025 11.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs , istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 15,716 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 15.30 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Məmməd Araz küçəsində saxlanılaraq, üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 15,716 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş itiham üzrə özünü təqsirli bilmir, saxlanıldığı gün evdə olmuş, həmin vaxt evdə heç kim olmamış, anası qapını bağlayıb getmişdiir. 5 dəqiqə keçmişdi ki, gördü qapı döyülür. Soruşdum kimsiz, dedilər polis işçisiyik, qapını aç. Demişdir ki, , evdə keç kim yoxdur. Anasına zəng edib vəziyyəti izah etmişdir. Anası demişdir ki, qapını açma gəlirəm. Sonra yan qonşudan girdilər, pəncərəni sındırdılar, içəri girib onu döyüdlər, onu aparmışlar. Döyülməyini təsdiq edən şəkillər də var, gətirəcəm. Evi dağıtmaqlarını və s, anası telefonla çəkib. Telefonda həmin tarixlər göstərilir, fləşkarta köçürüb gətirib göstərə bilər. Onu 4-cü polis bölməsinə apardılar orda da 6-7 nəfər onu döymüşdür. Onlara dedim ki mənimlə nə düşmənçiliyiniz var, dedilər ki, yuxarıdan siyahı gəlib, kimlərin əvvəl azadlığın məhdudlaşdırılması cəzası olubsa, hamını götürüb aparırıq. Birinci 400-500 qram gətirdilər, qəbul etmədim, sonra məni msy-yə apardılar. MSY-də müstəntiq gələn zaman bildirdim ki, prokurorluğa məlumat verin, məni döyüblər. Məni yuxarı qaldırdılar, 5 dəqiqə sonra prokurorluqdan başqa hamı gəldi, 4-cü pb-nin rəisi, əməliyyatçılar gəldi. Dedilər ki, narahat olma, məhkəmədən xahiş eləyəcəyik, azadlığın məhdudlaşdırılması cəzasını artıracaqlar. 4-cü pb-nin rəisi dedi ki, səni ən azı 10 kiloqram ilə yükləyərəm, mən də sakit dayandım, məhkəməyə qədər gözlədim, ona qədər dedim ki, boynuma alacam. Özü narkotik vasitələrdən istifadə edir.Əvvəllər həftədə iki dəfə metamfetamin qəbul etmişdir.Polis əməkdaşları onun qarşısına seçib qoyub narkotikanı boynuna götürməsini tələb etmişlər. Əgər narkotiki boynuna götürməsə 10 kq ilə yükləyəcəklərini bildirmişdlər. Lakin, polis əməkdaşlarının qanunsuz əməlləri barədə heç yerə şikayət etməmişdir.İlkin ifadəsini polis əməkdaşlarının təzyiqi ilə vermişdir. Daha sonra Təqsirləndirilən şəxs himayəsində xəstə anasının olduğunu, anasına ondan başqa baxan olmadığını, restoranlarda ofisiant işləyib anasına baxdığını, ailə vəziyyətini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir.X4 törətdiyi cinayət əməlini etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşiman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, narkotik vasitə, psixotrop maddə aludəçisidir. Psixotrop maddələrdən, narkotik vasitələrdən çəkməklə istifadə edir. Narkotik vasitəyə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə, tanımadığı şəxslərdən alıb istifadə edir. Psixi pozuntusu yoxdur, dispanserdə qeydiyyatda deyil. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Köhnə Kotec qəsəbəsi, Məmməd Araz küçəsində tək piyada hərəkət edən zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etdikdən sonra üzərinə videoçəkiliş ilə baxış keçirəcəklərini izah etmişlər, o, etiraz etməmiş, bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmadığını, müsbət halda təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin kütlə nəşə deyilən narkotik vasitə qurudulmuş marixuanadır, həmin bir bükümdə olan kütləni həmin gün səhər radələrində Saray qəsəbəsi ərazisində olan zaman tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 70 manata alıb üstündə saxlamışdır. Sonra həmin kütlə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, sonra isə zərfdə qablaşdırılaraq möhürlənmiş və imzalamışlar. Daha sonra onu müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gətirmişlər. Bölməyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra da videoçəkilişin müşayiəti ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub olmadığı soruşulmuş. O da üzərində qanunla qadağan edilmiş hər hansı bir maddi sübutun olmadığını bildirmişdir. Üzərinə şəxs axtarış keçirilmiş. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərindən aşkar edilmiş içərisində spesifik iyə malik bitki kütləsi olan möhürlənmiş bağlamaya təhqiqatçı tərəfindən baxış keçirilmiş, daha sonra isə videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, şəxsi axtarış keçirilməsi haqqında protokol və DVD disklərdə olan videogörüntülər, götürülmüş maddi sübut, məhkəmə-kimyəvi, məhkəmə-tibbi və məhkəmənarkoloji ekspertizaların rəyləri, əməliyyat tapşırığına verilmiş cavab, ilkin təhqiqat materialları və digər sübütlarla kifayət qədər təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15.30 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Məmməd Araz küçəsində saxlanmış, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmiş. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “ nəşə” deyilən narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bir bükümdə olan kütləni həmin gün səhər radələrində Saray qəsəbəsi ərazisində olan zaman tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 70 manata alıb üstündə saxlamışdır. Sonra həmin kütlə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 16,17 qram olması müəyyən edilmşdir. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gətirmişlər. Daha sonra damüdafiəçinin iştirakı ilə videoçəkilişin müşayiəti ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub olmadığı soruşulmuş. Təqsirləndirilən şəxs da üzərində qanunla qadağan edilmiş hər hansı bir maddi sübutun olmadığını bildirmiş. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxs axtarış keçirilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində spesifik iyə malik bitki kütləsi olan möhürlənmiş bağlamaya təhqiqatçı tərəfindən baxış keçirilmiş, daha sonra isə videoçəkiliş dayandırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki,günorta saatlarında 5-6 nəfər gəlib qonşunun qapını açmaldığını deyib onların həyətindən keçmək istədiklərini bildirmişlər. Həmin şəxslər mülki formada olmuş, polis olduqlarını dedikləri üçün onlara onun həyətindən keçməyə icazə vermişdir. Həmin şəxslər onun həyətindən keçib qapını taxta parçası ilə açıb Orxanı özləri ilə aparmışlar.Hadisənin dəqiq tarixi yadında deyil, həmin şəxslərin Orxanı nə üçün özləri ilə apardıqlarını bilmir. Orxanı qapıdan çıxardıb aparmışlar. Müdafimə tərəfinin vəsatəti ilə şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, evə gələndə polis əməkdaşları ilə rastlaşmışdır. Polislər ona evə girməyə icazə verməmişlər. Polislərin əllərində çubuq olmuşdur. Qonşunun həyətindən girib Orxanı döyüb apardılar. Bu barədə Orxanın anasına zəng edib məlumat vermişdir.Onun tapşırıcı ilə polislər gedəndən sonra evə girib çəkiliş aparmışdır. Ev dağınıq vəziyyətdə olmuşdur. Cinayət işinin 23-cü vərəqəsində olan31 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 65-67-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsindəbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 15.30 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Məmməd Araz küçəsində saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmiş. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “ nəşə” deyilən narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bir bükümdə olan kütləni həmin gün səhər radələrində Saray qəsəbəsi ərazisində olan zaman tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 70 manata alıb üstündə saxlamışdır. Sonra həmin kütlə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 16,17 qram olması müəyyən edilmşdir. Sonra isə zərfdə qablaşdırılaraq möhürlənmiş, imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gətirmişlər. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərtib etdiyi xx.xx.2025-ci il tarixli şəxsi axtarış və təqdim olunan əşyaya baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, bölməyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkiliş ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra da videoçəkilişin müşayiəti ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub olmadığı soruşulmuş. Təqsirləndirilən şəxs da üzərində qanunla qadağan edilmiş hər hansı bir maddi sübutun olmadığını bildirmiş. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxs axtarış keçirilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində spesifik iyə malik bitki kütləsi olan möhürlənmiş bağlamaya təhqiqatçı tərəfindən baxış keçirilmiş, daha sonra isə videoçəkiliş dayandırılmışdır. Cinayət işinin materiallarında olan DVD diskə baxış keçirilməsi barədə protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 15.30 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Məmməd Araz küçəsində saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmiş. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “ nəşə” deyilən narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bir bükümdə olan kütləni həmin gün səhər radələrində Saray qəsəbəsi ərazisində olan zaman tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 70 manata ahb üstündə saxlamışdır. Sonra həmin kütlə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 16,17 qram olması müəyyən edilmşdir. Sonra isə zərfdə qablaşdırılaraq möhürlənmiş, imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gətirmişlər. Bölməyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkiliş ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra da videoçəkilişin müşayiəti ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub olmadığı soruşulmuş. Təqsirləndirilən şəxs da üzərində qanunla qadağan edilmiş hər hansı bir maddi sübutun olmadığını bildirmiş. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxs axtarış keçirilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində spesifik iyə malik bitki kütləsi olan möhürlənmiş bağlamaya təhqiqatçı tərəfindən baxış keçirilmiş, daha sonra isə videoçəkiliş dayandırılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 20\408 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün № 128 ” möhür əksi, “vət.Təqsirləndirilən şəxs təqdim etdiyi büküm; Tərtib etdi: ə\m Qafarov \imza\; təhvil verdi; Təqsirləndirilən şəxs \imza\” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 15,716 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3332 saylı rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Sumqayıt Narkoloji Dispanserində (F15x2) diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 221.1-ci maddəsi ilə 06 ay islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasını çəkib qurtarmışdır. Qazax rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CM-nin 228.4, 62-ci maddələri ilə 400 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə AR CM-nin 47.3-cü maddəsinə əsasən ictimai işlər cəzası 01 ay 03 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Tbilisi şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 177-ci maddənin 2-ci hissəsi “A” yarımbənd.; 3-cü maddənin “Q” yarımbənd.; Gürcüstan Respublikası 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə Tbilisi Apellyasiya məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixli hökmü ilə dəyişdirilmədən saxlanılıb. Təqsirləndirilən şəxs barədə AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmiş, AR CM-nin 170.1, 177.1 -ci maddələri ilə olan ********* nömrəli cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmün surətindən göründüyü kimi, 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş 14 yanvar 2026-cı il tarixli məktubdan görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs «Konstitusiya və Suverenlik ili» münasibətilə Amnistiya haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəndinin təsiri altına düşdüyündən barəsində Amnistiəa tətbiq edilərək qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 20 fevral 2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı müracmiəti əsasında toplanmış materiallar üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1.-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması nəticəsində narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olması barədə etirafedici ifadələr verməsi, onun üzərindən narkotik vasitə aşkar edilməməsi, üzərindən aşkar edilmiş qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələrini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum edilmiş, narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olması barədə etirafedici ifadə verəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyini dəqiq bilmiş, buna baxmayaraq verdiyi ilkin izahatında, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli şəxs verdiyi ifadəsində və təqsirləndirilən şəxs kimi dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək qurudulmuş marixunanın ona məxsus olması barədə etirafedici ifadələr vermiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azadlıqda olmasına baxmayaraq polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə heç bir orqana şikayət etməmiş, ibtidai istintaqda ittiham ona elan edilərkən, iş materialları ilə tanış olarkən narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olmaması barədə heç bir etiraz bildirməmişdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqdakı etirafedici ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən onu sübut kimi qəbul edir. Məhkəmədə özünü təqsirli bilməməsinə dair ifadəsinə isə yuxarıda qeyd əsaslara görə tənqidi yanaşaraq onu sübut kimi qəbul etmir. Məhkəmə həmçinin müdafiə tərəfinin vəsatəti ilə şahid kimi dindirilmiş Təqsirləndirilən şəxs qonşuları- Şahid5 və Şahid4 ifadələrində göstərdikləri- polis əməkdaşlarının qonşunun həyətindən keçib pəncərəni sındıraraq Orxanı döyüb özləri ilə aparmaları barədə ifadələrini təqsirləndilən şəxs Orxan Şəfiynevi müdafi etmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir, işin faktiki hallarına uyğun gəlmədiyindən həmin ifadələri sübut kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq zamanı verdiyi etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxst oğlunun cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, yəni məhkumluğunun olmamasını və cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 31 may 2025-ci il tarixdən 02 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 1 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 04 iyun 2025-ci il tarixli 3332 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 15,696 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 may 2025-ci ildən 02 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin CM-in 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 1 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 15,696 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-570/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-570/2025
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver