Məhkəmə qərarları › İş №1(060)-571/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-571/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-571/2021 07.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 09.07.1997-ci Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 51, mənzil 35-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 02.05.2021-ci il tarixdə saat 06 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, 60 saylı yaşayış binasının qarşısında yerləşən Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi qeyri-yaşayış sahəsi hesab edilən marketin yan tərəf plastik nəfəsliyin şüşəsini daşla sındıraraq içəriyə qanunsuz daxil olub, piştaxtadan 01 ədədi 1 manat 50 qəpik olan 15 manat dəyərində 10 ədəd böyük “Snickers” şokoladı, 01 ədədi 90 qəpik olan 10,80 manat dəyərində 12 ədə kiçik “Snickers” şokoladı, 01 ədədi 02 manat olan 30 manat dəyərində 15 ədəd “Keno” markalı qara nazik siqareti, 01 ədədi 02 manat 24 manat dəyərində 12 ədəd “Keno” markalı qalın siqareti, 01 ədədi 03 manat olan 36 manat dəyərində 12 ədəd “LD” markalı ağ kompakt siqareti, 01 ədədi 03 manat olan 39 manat dəyərində 13 ədəd “LD” markalı qara nazik siqareti, 01 ədədi 03 manat 60 qəpik olan 36 manat dəyərində 10 ədəd “Kent 8” markalı qalın siqareti, 01 ədədi 03 manat 60 qəpik olan 50 manat 40 qəpik dəyərində 14 ədəd “Kent 4” markalı qara nazik siqareti, 01 ədədi 03 manat 60 qəpik olan 32 manat 40 qəpik dəyərində 9 ədəd “Kent 1” markalı qara nazik siqareti, 01 ədədi 03 manat 40 qəpik olan 47 manat 60 qəpik dəyərində 14 ədəd “Vinston” markalı ağ kompakt siqareti, 01 ədədi 02 manat 20 qəpik olan 35 manat 20 qəpik dəyərində 16 ədəd “Vant” markalı nazik boz siqareti, 01 ədədi 02 manat 20 qəpik olan 37 manat 40 qəpik dəyərində 17 ədəd “Vant” markalı nazik qara siqareti, 01 ədədi 03 manat 90 qəpik olan 54 manat 60 qəpik dəyərində olan 14 ədəd “Sobraniye” markalı nazik göy siqareti, 01 ədədi 03 manat 90 qəpik olan 31 manat 20 qəpik dəyərində 8 ədəd “Sobraniye” markalı kompakt ağ siqareti, 01 ədədi 03 manat 40 qəpik olan 30 manat 60 qəpik dəyərində 09 ədəd “Vinston” makalı qara nazik siqareti, 01 ədədi 02 manat 50 qəpik olan 32 manat 50 qəpik dəyərində 13 ədəd “Vinçester” markalı boz nazik siqareti, 01 ədədi 02 manat 50 qəpik olan 30 manat dəyərində 12 ədəd “Vinçester” markalı göy nazik siqareti, 01 ədədi 02 manat 50 qəpik olan 32 manat 50 qəpik dəyərində 13 ədəd “Vinçester” markalı göy kompakt siqareti, 01 ədədi 02 manat olan 26 manat dəyərində 13 ədəd “Maqna” markalı boz nazik siqareti, 01 ədədi 02 manat olan 30 manat dəyərində 15 ədəd “Maqna” markalı ağ nazik siqareti, 01 ədədi 02 manat olan 28 manat dəyərində 14 ədəd “Maqna” markalı göy kompakt siqareti, 01 ədədi 02 manat olan 22 manat dəyərində 11 ədəd “Maqna” markalı boz kompakt siqareti, 01 ədədi 02 manat 50 qəpik olan 35 manat dəyərində 14 ədəd “Palmal” markalı boz nazik siqareti, 01 ədədi 02 manat 50 qəpik olan 32 manat 50 qəpik dəyərində 13 ədəd “Palmal” markalı ağ nazik siqareti, 01 ədədi 02 manat 50 qəpik olan 40 manat dəyərində 16 ədəd “Rotmans” markalı boz siqareti, 01 ədədi 02 manat 60 qəpik olan 31 manat 20 qəpik dəyərində 12 ədəd “Rotmans” markalı göy siqareti, 01 ədədi 02 manat 20 qəpik olan 28 manat 60 qəpik dəyərində 13 ədəd “Klassik” markalı uzun göy siqareti, 01 ədədi 02 manat 20 qəpik olan 24 manat 20 qəpik dəyərində 11 ədəd “Klassik” markalı uzun boz siqareti, 01 ədədi 02 manat 40 qəpik olan 31 manat 20 qəpik dəyərində 13 ədəd “Vest” markalı siqareti, 01 ədədi 02 manat 10 qəpik olan 33 manat 60 qəpik dəyərində olan 16 ədəd “Vikeroy” markalı siqareti, vitrin soyuducusunun kamerasında olan 100 manat nağd və piştaxtanın üzərində olan qutunun içərisindən xırda qəpiklərlə cəmi 120 manat məbləğində pulu gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1187,50 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ilə özünü təqsirli bilərək göstərdi ki, maddi durumu yaxşı olmadığı üçün 02.05.2021-ci il tarixdə oğurluq edib gəlir əldə etmək qərarına gəlmiş, həmin gün təxminən saat 05:30 radələrində yaşadığı evdən çıxıb piyada Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisinə qədər gəlmiş, yol boyu qarşısına çıxan obyektləri nəzərdən keçirib hansından daha rahat oğurluq edə biləcəyini düşünmüşdür. Saat 06 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 60 saylı binanın qarşısındakı adı olmayan ərzaq dükanının qarşısına çatanda işıqlarının sönülü olduğunu görüb düşünmüşdür ki, həmin yer onun oğurluq etməyi üçün daha ideal şəraitdədir. Ətrafı gəzmiş və kimsənin olmamasını dəqiqləşdirmişdir. Dükanın kənarların diqqətlə izləyib kamera çəkilişinin olmamasına əmin olmuşdur. Daha sonra dükanın girişindən sağ tərəfindəki divanın üzərindəki nəfəsliyin şüşəsini yerdən götürdüyü daş parçası ilə qırıb həmin nəfəslikdən içəri daxil olmuşdur. Dükanın daxilindən 2 ədəd göy rəngli sellofan götürüb piştaxtalara qoyulmuş müxtəlif növ siqaret məhsullarını, snikers şokaladlarını sellofana yığmışdır. Daha sonra piştaxtaya qoyulmuş qutunu açmışdır. Həmin qutunun içərisində xeyli 5 və 10 qəpiklik pul əskinasları olmuşdur. Pulları dükandan götürdüyü digər balaca şəffaf sellofana yığmışdır. Daha sonra oğurladığı əmlakla birgə dükana daxil olduğu yerdən çıxmışdır. Törətdiyi oğurluq hadisəsi barədə kimsəyə məlumat verməmiş və tək törətmişdir. Oğurluq hadisəsi törətdiyi zaman onu kimsə görməmişdir. Hadisə yerindən birbaşa Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən 22 saylı binaya gedib həmin binanın damına qalxmışdır. Oğurladığı əşyaları damda gizlədib yenidən həyətə çıxmış, havanın işıqlanmasını gözləmişdir. Həmin gün saat 08 radələrində oğurladığı əmlakı götürüb 21-ci mikrorayonda yerləşən adını bilmədiyi avtosalondan təxminən 100 metr məsafədə yerləşən Elmar adlı şəxsin işlətdiyi dükana getmişdir. Həmin siqareti və snikersləri Aysel adlı qadına 120 manata satmış, yalnız siqaretlərdən 5 qutu Pall Mall, 5 qutu Argo markalı siqaretləri özünün istifadəsi üçün ayırıb götürmüşdür. Aysel ona ümumi olaraq 120 manat pul vermişdir. Aldığı 120 manat pulu və dükandan oğurladığı sonradan sayıb umumi məbləğinin 20 manatlıq qəpik pulun hamısını maddi tələbatlarından ötrü xərcləmişdir. Oğurladığı siqaret qutularının ümumi sayını dəqiq olaraq bilməmişdir. Onlar Keno, LD, Kent, Whinston, Want, Sobranie, Whinchester, Magna, Pal Mall, Rothmons, Claccik, West və Arqo markalardan, snikers şokaladı təxminən 4-5 ədəd, pul ümumi olaraq 20 manatdan ibarət olmuşdur. Dükandan başqa heç nə oğurlamamışdır. Oğurluq hadisəsi törədərkən və ya oğurladığı əmlakı satarkən ona kömək edən olmamış, bu barədə heç kimə məlumat verməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, ailə vəziyyəti ağırdır. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 5 aya yaxındır ki, Sumqayıt şəhəri 17-ci mikrorayon 60 saylı yaşayış binasının qarşısında yerləşən marketi icarəyə götürüb işlədir. Hər gün marketi səhər saat 07:30 radələrində açır və axşam saat 21:50 radələrində bağlayır. 01.05.2021-ci il tarixdə saat 07:30 radələrində həmişə olduğu kimi o marketi gəlib açmış və həmin gün saat 21:50 radələrində o marketin qapı və pəncərələrini bağlayaraq, onun daxilindəki və çöldə olan işıqları yandırıb yaşadığı evə getmişdir. 02.05.2021-ci il tarixdə saat 07:30 radələrində o marketə yaxınlaşıb onu açmaq istədikdə kənardan marketin işıqlarının yanmadığını görmüşdür. Dərhal marketə yaxınlaşmış və qapısını açaraq içəriyə daxil olmuşdur. Həmin vaxt marketin içərisində olan siqaret məhsulları olan piştaxtanın tamamilə boş olduğunu aşkar edib, başa düşmüşdür ki, marketdən oğurluq olubdur. Bir qədər ətrafa göz gəzdirmiş və bəzi şirniyyat məhsulların da yerində olmadığını müəyyən etmişdir. Marketin yan tərəf plastik materialdan olan nəfəsliyinin şüşəsinin sınıq olduğunu, qırıntıların da yerdə olduğunu görmüşdür. Daha sonra o baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində marketdən ona məxsus, özünün aldığı 01 ədədi 1 manat 50 qəpik olan, 15 manat dəyərində 10 ədəd «Snikers» böyük şokolad, 01 ədədi 90 qəpik olan 10,80 manat dəyərində 12 ədəd «Snikers» kiçik şokolad,01 ədədi 02 manat olan 30 manat dəyərində 15 ədəd «Keno» markalı qara nazik siqaret;01 ədədi 02 manat olan 24 manat dəyərində 12 ədəd «Keno» markalı qalın siqaret;01 ədədi 03 manat olan 36 manat dəyərində 12 ədəd «LD» markalı ağ kompakt siqaret;01 ədədi 03 manat olan 39 manat dəyərində 13 ədəd «LD» markalı qara nazik siqaret;01 ədədi 03 manat 70 qəpik olan 37 manat dəyərində 10 ədəd «Kent 8» markalı qalın siqaret;01 ədədi 03 manat 70 qəpik olan 51 manat 80 qəpik dəyərində 14 ədəd «Kent 4» markalı qara nazik siqaret;01 ədədi 03 manat 70 qəpik olan 33 manat 30 qəpik dəyərində 9 ədəd «Kent 1» markalı qara nazik siqaret;01 ədədi 03 manat 50 qəpik olan 49 manat dəyərində 14 ədəd «Vinston» markalı ağ kompakt siqaret;01 ədədi 02 manat 20 qəpik olan 35 manat 20 qəpik dəyərində 16 ədəd «Vant» markalı nazik boz siqaret;01 ədədi 02 manat 20 qəpik olan 37 manat 40 qəpik dəyərində 17 ədəd «Vant» markalı nazik qara siqaret;01 ədədi 03 manat 90 qəpik olan 54 manat 60 qəpik dəyərində 14 ədəd «Sobraniye» markalı nazik göy siqaret;01 ədədi 03 manat 90 qəpik olan 31 manat 20 qəpik dəyərində 08 ədəd «Sobraniye» markalı kompakt ağ siqaret;01 ədədi 03 manat 50 qəpik olan 31 manat 50 qəpik dəyərində 09 ədəd «Vinston» markalı qara nazik siqaret;01 ədədi 02 manat 60 qəpik olan 33 manat 80 qəpik dəyərində 13 ədəd «Vinçester» markalı boz nazik siqaret;01 ədədi 02 manat 60 qəpik olan 31 manat 20 qəpik dəyərində 12 ədəd «Vinçester» markalı göy nazik siqaret;01 ədədi 02 manat 60 qəpik olan 33 manat 80 qəpik dəyərində 13 ədəd «Vinçester» markalı göy kompakt siqaret;01 ədədi 02 manat 10 qəpik olan 27 manat 30 qəpik dəyərində 13 ədəd «Maqna» markalı boz nazik siqaret;01 ədədi 02 manat 10 qəpik olan 31 manat 50 qəpik dəyərində 15 ədəd «Maqna» markalı ağ nazik siqaret;01 ədədi 02 manat 10 qəpik olan 29 manat 40 qəpik dəyərində 14 ədəd «Maqna» markalı göy kompakt siqaret;01 ədədi 02 manat 10 qəpik olan 23 manat 10 qəpik dəyərində 11 ədəd «Maqna» markalı boz kompakt siqaret;01 ədədi 02 manat 60 qəpik olan 36 manat 40 qəpik dəyərində 14 ədəd «Palmal» markalı boz nazik siqaret;01 ədədi 02 manat 60 qəpik olan 33 manat 80 qəpik dəyərində 13 ədəd «Palmal» markalı ağ nazik siqaret;01 ədədi 02 manat 60 qəpik olan 41 manat 60 qəpik dəyərində 16 ədəd «Rotmans» markalı boz siqaret;01 ədədi 02 manat 60 qəpik olan 31 manat 20 qəpik dəyərində 12 ədəd «Rotmans» markalı göy siqaret;01 ədədi 02 manat 20 qəpik olan 28 manat 60 qəpik dəyərində 13 ədəd «Klassik» markalı uzun göy siqaret;01 ədədi 02 manat 20 qəpik olan 24 manat 20 qəpik dəyərində 11 ədəd «Klassik» markalı uzun boz siqaret;01 ədədi 02 manat 40 qəpik olan olan 31 manat 20 qəpik dəyərində 13 ədəd «Vest» markalı siqaret;01 ədədi 02 manat 10 qəpik olan olan 23 manat 10 qəpik dəyərində 16 ədəd «Vikeroy» markalı siqaret və ona məxsus marketdə vitrin soyuducusunun kamerasında olan 100 manat nağd pul və piştaxtanın üzərində olan qutunun içərisində xırda qəpiklərlə ümumilikdə 120 manat pul oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1229 manat 80 qəpik məbləğində maddi ziyan vurulmuşdur. İlkin izahatında o düzgün hesablama aparmadığı üçün ona vurulmuş ziyanın məbləğini səhvən 1284 manat 40 qəpik kimi göstərmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsini xahiş edir. Şahid ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayından hal-hazıradək yaşadığı evə bitişik icarəyə mağaza götürüb işlədirlər. Həmin mağazanı özü işlədir. Hər gün səhər saat 08-də mağazanı əri Elmar Nəsibov açır, daha sonra saat 08:20 radələrində o mağazaya gedib mağazanı ondan təhvil alır. 02.05.2021-ci il tarixdə, saat 08 radələrində də həmişə olduğu kimi əri Elmar mağazanı açıb ona təhvil veridikdən sonra saat 08:20 radədərinə Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən «Binə» və «Sədərək» Ticarət Mərkəzinə getmişdir ki, oradan 11 aylıq oğluna paltar alsın. Həmin gün günorta saatlarında o işdə olarkən bir nəfər oğlan mağazaya daxil 01 ədəd sellofan torbada müxtəlif adda siqaretləri ona göstərib onları satdığını demiş, o ondan sqaretlərin hamısını neçəyə satdığını soruşduqda, onların hamısını 120 manata satdığın demişdir. O da ondan heç nə soruşmadan həmin siqaretləri 120 manata almışdır. Həmin oğlan işlədiyi dükanda ona siqaretləri satıb çıxıb gedərkən görmüşdür ki, çöldə onu başqa 2 nəfər də gözləyir, o onlara qoşularaq çıxıb getmişdir. O da həmin siqaretləri satmaq üçün piştaxtaya yerləşdirmişdir. Həmin gün saat 23 radələrində əri Elmar yanına gəlmiş və onlar dükanı bağlayıb çıxıb evə getmişlər. Sumqayıt ŞPİ-nin 1-ci PB-də olarkən onlara məlum olmuşdur ki, həmin siqaretlər oğurluq olmuşdur. O həmin siqaretləri oğlandan alarkən onların oğurluq olduğunu bilməmiş, ondan buna görə hər hansı bir sənəd də tələb etməmiş, ucuz olduğu üçün siqaretləri ondan almışdır. Təqsirləndirilən şəxs soyadlı şəxs əri Elmara deyil, 02.05.2021-ci il tarixdə günorta saatlarında həmin siqaretləri ona satmışdır. Həmin siqaretlər də ancaq 01 sellofan torbada olmuşdur. Bunu mağazada quraşdırılmış videkamerada olan videogörüntülər də sübut edir. Siqaretləri ondan 200 manata deyil, 120 manata almışdır. Həmin oğlan ona siqaretləri satarkən demişdir ki, ucuz qiymətə başqa mallar da olacaq gətirib ona satacaq. O da ona demişdir ki, əgər xırdavat malları varsa gətirsin. Həmin şəxsi tanımamış, əvvəllər heç vaxt görməmiş, onu ilk dəfə elə 02.05.2021-ci il tarixdə dükanına gələrkən görmüşdür. İş materiallarında olan 02.05.2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış obyekti Sumqayıt şəhəri, 17-ci mikrorayon, 60 saylı binanın qarşısında yerləşən marketdir. Baxış açıq və qapalı hava şəraitində gündüz vaxtı keçirilmişdir. Baxış zamanı marketin yan tərəf plastik nəfəsliyinin şüşəsinin sındırılması və marketin piştaxtasından müxtəlif növ siqaret və şirniyyat məhsullarının oğurlanması aşkar olunmuşdur. Baxış zamanı inspektor kriminalist tərəfindən hadisə yerinin müayinəsi zamanı təhqiqata yararlı olan əl-barmaq izləri götürülərək qablaşdırılmış və tədqiq olunması üçün DİN-nin Kriminalsitik Tədqiqatlar İdarəsinə göndərilmişdir.(i.v 11) İş materiallarında olan 28.06.2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02.05.2021-ci il tarixdə saat 13:36-da Şahid yaşadığı Sumqayıt şəhəri, 52-ci məhəllə, bağlar massivi fərdi evə bitişik icarəyə götürüb işlətdiyi mağazadadır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi marketdən oğurladığı 01 ədəd sellofan torbada olan siqaretləri Şahid satdıqdan sonra sonuncu ona pul vermişdir.(i.v 50-51) Məhkəmə iclasında da həmin CD diskdəki görüntülər nümayiş olunmuş və Təqsirləndirilən şəxs oğurladığı malları Şahid satması öz təsdiqini tapmışdır. İş materiallarında olan 25.07.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid istintaqa təqdim etdiyi 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır.(i.v 71-78) İş materiallarında olan 22.06.2021-ci il tarixli 9/3442 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 30 adda malların 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 967,50 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.(i.v 60-61) İş materiallarında olan 11 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin ərazidə yaşadığı müddətdə yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 64) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 24.07.2021-ci il tarixli tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin 18.06.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-nin 69.3cü maddəsinə əsasən azadlığın mhədudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 02 gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v 65-70) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-93/2021 saylı, 12.08.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 18.06.2020-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 07 ay 08 günü Azərbaycan Respublikası CMnin 52-1.5-ci maddəsinə əsasən 3 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə zalından həbs olunmuş, cəzanın əvvəli 12.08.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 26.07.2021-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v 102-103) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ilə düzgün tövsif olunmuş, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 18.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə edilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilmişdir ki, ......CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmalı və o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin edilən cəzaya Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-93/2021 saylı, 12.08.2021-ci il tarixli qərarına əsasən (Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 18.06.2020-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 07 ay 08 günü Azərbaycan Respublikası CMnin 52-1.5-ci maddəsinə əsasən 3 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir) təyin edilmiş cəzanın çəkilməmiş hissəsi birləşdirilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki idia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin edilən cəza Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-93/2021 saylı, 12.08.2021-ci il tarixli qərarı ilə təyin olunmuş 3 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrumetmə növündə qəti cəza təyin edilsin. Cəzanın əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar