Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-571/2022 22.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Laçın şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1410/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Penitensiar Xidmətin 13 saylı CÇM-də cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs sosial müavinət kartı düzəldəcəyi adı ilə xx.xx.2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 1200 (bir min iki yüz) manat, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində 600 (altı yüz) manat olmaqla ümumilikdə 1800 (bir min səkkiz yüz) manat pulunu etibardan sui-istifadə etməklə və aldatmaqla ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə tanıdığı Zərərçəkmiş şəxs Bakı şəhəri ərazisində yerləşən yeni tikilmiş “MİDA” sosial evlərdə 17 mənzilin təmirinin Zərərçəkmiş şəxs həvalə ediləcəyi, həmin evlərdə işləyəcək fəhlənin adının qeydiyyatdan keçirilməsi, rəsmi maaş kartının düzəldilməsi, iş üçün tibbi sığorta kartının düzəldilməsi, həmçinin, təmir olunacaq mənzillərə materialların gətirilməsi adı ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən “Maşın bazarı”nın yaxınlığında 2500 (iki min beş yüz) manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsi ərazisində 1000 (bir min) manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “ASAN” xidmətin yanında 2000 (iki min) manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Qlobus” otelin 8-ci mərtəbəsində 900 (doqquz yüz) manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində olan “ASAN” xidmətin yaxınlığında 2000 (iki min) manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Adana” kafesinin yaxınığında 2200 (iki min iki yüz) manat ümumilikdə 10600 (on min altı yüz) manat pulunu etibardan sui-istifadə etməklə və aldatmaqla ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı xeyli miqdarda təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində yeni tikilmiş “MİDA” sosial mənzillərdən 3 otaqlı mənzil növbəsinə durmaq adı ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “ASAN” xidmətin yaxınlığında 1000 (bir min) manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “ASAN” xidmətin yaxınlığında 1400 (bir min dörd yüz) manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Sultan” şadlıq sarayının yanında 2000 (iki min) manat olmaqla, ümumilikdə 4400 (dörd min dörd yüz) manat pulunu etibardan sui-istifadə etməklə və aldatmaqla ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi evini təmir edərkən tanımışdır. Bu tanışlıqdan sonra aralarında yaxın dostluq münasibətləri yaranmışdır. Dəqiq tarixini xatırlamır, Anar ondan sosial müavinət düzəldilməsini xahiş etmiş, buna görə ona hörmət də edəcəyini demişdir. O da özünü Zərərçəkmiş şəxs Yasamal rayonu İcra Hakimiyyətinin işçisi kimi təqdim etmişdir. 01 fevral 2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs zəng edərək, ətrafında olan hər kəsə köməklik göstərdiyini, təkcə sonuncunun qaldığını bildirmiş, onun adına sosial müavinət kartı düzəldəcəyini və aylıq 375 (üç yüz yetmiş beş) manat pul alacağını bildirib bu işin görülməsi üçün ona təcili olaraq 1200 (bir min iki yüz) manat pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs adına avtomobilin və başqa əmlakların olduğunu bildirmiş, o da narahat olmamağını, hər bir işin əlində altında olduğunu demişdir. Anar onun dediyi sözə inanmış, həmin günü sonuncu onun Mehdiabad qəsəbəsində olan evinə gəlmiş, onlar evin yaxınlığında görüşmüşlər. Biraz söhbətləşdikdən sonra Zərərçəkmiş şəxs ona 1200 manat pulu əlbəəl verib getmişdir. xx.xx.2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs onun evində təmirdə olan zaman ikinci sosial müavinət kartının da düzələ biləcəyini bildirib Anardan əlavə 1200 manat pul istəmişdir. Anar pulunun az olduğunu, yəni, 600 manatının olduğunu demişdir. O isə Anara 600 manatı gətirməyini, qalan 600 manatı isə özünün qoyacağını yalandan bildirmiş, pulu aldıqdan sonra geri istəyəcəyini demiş, sonuncu da razılaşmışdır. Zərərçəkmiş şəxs evinə gedib 600 manat pul götürüb, Mehdiabada qayıdaraq yaşadığı evdə ona bu məqsədlə 600 manat pul vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Anar ondan kartları nə vaxt götürəcəyini soruşduqda o, Anara 28 günə “Kapital Bank”dan götürəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ona bir neçə gün sonra zəng edərək kartın gəlmədiyini bildirmiş, o isə Anara narahat olmamasını, yalandan özünündə nə üçün gecikdiyini bilmədiyini demişdir. Telefon danışığı zamanı o, Anara Bakı şəhəri, Yasamal rayonu ərazisində “MİDA” sosial mənzillərinin təmiri ilə bağlı tender keçirildiyini, həmin tenderi udduğu zaman hər şeyin qaydasına düşəcəyini bildirmiş, bununla bağlı Anan xəbərdar edəcəyini demişdir. Təxminən 2-3 saat sonra o, Anarla əlaqə saxlayaraq yalandan tenderi udduğunu, Anarın adını briqadir kimi yazacağını, aylıq 1500 manat maaş alacağını, həmin binalarda 17 mənzilinin təmirinin Anara həvalə edəcəyini bildirmiş, buna görə 5000 manat pul lazım olduğunu, Anara 2500 manat gətirməyini, 2500 manat pulu isə özündən qoyacağını yalandan demişdir. Anar onunla razılaşmış və həmin günü Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən “Maşın Bazarı”nın yanında ona 2500 manat pul vermişdir. O, Anara təkrar olaraq MİDA sosial binalarının tikilməsi üçün nəzarət işlərinin ona həvalə edildiyini, həmin binaların 17 mənzilinin təmirinin ona həvalə edəcəyini deyib, bunun üçün hər mənzilə görə Anara 3100 manat məbləğində, ümumilikdə 52700 manat pulun ayrıldığını yalandan bildirmişdir. Pulu aldıqdan sonra o, Zərərçəkmiş şəxs çağıranda gəlib işə başlamasını demişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. 2021-ci ilin mart ayının 19-da o, Anarın istifadəsində olan mobil nömrəyə zəng edərək yalandan yerinə qoyduğu 2500 manat puldan 1000 manatını istəmişdir. Anar ondan nə üçün pulu istədikdə bayramla əlaqədar bankdan pul çıxara bilmədiyini əsas kimi qeyd etmişdir. Anar da həmin gün yəni 2021-ci ilin mart ayının 19-da Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsi ərazisində onunla görüşüb 1000 manat pulu ona vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Bir neçə gün keçdikdən sonra o, Zərərçəkmiş şəxs zəng edərək yalandan MİDA-da təmir edəcəyi evlər üçün Anarla bərabər hər hansı fəhlənin qeydiyyata salınmasının şərt olduğunu, bunun müqabilində 2000 manat verməli olduğunu bildirmişdir. Anar isə ona dediyi məbləği düzəldib gətirib verəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Anar iş yoldaşı Şahid2lə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində olan “ASAN” xidmətin yanında təkrar ona 2000 manat pul vermişdir. O, xx.xx.2021-ci il tarixdə yenidən Anarla əlaqə saxlayaraq yalandan MİDA-da təmir edəcəyi evlər üçün onun və Amilin adına rəsmi maaş kartı açılması məqsədi ilə 450 manat pul istəmişdir. xx.xx.2021-ci il tarixdə Anar Amilin iştirakı ilə həm Amilin həm də öz yerinə ümumilikdə 900 manat pulu Bakı şəhəri, Nizami rayonunda yerləşən “Qlobus” otelin 8-ci mərtəbəsində işi üçün maaş kartı açılması və kartın təsdiq edilməsi üçün ona vermişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində “ASAN” xidmətin qarşısında MİDA dakı işin tibbi sığorta kartı üçün 2000 manat pulu təklikdə ona vermişdir. xx.xx.2021-ci il tarixdə o, Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq üç otaqlı ev növbəsinə durmaq istədiyini soruşmuş bunun üçün 1000 manat pulun lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və bir neçə saat sonra 1000 manat pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində “ASAN” xidmətin yaxınlığında ona vermişdir. Həmin vaxt tək olmuşlar. xx.xx.2021-ci il tarixdə o, Anara zəng edərək sonra yalandan MİDA da təmir edəcəyi evlərin materiallarının gəldiyini, həmin materiallar üçün 4400 manat lazım olduğunu, 2200 manatını özünün qoyacağını, 2200 manat pulu isə Anarın verməli olduğunu bildirmişdir. Bir neçə saat sonra o, Bakı şəhəri, Yasamal rayonu ərazisində “Adana” kafesinin yaxınlığında Anarla görüşmüşdür və təklikdə 2200 manat pulu Anardan götürmüşdür. 4 gün sonra yəni xx.xx.2021-ci il tarixdə o, Anara zəng edərək, üç otaqlı ev növbəsinin götürülməsi üçün əslində 8000-9000 manat lazım olduğunu Anara ucuz edəcəyini demişdir, xx.xx.2021-ci il tarixdə vermiş olduğu 1000 manatdan əlavə olaraq 1400 manat istəmişdir. Anar həmin günü axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində “ASAN” xidmətin yaxınlığında onunla görüşmüş və ona 1400 manat pulu vermişdir. Sonra eyni məqsədlə yəni ev növbəsi ilə bağlı yalandan xx.xx.2021-ci ildə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Sultan” şadlıq evinin yanında 2000 manat pulu Zərərçəkmiş şəxs almışdır. O, 2021-ci ilin may ayında tutulmuşdur.Əldə etdiyi puldan heç kimə verməmiş və pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır, məhkəmənin qərarının nə olmasından asılı olmayaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəkdir. Hazırda uşaqlarının analarının da himayəsindən məhrum olunmasını, uşaqlarına onun ata və qardaşının baxmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, uzun illərdir ki, usta kimi yaşayış mənzillərinin təmiri ilə məşğul olaraq öz ailəsini dolandırır. Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi evini təmir edərkən tanımışdır. Bu tanışlıqdan sonra onların aralarında yaxın dostluq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs özünü ona Yasamal rayonu İcra Hakimiyyətinin işçisi kimi yalandan təqdim etmiş və o da inanmışdır. Ona sosial müvinət düzəldilməsini xahiş etmişdir. 01 fevral 2021-ci il tarixdə o, dostu Şahid1 ilə bir yerdə olan zaman Təqsirləndirilən şəxs ona zəng edərək, ətrafında olan hər kəsə köməklik göstərdiyini, təkcə onun qaldığını bildirmiş, onun adına sosial müavinət kartı düzəldəcəyini və onun aylıq 375 manat pul alacağını bildirmiş bu işin görülməsi üçün ona təcili olaraq 1200 manat pul verməli olduğunu qeyd etmişdir. O, Təqsirləndirilən şəxs adına avtomobilin və başqa əmlakların olduğunu bildirdik də, ona narahat olmamağını hər bir iş öz əlinin altında olduğunu bildirmişdir. O, Nicatın dediyi sözə inanmış və evindən 1200 manat pulu götürüb dostu Şahid1lə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Mehdiabad qəsəbəsinə getmişdir. Oraya çatdıqda o, maşından düşmüş, dostu Şahid1 isə maşında qalmışdır. O, yaxınlaşıb Təqsirləndirilən şəxslə görüşüb söhbətləşdikdən sonra 1200 manat pulu əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Sonra Təqsirləndirilən şəxslə sağollaşıb ayrılmışdır. xx.xx.2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs evində təmirdə olan zaman Nicat ona ikinci sosial müavinət kartının da düzələ biləcəyini bildirib ondan əlavə 1200 manat pul istəmişdir. O, isə pulunun az, yəni, 600 manatının olduğunu demişdir. Təqsirləndirilən şəxs ona 600 manatı gətirməyini, qalan 600 manatı isə özünün qoyacağını bildirib, pulu aldıqdan sonra geri istəyəcəyini demişdir. O, Nicatın bu sözü ilə razılaşmışdır. O, Sumqayıta geri qayıdaraq evindən 600 manat pul götürmüş və geri Mehdiabada qayıdaraq Nicatın yaşadığı evdə Nicata bu məqsədlə 600 manat pul vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. O, Təqsirləndirilən şəxs kartları nə vaxt götürəcəyini soruşduqda Nicat ona 28 günə “Kapital Bank”dan götürəcəyini bildirmişdir. O, xx.xx.2021ci il tarixdə Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “Kapital Bank”a getmiş və orada ona sosial müavinət kartlarının şəxsə təqdim edilməsi 14 iş günü ərzində icra edilməsi deyilmişdir. O, 14 gün gözlədikdən banka yaxınlaşmış və bankdan ona kartın gəlmədiyini bildirmişlər. Sonra Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq kartın gəlmədiyini bildirmiş, Nicat isə ona narahat olmamağını, özünündə nə üçün gecikdiyini bilmədiyini demişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs ona Bakı şəhəri, Yasamal rayonu ərazisində “MİDA” sosial mənzillərinin təmiri ilə bağlı tender keçirildiyini, həmin tenderi udduğu zaman hər şeyn qaydasına düşəcəyini ona bildirib, bununla bağlı onu xəbərdar edəcəyini bildirmişdir. Təxminən 2-3 saat sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq tenderi udduğunu, onun briqadir kimi adının yazılacağını, aylıq 1500 manat maaş alacağını, həmin binalarda 17 mənzilinin təmirinin ona həvalə edəcəyini bildirib, buna görə 5000 manat lazım olduğunu, 2500 manat gətirməyini, 2500 manat pulu isə özündən qoyacağını bildirmişdir. O, Təqsirləndirilən şəxslə razılaşmış və Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən “Maşın Bazarı”nm yanında Təqsirləndirilən şəxs 2500 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona təkrar olaraq MİDA sosial binalarının tikilməsi üçün nəzarət işlərinin həvalə edildiyini, həmin binaların 17 mənzilinin təmirini ona həvalə edəcəyini demiş, bunun üçün hər mənzilə görə ona 3100 manat məbləğində, ümumilikdə 52700 manat pulun ayrıldığını bildirmişdir. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs ona çağıranda gəlib işə başlamasını bildirmişdir. Həmin vaxt onun yanında heç kim olmamışdır. 2021- ci ilin mart ayının 19-da Nicat onun istifadəsində olan mobil nömrəyə zəng edərək yalandan yerinə qoyduğu 2500 manat puldan 1000 manatını geri istəmişdir. O, Nicatdan nə üçün istədiyini soruşduqda bayramla əlaqədar bankdan pul çıxara bilmədiyini əsas kimi qeyd etməsini bildirmişdir. O da həmin gün yəni 2021-ci ilin mart ayının 19-da Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsi ərazisində Təqsirləndirilən şəxslə görüşüb 1000 manat pulu Nicata vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək MİDA da olan iş üçün hər hansı fəhlənin qeydiyyata salınmasının şərt olduğunu, bunun müqabilində 2000 manat verməli olduğunu bildirmişdir. O, isə Təqsirləndirilən şəxs dediyi məbləği düzəldib gətirib verəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə o, iş yoldaşı Şahid2 şahidliyi ilə Nicata Bakı şəhəri, Yasamal rayonu ərazisində olan “ASAN” xidmətin yanında təkrar 2000 manat pul aparıb vermişdir. Nicat xx.xx.2021-ci il tarixdə yenidən onunla əlaqə saxlayaraq onun və köməkçisi Amilin adına MİDA da təmir edəcəyi evlərə görə rəsmi maaş kartı açılması üçün 450 manat pul istəmişdir. xx.xx.2021ci il tarixdə Amillə birlikdə Bakı şhərində olan Azəri-Türk Bankdan plastik bank kartı alıb, Təqsirləndirilən şəxs yanına getmişlər. xx.xx.2021-ci il tarixdə Amilin iştirakı ilə həm Amilin həm də öz yerinə ümumilikdə 900 manat pulu Bakı şəhəri, Nizami rayonunda yerləşən “Qlobus” otelin 8-ci mərtəbəsində MİDA da təmir edəcəyim evlər üçün maaş kartı açılması və kartın təsdiq edilməsi üçün verdiyini bildirmişdir. xx.xx.2021-ci ildə Bakı şəhəri, Yasamal rayonu ərazisində “ASAN” xidmətin qarşısında MİDA -da olan işin tibbi sığorta kartı üçün 2000 manat pulu təklikdə Təqsirləndirilən şəxs pul verdiyini bildirmişdir. xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq üç otaqlı ev növbəsinə durmaq istədiyini soruşub bunun üçün 1000 manat pulun lazım olduğunu bildirmişdir. O, Nicat Atkişiyevlə razılaşmış və bir neçə saat sonra 1000 manat pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində “ASAN” xidmətin yaxınlığında vermişdir. Həmin vaxt o, tək olmuşdur. xx.xx.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək sonra evin materiallarının gəldiyini, həmin materiallar üçün 4400 manat lazım olduğunu, 2200 manatını özünün qoyacağını, 2200 manat pulu isə onun verməli olduğunu dediyini bildirmişdir. O, Amillə birlikdə “Kapital Bank”a gedərək 2200 manat pul kredit götürmüş və bir neçə saat sonra Təqsirləndirilən şəxslə Bakı şəhəri, Yasamal rayonu ərazisində “Adana” kafesinin yaxınlığında görüşmüş və təklikdə 2200 manat pulu verdiyini qeyd etmişdir. 4 gün sonra yəni, xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs ona zəng edərək, üç otaqlı ev növbəsinin götürülməsi üçün əslində 8000-9000 manat lazım olduğunu ona ucuz edəcəyini deyib, xx.xx.2021-ci il tarixdə vermiş olduğu 1000 manatdan əlavə olaraq 1400 manat istəmişdir. O, həmin günü axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində “ASAN” xidmətin yaxınlığında Təqsirləndirilən şəxslə görüşmüş və ona 1400 manat pulu vermişdir. Sonra eyni məqsədlə yəni ev növbəsi ilə bağlı xx.xx.2021-ci ildə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Sultan” şadlıq evinin yanında 2000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, sonuncu dəfə pulu verəndə yanlarında heç kim olmamışdır. Lakin, bir müddət keçdikdən sonra heç bir nəticənin olmadığını gördüyü üçün Nicatın onu aldadaraq dələduzluq edəcəyindən şübhələnmişdir. O, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında tutulduğunu eşitmişdir. Ona dəymiş ziyan ödənilmədiyinə görə o, təqsirləndirilən şəxsdən ziyanını tələb edir və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs onun əsgər yoldaşı və yaxın dostudur. xx.xx.2022-ci il tarixdə Anarla birlikdə olan zaman Anarın mobil nömrəsinə zəng gəldiyini bildirmişdir. Anar telefonla danışdıqdan sonra nə olduğunu soruşduğunu bildirmişdir. Anar evində usta kimi işlədiyi, özünü Yasamal rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim etdiyi Təqsirləndirilən şəxs adlı şəxsin onun adına sosial müavinət kartı düzəldəcəyini, həmin karta aylıq 375 manat pul köçəcəyini, lakin, bunun üçün Təqsirləndirilən şəxs 1200 manat istədiyini bildirmişdir. Sonra Anar həmin şəxslə razılaşdığını bildirmişdir. Onlar birlikdə Anarın yaşadığı evə getdiklərini və Anar evindən 1200 manat pul götürdüyünü qeyd etmişdir. Onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Mehdiabad qəsəbəsinə getmişlər. Ora çatdıqa o, maşında qalmış, Anar isə gedib Nicatla görüşmüşdür. Anar maşına qayıtdıqda nə olduğunu soruşmuş, sonuncu sevincək halda Nicata sosial müavinət kartına görə 1200 manat pul verdiyini bildirmişdir. Sonradan onun xəbəri olmuşdur ki, Nicat Anara qarşı müxtəlif məqsədlərlə dələduzluq edərək ümumilikdə 16800 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun ustasıdır və o, Anarla onunla bir neçə evdə köməkçi kimi işləmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla birlikdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi evində tanımışdır. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə ona zəng edərək ikisinində tanıdıqları Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” sosial mənzillərinin təmiri ilə əlaqədar keçiriləcək tenderi udduğunu, həmin mənzillərin 17 ədədinin təmirini Anara həvələ etməsi barədə razılaşdıqlarını, əlavə bir nəfər fəhlənin qeydiyyatının lazım olduğunu, bütün lazım olan məbləği özünün Nicata verəcəyini və fəhlə kimi onun qeydiyyatdan keçməyini təklif etmişdir. O, Anarın təkilifıni qəbul etmişdir. Elə həmin gün o, Zərərçəkmiş şəxsla görüşüb Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “ASAN” xidmətin yaxınlığına getmişdir. Orada olan zaman Təqsirləndirilən şəxs gəlmiş və onlar Nicatla görüşmüşlər. Sonra Anar onun yanında Nicata 2000 manat pul verib ordan Sumqayıt şəhərinə gəlmişlər. xx.xx.2021-ci ildə Anar onunla təkrar əlaqə saxlayaraq Nicatın yenidən ona zəng edərək işlərinin rəsmiləşdiyi üçün maaş kartı almaqlarının vacib olduğunu deməsini bildirmişdir. O, xx.xx.2021-ci il tarixdə Anarla birlikdə Bakı şəhərində yerləşən Azəri-Türk Banka gedərək öz adlarına plastik kart açdırmış və Nicatın yanına getmişlər. Nicatla Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Qlobus” otelin 8-ci mərtəbəsində görüşmüşlər. Anar onun yanında kartın açılması və təsdiq edilməsi üçün Nicata 900 manat pul vermişdir. Sonra Nicatdan ayrılıb işlərinin arxası ilə getmişlər. xx.xx.2021-ci ildə Anar ona zəng edərək Nicatın yenidən zəng etdiyini, təmir olunacaq mənzillər üçün materialların gəldiyini və buna görə 2200 manat pul istədiyini bildirmişdir. Sonra onlar Sumqayıt şəhərində görüşmüşlər və “Kapital Bank” m Sumqayıt şəhər fililına getmişlər. Orada olan zaman Anar adına kredit götürmüş və kreditdən 2200 manat pulu ayıraraq həmin pulu Nicata verəcəyini demişdir. Bir neçə gün keçdikdən sonra o, Anarla əlaqə saxlayaraq işlərin nə yerdə qaldığını soruşmuşdur. Anar ona Nicatın tutulduğunu bildirmişdir. X10 ümumilikdə 16800 manat dəyərində dələduzluq etdiyini bildirmişdir. İşdən görünür ki, xx.xx.2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu nəzərə alınaraq, barəsində qətimkan tədbiri seçilməmişdir. İşdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvvəllüdlü Gülnur və xx.xx.2007-ci il təvəllüdlü Tunar adlı iki uşağı vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəza çəkmə müddətinin əvvəli 04 may 2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı təkrar olaraq xeyli miqdarda dələduzluq edən zaman barəsində qüvvəyə minmiş məhkəmə hökmü olmamışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən - qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur və o, əvvəllər məhkum olunmamış şəxsdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncuya məxsus müxtəlif vaxtarda aldığı cəmi 16800 manat pulu əldə edərkən onun niyyəti pulun əvəzində qabaqcadan vəd verdiyi hər hansısa bir öhdəliyin yerinə yetirilməsi deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək olmuşdur. Təqsirləndirilən şəxs özünü müdafiə üçün heç bir dəlil gətirməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 olması həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli və cəza çəkmə müddətinin əvvəli 04 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 18 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia təmin edilərək Təqsirləndirilən şəxs 16800 manat və dövlət rüsumuna görə ödənilmiş 140,40 manat tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş və üzərində qəti olaraq saxlanılmış 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 04 may 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 16800 manat və dövlət rüsumuna görə ödənilmiş 140,40 manat pul alınaraq Zərərçəkmiş şəxs verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 108 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-571/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-571/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver