Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-572/2021 20.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkum olunmamış, subay, işsiz, Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, ev 60-da qeydiyyatda olan və ünvan 3də yaşayan, barəsində “Polisin nıəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə 2021-ci ilin fevral ayının sonlarında saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Saray bağlarında yerləşən bağ evinə dəmiz darvazanı aşmaqla həyətə qanunsuz daxil olaraq mişar daşından tikilmiş evə quraşdırılmış 225 manat dəyərində 5 ədəd eni 1,03, hündürlüyü 1,05 metr olan qəhvəyi rəngli, 2016-cı il istehsallı, WİNFRT markalı profildən hazırlanan plastik pəncərələri və 300 manat dəyərində 4 ədəd eni 1,20, hündürlüyü 1,55 metr olan qəhvəyi rəngli, 2016-cı il istehsallı WİNFRT markalı profildən hazırlanan plastik pəncərələri vintaçan və kəlbətinlə açıb gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 525 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, hazırda ünvan 3də tək yaşayır. O, qardaşının evli olduğundan Sumqayıt şəhəri, Corat qəsəbəsində öz ailəsi ilə birlikdə yaşayır, anası Gülnarə Nəsrullayeva isə Bakı şəhərində işləyərək orda qalır, hərdən evə gəlir, özü demək olar ki, evdə tək yaşayır. Evi oğurluq etdiyi Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Saray bağlarında yerləşən fərdi evə yaxınlıqda, qonşu məhəllədə yerləşir. İmkanı zəif olduğundan oğurluq etmək qərarına gəlmişdir. Uşaqlıqdan orda olduğundan həmin ərazini yaxşı tanıyır, orada hansı evdə adam yaşayıb-yaşamadığını yaxşı bilmişdir. O, sonradan Zərərçəkmiş şəxs məxsus olduğunu bildiyi evin təmirsiz olduğunu, heç kəsin yaşamadığını bilmiş, çünki tez-tez həmin məhəllədən keçmiş, ustalığı da bacardığından həmin evin plastik pəncərələrini oğurlayıb satmaq qərarına gəlmiş, həmin pəncərələri oğurlayıb öz yaşadığı həyətə gətirib sonradan hamısını birlikdə satmağı fikirləşmişdir. O, həmin evin sahibinin oraya çox az gəldiyini, uzun müddətdir ki, oranın təmirsiz olduğunu görmüşdür. Təxminən 2021-ci ilin fevral ayının sonlarında gecə saat 02.radələrində yaşadığı evdən vintaçan, kəlbətin götürüb evdən çıxaraq həmin evə gəlmiş, uzun müddət idmanla məşğul olduğundan rahat həyət evinin boz rəngli dəmir darvazasından tutaraq yuxarı çıxmış və həyətə tullanmışdır. Daha sonra əvvəlcə evin içərisindən ikinci mərtəbəyə çıxaraq ikinci mərtəbədə olan 4 ədəd qəhvəyi rəngli plastik pəcərəni vintaçan və kəlbətinlə açaraq çıxartmış, ikinci mərtəbədə olan bütün pəncərələri çıxarda bilməmiş, yalnız çıxardığı 4 ədəd pəncərəni rahat çıxarda bilmiş, həmin pəncərələri bir-bir gətirib dəmir darvazanın yanına yığmışdır. O, daha sonra birinci mərtəbədə olan 5 ədəd pəncərəni də vintaçan və kəlbətinlə çıxardaraq onları da gətirib dəmir darvazanın yanına yığmış, daha sonra havanın açılmasını gözləmiş, sonra da məhlədən yola çıxaraq üzərində yük hissəsi olan dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli “Vaz 2107” markalı taksiyə öz evindən qohumlarıgilə pəncərə aparmaq lazım olduğunu deyərək 10 manata razılaşmış, taksiylə birlikdə həmin həyət evinə gəlmiş, oradan getdikdə taksi sürücüsü şübhələnməsin deyə dəmir darvazanı içəridən açmışdır. O, 9 ədəd qəhvəyi rəngli plastik pəncərəni taksiyə yükləyərək öz yaşadığı evə gətirib həyətə yığmış, həmin pəncərələri daş bazarında işlənmiş əşyaların alışı-satışı ilə məşğul olan Ramiz adlı tanışına satmağı fikirləşmiş, əvvəllər usta da işlədiyindən bir neçə dəfə Ramizə köhnə əşyalar satmış, Ramizin bu pəncərələrin oğurluq olduğundan şübhələnməməsindən əmin olduğundan ona satmağı fikirləşmişdir. O, daha sonra 9 ədəd pəncərədən ikisini həyətdə saxlayaraq öz evinə vurmağı, yeddisini satmağı düşünmüş, həmin günü günorta saatlarında yaşadığı ərazinin yaxınlığından dövlət qeydiyyat nişanını xatırlamadığı üzərində yük hissəsi olan qara rəngli “Qaz 24” markalı taksi ilə 15 manata razılaşaraq həmin pəncərələri yaşadığı evdən götürərək Sumqayıt şəhəri “daş bazarı” adlanan yerdə Ramizin işlədiyi yerə gətirmiş, taksi sürücüsünə evinə təzə pəncərələr alacağı üçün köhnələri satdığını demiş, həmçinin Ramizə də evinin pəncərələri olduğunu, satıb yenisi ilə əvəz edəcəyini söyləmiş, Ramiz də ona inanaraq onunla plastik pəncərənin birini 50 manata razılaşmış, o da pəncərələri Ramizə satmış və Ramiz ona ümumilikdə 350(üç yüz əlli) manat pul vermiş, o, həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra yenə pula ehtiyacı olduğundan yerdə qalan iki pəncərəni də yaşadığı yerdə təsadüfən gördüyü, adını, yaşayış yerini bilmədiyi, tanımadığı ustaya ikisini birlikdə 80 manata satmış, sonradan Sumqayıt şəhəri Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həmin oğurluğu onun etdiyini öyrəndiklərini eşitmiş və 29.06.21-ci il tarixdə 1ci Polis Bölməsinin əməkdaşları onu yaşadığı evə yaxın ərazidə saxlayaraq bölməyə dəvət etmişlər, o da orada səmimi olaraq oğurluq etdiyini etiraf etmişdir. O oğurluğu tək etmiş, kiminləsə əlbir olmamışdır. Oğurluğu etdiyi vaxtdan bir neçə ay keçdiyindən vintaçan və kəlbətinin hazırda harda olduğunu xatırlamır, dəmir darvazanın üzərində əl tutmaq üçün yerlər olduğundan oradan rahat aşıb içəriyə keçmişdir. 7 ədəd pəncərəni satdığı Ramiz və 2 ədəd pəncərəni satdığı usta pəncərələrin oğurluq olduğunu bilməmişlər. Törətdiyi əməldən peşmandır, pəncərələrin 7 ədədi qaytarılmış, 2 ədədini də qaytaracaqdır. Zərərçəkmiş şəxsə də söz vermişdir ki, dəymiş ziyanı tam ödəyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, о, hazırda Bakı şəhəri, Xətai rayonu, Nəsirəddin Tusi küçəsi, ev 49, mənzil 26-da ailəsi ilə birlikdə yaşayır, Sumqayıt şəhəri, Saray bağlarında yerləşən təmirsiz 3 mərtəbə evi 2016-cı il tarixdə almış, lakin təmirsiz olduğundan orada yaşamamışlar, arada bir oraya gedərək tikiliyə baş çəkmişlər. O, sonuncu dəfə bağa 22.02.2021-ci il tarixdə gedərək baş çəkmiş, həmin vaxtı bağda hər şey qaydasında olmuşdur. 01.03.2021-ci il tarixdə axşam saatlarında bağa baxmaq üçün gəldikdə həyətə daxil olmuş, evə baxdıqda evin 1-ci və 2-ci mərtəblərində olan qəhvəyi rəngli pəncərələrin olmadığını görərək oğurluq olduğunu anlamış və Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gələrək məlumat vermiş, ondan sonra polis əməkdaşları evə gələrək baxış keçirmişlər. Hadisə 22.02.2021-ci il tarixdən 01.03.2021-ci il tarixə kimi olan müddət ərzində baş vermiş, şübhələndiyi kimsə olmamışdır. Oğurluq nəticəsində evindən WİNFRT markalı profildən hazırlanmış 5 ədəd eni 1,03 metr, hündürlüyü 1,05 metr və 4 ədəd eni 1,20 metr, hündürlüyü 1,55 metr olan qəhvəyi rəngli plastik pəncərənin oğurlanmışdır, həmin pəncərələri evi 2016-cı ildə alarkən qoymuşdur. Nə öz evində nə də qonşuluqda müşahidə kamerası olmamışdır, oğurlanmış eni 1,03, hündürlüyü 1,05 metr olan pəncərənin birinin qiymətinin təxminən 150 manat, eni 1,20, hündürlüyü 1,55 metr olan pəncərənin birinin qiymətinin isə 200 manat olmuş, ümumilikdə ona 1550 (min beş yüz əlli) manat maddi ziyan dəymişdir. 7 ədəd pəncərə qaytarılmış, Təqsirləndirilən şəxs və qohumları söz vermişlər ki, 2 ədəd pəncərəni də düzəltdirəcəklər və hamısını yerinə quraşdıracaqlar. Ona dəymiş maddi ziyanın tam ödənilməsini və qanunauyğun qərar verilməsini xahiş edir, ziyanı ödəniləcək təqdirdə şikayətçi olmayacaqdır. Məhkəmə iclasında Şahid göstərdi ki, hazırda Sumqayıt şəhəri, 6-cı mkr, ev 30, mənzil 40-da ailəsiylə birlikdə yaşayır, təxminən 5-6 ildir ki, işlənmiş əşyaların alqı-satqısı ilə məşğul olur və iş yeri Sumqayıt şəhəri “Daş bazarı” adlanan yerdə yerləşir. O, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, Orxanın oğurluq etdiyini bilməmiş, sonradan eşitmişdir. Təxminən 2021-ci ilin fevral ayının sonlarında Orxan onun yanına gələrək yeddi ədəd plastik pəncərə gətirmiş, evinin pəncərələri olduğunu, köhnəldiyinə görə satmaq istədiyini, yenisi ilə əvəz edəcəyini demişdir. Orxan əvvəllər də usta işlədiyindən bir neçə dəfə işlənmiş qapı pəncərə gətirmiş, o da Orxanın oğurluq edəcəyini düşünmədiyi üçün ona inanmış, Orxanla pəncərələrin birini 50(əlli) manata razılaşaraq ona 350(üç yüz əlli) manat pul verərək həmin pəncərələri Orxandan almışdır. Xeyli vaxt keçdikdən sonra Orxanın oğurluq etdiyini, pəncərə oğurladığını eşitmiş, sonra da Orxanı axtararaq nə səbəbə ona yalan danışdığını, pəncərələrin yalandan evinin olduğunu dediyini soruşmaq istəsə də Orxanı tapa bilməmişdir. Orxanı tanısa da, yenə də hər bir işlənmiş əşya aldıqları zaman satan insanın şəxsiyyətini təsdiq edən sənədin surətini götürdüyü üçün, Orxanın da şəxsiyyətini təsdiq edən sənədin surətini götürmüşdür. Aldığı 7 ədəd pəncərələri polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 02.03.2021-ci il tarixli protokolda göstərilir ki, baxış ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Saray bağları massivində yerləşən bağ evindən əmlakının oğurlanması faktı ilə bağlıdır. Baxış keçirilən ərazi Sumqayıt şəhəri, Saray bağları massivində 5 və 6 dayanacaqlar arasında yerləşən Zərərçəkmiş şəxs məxsus bağ sahəsidir. Bağ sahəsinin ümumi ərazisi 6 sotdur. Bağ sahəsinin dəmir darvazası vardır. Bağ sahəsi dörd tərəfdən hasara alınmışdır. Bağ sahəsində üç mərtəbəli fərdi ev inşa olunmuşdur. Baxı zamanı 9 ədəd plastik pəncərənin yerində olmadığı aşkar olunmuşdur. (i.v 6) İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/2076 saylı, 03.05.2021-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2 adda (WİNFRT markalı profildən hazırlanmış 9 ədəd pəncərə - 5 ədəd eni 1,03 metr, hündürlüyü 1,05 metr və 4 ədəd eni 1,20 metr, hündürlüyü 1,55 metr) malların orta istismar intensivlik parametrlərinə uyğun olaraq 2021-ci ilin fevral-mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 525,00 manat müəyyən edilir.(i.v 31-33) İş materiallarında olan “Təqdim etmə və götürmə haqqında” 29.06.2021-ci il tarixli protokoldan görünür ki, Şahid Təqsirləndirilən şəxs aldıı yeddi ədəd qəhvəyi rəngli plastik pəncərəni təqdim etmiş və həmin plastik pəncərələri Təqsirləndirilən şəxs təxminən 2021ci ilin fevral ayının sonlarında ona satdığını və öz pəncərələri olduğunu demiş, oğurluq olduğunu bilməmişdir. Yeddi ədəd qəhvəyi rəngli plastik pəncərə Şahid götürülmüşdür.(i.v 48) İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 29.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 72-73) İş materiallarında olan “Əşyaların maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında” 16.07.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 7 ədəd WİNFRT markalı profildən hazırlanmış qəhvəyi rəngli plastik pəncərə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmişdir.(i.v 89) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 10.07.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.(i.v 92-93) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamşdır.(i.v 94) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 26.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.2.1 və 180.1-ci maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibi başlanması rədd edilmiş, Şahid və şəxsiyyəti istintaqa məlum olmayan ustanın barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/2076 saylı, 03.05.2021-ci il tarixli rəyi mötəbər sübut olduğundan Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği həmin rəydə göstərildiyi kimi 525,00 manat müəyyən edilmişdir. .(i.v 96-101) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona isnad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın cəzasını yüngülləşdirən hal kimi ilk dəfə məsuliyyətə cəlb edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Maddi sübut - 7 ədəd WİNFRT markalı profildən hazırlanmış qəhvəyi rəngli plastik pəncərə saxlanılması üçün Zərərçəkmiş şəxs verilmişdir. Bu nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, 08 (səkkiz) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş ürə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 48 (qırx səkkiz) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun nəfinə köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Maddi sübut-7 ədəd WİNFRT markalı profildən hazırlanmış qəhvəyi rəngli plastik pəncərələrin saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-572/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-572/2021
20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver