Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-572/2023 26.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum ounmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 70 manat, cəmi 210 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin 2(017)-649/2017 saylı, xx.xx.2017-ci il tarixli, habelə alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs və 20 manat dövlət rüsumunun dövlət nəfinə ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7955/2022 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2728/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədlərindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 7620,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2007-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 adlı uşaqları dünyaya gəlmişlər. Birlikdə əvvəl ünvan 2 ünvanda atasının evində təxminən 14 il normal yaşamışlar. Lakin qayınanası Ağcabədi rayonunda yaşasa da, onların ailə işlərinə müdaxilə edərək arvadı Vəfaya pis təsir etmiş və bu səbəbdən münasibətləri pozulmuşdur. O, həm taksi sürücüsü kimi öz avtomobilində işləmiş, həmçinin də təkər təmir sexini işlədərək ailəsinə və uşaqlarına lazımı qaydada maddi cəhətdən baxmışdır. Lakin münasibətləri kəskinləşmiş, Vəfa uşaqları götürərək Ağcabədiyə valideyinlərinin yanına köçmüş, uşaqları üçün alimentin alınmasından ötrü məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Ağcabədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(017)-649/2017 saylı, xx.xx.2017-cı il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin bu zaman nikahları pozulmamışdır. O, Ağcabədiyə gedərək ailəsi ilə barışmış, Vəfa və uşaqları yanına Sumqayıta qayıtmış və onlar yenə də birlikdə yaşamışlar. Lakin bir müddətdən sonra Zərərçəkmiş şəxs yenə də anasının təkidi ilə uşaqları götürüb evdən çıxmış, yenə də məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7955/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, aliment miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 120 manat olmaqla ümumilikdə 360 manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs və 20 manat dövlət rüsumunun dövlət nəfinə ödənilməsi qət edilmişdir. O, həmin ərəfədə müxtəlif fərdi əməklə məşğul olmuş, kifayət qədər qazancı olmuş və imkanı daxilində alimenti ödəmişdir. Onun barəsində Sumqayıt şəhəri üzrə icra idarəsində icra işi aparılmışdır. Zərərçəkmiş şəxs təkidi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Ona məlumdur ki, Sumqayıt şəhəri üzrə icra şöbəsi tərəfindən verilmiş təqdimat əsasında onun xx.xx.2023-cü il tarixli təqdimata əsasən ödənilməmiş aliment borcu 7620,00 manat təşkil edir. Onun əvvəl VAZ-2106 markalı avtomobili olmuş, həmin avtomobili sataraq üstünə pul qoyaraq OPEL markalı avtomobili almış, həmin avtomobili 2022-ci ilin sentyabr ayında 4000,00 manata satmış, pulun bir qismini alimentə, qalanı isə banka və digər ehtiyaclarına xərcləmişdir. Bu maşınlar rəsmi olaraq atasının adına olmuşdur. Pandemiya zamanı isə işlətdiyi təkər təmiri sexi bağlamağa məcbur olmuşdur. Törətdiyi əməlin cinayət olmasını başa düşür və əməlindən peşmandır. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxsə olan aliment borcunu tam şəkildə ödəmişdir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs olan aliment üzrə borcu tam ödədiyini, zərərçəkmişin şikayətinin olmadığını bildirərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hal-hazırda qeyd edilən cinayət işi üzrə hesablanmış 7620 manat miqdarında dəymiş zərərin tam olaraq ona ödənildiyini, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq da bildirmişdir ki, istintaq dövründən sonra yaranmış 2520 manatı tələb etmək hüququnu da özündə saxlayacaqdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2007-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 adlı uşaqları dünyaya gəlmişlər. Birlikdə əvvəl ünvan 2 ünvanda təxminən 14 il yaşamışlar. Xasiyyətləri düz gəlməmiş, Yusif ona qarşı son dərəcə kobud davranmış, əsassız incidmiş, uşaqları ilə maraqlanmamış, Təqsirləndirilən şəxs həm taksi sürücüsü kimi öz avtomobilində işləmiş, həmçinin də təkər təmir sexini işlətmiş, qazandığı barədə heç bir məlumat verməmiş, qazandığını yeyib-içmək məclislərinə xərcləyirdi. Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmadığı üçün və maddi cəhətdən uşaqların böyüdülməsində köməklik etmədiyi səbəbindən uşaqlar üçün alimentin alınmasından ötrü məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Ağcabədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(017)-649/2017 saylı, xx.xx.2017-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin bu zaman nikahları pozulmamışdır. Bunda sonra uşaqlara görə barışaraq və birlikdə yaşasalar da, Təqsirləndirilən şəxs yenə də uşaqlarına baxmamış, uşaqlarını yalnız atasının hesabına böyüdürdü. Təqsirləndirilən şəxs faktiki olaraq uşaqların böyüdülməsi üçün heç bir təşəbbüs göstərmədiyi səbəbindən aliment miqdarının artırılması üçün yenə də məhkəməyə müraciət etməyə məcbur olmuş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7955/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, aliment miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 120 manat olmaqla ümumilikdə 360 manat sabit pul məbləğində alimentin tutularaq ona və 20 manat dövlət rüsumunun dövlət nəfinə ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs açıq şəkildə aliment ödəməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhəri üzrə icra idarəsində icra işi aparılmış, lakin sonuncu cüzi ödənişlər etmiş. Bu səbəbdən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir, lakin bundan nəticə çıxarmamışdır.Ona məlumdur ki, Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən verilmiş təqdimat əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli təqdimata əsasən ödənilməmiş aliment borcu 7620,00 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Ağcabədi rayon Məhkəməsinin 2(017)- 649/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-cı il tarixdən etibarən, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində 210 (iki yüz on) manat miqdarında aliment borclu Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməli, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7955/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aliment miqdarı dəyişdirilərək xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa 120 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında alimentin Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsində xx.xx.2017-ci il və xx.xx.2022-ci il tarixlərdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədilə borcluya bildirişlər göndərilmiş, lakin tələblər yerinə yetirilməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamələrdəki tələbləri icra etmədiyinə görə Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)- 2728/20122 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir.Tənbehdən sonra Y.Caimalova tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq sonuncu öz hərəkətlərini davam etdirmiş və icra sənədlərində müəyyən olunmuş tələblər təmin etməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, sonuncu ilə profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmiş, öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, öhdəsində olan borclarını tam həcmdə ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. Beləliklə, borclu Təqsirləndirilən şəxs Ağcabədi rayon Məhkəməsinin 2(017)-649/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 2940,00 manat borc, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7955/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədi üzrə isə 4680,00 manat puldan ödəniş etməməklə, cəmi 7620,00 manat ödənilməyən borc qalmışdır. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin, sonuncu öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmaına səbəb olan şərait yaratmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1-2); 03 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 115-116) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 03 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 120-123); “qətimkan tədbirinin seçilməsi” haqqında 03 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 124-125); Ağcabədi Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(017)-649/2017 saylı icra vərəqəsinə əsasən xx.xx.2017-cı il tarixdən etibarən, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində 210 (iki yüz on) manat miqdarında aliment borclu Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. (i.v. 4-13) Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7955/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aliment miqdarı dəyişdirilərək xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa 120 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında alimentin Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. (i.v. 14-22) Qeyd edilən qətnamələr üzrə icra üzrə icra sənədləri Sumqayıt şəhəri üzrə icra idarəsinin icraatına daxil olmaqla, müvafiq olaraq xx.xx.2017-ci il və xx.xx.2022-ci il tarixlərdə icraata başlanılması haqqında qəbul edilmiş qərarlar və bildirişlər borclu Təqsirləndirilən şəxs göndərilmişdir. (i.v 23-26) Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 3(060)-2728/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 55-56) İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. (i.v. 66-72) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən yoxlanılmış 10 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyi. (i.v.130); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 95).. sübutların qiymətləndirilməsi haqqında 02 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamın elan edilməsi, iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələrinin, habelə icra işinin bütün icra sənədlərinin sübut növü kimi qiymətləndirilməməsi qərara alınmışdır (i.v. 101-106); Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərəçəkmiş şəxsin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə aliment borcunu tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddələrinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə düzgün tövsif edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nın 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə borcu ödəməsini, zərərçəkmiş şəxsin verilən ittiham üzrə borcun tam həcmdə ödənilməsi barədə ərizəsini, təqsirləndirilən şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeydinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddia yoxdur Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-572/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-572/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver