Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-572/2024 20.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1978-ci ildə Masallı ray., Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəh., 41-ci məh., yat 2, otaq 188 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Sumqayıt şəh., 41-ci məh., yat 2, otaq 188 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı yumruq zərbələri və kiçik ölçülü boşqabla sonuncunun başına və bədəninin müxtəlif nahiyyələtinə vurmaqla ona ənsə nahiyyəsinin dərialtı hematoması, sağ çiyinüstü nahiyyənin, sağ budun, sağ saidin qançırları xəsarətlərinin yaranması ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə ailə həyatı qurmuş və birgə nikahdan bir oğlan övladları doğulmuşdur. O, spirtli içki qəbul etdiyindən tez-tez evə sərxoş vəziyyətdə gəlir. xx.xx.2024-cü il tarixdə kafelərin birində spirtli içki qəbul edib evə gəlmişdir. Evə gələndən sonra oğlu Talehlə söhbət etmiş, lakin həyat yoldaşı Sevinc onların söhbətlərinə müdaxilə edib oğlunu ona qarşı yönəltməyə başlamışdır. Eyni zamanda ona sərxoş olduğu üçün nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, spirtli içinin təsiri altında olduğundan əsəbiləşib həyat yoldaşı Sevinc Bağıovanın başına və bədəninə yumruqla zərbələr vurmuşdur. Sevinc onu təhqir etdiyi üçün masanın üzərindən götürdüyü kiçik boşqabı onun başına atmışdır. Bundan sonra oğlu Taleh onu sakitləşdirmişdir. Bundan sonra həyat yoldaşı Sevinc evdən dəhlizə çıxıb qapını arxadan bağlayaraq, 102 xidmətinə zəng vurub polis çağırmışdır. Mübahisə xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində yaşadıqları mənzilin içərisində baş vermiş, həmin vaxt orada və ətrafda ikisindən başqa yalnız oğlu Taleh olmuşdur. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini, özünü təqsirli bildiyini qeyd edərək, cCinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onunla 2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahda bir oğlan övladları doğulmuşdur. Qeyd edir ki, Araz spirtli içki düşkünüdür. Mütəmadi olaraq evə sərxoş vəziyyətdə gəlir. Əsaslı bir səbəb olmasa da, evə sərxoş gələndə onu əxlaqsız qadın olmaqda günahlandırır və evdə münaqişə yaradır. Dəfələrlə evdə onu döyüb. xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Araz yenə də evə sərxoş vəziyyətdə gəlmiş, heç bir əsas olmadan onun ünvanına nalayiq sözlər işlətmiş, onu yad kişilərlə gəzməkdə günahlandırmış, Araza cavab qaytardıqda sonuncu ayağa durub yumruqla başına, çiyinlərinə və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, həmçinin boşqabı götürüb başına vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt evdə olan oğlu Taleh onu birtəhər oradan uzaqlaşdırmış və o evdən dəhlizə çıxıb qapını bağlayaraq 102 xidmətinə məlumat vermişdir Mübahisə xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində yaşadıqları mənzilin içərisində baş vermiş, həmin vaxt orada və ətrafda ikisindən başqa yalnız oğlu Taleh olmuşdur. Mübahisə zamanı Araz yumruqla başına və bədəninin müxtəlif nahiyələrinə, o cümlədən masanın üzərindən götürdüyü boşqabla onun baş nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Hazırda Arazla barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, dəymiş ziyanın ona ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmək üçün dəvət edilmiş Şahid təqsirləndirlən şəxs onun atası yəni yaxın qohumu olduğundan sonuncunun əleyhinə ifadə verməkdən imtina etmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin MTE və PAB X6 xx.xx.2024-cü il tarixli, 858 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: ənsə nahiyyəsinin dərialtı hematoması, sağ çiyinüstü nahiyyənin, sağ budun, sağ saidin qançırları. Qeyd oluan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yən xx.xx.2024-cü il tarixdə əl ilə yetirilə bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir.(i.v.13-16). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.17-18) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 24) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.55) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Gülnur Qasımlı 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X2 Araz Əvəz oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-572/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-572/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver