Məhkəmə qərarları › İş №1(060)-573/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-573/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-573/2021 04.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx xxxxxxxx 1986-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, fərdi sahibkarlıqla məşğul olan, Sumqayıt şəhəri,16-cı mikrorayon ev 155A-da qeydiyyatda olmaqla yaşamış, barəsində 15 iyul 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 02 aprel 2021-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən 2 saylı uşaq poliknikasının qarşısında idarə etdiyi Hunday markalı avtomaşının içərisində həyat yoldaşı X2 40 illik etibarnamə verməli olduğunu bildirmiş və sonuncu həmin etibarnaməni verməkdən imtina edən zaman, bununla bağlı Zərərçəkmiş şəxs ilə aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun baş və bədən nahiyyəsinə yumruqla qəsdən bir neçə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sol bazunun ön səthinin əhatə edən qançırından ibarət xəsarət yetirərək X3 sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs əvvəl verdiyi ifadəsində özünü təqsirli bilmiyərək bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə 2018-ci ilin noyabr ayında ailə həyatı qurmuş və onların bu evlilikdən övladı olmamışdır. Onlar ailə həyatı qurduqdan sonra münasibətləri normal olmuşdur. Onun adına Xırdalan şəhərində həyət evi var idi və o da həmin həyət evini satmaq qərarına gəldiyindən həmin evi satmaq üçün həyat yoldaşı Güneli özü ilə Asan xidmətə aparıb orada etibarnamə almaq istəmişdir. 02.04.2021-ci il tarixdə saat 13 radələrində onlar Sumqayıt şəhərində yerləşən “Asan” xidmət mərkəzinə getmiş və orada növbə çox olduğuna görə onlar etibarnamə ala bilməmiş, daha sonra isə oradan Hunday sonata markalı dövlət nömrə nişanı yadında olmayan, onun avtomaşını ilə birlikdə “Pioner” marketin qarşsında yerləşən notariusa getmişlər, həmin natarisun qarşısında maşın saxlamaq üçün yer olmadığından o avtomaşını 30 metr irəlidə 2 saylı uşaq poliknikasının qarşsında saxlamışdır. Onlar maşından birgə enmiş, o Günelə etibarnaməni uzun müddətli yazdırmağı söyləmiş,bu zaman Günel ona israrala həmin etibarnaməni qısa müddətli yazmağı təklif etmişdir. Bu zaman onlar arasında sözlə mübahisə düşmüşdür. Orada olan poliklinikanın qarşısında 1 nəfər polis əməkdaşı, ona yaxınlaşmışdır. Polis əməkdaşı onu yanına çağırmış və o da polis əməkdaşına aralarında ailə məsələsi olduğunu, bu işə müdaxilə etməməsini söyləmışdır. Bu zaman polis əməkdaşı oraya səbəbsiz olaraq digər post patrul əməkdaşlarını çağırmışdır. Oraya təxminən 40-50 nəfər polis əməkdaşı gəlmişdir. Onu polis idarəsinə dəvət etmişlər. O, orada yoldaşı Güneli vurmamış, ona toxunmamış, Günel və polis əməkdaşının raportunda göstərdikləri hamsı yalandır. 04 noyabr 2021-ci ildə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirdi ki, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, törətdiyi əməldən peşmandır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs X5 bildirmişdir ki, 1986-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş və hal hazırda Rusiya Federasiyası vətəndaşıdır. Buna baxmayaraq o həyat yoldaşı Elxanla birlikdə Sumqayıt şəhərində yaşayır. Təqsirləndirilən şəxsla o 2018-ci ilin noyabr ayında ailə həyatı qurmuş və onların bu evlilikdən övladları olmamış, hazırda hamilədir. Təqsirləndirilən şəxs evləndiyi gündən 1 ay sonra evə gecgec gəlirmiş və o da Elxandan hər dəfə nə səbəbə evə gec gəldiyini soruşanda Elxan ona evdə yumruq və təpiklə döyərək səsini çıxartmamağı bildirmişdir. Bundan sonra hətta onu 2018 və 2019-cu il ərzində bir neçə dəfə yumruq və təpiklə vursa da o Elxandan qorxduğundan nə ailə üzvlərinə, nə də ki, polisə məlumat vermməmişdir. Bu minvalla Elxan onu yenə də döyür və ona hədə qorxu gəlmişdir. Sonuncu dəfə 02.04.2021-ci il tarixdə saat 13 radələrində Elxan ona zəng edib hazırlaşmağını demiş, onu Asan xidmətə aparacağını söyləmişdir. O da nə baş verdiyini bilmədiyindən özü hazırlaşmış və Elxan gəlib evdən götürmüşdür. Maşında ona Xirdalan şəhərindəki evini satmaq istədiyini və buna görə isə ona 40 illik etibarnamə verməli olduğunu söyləmişdir. O, da qorxuduğundan buna tərəddüd etmiş və səsini çıxartmamışdır. Onlar “Asan” xidmətə gedəndə orada “Asan” xidmətin adını bilmədiyi işçisi həmin etibarnaməyə görə Elxanın onun üzərindən bütün hüquqları həyata keçirə biləcəyini ona söyləmiş və o da təccübləndiyindən etibarnamə verməyə tərəddüd etmişdir. Bundan sonra Elxan da əsəbləşib onu oradan çıxartmışdır. Daha sonra maşında Elxan onunla sözlə mübahisə edərək Asan xidmətin qarşısında onun baş nahiyyəsinə yumruq vurmuş və onu Sumqayıt şəhərində yerləşən Pioner marketin yanındakı natariusa aparıb orada etibarnamə alacağını söyləmişdir. O, da qorxduğundan onunla maşında sakitcə həmin yerə getmişdir. 2 saylı uşaq poliknikasının qarşısında maşında o etibarnamə vermək istəmədiyini söyləyən zaman Elxan maşının qapılarını içəridən bağlamış, maşında arxada oturduğundan sürücü qoltuğundan arxaya çönüb onun baş və bədən nahiyyəsinə yumruqlar vurmağa başlamış və o zərbələrin təsirindən artıq huşunu itirmişdir. O, qapını açıb çölə çıxmaq istəsə də artıq qapıların bağlı olduğunu görmüşdür. Bir neçə dəqiqə onu vurandan sonra bir təhər maşının qapısını açıb küçədə ona kömək etməsini söyləmişdir. Bu zaman onların yanına 1 polis əməkdaşı yaxınlaşıb onu bir təhər Elxanın əlindən almış və oraya polis naryadlarını çağırmışdır. Daha sonra o da anası Şahid2 məlumat vermiş və onlar birlikdə polis bölməsinə getmişlər. Zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim edilmiş, notarial qaydada təsdiq olunmuş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. 2018-ci ildə qızı Güneli bacısı X4 Xıdırova ərə vermişdir. Evləndikdən 1 ay sonra qızı Günel ona zəng edərək Təqsirləndirilən şəxs yaşadığı evdə onu döyməsi barədə mənə məlumat versə də bacısı oğlu olduğundan yoldaşından utanmış və bu barədə həyat yoldaşı Yusifə məlumat verməmişdir. Qızına səbrli olmasını söyləmişdir. Dəfələrlə bacısı Nazilə Xıdırovaya zəng edib bu barədə məlumat versə də o oğlu Elxanla bacarmadığını bildirib, oğlunun tərəfini saxlamışdır. Sonuncu dəfə 02.04.2021-ci il tarixdə saat 13 radələrində qızı ona zəng edərək yenə Elxanın onu avtmaşında döydüyünü bildirdikdən sonra yoldaşı ilə birlikdə həmin yerə gələndə qızının üz və bədən nahiyyəsində xəsarətlər olduğunu görüb bu barədə polisə məlumat vermişlər. İstinaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün polis serjantı vəzifəsində işləyir. Onun xidməti yeri Sumqayıt şəhəri, 45-ci məhəllə Nərimanov küçəsində yolun kənarında yerləşən 2 saylı uşaq poliknikasının qarşısıdır. 02.04.2021-ci il tarixdə saat 12:40 radələrində o xidməti yerində olan zaman həmin poliknikanın qarşısında boz rəngli Hunday sonata markalı maşının dayandığını görmüş və həmin maşında bir nəfər kişinin öz yoldaşının saç nahiyyəsindən tutaraq onun baş və bədən nahiyyəsinə yumruqla zərbələr endirməsinin şahidi olmuş və daha sonra qadın maşında ucadan qışqırmağa başlamışdır. O da cəld xidməti borcunu yerinə yetirib həmin maşına yaxınlaşmış və bu vaxtı qadın maşının qapısını açıb ondan kömək etməyini xahiş etmişdir. O da qadını maşından çıxartmışdır. Həmin qadını yumruqla vuran şəxsə o özünü təqdim etmiş və ona qanunlara tabe olmasını söyləyərək, yoldaşını vurmamasını bir daha bildirmişdir. Həmin şəxs isə yenə dayanmayıb həmin xanımın onun yoldaşı olduğunu ona söyləsə də xanım ondan kömək etməsini xahiş etmişdir. O da cəld xanıma kömək edib xanımı poliknikanın içərisinə salmış və öz rəhbərliyinə bu barədə məlumat vermişdir. Poliknikada xanıma ilkin tibbi yardım göstərmişlər. Bu vaxtı onun bölük komandiri Ramin Əkbərov və həmin ərazidə xidmət aparan adları yadında olmayan polis əməkdaşları ilə birlikdə oraya gəlmişdir. Onlar hər iki tərəfi polis bölməsinə gəlməyi dəvət etmiş və onlarla 3-cü polis bölməsinə gəlmişdir. Həmin vaxtı polis bölməsində zərərçəkmiş şəxsin Günel Zeynalov və həmin qadını vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu oyrənmiş və bu barədə raportla 3-cü polis bölməsinə müraciət etmişdir. İstinaq zamanı şahid qismində ifadəsi alınmış polis kapitanı Şahid3 İmamrza oğlu qeyd olunmuş hadisə ilə bağlı Şahid1 ifadəsinə uyğun analoji ifadə vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15 aprel 2021-ci il tarixli, 403 saylı rəyi ilə müəyyən olunmuşdur ki, X5 bədəni üzərində - sol bazunun ön səthinin əhatə edən qançırı vardır. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, törənmə müddəti müayinədən 9-12 gün əvvəl olmaqla 02.04.2021-ci il tariuxdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddət pzoulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (i.v.14-16) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 110) İş materiallarında olan Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu 2010-cu ildə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunsa da 13.01.2011-ci il tarixdə onun barəsində qeyd olunan cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir.Məhkumluğu yoxdur. (i.v. 106-107) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar