Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-573/2022 01.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Xaçmaz rayonu, Sayad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Sayad kəndində qeydiyyatda olan və ünvan 1 qəsəbəsi, J/70 y/m, fərdi ev ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Sumqqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, STP zavodu yaxınlığında yerləşən “Qızlar bulağı” kafesinin geyim otağında Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs başına, boynuna, bədəninin müxtəlif nahiyələrinə qəsdlə yumruqla vuraraq Zərərçəkmiş şəxs- “Döş qəfəsinin ön səthinin, sağ bazunun orta 13-nin arxa səthinin 2 ədə sıyrıqları, boyun əzələlərinin gərilməsi, boynun arxa sol hissəsinin orta 1/3-nin yumşaq toxumalarının şişkinlik fonunda əziyi”-dən ibarət, dərəcəsinə görə sağlamlığa qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa «YÜNGÜL» zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 aydır Sumqayıt şəhər, STP zavodu yaxınlığında fəaliyyət göstərən “Qızlar bulağı” kafesində işləyir. xx.xx.2022-ci il tarixdə işdə olan zaman təxminən saat 01:30 radələrində kafedə adını sonradan öyrəndiyi Günel adlı xanımla müştəri üstündə aralarında mübahisə yaranmışdır. O, Güneli kafenin geyim otağına aparmış, nə üçün barəsində əxlaqsız danışdığını bildirmişdir. Günel yaxşı etdiyini dediyi üçün əsəbləşmiş, saçından tutub sifətinə, boynuna əli ilə vurmuşdur. Lakin Günel ona bir söz demədən kafedən çıxıb getmişdir. Günel evə getdikdən sonra 102 xidmətinə şikayət etmiş və Polis Bölməsinə şikayət ərizəsi ünvanlamışdır. Hazırda isə əməlindən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 3 aydır Sumqayıt şəhər, STP zavodu yaxınlığında fəaliyyət göstərən “Qızlar bulağı” kafesində işləyir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində işləmək üçün “Qızlar bulağı” gəlmiş, lakin müştəri olmadığı üçün masada əyləşmişdir. xx.xx.2022-ci ildə təxminən saat 01:30 radələrində ayaq yoluna gedən zaman Leylanın yanından keçərkən Leyla onun barəsində əxlaqsız söz işlətdiyi üçün ona iradını bildirmişdir. Leyla isə yerindən qalxıb onun ardından gələrək kafenin geyim otağına aparmış, orada əsəbi halda nə danışdığını demiş, o, Leylaya sakit olmasını bildirəndə Leyla əsəbi halda əli ilə onun saçından tutub dartmış, sifətinə sillə vurmuş, saçını yolmuş, sinəsinə, boynuna vurmuşdur. Lakin o, Leylaya heç nə etməmiş və oradan çıxıb evinə getmişdir. Evdə olan zaman ağrıdığı üçün Leyla barəsində 102 xidmətinə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan şikayəti və tələbi yoxdur və Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 726 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində «Döş qəfəsinin ön səthinin, sağ bazunun orta 1/3-nin arxa səthinin iki ədəd sıyrıqları, boyun əzələlərinin gərilməsi, boyunun axa-sol hissəsinin orta 1/3-nin yumşaq toxumalarının şişkinlik fonunda əziyi » xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla, xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə həm ayrı-ayrılıqda eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa «YÜNGÜL» zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan 01 iyun 2022-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan vətəndaş Əliverdiyeva Leyla İsmayıl qızı xx.xx.2022-ci il tarixdə gecə saatlarında STP zavodu yaxınlığında Zərərçəkmiş şəxsnl döyərək ona xəsarət yetirdiyi yeri göstərən zaman çəkilmiş fotoşəkil iş materillarına əlavə edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 2266 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş “Sumqayıt Tibb Mərkəzi” X3 3 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 209 saylı, 06 iyun 2022-ci il tarixli məktubdan görünür ki, Xaçmaz rayon, Sayad kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, J/70 yaşayış massivi, fərdi evdə yaşayan vətəndaş Təqsirləndirilən şəxs Sumqayıt 3 Nömrəli şəhər xəsatəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser qeydiyyatında yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüftı İstehsalat Birliyinin 21 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, J-70 ərazisində həyət evində yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüftı İstehsalat Birliyinin 21 saylı MKS tərəfindən verilmiş “ailə tərkibi haqqında” arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, J-70 ərazisində həyət evində qızı 2013-cü il təvəllüdlü Abdullayeva Zəhra ilə birlikdə yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüftı İstehsalat Birliyinin 21 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan 1(060)-573/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 2-c Polis Bölməsinin 125-7746- 1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:10 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində müəyyən edilərək saxlanılmışdır və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan 1(060)-573/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarla məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatı təzələnmiş və məhkəmə baxış iclası 31 avqust 2022-ci il tarixə, saat 10:20-yə təyin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, sonuncu cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir. Zərərçəkmiş şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-573/2022) qərarını icra edərək xx.xx.2022-ci il tarixli, 1016 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-573/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-573/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver