Məhkəmə qərarları › İş №1(060)-573/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-573/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-573/2023 31.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, təqsirləndirilən şəxs-X4 , müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 178.2.2. 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən 5 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 32.4, 312.2-ci maddəsinə dair müddəalar hökmdən xaric edilməklə CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 2 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan X4 Azərbaycan Republikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2022-ci ilin may ayının sonlarında cinayətdən xəbərsiz Şahid2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs5 işə düzəldilməsində köməklik göstərməsi ilə əlaqədar özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncuya adını qəsdən "xxxx" kimi təqdim edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən poliklinikasına sürücü kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib aldadaraq, qeyd edilən məsələnin müsbət həlli üçün sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Caspian Plaza” iş mərkəzində yerləşən “Shaurma №1” restoranında 1000 (bir min) manat, 10 iyun 2022-ci il tarixdə isə Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisində yerləşən “Şəfa” sanatoriyasının qarşısında 500 (beş yüz) manat, ümumilikdə 1500 (min beş yüz) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2022-ci ilin may ayının sonlarında cinayətdən xəbərsiz Şahid2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs1 işə düzəldilməsində köməklik göstərməsi ilə əlaqədar özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncuya adını qəsdən "xxxx" kimi təqdim edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (Socar) sürücü kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib aldadaraq, qeyd edilən məsələnin müsbət həlli üçün sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2022-ci ilin may ayının son 10 günlüyündə, dəqiq günü istintaqa məlum olmayan tarixdə ünvan 2 ünvanında yerləşən “Araz” supermarketinin qarşısında 1500 (min büş yüz) manat, 01 iyun 2022-ci tarixdə istifadəsində olan “ATB” banka məxsus 5213********8373 nömrəli kart hesabına Sumqayıt şəhəri, 18-ci mikrorayon, Koroğlu prospektində yerləşən “Elmar” marketdə quraşdırılmış «eManat» ödəniş terminalından köçürülmüş 1000 (bir min) manat, ümumilikdə 2500 (iki min beş yüz) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2022-ci ilin may ayının sonlarında cinayətdən xəbərsiz Şahid2 vasitəsilə tanıdığı Şahid1 Oktay oğlunun qardaşı Zərərçəkmiş şəxs2 işə düzəldilməsində köməklik göstərməsi ilə əlaqədar özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncuya adını qəsdən "xxxx" kimi təqdim edərək Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (Socar) sürücü kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib aldadaraq, qeyd edilən məsələnin müsbət həlli üçün sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2022-ci ilin iyun ayının ilk həftəsində, dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “14 mərtəbə” adlanan ünvanda sonuncunun qardaşı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 4000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs2 Oqtay oğluna maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2022-ci ilin iyun ayında cinayətdən xəbərsiz Şahid1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 işə düzəldilməsində köməklik göstərməsi ilə əlaqədar özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncuya adını qəsdən "xxxx" kimi təqdim edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (Socar) tibb bacısı kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib aldadaraq, qeyd edilən məsələnin müsbət həlli üçün sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2022-ci ilin iyun ayının ilk həftəsində, dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “14 mərtəbə” adlanan ünvanda Zərərçəkmiş şəxs3 tanışı Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs3 2000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2022-ci ilin iyun ayında cinayətdən xəbərsiz Şahid1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs4 oğlu Təknur Tağıyevin işə düzəldilməsində köməklik göstərməsi ilə əlaqədar özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncuya adını qəsdən "xxxx" kimi təqdim edərək özünün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (Socar) nüfuza malik olduğunu ona yalandan bildirərək, Təknur Tağıyevin “Socar”da yaxşı bir işə götürüləcəyinə nail olacağını yalandan vəd verib aldadaraq, qeyd edilən məsələnin müsbət həlli üçün sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2022-ci ilin iyun ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə ünvan 4 ünvanında yerləşən “Baku-Oxford School” məktəbinin qarşısında 12.000 (on iki min) manat, 26 iyun 2022-ci il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında 3000 (üç min) manat, ümumilikdə 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2022-ci ilin avqust ayının may ayının sonlarında cinayətdən xəbərsiz X5 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs6 qızı Şahid3 işə düzəldilməsində köməklik göstərməsi ilə əlaqədar özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncuya adını qəsdən "xxxx" kimi təqdim edərək Şahid3 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (Socar) tibb bacısı kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib aldadaraq, qeyd edilən məsələnin müsbət həlli üçün sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla xx.xx.2022-ci il tarixdə, ünvan 5 ünvanından Birbank mobil tətbiqi vasitəsilə istifadəsində olan “ATB” banka məxsus 5213********8373 nömrəli kart hesabına köçürülmüş 1500 (min beş yüz) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş şəxs X3 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs X7 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 05 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, həmin hökmdən Gəncə Apellyasiya Məhkəməsinə şikayət etmiş, Gəncə Apellyasiya Məhkəməsi onun cəzasını 2 il 8 aya endirmişdir. Həmin cinayət işindən başqa onun barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində tamamlanmayan başqa bir cinayət işi də var. Həmin iş üzrə yekun qərar qəbul olunmayıb. Hazırki cinayət işi ilə bağlı bildirir ki, pul qazanmaq məqsədilə özünü Socarın işçisi kimi təqdim edib, vətəndaşları aldadıb onların pulunu mənimsəmişdir. Tibb məntəqələrinə zəng etməklə socarda vakant sürücü və tibb bacısı ştatlarının olduğunu bildirmək üçün Google axtarış saytından Sumqayıt TTY-nın nömrəsini götürüb ora zəng etmiş, telefona cavab verən həmin TTY-sinin həkimi Tərlanla danışmış, özünü Socarın işçisi kimi təqdim edib adının Pərviz olduğunu bildirməklə şirkətdə vakant tibb bacısı və sürücü ştatlarının olması barədə məlumat vermişdir. Həmin həkimə istifadəsində olan 070 *** ** ** saylı mobil nömrəsini verib, istəyən şəxslərin onunla əlaqə saxlamasını bildirmişdir. Sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs5 ona zəng edib bildirmişdir ki, nömrəni ona Tərlan həkim vermişdir. Socarda sürücü kimi işə düzəltmək istəyir. Ülviyə həmin işin düzəlməsi üçün 2000 manat pul lazım olacağını demiş, Ülvi ilə 1500 manata razılaşmışlar. Növbəti gün dəqiq xatırlamadığı tarixdə Ülvi ilə Bakı şəhəri Yasamal rayonu “Caspian Plaza” iş mərkəzinin yanında olan “Şaurma 1” restoranında görüşmüşlər. Həmin yerdə Ülvidən 1000 manat pul almış, bir neçə günə işlə təmin olacağına söz vermişdir. xx.xx.2022-ci il tarixdə Ülvidən qalan 500 manatı Sumqayıt şəhəri “Şəfa” sanatoriyasının qarşısında almış, həmin pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa həmin ərəfədə Tərlan həkimin qohumu kimi özünü təqdim edən Zərərçəkmiş şəxs1 ona zəng edib Socarda sürücü kimi işə düzəlmək istədiyini demişdir. Beyrəklə da eyni üsulla danışıb, may ayının son 10 günlüyündə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Avtovağzal dairəsi adlanan ünvanda yerləşən “Araz” marketin qarşısında görüşmüşlər. Orada Beyrəkdən 1500 manat pul, şəxsiyyət vəsiqəsinin surətini almışdır. Bir neçə gün sonra istifadəsində olan ATB banka aid hesab kartına 1000 manat pul göndərtdirmişdir. Həmin pulu da şəxsi ehtiyac və borcuna ödəmişdir. Bundan sonra Sumqayıt TTYS-nin sürücüsü işləyən İlqarla tanış olmuş, İlqar da ona zəng edərək qardaşının sürücü kimi işləmək istədiyini demişdir. İlqarla da, eyni üsulla danışmış və onunla Sumqayıt şəhəri 45ci məhəllə ərazisində “14 mərtəbə” adlanan ünvanda görüşmüşlər. 2022-ci ilin may-iyun aylarında dəqiq gününü xatırlamadığı tarixdə İlqardan həmin ünvanda 4000 manat məbləğində pulu qardaşı İlhamı Socarda sürücü kimi işə düzəltmək adı ilə aldadıb almışdır. 2022-ci ilin iyun ayında İlqarın qohumu Zərərçəkmiş şəxs3 ilə tanış olmuş, Könül də ona zəng edib Socarda tibb bacısı kimi işə düzəlmək istədiyini demişdir. Könülə işin düzəlməsi müqabilində 2000 manat pul lazım olacağını demişdir. Bir neçə gün sonra Könül bildirmişdir ki, pul hazırdır və İlqarla göndərəcək. İlqarla iyun ayında dəqiq günü xatırlamadığı tarixdə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən 14 mərtəbə adlanan ünvanda görüşmüdür. Könülün işi üçün ondan 2000 manat məbləğində pul almışdır. İlqarın vasitəsilə Zərərçəkmiş şəxs4lə də tanış olmuş, Süleyman da ona zəng edib görüşmək istədiyini bildirmişdir. X12 adı ilə Socar şirkətində “İnsan Resursları” idarəsinin mütəxəssisi kimi təqdim etmiş, 2022-ci ilin iyun ayında Süleymanla Bakı şəhəri Yasamal rayonu ərazisində görüşmüşlər. Süleyman bildirmişdir ki, ali təhsilli oğlu Təknuru Socar şirkətində işə düzəltmək istəyir. Təknur ali təhsilli olduğu üçün yaxşı bir işlə təmin edəcəyinə yalandan vədlər verib onu inandırmışdır. Həmin iş üçün 13.000 manat pul verilməli olduğunu bildirmişdir. Süleymanla 12.000 manata razılaşıb, əlavə pul lazım olsa məlumat verəcəyini demişdir. 2022-ci ilin iyun ayının ortalarında dəqiq gününü xatırlamadığı tarixdə Süleymanla Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı və hazırda ünvanı xatırlamadığı ərazidə görüşmüşlər. Orada Süleymandan 12.000 manat məbləğində pul almışdır. Süleymandan pul almamışdan əvvəl ona da, eyni üsulla gmail adresi vasitəsilə mesaj yazıb işə qəbulla bağlı müraciətinin təsdiq olunduğunu bildirmişdir. Süleymana demişdir ki, oğlu Təknurun CV məlumatlarını da həmin adresə göndərsin. Bir neçə gün sonra Süleymana əlavə verməli olduğu pulun 3000 manat olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Süleymanla Sumqayıt şəhəri 1-ci mkr əraisində yerləşən keçmiş Turan bank binasının qarşısında görüşmüş, 3000 manat pulu da həmin yerdə almış, həmin pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan Zərərçəkmiş şəxs6la tanış olmuş, İbrahim qızı Zəhranı işə düzəltmək istədiyini ona bildirmişdir. İbrahimi də, eyni üsul və vasitə ilə aldadıb “Socar Azərbaycan” adlı gmail adresindən mesaj yazıb qeydiyyatının tamamlandığını bildirmişdir. İşin müqabilində ondan 1500 manat pul istəmiş və həmin pulu da özümə məxsus ATB hesabına köçürtdürmüş, həmin pulu da, şəxsi ehtiyaclarıma xərcləmişdir. Həmin pulu o Sumqayıt şəhərində kartdan çıxarmışdır. Törətdiyi bu əməllərə görə ona heç kim kömək etməmişdir. Aldığı pullardan hər hansı şəxsə verməmiş, eləcə də, dələduzluq yolu ilə pul qazandığı barədə heç kimə məlumat verməmişdir. Zərərçəkmiş şəxslərin mail adreslərinə “Socar Azərbaycan” adresi ilə mesaj göndərməkdə məqsədi insanları inandırmaq olmuş və həmin adresi özü mobil telefon vasitəsilə qeydiyyatdan keçməklə yaratmış, həmin adresin Socara heç bir aidiyyatı olmamışdır. Həmin adresi ancaq özü işlətmişdir. Təqsirləndirilən şəxs X7 törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri ödəməyə imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri X13 məntəqəsinin həkimi Şahid2 onun qohumudur. Tərlana dəfələrlə iş axtardığımı bildirmiş, 2022-ci ilin may ayının son günlərində Şahid2la görüşü zamanı Tərlan ona demişdir ki, bir nəfər “Socar”-ın işçisi kimi stansiyaya zəng edib sürücü kimi işçi lazım olduğunu bildirmişdir. Tərlan həkim həmin şəxsin özünü Pərviz kimi təqdim etdiyini deyib həmin şəxsin mobil nömrəsini ona vermişdir. O özünü Pərviz kimi təqdim edən sonradan adının Süphan olduğunu bildiyi şəxslə əlaqə saxlamışdır. Telefonda Sübhan “Socar”-da sürücü ştatları olduğunu, aylıq əməkhaqqı 900 manat olacağını, həmin işin düzəldilməsi üçün 2500 manat pul lazım olacağını demişdir. O da Süphan ilə razılaşıb görüşmək təklif etmişdir. Süphan bildirmişdir ki, görüşə gələn zaman özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini götürsün. 2022-ci ilin may ayının son günlərində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Araz” marketin yaxınlığında görüşmüş, Süphana həmin ünvanda 1500 manat məbləğində pul və şəxsiyyət vəqisənin surətini, ailə tərkibi haqqında arayış vermişdir. Bundan bir neçə gün sonra 01 iyun 2022-ci il tarixdə Sumqayıt şəhəri 18-ci mikrorayon, Koroğlu prospektində yerləşən “Elmar” marketin içərisində quraşdırılmış “Emanat” terminalından Süphanın göndərdiyi Təqsirləndirilən şəxs məxsus “Azərtürkbanka” aid hesab nömrəsinə 1000 manat məbləğində pul göndərmişdir. Bundan sonra Süphan müxtəlif bəhanələr gətirdiyindən başa düşmüşdür ki, Sübhan onu aldadıb. Süphandan pulunu geri tələb etsə də pulunu o pulunu qaytarmamış, bir neçə gündən sonra onunla ümumiyyətlə əlaqə saxlaya bilməmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək təqsirləndirilən şəxs X6 qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə yeznəsi Şahid2 ona zəng edərək SOCAR istehsalat birliyinin İnsan Resursaları şöbəsinin Pərviz adlı əməkdaşının ona zəng edərək SOCAR-ın Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən poliklinikasına sürücü işinə adam lazım olduğunu bildirdiyini demişdir. O da işə düzəlmək istədiyini Tərlana dedikdən sonra Tərlan, həmin şəxsin mobil telefon nömrəsini ona vermişdir. O xx.xx.2022-ci il tarixdə səhər vaxtı həmin şəxsə zəng etmiş, həmin şəxs adının Pərviz olduğunu demişdir. Sonradan bilmişdir ki, həmin şəəxsin adı Pərviz yox Sübhandır. Söhbət əsnasında Sübhan SOCAR-ın Sumqayıtda yerləşən poliklinikasına sürücü kimi qəbul edəcəyini bildirmiş, lakin bunun qarşılığında ondan 2000 manat pul istəmişdir. O həmin məbləğə imkanının çatmadığını bildirdikdən sonra 1500 manata razılaşmışlar. Sübhana ilk əvvəl 1000 manat verəcəyini demiş, Sübhan da onunla razılaşmış, ondan Gmail adresini istəmişdir. Gmailinə işə qəbul istəyi ilə bağlı ismarıc gəlmiş, həmin ismarıcda onun işə qəbulu üçün tələb olunan 3x4 fotoşəkil, yaşayış yerindən arayış qeyd edilmişdir. İsmarıc gəldikdən sonra Sübhana inanmış, buna görə də həmin gün saat günorta vaxtı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Caspian plaza iş mərkəzində olan Şaurma restoranında Sübhanla görüşüb ona 1000 manat pul vermişdir. Bir neçə gün sonra Sübhan ona zəng edərək 500 manat pulu da istəmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 10-cu məhəllə, Şəfa sanatoriyasının qarşısında Sübhanla görüşüb orada 500 manat pulu da ona vermişdir. Sübhan ona ismarıc gələcəyini və artıq işə qəbul olunacağını desə də, ona ismarıc göndərilməmişdir. Buna görə də Sübhana yenidən zəng etsə də o müxtəlif bəhanələr gətirmişdir. Sonradan Sübhanla əlaqə saxlaya bilməmişdir. Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək təqsirləndirilən şəxs X6 qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 Oqtay oğlu ifadəsində göstərdi ki, Şahid1 onun qardaşıdır. İlqar Sumqayıt şəhəri X13 Stansiyasında sürücü işləyirdi, o isə işsiz idi. 2022-ci ilin may ayının sonları, iyun ayının əvvəllərində qardaşı İlqar ona demişdir ki, işlədiyi stansiyadakı həkim Şahid2 ona demişdir ki, bir nəfər “Socar”-ın işçisi kimi stansiyaya zəng edib sürücü və tibb bacısı lazım olduğunu bildirmişdir. Həmin şəxsin adının Pərviz olduğunu, onu da Socarda sürücü kimi işə düzəldə biləcəyini demişdir. Oərvizin bunun üçün 4000 manat pul istədiyini ona demişdir. Bundan sonra İlqar onun yanında da Pərvizə zəng edib onun işini soruşmuşdur. Pərviz həmin iş üçün 4000 manat pul istəmişdir. Pərvizə inandığıqları üçün razılaşıb 2022-ci ilin iyu ayının əvvəllərində qardaşı İlqara 4000 manat pul vermişdir ki, Pərvizə versin. Bundan bir neçə gün sonra Pərviz tərəfindən aldadıldıqlarını başa düşmüşlər. İlqar özünü onlara Pərviz kimi təqdim edən şəxsin əsil adının Süphan olduğunu öyrənmişdir. Sübhana verdikləri pulu qaytarmasını tələb etsələr də o, hər dəfə bəhanələr gətirib pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs2 Oqtay oğlu təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək təqsirləndirilən şəxs X6 qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, İlqarla qonşudurlar, onunla münasibətləri həmişə yaxşı olmuşdur. Özünü Pərviz adı ilə tanıtdırmış Təqsirləndirilən şəxs qonşusu İlqarın vasitəsi ilə tanımış, onunla əvvlllər heç bir münasibəti olmamışdır. 2022-ci ilin iyun ayında arvadı Lalə qonşuları İlqarın arvadı ilə söhbət edərkən söhbət əsnasında İlqarın yoldaşına Socar şirkətinə iki nəfər sürücü lazım olduğunu dediyini ona demidir. Həyat yoldaşı oğlu Tǝknura iş tapmağı xahiş etmişdir. Bu söhbətlərdən sonra o qonşusu İlqarla danışıb bu işdə kömək etməsini xahiş etmişdir. İlqar da ona Pərviz adlı tanışının olduğunu, Pərvizin Socar şirkətində yaxşı vəzifədə çalışdığını bildirib onu inandırmışdır. Bundan sonra Pərvizlə görüşmək istədiyini İlqara demişdir. İlqar isə təxminən 2022-ci ilin iyun ayının ortalarında onu Pərviz kimi tanıdığı Süphanla görüşdürmüşdür. İlqar ona Süphanın mobil telefon nömrəsini verib onunla əlaqə saxlamağını demişdir. Süphanla əlaqə saxlayıb ona İlqarın tanışı olduğunu və oğlunu işə düzəltmək istədiyini bildirmişdir. Süphan da onunla görüşüb söhbət edəcəyini demişdir. Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşmüşlər. Söhbət zamanı Süphana oğlu Təknuru Socar şirkətinə işə düzəltmək istədiyini demiş, Süphan isə Socar şirkətində insan resursları üzrə mütəxəssis olduğunu, Təknuru həmin idarəyə işə düzəlməkdə köməklik göstərə biləcəyini, bunun üçünsə 13000 manat pul verməli olduğunu demişdir. Süphanla onu qonşusu İlqar tanış etdiyindən, eləcədə Süphan özünü ona Socar şirkətində işləyən nüfuzlu şəxs kimi təqdim etdiyindən ona inanmışdır. Süphandan həmin məbləğdə pulu nə üçün istədiyini soruşanda isə sonuncu ona pulun müvafiq sənədlərin toplanmasına lazım olacağını demişdir. O da Süphanla 12000 manat vermək şərti ilə razılaşmışdır. Həmin söhbətdən təxminən 2-3 gün sonra o Süphanla əlaqə saxlayıb pulu düzəltdiyini demiş və razılaşıb ünvan 10 ünvanında yerləşən “Baku-Oxford School” məktəbinin qarşısında görüşmüşlər. Həmin vaxt orada Süphana 12000 manat pul vermişdir, Süphan isə ona demişdir ki, təxminən bir həftə ərzində oğlunun iş məsələsi düzələcək və oğlu işə çıxacaqdır. Süphana pulu verdikdən sonra bu barədə İlqara da məlumat vermişdir. Süphana pul verməmişdən əvvəl Süphan ondan oğlunun anket, yəni CV məlumatlarını ona verdiyi e-mail adresinə göndərməyini istəmişdir. O da oğlu Təknurun anket məlumatarını Süphanın dediyi e-mail adresinə göndərmişdir. Süphana pulu verməzdən əvvəl oğlunun e-mail adresinə Süphan tərəfindən qurma olan Socar şirkəti tərəfindən yazılarla mesaj gəlmiş va mesajda Təknurun işə qəbul olduğu qeyd olunmuşdur. Bundan sonra Süphana qarşı inamı daha da artmışdır. Bu söhbətdən bir neçə gün sonra Süphan ona zəng edərək oğlu Tǝknurun iş stajının olmadığını deyib bunu ona problem yaradacılağını demişdir. Süphana söhbətlərinin bu qaydada danışılmadığını deyib sonrakı prosesin necə olacağını soruşmuşdur. Süphan əmək müfəttişliyində tanışı olduğunu və bu işin həll olunmasından ötrü əlavə 3000 manat pul istəmişdir. O da yenə də razılaşıb Süphandan kart hesabı istəyib pulu karta yükləməyini təklif etdikdə Süphan karta pul vurmağın işdə ona problem yaradacağından ehtiyyat eldiyini deyib Sumqayıt şəhərinə gəlib onunla görüşüb pulu götürücəyini demişdir. Təxminən 26 iyun 2022-ci il tarixdə Süphanla Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən keçmiş "xxxx" binasının yanında görüşmüşdür. Orada Süphana ondan istədiyi 3000 manat pulu da vermişdir. Süphan ondan pulu aldıqdan sonra oğlunun portal sisteminə adının daxil ediləcəyini demişdir. Bir neçə gün portal sisteminə baxsa da oğlunun adını görməmişdir. Süphan və İlqardan işini həll etmələrini, əks halda pulunu qaytarmalarını tələb etdikdə müxtəlif bəhanələr gətirməyə başlamışlar. Hazl-hazırki vaxta kimi Süphan onu aldadaraq ələ keçirdiyi pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək təqsirləndirilən şəxs X6 qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, qızı Şahid3 dövlət xəstəxanalarının birinə tibb bacısı işinə düzəltmək istəmişdir. 2022-ci ilin avqust ayında Zəhra ona demişdir ki, bir nəfər şəxs var, onu “Socar”-da tibb bacısı kimi işə düzəldə bilər. Həmin şəxsin kimliyini soruşduqda Zəhra bildirmişdir ki, Tanışı Mehri adlı şəxsin yaxınıdır. Özünü Pərviz kimi təqdim edən şəxslə 077 ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Bundan sonra onunla Whatsapp ani mesajlaşma vasitəsilə danışmışlar. Pərviz ilə danışığı zamanı o bildirmişdir ki, 1500 manat pul müqabilində qızı Zəhranı “Socar”-da tibb bacısı kimi işə düzəldəcəkdir. Pərviz ona demişdir ki, Zəhraya aid diplomun, şəxsiyyət vəsiqəsinin, sağlamlıq haqqında arayışın fotoşəkillərini çəkib ona atsın. O da Pərvizin sonradan adının Süphan olduğunu öyrəndiyi şəxsə dediyi sənədlərin fotoşəkillərini çəkib atmışdır. Bundan sonra socarazerbaycan e-mail adresindən Zəhranın sənədlərinin qəbulu ilə bağlı ismarıc gəlmişdir. Həmin şəxsə demişdir ki, pulu ona hər hansı kart hesabı vasitəsilə də göndərə bilər. xx.xx.2022-ci il tarixdə Sübhanın ona göndərdiyi ATB banka məxsus hesaba özünə məxsus Kapital banka aid hesab nömrəsindən yaşadığı evdə olduğu zaman Birbank mobil tətbiqi vasitəsilə 1500 manat pul göndərmişdir. Süphan ona demişdir ki, bu məsələ 10 gün müddətinə həll olunacaq. Lakin pulu göndərməyindən uzun müddət keçməsinə baxmayaraq Süphan qızı Zəhranı işə düzəltməyə köməklik etməmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Sonradan öyrənmişdir ki, Sübhan dələduzluq edib çox adamı aldadaraq pullarını mənimsəmişdir. Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək təqsirləndirilən şəxs X6 qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vbaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmiş, lakin teleqrama ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədini, şikayətçi olduğunu və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Şahid1 qohumudur. Aralarında normal qohumluq münasibətləri var. İlqar Sumqayıt şəhəri X13 Stansiyasında sürücü işləyir. Özü tibb kollecini qutardığı üçün dövlət xəstəxanalarının birində tibb bacısı kimi işə düzəlmək istəyirmiş. 2022-ci ilin iyun ayında İlqarla görüşləri zamanı İlqar bildirmişdir ki, Pərviz adlı şəxs var, tibbi təhsili olan şəxsləri Sumqayıt şəhərində yerləşən “Socar” da tibb bacısı kimi işə düzəldir. İlqar həmin şəxsin işin görülməsi müqabilində 2000 manat məbləğində pul alacağını bildirmişdir. O da İlqardan həmin şəxsin mobil telefon nömrəsini götürmüşdür. Özünü Pərviz kimi təqdim edən şəxslə istifadəsində olan 070 ***-**-** saylı mobil telefon nömrəsi ilə danışmış, bundan sonra 2022-ci ilin iyun ayının ilk həftəsində qohumu İlqara 2000 manat məbləğində pul vermişdir ki, həmin pulu Pərvizə çatdırsın. Bundan sonra Pərviz ilə Bakı şəhərində yerləşən “Caspian” plazanın qarşısında görüşmüş, Pərvizə lazım olan sənədləri təqdim etmişdir. Pərviz də bildirmişdir ki, pulu İlqar ona çatdırmışdır. Pərvizə özünə məxsus diplomun, əmək kitabçasının, şəxsiyyət vəsiqəsinin surətlərini vermişdir. Pərviz demişdir ki, bir həftə müddətində işə çıxacaqdır. Bundan bir neçə ay keçəndən sonra Pərviz müxtəlif bəhanələr gətirməyə başlamış, başa düşmüşdür ki, aldadılmışdır. Sonran öyrənmişlər ki, onlara özünü Pərviz kimi təqdim edən şəxs Təqsirləndirilən şəxsdur. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, o 1998-ci il tarixdən Sumqayıt şəhət TTYS-da işləyir. Hazırda həmin stansiyada məntəqə müdiridir. 2022-ci ilin may ayında dəqiq gününü xatırlamadığı tarixdə işdə olduğu zaman bir nəfər şəxs stansiyaya zəng edərək özünü Pərviz kimi təqdim edib “Socar”-ın işçisi olduğunu, işlədiyi qurumda vakant tibb bacısı və sürücü ştatları olduğunu bildirib ona demişdir ki, kim istəsə, müraciət əsasında işə düzəldə bilər. Özünü Pərviz kimi təqdim edən şəxs istifadəsində olan 070 ***- **-** saylı mobil telefon nömrəsini verib işə düzəlmək istəyən şəxslərin onunla əlaqə saxlamasını bildirmişdir. O da həmin şəxsə inanıb bu barədə ilkin olaraq işsiz olan qohumu Zərərçəkmiş şəxs5 məlumat verib həmin şəxsin mobil telefon nömrəsini Ülviyə vermişdir. Bundan sonra həmin şəxsin nömrəsini hazırki işdə zərərçəkmiş şəxs olan Beyrəyin atası Aqilə vermişdir. Təxminən bir ay sonra öyrənmişdir ki, özünü Socarın işçisi kimi Pərviz adı ilə təqdim edən şəxs Ülvini, Beyrəyi və digər işçiləri İlqarın qohumlarını aldatmaqla pullarını məniməmişdir. Pərviz adı ilə onunla danışan həmin şəxsi tanımamışdır, onu heç vaxt görməmişdir. Pərviz adlı ilə onunla danışan şəxs telefon əlaqəsi zamanı rəsmi qaydada danışıb özünə inandırdığı üçün onun mobil telefon nömrəsini qeyd etdiyi şəxslərə vermişdir ki, həmin şəxslər işsiz qalmasınlar. Sonradan öyrənmişdir ki, onunla Pərviz adı ilə danışan şəxsin adı Süphandır və o bir çox şəxsin əmlakını dələduzluq yolu ilə mənimsəmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 2012-ci ildən Sumqayıt şəhəri X13 Stansiyasında sürücü işləyir. 2022-ci ilin may ayının sonlarında işlədiyi stansiyasının həkimi Şahid2 ona demişdir ki, bir nəfər “Socar”-ın işçisi kimi stansiyaya zəng edib sürücü və tibb bacısı lazım olduğunu bildirmişdir. Tərlan həkim həmin şəxsin özünü Pərviz kimi təqdim etdiyini deyib onun mobil nömrəsinin 070 ***-**-** olduğunu deyərək kimin işə düzəlmək istəyən tanışı varsa həmin şəxslə əlaqə saxlamağı bildirmişdir. O da buna görə özünü Pərviz kimi təqdim edən sonradan adının Süphan olduğunu bildiyi şəxslə əlaqə saxlamış, həmin şəxslə danışan zaman demişdir ki, “Socar”-da 5-6 nəfər sürücü, kaitbə və tibb bacısı ştatları vardır. O da Süphanla görüşmək istəyəndə Süphan onu Bakı şəhəri Bakıxanov qəsəbəsinə dəvət etmişdir. Sübhanla 2022-ci ilin may-iyun aylarında Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində xatırlamadığı ünvanda görüşmüşlər. Süphanla görüşən zaman demişdir ki, sürücü, tibb bacısı üçün vakansiyalar var, hər işçi üçün 4000 manat pul lazımdır, tanışı varsa onunla əlaqələndirib işlə təmin etsin. O da Süphana inanıb bu barədə qardaşı İlhama işsiz olduğu üçün məlumat vermişdir. İlham da razılaşmışdır. Bu məqsədlə 2022-ci ilin may ayının sonları, iyun ayının əvvəllərində dəqiq gününü xatırlamadığı tarixdə qardaşı İlhamdan yaşadığı evdə aldığı 4000 manat pulu Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində “14 mərtəbə” adlanan ünvanda Süphana vermişdir ki, qardaşı İlhamı “Socar”da sürücü kimi işə düzəltsin. Bundan bir neçə gün sonra Süphan ona demişdir ki, əlavə olaraq da bir neçə nəfər şəxsi işlə təmin edə bilər. O da buna görə qohumu olan Zərərçəkmiş şəxs3 məlumat vermişdir. Könüldə Sübhanla görüşmüşdür. O da Könülün tibb bacısı kimi işə düzəldilməsi məqsədilə yaşadığı mənzildə ondan Sübhana verməli olduğu 2000 manat məbləğində pulu almış, Könüldən Süphana çatmalı olan aldığı 2.000 manat pulu da Sübhana 2022-ci ilin iyun ayında dəqiq gününü xatırlamadığı tarixdə Sumqayıt şəhəri 14 mərtəbə adlanan ünvanda Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən 14 mərtəbəli binanın qarşısında vermişdir. Bundan sonra qonşusu olmuş Süleyman da bu barədə məlumat almış və oğlu Təknuru işə düzəltməkdə ona köməklik göstərilməsini xahiş etmişdir. O da həmin zaman Pərviz olduğunu bildiyi Süphanın mobil nömrəsini Süleymana vermişdir. Süleyman da oğlu Təknurun işi üçün Süphana 15.000 manat məbləğində pul vermiş, bundan sonra Sübhan müxtəlif bəhanlər gətirərək işləri düzəltməmiş, aldığı pulları da qaytarmamışdır. Sübhana toplam olaraq 6.000 manat məbləğində pulu qohumlarının işə düzəldilməsi üçün vermiş, Süphan da həmin pulları dələduzluq yolu ilə ələ keçirmişdir. Süphana verdiyi həmin pullardan Sübhan ona heç nə verməmidir. O da Süphan tərəfindən aldadılmışdır. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt tibb kollecinin məzunudur. Özəl tibb mərkəzində tibb bacısı kimi işləyir, lakin dövlət xəstəxanalarının birinə tibb bacısı kimi düzəltmək istəyirmiş. Mehri Ağamirzəyevanı bir neçə aydır ki, tanıyır. Onunla təsadüfi görüşləri zamanı bildirmişdir ki, Pərviz adlı şəxs onun iş yerinə gəlmiş, “Socar” da tibb bacısı üçün vakant ştatları olduğunu bildirmiş və mobil nörməsini verərək istəyən olsa əlaqə saxlamasını bildirmişdir. O da həmin şəxsin mobil telefon nömrəsini Mehri xanımdan alıb atası İbrahimə verib bu barədə ona məlumat vermişdir. Atası da özünü Pərviz kimi təqdim edən şəxslə istifadəsində olan 077 ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Bundan sonra onunla Whatsapp ani mesajlaşma vasitəsilə danışmışlar. Pərviz ilə danışıqları zamanı bildirmişdir ki, 1500 manat pul müqabilində onu “Socar”-da tibb bacısı kimi işə düzəldəcəkdir. Pərviz onlara demişdir ki, diplomunun, şəxsiyyət vəsiqəsinin, sağlamlıq haqqında arayışın fotoşəkillərini çəkib ona atsın. Atası İbrahim də Pərvizin sonradan adının Süphan olduğunu öyrəndikləri şəxsə dediyi sənədlərin fotoşəkillərini çəkib atmışdır. İbrahim həmin şəxsə demişdir ki, pulu ona hər hansı kart hesabı vasitəsilə də göndərə bilərik. xx.xx.2022-ci il tarixdə Süphanın İbrahimə göndərdiyi ATB banka məxsus **********658373 saylı hesaba özünə məxsus Kapital banka adi **********8886142 saylı hesab nömrəsindən Birbank mobil tətbiqi vasitəsilə 1500 manat pul göndərmişlər. Süphan ilə danışıqları zamanı bildirmişdir ki, bu məsələ 10 gün müddətinə həll olunacaqdır. Sonradan öyrənmişlər ki, həmin şəxs dələduz imiş bir çox adamı aldadaraq pullarını mənimsəmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxlərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarına əlavə olunmuş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, X1 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 178.2.2. 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 310 və 32.4,312.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(100)- 354/2022 nömrəli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsinə dair müddəalar (bu maddə əsasında irəli sürülmüş ittiham) hökmdən xaric edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(100)-354/2022 nömrəli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il və CM-nin 310-cu maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadıqdan məhrum etmə cəzası təyin edilmiş, Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) günü CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun əvvəllər də qəsdən cinayət törətməsinə görə məhkum olunmasını, hazırda Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və vurulmuş zərərərdən heç bir məbləğdə ödəniş etməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzası, bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalıdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və barəsində olan başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması nəzərə alınmılşdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 14 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 02 il 08 ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin və barəsində olan başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 14 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 84 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar