Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-573/2025 13.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 358-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,227 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 06 may 2025-ci il tarixdə, saat 16:12-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacıbaba Salayev küçəsi ilə Hüseyn Cavid küçələrinin kəsişməsində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,227 qram xeyli miqdarda ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,508 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 26 may 2025-ci il tarixdə, saat 18:26-da ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,508 qram xeyli miqdarda ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, ibtidai istintaqda verdiyi ifadəni tam təsdiq edir. Xeyli vaxtdır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 2025-ci ilin may ayının 6-da Novxanıda tanımadığı şəxsdən 5 manata bir büküm metamfetamin almışdır. 06 may 2025-ci il tarixdə Corat qəsəbəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, həmin pati üzərindən aşkar edilərək götürülmüşdür. İkinci dəfə Bakı şəhərində 20 yanvar yaxınlığında tanımadığı şəxsdən 5 manata öz şəxsi istifadəsi üçün bir büküm metamfetamin almışdır. 26 may 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Özü könüllü olaraq həmin bükümü çıxarıb təqdim etmişdir. Törətdiyi cinayət əməlindən peşimandır. İstintaqda verdiyi ifadəsini tam təsdiq edir. Xeyli vaxtt keçdiyindən çox şeyi dəqiq xatırlamır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, ailəyə ondan başqa baxan olmadığını, himayəsində xəstə anasının olmasını nəzərə alaraq ona aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmədə elan olunmaqla tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 may 2025-ci il tarixdə səhər saatlarında Novxanı qəsəbəsinə getmiş, orada təsadüfən üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxslə rastlaşmış və həmin şəxsə 5 manat verərək, şəxsi istifadəsi üçün 01 ədəd şəffaf polietilen bükümdə psixotrop maddə olan upatı” almış və əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra ordan Sumqayıt şəhəri, Corat qəsəbəsinə qayıtmış, həmin gün saat 16:12-də Corat qəsəbəsində piyada gedərkən, Hacıbaba Salayev və Hüseyn Cavid küçələrinin kəsişməsində ona mülki geyimdə olan polis əməkdaşları yaxınlaşmış və Sumqayıt şəhər polis idarəsinin NMB-nin əməkdaşları olduqlarını deyib özlərini təqdim etmişlər. Bundan sonra polis əməkdaşlarından biri ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli şəxs qismində saxlanıldığını və üzərinə baxış keçirəcəklərini bildirmişdir. Daha sonra həmin polis əməkdaşı üzərində əldə olunması, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığını soruşmuş, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişdir. Bundan sonra əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf polietilen bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisindəki kütlənin psixotrop maddə olan “patı" olduğunu, həmin kütləni 06 may 2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən adını, soyadını, yaşadığı ünvanı bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 5 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı üzərindən aşkar olunmuş 01 ədəd şəffaf polietilen bükümdəki maddə olan "patı”nı tərəziyə qoyub çəkmiş və çəkisinin 0,31 qram olduğu müəyyən edilmiş, sonra isə həmin bükümü zərfə qoyaraq qablaşdırmış və möhürlə möhürləmişdir. Daha sonra üzərinə baxış davam etdirilmiş və şalvarının sol yan cibində olan iki ədəd 5 manatlıq əskinaslar aşkar edilmiş, araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra polis əməkdaşı müvafiq sənədləşmə aparılması məqsədilə ona Sumqayıt şəhər polis idarəsinə gedəcəklərini bildirdikdə, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinə gəlmişdir. Bundan sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər və təhqiqatçı üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, hüquq və vəzifələrini izah etdikdən sonra hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı onun 06 may 2025-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsində saxlanıldığını və şəhər polis idarəsinə gətirildiyini bildirib, bunun səbəbini polis əməkdaşlarından soruşmuşdur. Polis əməkdaşları isə onun narkotik vasitə və psixotrop maddələr qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını və üzəri yoxlanılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlənin aşkar edildiyini, sonra isə tərəziyə qoyulub çəkildiyini və çəkisinin 0,31 qram olduğununun müəyyən edildiyini, həmin bükümün 01 ədəd zərfə qoyularaq qablaşdırıldığını və bu barədə müvafiq sənədləşmə aparıldığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı zərfi təhqiqatçıya təqdim etmiş, şəffaf polietilen bükümdəki metamfetaminin zərfin içərisində olduğunu bildirmişdir. Təhqiqatçı ondan psixotrop maddə metamfetamini nə vaxt, harada və kimdən, hansı məqsədlə əldə etdiyini soruşduqda, həmin psixotrop maddəni 06 may 2025-ci il tarixdə səhər saatlarında Novxanı qəsəbəsində barəsində heç bir məlumatı olmadığı, lakin üzdən tanıdığı şəxsdən 5 manata öz istifadəsi üçün aldığını, narkotik vasitə və psixotrop maddədən arada bir istifadə etdiyini bildirmişdir. Daha sonra təhqiqatçı vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmiş, həmin vaxt şalvarının sol yan cibində olan iki ədəd 5 manatlıq əskinaslar aşkar edilmiş, həmin pul əskinasları iş üzrə əhəmiyyət kəsb etmədiyi ona izah edilərək yenidən özünə qaytarılmışdır. Təhqiqatçı polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin qablaşdırıldığı zərfi göstərib içərisindəki bükümün ekspertiza tədqiqatına göndəriləcəyini bildirərək götürmüşdür. Bundan sonra müdafiəçi ondan Corat qəsəbəsində saxlanılarkən və ya polis idarəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor və ya işgəncə tətbiq olunub-olunmadığını, üzərindən aşkar olunmuş 01 ədəd şəffaf polietilen bükümdəki kütlənin ona məxsus olub-olmadığını, onu haradan əldə etdiyini soruşmuş, bundan sonra ona polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya işgəncə tətbiq olunmadığını, üzərindən aşkar edilmiş psixotrop maddə “patı”nı Novxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bir daha bildirmişdir. Daha sonra təhqiqatçı iştirakçılardan kiminsə sualının olub-olmadığını soruşaraq, şəxsi axtarışın başa çatdığını və çəkilişin dayandırıldığını elan etmiş, sonda şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib olunmuş, müdafiəçisi və digər iştirakçılarla birlikdə həmin protokolla tanış olaraq imzalamışdır. Bundan başqa polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığında olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, soyadını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 5 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə metamfetamin almış və üzərində saxlamışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 18:26-da ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında ona mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirib, şifahi şəkildə hüquq və vəzifələrini izah edərək, video çəkiliş aparmaqla üzərini yoxlayacaqlarını bildirmişlər. Ona üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet varsa təqdim etməyini təklif etdikdə, buna etiraz etməyərək, polis əməkdaşlarının təklifi ilə əynindəki şalvarının sağ yan cibində saxladığı, Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığında olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, soyadını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 5 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün aldığı bir ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları təqdim ediyi içərisində psixotrop maddə metamfetamin olan bükümün içərisinə baxış keçirməklə elektron tərəzidə çəkib, çəkisini müəyyən etmişlər. Təqdim etdiyi psixotrop maddə metamfetamin olan büküm elektron tərəzidə çəkilərkən çəkisinin 0,60 qram olması müəyyən edilmiş, bundan sonra içərisi boş zərfə qablaşdırılaraq, zərfin üzərində qeydlər aparılmaqla götürülmüşdür. Təqdim etdiyi psixotrop maddə metamfetamin götürüldükdən sonra isə polis əməkdaşları üzərini əlavə olaraq yoxlamışlar, həmin vaxt üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin 1-ci PB- nə dəvət etdiyindən, etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, daha sonra birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gəlmişlər. Polis bölməsində olan zaman isə xidməti otaqlardan birinə dəvət edilmiş, orda ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün təqdim edilmiş siyahıdan seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 təqdim olunmuşdur. Bundan sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında piyada hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərini yoxlayarkən aşkar etdikləri, sonra isə müvafiq qaydada qablaşdıraraq götürdükləri içərisində psixotrop maddə metamfetamin olan bükümün qablaşdırıldığı zərfə baxış keçirilmiş, daha sonra isə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra ona verilmiş şifahi sualları cavablandıraraq polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığında olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, soyadını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 5 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə metamfetamin aldığını və üzərində saxladığını, həmin gün ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında piyada hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılarkən həmin bir ədəd bükümdə psixotrop maddə metamfetaminin üzərindən aşkar edildiyini və qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Sonda polis əməkdaşları bütün qeyd etdikləri ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılarkən aşkar edilmiş psixotrop maddə metamfetaminidə şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdəə İlkin adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görədə İlkin adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilmişdir. Həmin gün saat saat 16:12-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacıbaba Slayev küçəsi ilə Hüseyn Cavid küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edildikdə o, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə olan, “şüşə” adlandırılan metamfetamin olduğunu, həmin psixotrop maddəni səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən üzdən tanıdığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 5 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin şəxsin üzərini əlavə olaraq axtarmışlar. Onun üzərindən iki ədəd 5 manatlıq kağız pul əskinası aşkar edilmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş, həmin vaxt içərisində ağ rəngli, kristalşəkilli maddə olan bükümün çəkisinin 0,31 qram olması müəyyən edilmiş, sonra isə içərisi boş zərfə qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə aparılması üçün Sumqayıt ŞPİ-nə təqdim edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək digər Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə İlkin adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, bununla bağlı əməliyyat tədbirləri keçirilmişdir. Həmin gün saat saat 18:26-da ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edildikdə o, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə olan, “şüşə” adlandırılan metamfetamin olduğunu, həmin psixotrop maddəni Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metro stansiyasının yaxınlığında olarkən əvvəllər tanımadığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 5 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonra isə aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş, həmin vaxt içərisində ağ rəngli, kristalşəkilli maddə olan bükümün çəkisinin 0,60 qram olması müəyyən edilmiş, sonra isə içərisi boş zərfə qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işlərinin aparılması üçün Sumqayıt ŞPİ-nin 1-ci Pb-nə aparılmışdır. Cinayət işinin 112-113-cü vərəqəsində olan 06 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 160-161-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 71-75-ci vərəqələrində olan həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 28 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 may 2025-ci il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan, yaddaşında 01 (bir) ədəd “İMG 1435” adlı, 82391 kb həcmində, 07 dəqiqə 07 saniyyə davam edən, rəngli formatda, açıq hava və təbii işıq mənbəsi ilə işıqlandırılma şəraitində çəkilmiş video görüntü olan fayla baxış keçirilərkən video görüntüdə Təqsirləndirilən şəxs 06 may 2025- ci il tarixdə saat 16:12-də Sumqayıt şəhəri, Corat qəsəbəsi. Hacı Salayev küçəsi ilə Hüseyn Cavid küçəsində piyada hərəkətdə olarkən mülki geyimdə olan Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və əməliyyat müvəkkili, polis kapitanı Şahid2, eləcə də əməliyyat tədbirini mobil telefondan istifadə etməklə videoçəkiliş apararaq qeydə alan əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən saxlanıldığı və polis əməkdaşlarının özlərini təqdim etdikdən sonra, əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və gəzdirilməsində şübhəli şəxs qismində saxlanıldığını bildirərək, hüquq və vəzifələrini izah edib, üzərini yoxlayacağını bildirdiyi və üzərində əldə olunması, daşınması və saxlanması qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitənin olub-olmadığını soruşaraq, varsa təqdim etməsini təklif etdiyi, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxararaq əməliyyat müvəkkili, polis kapitanı Şahid1 təqdim etdiyi və bükümün içərisində psixotrop maddə “patı” olduğunu bildirdiyi, əməliyyat müvəkkili Şahid1 şəxsin üzərinə axtarışı davam etdirərkən, Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən 01 ədəd beş manatlıq pul əskinasının aşkar edildiyi, sonra isə araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə geri qaytarıldığı, bundan sonra əməliyyat müvəkkili Şahid1 elektron tərəzi çıxararaq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümü açaraq içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğunu müəyyən etdiyi, sonra isə bükümü tərəzidə çəkərək çəkisinin 0,31 qram olduğunu müəyyən etdiyi, daha sonra əməliyyat müvəkkili, polis kapitanı Şahid1 01 ədəd bükümü ağ rəngli zərfə qoyaraq qablaşdırdığı və üzərini möhürlə möhürlədiyi, əməliyyat müvəkkili Şahid1 həmin kütləni haradan, kimdən və hansı məqsədlə əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs bükümün içərisindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddəni səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 5 manata şəxsi istifadəsi məqsədilə aldığını bildirdiyi, daha sonra əməliyyat müvəkkili, polis kapitanı Şahid1 əməliyyat tədbirlərinin sənədləşdirilməsi məqsədilə Sumqayıt ŞPİ-nə gedəcəklərini Təqsirləndirilən şəxs izah etdiyi, bundan sonra videoçəkilişin dayandırılacağının elan edildiyi, daha sonra video çəkiliş başa çatdığı müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, yaddaşında 01 (bir) ədəd “VİD_20250506_172021” adlı, 729376 kb həcmində, 04 dəqiqə 53 saniyyə davam edən, rəngli formatda, otaq və elektrik işıqlandırılması şəraitində çəkilmiş video görüntü olan fayla baxış keçirilərkən video görüntüdə Sumqayıt şəhər polis idarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyevin xidməti otaqda Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra onun Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz olaraq əldə olunması, saxlanması və daşınmasında şübhəli şəxs qismində saxlanıldığını bildirərək, xidməti otaqda üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyi və əməliyyat müvəkkilləri, polis mayoru Şahid3, polis kapitanı Şahid1, polis kapitanı Şahid2 özlərini təqdim etmələrini təklif etdiyi, polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı X11 Əliyevə onun Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etdiyi və hüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim etdiyi, bundan sonra baş təhqiqatçı Elsevər Quliyev tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin NMB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Sumqayıt şəhəri ərazisində şübhəli şəxs qismində saxlanılaraq üzərini yoxladıqlarını və üzərindən psixotrop maddə metamfetaminə oxşar kütlənin aşkar edilib götürüldüyünü, zərfə qablaşdırıldığını, bu barədə protokol tərtib olunduğunu bildirdiyi, bu zaman əməliyyat müvəkkili, polis kapitanı Şahid1 bir ədəd zərf təqdim edərək, Təqsirləndirilən şəxs 06 may 2025-ci il tarixdə saat 16:12-də Sumqayıt şəhəri, Corat qəsəbəsində, Hacıbaba Salayev küçəsi ilə Hüseyn Cavid küçələrinin kəsişməsində narkotik vasitələrin qanunsuz əldə olunması, qəbulu və üzərində gəzdirilməsində şübhəli şəxs qismində saxlanıldığını, üzəri yoxlanılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlənin aşkar edildiyini və elektron tərəzidə çəkilərkən çəkisinin 0,31 qram çəkidə olduğunun müəyyən edildiyini bildirdiyi, təhqiqatçının zərfi götürərək Təqsirləndirilən şəxs zərfin içərisindəki kütlənin nə olduğunu, həmin kütləni haradan və hansı məqsədlə əldə etdiyini soruşduğu, Təqsirləndirilən şəxs zərfin içərisindəki kütlənin narkotik maddə metamfetamin olduğunu, həmin narkotik maddəni Novxanı qəsəbəsində tanımadığı şəxsdən özünün istifadəsi məqsədilə 5 manata aldığım bildirdiyi, daha sonra baş təhqiqatçı X11 Əliyevə üzərində əldə olunması, daşınması və saxlanması qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitənin olubolmadığını soruşaraq, varsa təqdim etməsini təklif etdiyi, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olmadığını bildirdiyi, bundan sonra X11 Əliyevin üzərinə şəxsi axtarış keçirdiyi və əynindəki şalvarının sol yan cibindən 02 ədəd 5 manatlıq əskinaslar aşkar etdiyi, sonra isə iş üzrə əhəmiyyət kəsb etmədiyini bildirərək Təqsirləndirilən şəxs qaytardığı, daha sonra şəxsi axtarışda iştirak edən vəkil X4 Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən onun hər hansı fiziki zora məruz qalıb-qalmadığını, üzərindən aşkar edilmiş kütlənin ona məxsus olub-olmadığını, həmin kütlənin hansı məqsədlə əldə etdiyini soruşduğu, Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını, üzərindən aşkar olunmuş narkotik vasitəni Novxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirdiyi, bundan sonra baş təhqiqatçı Elsevər Quliyevin videoçəkilin başa çatdığını elan etdiyi və videoçəkilişin dayandırıldığı müəyyən edilmişdir. Cinayət işi materiallarında olan , yaddaşında 01 (bir) ədəd “İMG_2341” adlı, 789213 kb həcmində, 06 dəqiqə 28 saniyyə davam edən, rəngli formatda və açıq hava şəraitində çəkilmiş video görüntü olan diskə baxış keçirilərkən video görüntünün ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısını və ətraf əraziləri əks etdirdiyi, video görüntünün əvvəlində daş hasarın və torpaq örtüklü yolun daş hasarının qarşısında iki nəfər şəxsin dayandığının göründüyü, bu cür video görüntü bir neçə saniyyə davam etdikdən sonra yolla bir nəfər şəxsin hərəkət etdiyinin, həmin şəxsin bir neçə metr hərəkət etdikdən sonra həmin hərəkətdə olan şəxsə hərəkət istiqamətinin sol hissəsindən iki nəfər mülki geyimli şəxslərin yaxınlaşaraq həmin şəxsi saxladıqları, daha sonra ilk şəxsin özünü saxlanılmış şəxsə təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili, polis baş leytenantı Şahid4 olduğunu bildirdiyi, sonra saxlanılmış şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra ilk özünü təqdim edən şəxsin məlumat verərək həmin şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində gəzidirilməsi və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğundan xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən şübhəli şəxs qismində saxlanıldığını bildirdiyi, daha sonra orda olan şəxslərədə özlərin təqdim etmələrini təklif etdiyi, bundan sonra ilk özünü təqdim edən şəxsin məlumat verərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili, polis leytenantı Şahid5 olduğunu, ikinci özünü təqdim şəxsin məlumat verərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid6 olduğunu bildirdikləri, bundan sonra ilk olaraq özünü təqdim edərək Şahid4 olduğunu bildirən şəxsin saxlanılmış şəxsin hüquq və vəzifələrini izah etdiyi, bundan sonra isə həmin şəxsə üzərində yoxlama aparacağını bildirərək, bundan əvvəl isə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş əşya və predmet varsa təqdim etməsini təklif etdiyi, bu təklifdən sonra saxlanılmış şəxsin əynindəki şalvarın sol arxa cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etdiyi, həmin bükümün içərisində psixotrop maddə olan, “şüşə’' adlandırılan metamfetamin olduğunu, psixotrop maddəni Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metro stansiyasının yaxınlığında olarkən əvvəllər tanımadığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı, barəsində digər məlumatları bilmədiyi şəxsə 5 manat pul verərək, şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini bildirdiyi, bundan sonra təqdim edilmiş bükümün içərisinə baxış keçirildiyi, daha sonra isə aşkar edilmiş bükümün elektron tərəzidə çəkildiyi, içərisində ağ rəngli, kristalşəkilli maddə olan bükümün elektron tərəzidə çəkilərkən çəkisinin 0,60 qram olmasının müəyyən edildiyi, bundan sonra isə aşkar edilmiş bükümün içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, daha sonra zərfin üzərində qeydlər aparıldığı, sonda iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığı, sonra isə götürüldüyü, daha sonra saxlanılmış şəxsin üzərinin axtarıldığı, həmin şəxsin üzərindən bir ədəd alışqanın aşkar edildiyi, həmin şəxsin üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmetin aşkar edilmədiyi, sonda özünü təqdim edərək əməliyyat müvvəkkili Şahid4 olduğunu bildirən şəxs tərəfindən məlumat verilərək digər zəruri hərəkətlərin icra edilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gedəcəklərini bildirdiyi, bundan sonra isə video çəklişin dayandığı müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, yaddaşında 01 (bir) ədəd “WhatsApp Video 2025-05- 26 at 19.37.38“ adlı, 45689 kb həcmində, 04 dəqiqə 49 saniyyə davam edən, rəngli formatda və otaq şəraitində çəkilmiş video görüntü olan diskə baxış keçirilərkən video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şahmar Səfərov olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqdakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, bundan sonra özünü təqhqiqatçı kimi təqdim edən şəxsin məlumat verərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri əldə etməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Sumqayıt ŞPİ- nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanıldığını, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən psixotrop maddəyə bənzər maddənin aşkar edilərək qablaşdırılmaqla götürüldüyünü, götürülmüş psixotrop maddəyə bənzər maddənin təqdim edildiyi barədə məlumat verdiyi, sonra xidməti otaqdakı digər şəxslərdə özlərini təqdim etmələrini təklif etdiyi, bundan sonra ilk özünü təqdim edən şəxsin məlumat verərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili, polis baş leytenantı Şahid4 olduğunu, ikinci özünü təqdim edən şəxsin məlumat verərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili, polis leytenantı Şahid5 olduğunu, sonuncu özünü təqdim şəxsin məlumat verərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid6 olduğunu bildirdikləri, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin hüquq və vəzifələrini izah etdiyi, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etdiyi, daha sonra təhqiqatçı tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə xidməti otaqdakı digər şəxsində təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 olduğunu bildirdiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş zərfin açılaraq içərisinə baxış keçirildiyi, həmin zərfin içərisindən bir ədəd sellofan bükümün aşkar edildiyi, daha sonra həmin bükümün elektron tərəzidə çəkilərək çəkisinin müəyyən edildiyi, bundan sonra isə yenidən içərisi boş zərfə qablaşdırıldığı, zərfin üzərində qeydlər aparıldığı, sonra isə götürüldüyü, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə müraciət edərək həmin zərfə qablaşdırılmış bükümün onun üzərindən aşkar edilib edilmədiyini, həmin bükümün içərisində nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş şifahi sualları cavablandıraraq həmin zərfə qablaşdırılmış bükümün polis əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılarkən aşkar edilərək götürüldüyünü, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Bakı şəhəri ərazisində olarkən əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 5 manata alaraq üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən isə həmin psixotrop maddənin aşkar edilərək götürüldüyünü bildirdiyi, daha sonra xidməti otaqdakı müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, üzəri yoxlanılarkən aşkar edilərək götürülmüş bükümdəki maddənin özünə məxsus olub-olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin bundan sonra verilmiş sualları cavablandıraraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilmədiyini, üzəri yoxlanılarkən aşkar edilmiş bükümdəki psixotrop maddənin özünə məxsus olduğunu bildirdiyi, sonda özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aparılan video çəklişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq edildiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə kimyavi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/283/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: AR DİN “Zərflər üçün № 124” əksi “İçərisində bir (1) büküm metafufetaminə bənzər maddə; Saxlanılan şəxs /imza/ Ə l i y e v. İ , 1. B a y r a m o v. O / i m z a / ; 2. Q u l a m o v. Ş / i m z a / ; Tərtib etdi: Sumqayıt ŞPİ-nin ə/müvpolis kapitanı /imza/ Şahid1” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,227 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,227 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,177 qram. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025ci il tarixli 3-16-16/2-20/386/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: AR DİN “Zərflər üçün № 125” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə; 1. Saxlanılan şəxs: /imza/ Təqsirləndirilən şəxs; 2. ə/müvvəkkili /imza/ Şahid5; 3. ə/müvvəkkili /imza/ Şahid4;, iştirak etdi vəkil: /imza/ Adil Bünyadov; təh. /imza/ Şahmar Səfərov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,508 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,508 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0.458 qram Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 04 iyul 2025-ci il tarixli 3941 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,508 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, təmiz çəkisi 0,508 qram olan psixotrop maddə metamfetamindən tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 0.458 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işininmateriallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan mtetamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən CMin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi Təqsirləndirilən şəxs oğunun cəzasını ağırlaşdıran haldır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi X10 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 26 may 2025ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3941 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,177 qram və 0,458 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə diggər maddi sübut olan 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 06 may 2025-ci il tarixdən 08 may 2025-ci il tarixədək olan 2 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1(bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum emə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,177 qram və 0,458 qram psixotrik maddə olan mtetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-573/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-573/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver