Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-575/2021 23.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 30.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları ünvan 1 ünvanında aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs əli ilə sol tərəfli xarici qulaq keçəcəyinin, qulaq seyvanın küt travması, sol qulaq seyvanın yuxarı hissəsinin qançırı, sol təbil pərdəsinin ödemi, cırılması, sol bazunun yuxarı 1/3 hissəsinin iç səthinin iki ədəd qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının yumşaq toxumalarının şişkinlik fonunda qançırı, sol əlin arxa səthinin dördüncü əl daraq sümüyü proyeksiyasının dörd ədəd sıyrıqları xəsarətlərini, yəni vətəndaş Zərərçəkmiş şəxs qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 30.06.2021-ci il tarixdə, səhər saatlarında yaşadıqları ünvan 1 ünvanında olan zaman yuxudan oyandıqdan sonra işə getmək üçün hazırlaşmış və bu ərəfədə həyat yoldaşı Gültacdan xahiş etmişdir ki, ona səhər yeməyi hazırlasın. Bu vaxt həyat yoldaşı onun valideynlərinə qarğış etməyə başlamış, anası Gülsabah müdaxilə edərək Gültacdan buna son qoymasını istəmişdir. Gültac anasına da məhəl qoymayaraq qıcıqlandırıcı ifadələr işlətməyə başlamış və Təqsirləndirilən şəxs əsəbləşərək onun üz nahiyəsinə əli ilə zərbə vurmuşdur. Sonradan ona məlum olmuşdur ki, Gültac gizli olaraq telefon vasitəsilə anasına baş vermiş hadisə ilə bağlı məlumat vermiş və anası da bu barədə DİN-in “102” xidməti-zəng sistemi mərkəzinə məlumat vermişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Özünü təqsirli bilir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs Xəyyan qızı göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2019-cu il tarixdə ailə qurmuş, ancaq rəsmi nikahları olmamışdır. Ailə qurduqları vaxtdan Təqsirləndirilən şəxs mütəmadi olaraq heç bir səbəb olmadan evdə münaqişə yaradaraq onu döymüşdür, ailə dağılmasın deyə onun bu hərəkətləri barədə kimsəyə məlumat verməmişdir. Sonuncu dəfə 30.06.2021-ci il tarixdə Elşən evdə yatan vaxt onun telefonuna zəng gəldiyini görmüş, həyat yoldaşının xəyanət etməyindən şübhələnərək Elşənin telefonunu götürmüş və onun bir neçə qızla danışaraq görüşüb ona xəyanət etdiyini aşkar etmişdir. Elşən yuxudan oynadıqdan sonra ona bu barədə iradını bildirmiş, bu zaman o, heç bir səbəb olmadan onun üzərinə hücum çəkmiş, onu yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə təpik və yumruq zərbələri endirməyə başlamışdır. O, güclə həyat yoldaşının əlindən çıxaraq otaqdan qaçmışdır. Üzərindən bir neçə dəqiqə keçdikdən sonra onlarla eyni ünvanda yaşayan qayınanası Gülsabah yaşadıqları evin həyətində təmizlik işləri ilə məşğul olduğu vaxt o, qayınanasının telefonunu götürmüş, anasına zəng vuraraq baş verənlər barədə məlumat vermişdir. Tez bir zaman ərzində valideynləri Naftalan şəhərindən gəlmiş və anası onun bu halını görərək DİN-in “102” xidməti-zəng sistemi mərkəzinə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 831 saylı, 01.07.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Xəyyan qızının bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol tərəfli xarici qulaq keçəcəyinin, qulaq seyvanın küt travması, sol qulaq seyvanın yuxarı hissəsinin qançırı, sol təbii pərdəsinin ödemi, cırılması, sol bazunun yuxarı 1/3 hissəsinin iç səthinin iki ədəd qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının yumşaq toxumalarının şişkinlik fonunda qançırı, sol əlin arxa səthinin dördüncü əl daraq sümüyü proyeksiyasının dörd ədəd sıyrıqları. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 30.06.2021-ci il tarixdə əmələ gələ bilərdi, özü-özünə xəsarət yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilir.(i.v.11-13) İş materiallarında olan Sumqayıt ŞPİ-nın 1-ci Polis Bölməsinin 1512-2 saylı 02.07.2021-ci il tarixli sorğusuna edilmiş qeyddən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatr kabinetində qeydiyyatı yoxdur.(i.v 26) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2378 saylı 05.07.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 27) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 08.07.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 48) İş materiallarında olan 08.07.2021-ci il tarixli xasiyyətnamədn görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 47) Beləliklə, Təqsirləndirilən şəxs təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 05 (beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi 30 (otuz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Məmmədov Elş ən İlqar oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqınıödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-575/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-575/2021
23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver