Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-575/2022 05.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci ildə Ağsu rayonu, Bico kəndində anadan olmuş, Azərbaycan Respblikasıının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağsu rayonu, Bico kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı evdə atası Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı onun boğazından tutub sıxaraq sağ qoluna və sol qabırğasına yumruqla zərbə vuraraq ona sağ əlin mil biləkoynağını tuan və hərəkərin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı, sol baldırın qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “YÜNGÜL” dərəcəli bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şikayət vermiş şəxsin, ekspert rəyi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı evdə atası Ziya ilə anası Sitarə arasında söz mübahisəsi yaranmışdır. Lakin mübahisə baş verən vaxt o evdə olmamışdır. Mübahisə zamanı anası əsəbiləşərək ona zəng etmiş, atası ilə mübahisə etdiyini bildirərək onu evə çağırmışdır. O, evə gəlmiş, evin girişində atası ilə bir qədər söz mübahisəsi etmişdir. Bu zaman atasının anasını söyüb təhqir etməsinə görə əsəbiləşmiş, bundan sonra isə atası Ziyanın boğazından tutmuş və onun sol qabırğasına yumruqla zərbələr vuraraq xəsarət yetirmişdir. Aralarındakı mübahisə ümumilikdə 10 dəqiqə çəkmişdir. Əməlindən peşmandır və atası ilə barışmışdır. Məhkəmədən cinayət işi üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində yaşadıqları evdə həyat yoldaşı Şahid ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış söz mübahisəsi yaranmışdır. Bu zaman yoldaşı Sitarə oğulu Həşimə zəng edərək onu evə çağırmış, oğlu evə daxil olmuş, onun boğazından tutub sıxmış, sağ qoluna və sol qabırğasına yumruqla zərbə vuraraq ona xəsarət yetirmişdir. Hal-hazırda isə oğlu ilə barışmışdır, odur ki onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində yaşadıqları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış söz mübahisəsi yaranmışdır. Belə ki, yolaşı mübahisə zamanı onu söymüş, təhqirlər etmişdir. Bu zaman o əsəbiləşərək oğulları Həşimə zəng edərək onu evə çağırmışdır. Oğlu evə daxil olaraq atası onun ərini vurmuşdur. Hal-hazırda isə onlar barışmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2022-ci il tarixli, 802 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ əlin milək oynağınnı tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı, sol baldırın qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən töənmişdir, qərarpın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla əmələ gələ bilər, müdəti müayinədən 5-7 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələb ilər və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2001-c ildə Ağru rayonu, Bico kəndində anadan olmuş Mikayılov Həim Ziya oğlu Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası 73.2-ci maddəsində əsasən bəraətverici əsaslar olmadan xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 (on) faiz məblığində pul tutulmaqla 05 (beş) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 05 iyul 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın icrasına başlanılmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti 21 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2316 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatı yoxdur. İş materiallarına əlavə edilmiş Sumqayıt Tibb Mərkəzi PHŞ 3 Nömrəli xəstəxana tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli məktubdan görünür i, Təqsirləndirilən şəxs 3 Nömrəli xəstəxananın poliklinka şöbəsində psixiatrik kabinetində ambulator və dispanser müşahidədə yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs artıq bir dəfə zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verildiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsi ona şamil oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiya həddinə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi və 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olması məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal olaraq qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci sanksiyası həddində, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin ediliş cəza ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilməli və ona qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 11 (on bir) ay müddətinə islah işləri cəzasına məhkum edilməlidir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-573/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1018 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60,00 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 10 (on) ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 05 (beş) ay müddətinə islah işləri cəzası ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və ona qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 11 (on bir) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesab edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-575/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-575/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver