Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-575/2025 23.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,235 qram çəkidə ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır. Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 13 iyun 2025-ci il tarixdə saat 19:38 dəqiqədə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 2-ci mikrorayon, 19/23 saylı binanın yaxınlığında olduğu zaman saxlanılaraq həmin yerdə üzəri yoxlanılan zaman əynindəki cins şalvarın sağ yan cibindən saxladığı 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.235 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, indiyə qədər cəmi 3-4 dəfə psixotrop maddələrdən istifadə edib. Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, üzərinə baxış keçirilmiş və psixotrop maddə aşkar edilmişdir. Bildirmişdir ki, psixotrop maddələrin daimi istifadəçisi deyil. Cəmi 1 aydan az müddətdir ki, istifadə edib. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bakıda fəhlə işləyir. Üzərindən aşkar olunmuş metamfetamini 10 manata şəxsi istifadəsi üçün əldə etmişdir. Hal-hazırda əməlindən peşmandır. Polis əməkdaşları tərəfindən tutulduqdan sonra psixotrop maddələrdən istifadə etməyib. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona hər hansı təzyiq göstərilməmişdir. Üzərindən çıxan psixotrop maddə ona məxsusdur. İbtidai istintaq müddətində Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə istifadəçisidir. Əsasən psixotrop maddə olan metamfetamin istifadə edir. xx.xx.2025-ci il tarixdə təxminən saat 19:38-də Sumqayıt şəhəri, 2-ci mikrorayon, 19/23 saylı binanın yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra, onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğumu bildirib onun üzərinə videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. Daha sonra ona üzərində dövriyyəsinə qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulmuşdur. O əynində olan şavların sağ yan kiçik cibimdə saxlamış olduğu 01 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içərisindəki "patı" kimi tanıdığı psixotrop maddə olan metamfelamindir və onu Bakı şəhəri ərazisində əvvəllər tanımadığı və təsadüfən rastlaşdığı şəxsdən 10 manata almış və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 0,40 qram olduğu müəyyən olunmuşdur. O üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra isə həmin psixotrop maddə qablaşdırılaraq möhürlənmiş və üzəri imza edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet və ya əşya aşkar edilməmişdir. Həmin vaxt onun şalvarımın sol arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş və təhqiqata təqdim edilməsi üçün özünə qaytarılmışdır. Bundan sonra psixotrop maddə olan matamfetamininin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir, 'l'ərtib edilmiş protokolu biz imzaları ilə təsdiq etmişlər. Bundan sonra onu Sumqayıt ŞPİ-nin inzibati binasına gətirmişlər. Polis idarəsində ona hüquq və vəzifələri izah edilməklə öz istəyi ilə Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X3 ona müdafiəçi qismində təqdim edilmişdir. Bundan sonra baxışda işirak edən polis əməkdaşları özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarış başlanmazdan əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim elməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sol arxa cibimdə saxlamış olduğu 1 ədəd "Samsung Galaxy A12" markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra baxışda işirak edən Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, Şahid1 üzərində müvafiq qeydlər aparılmış və DİN-nin möhürü ilə möhürlənmiş ağ rəngli kağız zərfi təqdim etmişdir. Həmin kağız zərfin içərisində saxlanıldığı vaxtda və yerdə üzərinə baxış keçirilən zaman üzərindən 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təqdim edilmiş zərf təhqiqatçı tərəfindən götürlümüşdür. Sorğu zamanı bir daha həmin psixotrop maddənin özünə məxsus olduğunu, Bakı şəhəri ərazisində tanımadığı şəxsdən 1 bükümünə cəmi 10 manat verməklə əldə etdiyini, həmin psixotrop maddəni şəxsi istifadəsi məqsədi ilə əldə eldiyini, ondan hər hansı şəxsə vermədiyini bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş bir ədəd "Samsung Galaxy A12" markalı mobil telefon cihazı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və zərlə qablaşdırılaraq DİN-nin müvafiq möhürü ilə möhürlənmişdir. O saxlanılarkən və polis idarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmayıb. O psixotrop madəə olan metamfetamini həmin gün səhər radələrində Bakı şəhəri ərazisində tanımadığı şəxsdən 1 bükümünə cəmi 10 manat verməklə almış və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. O narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi mobil telefon ona məxsusdur, həmin mobil telefonumda ***-***-**-** saylı mobil nömrə vardır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması dindirmə protokolları, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, şəxsi axtarışın keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında protokolu, ekspertiza rəyləri, əməliyyat tapşırığına verilmiş cavab, maddi sübutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmış, saxlanılma səbəbini izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan bükümü təqdim etmiş, həmin bükümə baxış keçirilmiş, çəkisi müəyyən edilmiş, qablaşdırılmış və polis idarəsinə təmin edilmişdir. Polis İdarəsində təhqiqatçı tərəfindən videoçəkilişlə, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Şahid1 Nazim oğlu ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər polis idarəsinin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağları fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə saat 19:38 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon, 19/23 saylı binanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş predment və əşya varsa, təqdim etməsini təklif etmişlər. Sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan kiçik cibindən İ büküm kağız bükümü təqdim etmişdir. Tərəflərindən həmin bükümə baxış keçirilən zaman içərisində psixoirop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Həmin metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,40 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin psixoirop maddəni Bakı şəhəri ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəçisi üçün aldığını demişdir. Bundan sonra həmin psixoirop maddə qablaşdırılaraq möhürlənmiş və üzəri imza edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predment və ya əşya aşkar edilməmişdir. Həmin vaxt şalvarının sol arxa cibindən bir ədəd "Samsung Galaxy A12’’ markalı mobil telefon aşkar edilmiş və təhqiqata təqdim edilməsi üçün özünə qaytarmışlar. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Sumqayıt ŞPİ-nin inzibati binasında tərtib edilmiş və iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər, 1 ədəd DVD əlavə olunmuşdur. Sumqayıt ŞPİ-nin inzibati binasında X7 özünü təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəmişdir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah etmişdir. Hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X3 ləyin olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış başlanmazdan əvvəl üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanın təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol arxa cibində saxlamış olduğu 1 ədəd "Samsung Galaxy A12" markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predment və ya əşya aşkar edilməmişdir. Bundan sonra o üzərində müvafiq qeydlər aparılmış və DİN-nin möhürü ilə möhürlənmiş ağ rəngli kağız zərfi və 1 ədəd DVD diski təqdim etmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təqdim edilmiş zərf təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixoirop maddənin özünə məxsus olduğunu, Bakı şəhəri ərazisində tanımadığı şəxsdən 1 bükümünə cəmi 10 manat verməklə əldə etdiyini, həmin psixotrop maddəni şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini və ondan hər hansı şəxsə vermədiyini bildirmişdir. "Samsung Galaxy A12" markalı mobil telefon əhəmiyyət kəsb eldiyindən götürülmüş və zərfə qoyulub qablaşdırılaraq DİN-nin müvafiq möhürü ilə möhürlənmişdir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd etmişdir. Turqul Əliyevin narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:38-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 69-70-ci vərəqələrində olan şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə saat 12:52-də Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan 13 iyun 2025-ci il tarixli “ əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə videogörüntüyə keçirilmiş baxışdan görünür ki, 13 iyun 2025-ci il tarixdə saat 19:38 dəqiqədə Sumqayıt şəhəri, 2-ci mikrorayon, 19/23 saylı binanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılır. Polis əməkdaşı özünü təqdim edərək saxlanılan şəxsə özünü təqdim etməsini bildirir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra Şahid1 Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edir. Sonra digər polis əməkdaşları özlərini təqdim edirlər. Sonra Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunsuz olan əşyaları təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edir. Şahid1 01 ədəd bükümdəki kütlənin nə olduğunu soruşur. Təqsirləndirilən şəxs həmin bükümdə «metamfetamin» olduğunu bildirir. Sonra Şahid1 Təqsirləndirilən şəxs üzərinin yoxlanılacağını bildirir və onun üzərini yoxlayır. Təqsirləndirilən şəxsnin üzərindən heç bir əşya və ya predmet aşkar olunmur. Sonra Təqsirləndirilən şəxsnin üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilir. Büküm 0,40 qram təşkil edir. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılır. Şahid1 sənədləşmə işlərinin aparılması üçün Sumqayıt ŞPİ-yə gedəcəklərini bildirib çəkilişin dayandırılacağını bildirir. Cinayət işinin 30-31-ci vərəqələrində olan 13 iyun 2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi” haqqında protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə videogörüntüyə keçirilmiş baxışdan görünür ki, 13 iyun 2025-ci il tarixdə saat 19:38 dəqiqədə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 12/19 nömrəli binanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilib üzərindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edildikdən sona müvafiq sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-yə gətirilmişdir. Xidməti otaqların birində kriminalist mobil telefonu işə salır. X7 özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında saxlanıldığını, üzərinə baxış keçirilərkən 01 ədəd bükümdə psixotrop maddə olan melamfetaminə bənzər kütlənin aşkar edilərək götürüldüyünü bildirir. Bundan sonra polis əməkdaşları və saxlanılan şəxs özünü təqdim edir. Sonra Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X3 özünü təqdim edir. Təqsirləndirilən şəxs vəkilə etiraz etmir. Təqsirləndirilən şəxs şəxsi axtarış başlanmazdan əvvəl üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanın təqdim etməyi təklif olundu. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol arxa cibində saxlamış olduğu 1 ədəd ‘'Samsung Galaxy A12” markalı mobil telefonu təqdim etdi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predment və ya əşya aşkar edilmədi. Müdafiəçi saxlanılarkən ona qarşı kobudluq olunub-olunmadığını, aşkar olunmuş maddələrin ona məxsus olubolmadığını soruşur. Təqsirləndirilən şəxs isə saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət olunmadığını və üzərindən aşkar olunmuş maddələrin ona məxsus olduğunu bildirir. "Samsung Galaxy A12” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürüldü və zərfə qablaşdırılaraq DİN-nin müvafiq möhürü ilə möhürləndi və imzalandı. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. Cinayət işinin 48-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/479 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs:Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,235 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,235 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,185 qram qalıq qalmışdır. Cinayət işinin 47-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 81-82-ci vərəqələrində olan məhkəmə tibbi ekspertizasınına dair 14 iyun 2025-ci il tarixli 864 saylı rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Cinayət işinin 72-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 02 (iki) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,185 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3632 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixsotimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 90-101-ci vərəqələrində olan Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2022cü il tarixli hökmünün surətindən görünür ki. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respbulikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı “ƏFV” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilib. Cinayət işinin 112-117-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 02 (iki) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,185 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Əliyev X4 rayon məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmünün surətindən görünür ki. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respbulikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı “ƏFV” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilib. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3632 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixsotimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,185 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 13 iyun 2025-ci il tarixdən 15 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və Sumqayıt şəhər narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,185 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-575/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-575/2025
23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver