Məhkəmə qərarları › İş №1(060)-576/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-576/2021

23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-576/2021 23.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1989-cu ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15.07.2021-ci il tarixdə, saat 12:00 radələrində Sumqayıt şəəri, 9-cu mikrorayon ərazisində yerləşən Mədinə gözəllik salonunda aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin 4 ədəd sağ saidin orta 1/3-nin arxa səthinin əzilmiş yaraları xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Günel adlı şəxsin “Mədinə” gözəllik salonunda 02.05.2021-ci il tarixdən saç ustası işləmişdir. Aldığı faiz ona sərf etmədiyindən və həyat yoldaşının razılığı olmadığına görə 04.07.2021-ci il tarixdə həmin salondan ayrılmışdır. Lakin salonu işlədən Günelin ona 18 manat borcu qalmışdır. 15.07.2021-ci il tarixdə saat 12 radələrində həyat yoldaşı Elvinlə birlikdə pulunu almaq üçün Mədinə gözəllik salonuna getmişlər. Salonda Günel özü olmamış, anası Mehparə salonda tək olmuşdur. Əvvəlcə salam verib ondan pulunu verməsini istəmişdir. Mehparə xanım isə onda pul olmadığını, oturub qızını gözləməyini təklif etmişdir. O isə qızı gözləməyə vaxtının olmadığını deyib ondan dərhal borclu olduqları 18 manatı verməsini tələb etmişdir. Bu zaman Mehparə ona demişdir ki, çıx rədd ol bayıra. Həmin vaxt Mehparə divanda əyləşmişdir. Mehparənin ona rədd ol deməsi onu özündən çıxarmış və o Mehparənin üstünə getmişdir. Mehparə də əli ilə onun əlini itələmişdir ki, çıx rədd ol bayıra. Mehparə onun əlini itələdiyindən o da Mehparənin boğazına əl atmışdır. Onun dərisinin belə həssas olduğunu bilməmişdir. Onun boğazına əl atmağı nəticəsində Mehparənin boğazında xəsarət yaranmışdır. Bundan sonra Mehparə polisə zəng vuracağını bildirmiş və o həyat yoldaşını götürüb salondan çıxıb getmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, qızı Günelə məxsus Sumqayıt şəhəri, 9cu mikrorayon ərazisində işləyən “Mədinə” gözəllik salonunda saç ustası işləyir. 15.07.2021-ci il tarixdə saat 12 radələrində salonda tək oturmuşdur, müştəri olmamışdır. Bu zaman əvvəllər bu salonda saç ustası işləmiş Təqsirləndirilən şəxs əri ilə birlikdə salona gəlmişlər. Turanə ondan işlədiyi dövrdə ona borclu qaldıqları pulu istəmişdir. O Turanəyə demişdir ki, salonun müdiri Güneldir və pulunu ondan istəyər. Bu sözü dedikdə Turanə səsinin tonunu qaldıraraq ünvanına nalayiq ifadələr işlədib qəflətən ourduğu yerdə üstünə gedərək əl atıb boğazından tutmaqla boğazını dartıb cırmışdır. O Turanəni əli ilə geri itələyərkən Turanə əli ilə sol qoluna da bir dəfə vuraraq ona xəsarət yetirmişdir. O Turanəyə “bu dəqiqə polisə zəng edirəm” dedikdə, əri ilə birlikdə salonu tərk edib getmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 896 saylı, 16.07.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: döş qəfəsinin ön səthinin 4 ədəd, sağ saidin orta 1/3-nin arxa səthinin əzilmiş yaraları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər olmaqla 15.07.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni dırnaq ilə cırmaqlama zamanı əmələ gələ bilərdi, özüözünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir.(i.v 14-15) İş materiallarında olan 2 nömrəli Sumqayıt Şəhər xəstəxanasının baş həkimi Nəsibovanın məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur.(i.v 21) İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 2583 saylı, 23.07.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 22) İş materiallarında olan 17.07.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 24) İş materiallarında olan 17.07.2021-ci il tarixli DİN-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsnun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 05 (beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X3 30 (otuz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar