Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-576/2022 27.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi Sumqayıt 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 21 B saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində özgənin əmlakını açıq talama məqsədi ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən ‘’Bakcell” adlı telefon mağazasının yaxınlığında tanışı Zərərçəkmiş şəxs yaxınlaşıb kənara çəkərək onun üz nahiyəsindən iki dəfə sillə və qarın nahiyyəsindən iki dətə təpiklə zərbə vuraraq, Zərərçəkmiş şəxs qarşı insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib sol saidin orta 1/3-nin və döş qəfəsinin yumuşaq toxumalarının əziyi kimi xəsarətləri yetirdikdən sonra sonuncunun cibindən 180 (yüz səksən) manat dəyərində " Xiaomi Redmi-9 markalı; 64 GB yaddaş tutumlu mobil telefonu açıq talayaraq soyğunçuluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək, göstərdi ki, Zərərçəkmiş şəxs məktəb vaxtından tanıyır. O vaxtlar Tofiq ilə yalnız salam-sağolu olsa da, son bir ildə nisbətən münasibətləri daha da yaxşılaşmışdır. O, Tofiqlə və başqa dostları ilə bir neçə dəfə birgə oturub çay içmişlər. xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən "Bakcell"-in içərisinə girmək istəyəndə o, Tofiqi çağırmışdır. Bu zaman onun yanında heç kəs olmamışdır. O, əlini Tofiqin çiyninə qoyaraq onu arxa məhləyə aparmışdır. Həmin vaxt onun üzərində bıçaq və ya hər hansı başqa silah olmamışdır. O, Tofiqə bir neçə sillə, təpik zərbəsi endirmiş və sonra onun gödəkçəsinin cibini axtarmağa başlamışdır. Orada dəyərli bir şey tapmadığı üçün əlini onun əynindəki gödəkçəsinin cibinə salmışdır. Bu zaman Zərərçəkmiş şəxs məxsus “Redmi" markalı mobil telefonu götürmüşdür. Ondan həmin mobil telefonun parolunu soruşub açmışdır. Bundan sonra isə ondan uzaqlaşmağa başlamışdır. Tofiq onun arxasınca gəlmək istəyən zaman o, arxasınca gəlməyinə görə söyüş qoymuşdur. Bir neçə gündən sonra həmin telefonu tanımadığı şəxsə 30 (otuz) manata satmışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Qalib oğlunu oxuduğu məktəbdən tanıyır, onunla münasibətləri son illərdə yaxşılaşmışdır. O, bir neçə dəfə Tofiqlə və bir neçə başqa dostları ilə birgə oturub çay içmişdir. xx.xx.2022ci il tarixdə, saat 20:00 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində “Bakcell”-in içərisinə girmək istəyən zaman yolun kənarındakı ağacın altında dayanmış Ümid onu çağırmışdır. Bu zaman özü ona yaxınlaşaraq əlini çiyninə qoymuş və onu yaxınlıqda yerləşən "Al" marketin arxasına aparmışdır. Ondan cibində nə vardırsa çıxartmağını tələb etmiş, o buna etiraz edən zaman Ümid onun sinə nahiyəsinə bir dəfə yumruqla zərbə endirərək özü əlini onun əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibinə salmışdır. O, Ümidə cibini nə üçün yoxladığını irad tutduqda Ümid onun sifətinin sol nahiyəsinə iki dəfə sillə zərbəsi endirmişdir. Bundan sonra isə Ümid əlini onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə salaraq oradan ona məxsus olan "Redmi" markalı mobil telefonu götürüb cibinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ona qarşı silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməmiş, eləcə də, onu ölümlə hədələməmişdir. Ümid ondan danışmaq üçün telefonun parolunu istəmişdir. O da həmin parolu ona demişdir. Ümid parolun düzgünlüyünü yoxladıqdan sonra telefonu yenidən cibinə qoymuşdur. Həmin telefonu ona anası hədiyyə etdiyindən Ümidin bu hərəkətinə daha çox əsəbləşmişdir. Ümid isə onu nalayiq ifadələrlə təhqir etmişdir. Ümid getmək istədikdə o, onu saxlamaq istəmişdir. Lakin, Ümid onun qarın nahiyəsinə iki dəfə təpik zərbəsi vurmuşdur. Ümid gedən zaman həmin gün, axşam saat 23:00-a qədər ona 50 manat pul çatdıracağı halda telefonunu geri qaytaracağını bildirmişdir. O, Ümidin arxasınca getmək istəyən zaman Ümid arxaya dönərək onun dalınca gəlməyinə söyüş söymüşdür. Təqsirləndirilən şəxs ondan aldığı mobil telefonun hazırki bazar qiyməti təxminən 100-200 manat təşkil edir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır ona qarşı heç bir tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 25-26) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablanmışdır. (i.v.35-36, 67) İş materiallarında olan “məhkəmə-əmtəəşunaslıq” ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3059 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd “Xiaomi Redmi-9” markalı, 64 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 180.00 (bir yüz səksən) manat müəyyən olunur. (i.v. 78-80) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 505 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol saidin orta 1/3-nin və döş qəfəsinin yumşaq toxumalarının əziyi olmuşdur. Qeyd olunan xəsarətlər kül əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilərdi, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nm zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur.(İ.v 82-84) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qalib oğlunun məhkumluğu yoxdur.(i.v.71-72) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qalib oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 86) Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs Qalib oğlunun əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nın 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnın 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Qalib oğlunun təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs Qalib oğlunun cəsasını Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Republikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Qalib oğluna cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 22 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Qalib oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikasının CPM-in 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs Qalib oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs Qalib oğlunun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən isə 10 (on) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 22 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-576/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-576/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver