Məhkəmə qərarları › İş №1(060)-577/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-577/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-577/2022 21.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində, anadan olmuş, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2əsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq ayrı-ayrılıqa təmiz çəkisi 35,569 qram və 8,823 qram, ümumi təmiz çəkisi 45,392 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 10:40 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı, Sumqayıt şəhəri, 45-ci məhəllə, 7/79 saylı binanın qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümün içərisindən 2 ayrıayrı hissədən ibarət ayrı-ayrılıqda təömiz çəkisi 36,569 qram və 8,823 qram, ümumi təmiz çəkisi 45,392 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki narkotik vasitə olan tiryəki daxilə udmaqla istifadə edir. Narkotik vasitəyə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitələr alaraq qəbul edir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında olan zamanı tanımadığı şəxsdən 30 manata ağ rəngli sellofan bükümdə olan 2 hissəyə bölünmüş vəziyyətdə olan narkotik vasitə tiryəki almış və əynində olan göy rəngli gödəkçənin sağyan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 10:40 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə, 7/79 saylı binanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə getmişdir. Bölmədə olan zaman xidməti otaqlardan birində videoçəkiliş və vəkili iştirakı ilə onun üzərində şəxsə axtarış aparılmışdır. Ondan üzərinə qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması, əgər vardırsa onu təqdim etməsi bildirilmişdir. Bu zaman o özü əynində olan göy rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu bir ədəd ağ eəngli sellofan bükümü çıxardıb təqdim etmişdir. Sorğu zamanı isə həmin bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə ilk dəfə cinayət hadisəsi törətmədiyini və əməlindən səmimi peşman olduğunu bildirərək, Məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, barəsində yüngül cəza seçilməsini xahiş edir. Məhkəmədə şahid dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 7/79, mənzil 42-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər həyata keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə saat 10:40 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrəiyyəsində şübhəli olduğunu bildirib yaşadığı Sumqayıt şəhəri, 45-ci məhəllə, 7/79 saylı binanın qarşısında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə vəkil dəvət olunmuş, bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarı keçirəcəyini və üzərində qeyri-qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu bir ədəd ağ rəngli sellofan bükümü çıxardıb təqdim edərək içərisində narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş sellofan bükümün içərisinə baxıldıqda 02 hissədə narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəki xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında olan zamanı tanımadığı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlənin çəkisinin 45,43 qram olması müəyyən olunmuş, təhqiqatçı X2 tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmiş Şahid2 ifadəsindən görünür ki, o da Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, onunla eyn xüsusatları qeyd etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli ,6/2424 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçünn №127” – li dairəvi möhür əksi və “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş....” yazısı, imzalar olan zərfdəki 2 hissədən ibarət ayrı-ayrılıqda təmiz çəkisi 36,359 qr və 8,823 qr, ümumi təmiz çəkisi 45,392 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir. Qeyd: təryəkin ümumi təmiz çəkisi : 45,392 qr, tədqiqata sərf edildi: 0,2 qr, qalıq: 45,192 qr. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 2731 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirli “Məhkəmə- Tibbi Ekspertiza və X5”-nin 552 saylı, xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində xəsarət aşkar edilməmişdir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarından görünür ki, həmin cinayət işi Sumqayıt ŞPİ-nin müstəntiqi, polis mayoru Rəisə Rüstəmli tərəfindən xx.xx.20522-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılaraq, onun icraatına qəbul edilərək istintaq aparılmışdır. İş materiallarında olan 27 aprel 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci tarixdə, saat 10:40-da Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş mayoru X2 tərəfindən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən ağ rəngli selofan bükümü çıxarıb təqdim edərək təqdim edərək içərisində narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş sellofan bükümün içərisinə baxıldıqda 02 hissədə narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən bir ildir ki narkotik vasitə olan tiryəki daxilə udmaqla istifadə edir. Həmin üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəki xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında olan amanı tanımadığı şəxsdən 30 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçi X1 iştirakı ilə müstəntiq Rəisə Rüstəmli xx.xx.2022-ci il tarixdə saat 12:10-dan 12:20-dək “şəxsi axtarışın keçirilməsi barədə” protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 45,392 qram çəkidə narkotik vasitə olan tiryəkin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 45,192 qram tiryək maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, istifadə məqsədi ilə ümumi təmiz çəkisi 45,392 qram çəkidə narkotik vasitə olan heroinin əldə edib üzərində daşımasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir və o məhkəmə zalından dərhal həbs edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs saxlanıldığı vaxtdan azad edilən vaxtdadək 48 saat müddət ötdüyündən tutulduğu müddət 03 (üç) günə bərabər tutulmalı və ona təyin olunmuş cəzadan çıxılmalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra AİHK) 5-ci maddəsinin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışı üzrə qeyd olunur ki, həm obyektiv hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması və əlavə subyektiv element - həmin şəxsin sözügedən azadlıqdan məhrum edilməyə qanuni razılıq verməməsi daxildir (Ştork Almaniyaya qarşı, Stanev Bolqarıstana qarşı). Nəzərə alınmalı olan müvafiq obyektiv amillərə qapalı sahəni tərk etmək imkanı, nəzarətdə saxlanma, təcrid edilmə dərəcəsi, cəmiyyətlə əlaqə qurmaq imkanı daxildir (Quzzardi İtaliyaya qarşı, H.M. İsveçrəyə qarşı, H.L. Birləşmiş Krallığa qarşı, Ştork Almaniyaya qarşı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş ümumi təmiz çəkisi 45,392 qram çəkidə narkotik vasitə olan tiryəkin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 45,192 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-577/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1058 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçiməhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardımlaraa görə cəmi 48,00 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 45,392 qram çəkidə narkotik vasitə olan tiryəkin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 45,192 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi tərəfindən göstərilən hüquqi yardıma görə cəmi 48,00 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar