Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-578/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,113 qram, 0,449 qram ümumi təmiz çəkisi 0,562 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq olmayan miqdarda 2 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,070 qram, 0,074 qram ümumi təmiz çəkisi 0,144 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 19 aprel 2021-ci il arixdə saat 13:35-də Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində saxlanılaraq 4-cü PB-nə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 2 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,113 qram, 0,449 qram ümumi təmiz çəkisi 0,562 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 2 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,070 qram, 0,074 qram ümumi təmiz çəkisi 0,144 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 26 may 2021-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar” metrosu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,179 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 29 may 201-ci il tarixdə saat 15:20 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümün içərisində təmiz çəkisi 0,179 qram kütlə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ünvan 2-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 33/16, mənzil 52-də ailəsi ilə birlikdə yaşayır, xeyli vaxtdır ki, narkotik vasitə qəbul edir, onda asılılıq yaranıb, ancaq hər hansı psixi xəstəliyi yoxdur. 19.04.2021-ci il tarixdə səhər saat 09 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində olduqda tanımadığı şəxsdən 25 manat verərək istifadəsi üçün 2 ədəd kağız bükümdə narkotik vasitə olan kakos kimi tanıdığı heroin və 2 ədəd kağız bükümdə psixotrop maddə olan şüşə kimi tanıdığı metamfetamin almışdır. O, 2 ədəd kağıza bükülmüş heroini və 2 ədəd kağıza bükülmüş metamfetamini əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Arxayın vaxtda həmin narkotik vasitələri istifadə edəcəyini fikirləşmişdir. Daha sonra öz yaşadığı evə gəlmişdir. Ağrıları adətən axşam saatlarında olduğu üçün həmin narkotik vasitəni axşam saatlarında istifadə edəcəkmiş. 19.04.2021-ci il tarixdə saat 13:35 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində gəzişərkən polis əməkdaşları yaxınlaşaraq həmin ərazidə baş vermiş oğurluq hadisələrində onun şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə dəvət etmişlər, o da üzərində narkotik vasitə olduğu üçün bölmədə aşkar olunacağını düşünmüş və polis əməkdaşları onu polis bölməsinə apararkən polis əməkdaşlarına üzərində şəxsi istifadəsi üçün narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə 4-cü Polis bölməsinə getmişlər. Polis bölməsində ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün şəxsi axtarış keçiriləcəyi deyilmiş, o da buna etiraz etməmişdir. Orada xidməti otaqların birində video çəkiliş ilə ona vəkil Vaqif Əliyev təqdim olunmuşdur. Sonra təhqiqatçı onu hüquq və vəzifələri ilə tanış etmişdir və ona üzərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. O da etiraz etməmişdir. Təhqiqatçı üzərində hər hansı qanunla qadağan olunmuş əşya olub-olmadığını soruşmuşdur. O da üzərində olan qara rəngli idman şalvarının sağ yan cibindən 2 ədəd kağız bükümdə narkotik vasitə olan kakos kimi tanıdığı heroini və 2 ədəd kağız bükümdə psixotrop maddə olan şüşə kimi tanıdığı metamfetamini çıxardıb təqdim etmişdir. Təhqiqatçı ondan həmin bükülünün nə olduğunu soruşduqda narkotik vasitə kakos və şüşə olduğunu, özü istifadə etdiyini demişdir. Həmçinin polis əməkdaşları barmağında olan üzüyü skoçla sarıdığı üçün üzüyü barmağından çıxardıb üzüyə baxmışlar, lakin üzükdə heç nə olmadığı müəyyən olunmuşdur. Təhqiqatçı ondan həmin narkotik vasitəni haradan, nə məqsədlə, neçəyə aldığını soruşmuş, o da ona tutulduğu gün, yəni 19.04.2021-ci il tarixdə səhər saat 09 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək üçün 25 manata aldığını demişdir. Sonra vəkili ondan polis əməkdaşlarının onu tutaraq gətirdikləri zaman hər hansı qanunsuz hərəkət olub olmadığını, narkotik vasitələrin ona məxsus olub olmadığını soruşmuş və o da hər hansı qanunsuz hərəkət olmadığını, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu demişdir. Sonra təhqiqatçı orada üzərindən çıxan narkotik vasitəni tərəzidə çəkmiş və 2 ədəd kağız bükümdə olan heorinin ayrı-ayrılıqda çəkiləri 0,46 qram, 0,13 qram ümumilikdə isə 0,58 qram olması müəyyən edilmişdir, 2 ədəd kağız bükümlərdə olan metamfetaminin ayrı ayrılıqda çəkiləri 0,09 qram, 0,08 qram, ümumilikdə isə 0,17 qram olması müəyyən edilmişdir. Ondan sonra həmin narkotik vasitə qablaşdırılmış və video çəkiliş dayandırılmışdır. Bundan başqa, 29 may 2021-ci il tarixdə, saat 10:50 radələrində Sumqayıt şəhəri, 16-cı mikrorayon, Niyazi küçəsində yerləşən “Oba” marketin qarşısından piyada keçərkən narkotik vasitə qəbul etdiyi üçün bədənində ağrılar olduğundan spirtli içki qəbul edib ağrılarını azaltmaq istəmiş, lakin pulu olmadığı üçün həmin marketdən spirtli içki oğurlamağı qərara almışdır. Bu məqsədlə də “Oba” marketə daxil olmuşdur. Həmin vaxt marketdə spirtli içki vitrininə yaxınlaşıb aşağıdan 3-cü vitrindən, sağ tərəfdə qoyulmuş “Nemiroff Delikat” markalı spirtli içki olan arağı götürüb marketdən çölə çıxmışdır, həmin spirtli içkidən bir qədər qəbul etmiş, qalan hissəsini də şüşəsi ilə birlikdə Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində hasarların birinin kənarına atmışdır, lakin hansı hasarın kənarına atmağı yadında qalmayıb. 29 may 2021-ci il tarixdə, saat 15:20 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Əynindəki şalvarının sağ yan cibində bir ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə heroin olduğundan polislərdən qaçmaq istəmiş, lakin polis əməkdaşları onu saxlayaraq Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə aparmışlar. Sonra polis işcisi ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmaması barədə soruşmuş, o da üzərində bir bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirməzdən əvvəl hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş və o da əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümdə olan narkotik vasitə heroini çıxararaq təqdim etmiş və həmin bükümün içində narkotik vasitə heroin olduğunu polis işçisinə demiş, sonradan polis işcisi həmin bükümün içinə baxaraq içərisində narkotik vasitə heroin olmasını özü də aşkar etmişdir. Bundan sonra üzərində aparılan şəxsi axtarış zamanı heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə olan nakotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilərək təxmini çəkisinin 0,55 qram olması müəyyən edilmiş, həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindir, ona məxsusdur və həmin heroini bir bükümdə 26 may 2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manat pul verib almışdır və öz istifadəsi üçün üzərində saxlamışdır. Hazırda etdiyi əmələ görə peşmandır, sənədlərdə subay göstərilsə də evlidir, iki uşağı var, ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 19.04.2021-ci il tarixdə saat 13:35 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3, əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə xidmətdə olarkən Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində bir nəfər şəxsi saxlayıb ona Sumqayıt şəhəri 4-cü Polis Bölməsinin inzibati ərazisində oğurluq hadisələri etməkdə şübhəli olduğunu deyərək bölməyə dəvət etmişlər, o da etiraz etməmişdir. Həmin şəxs onlar birlikdə bölməyə gedərkən üzərində narkotik vasitə olduğunu demişdir. Bölməyə çatdıqdan sonra xidməti otaqların birində video çəkilişlə üzərində axtarış keçiriləcəyi bildirilmişdir. Xidməti otaqların birində video çəkiliş işə salınmaqla baş təhqiqatçı Rafiq Quliyev özünü təqdim etmiş, Səxavətə də özünü təqdim etməsini söyləmişdir. Səxavət də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Daha sonra onlar da özlərini təqdim etmişlər. Baş təhqiqatçı Səxavətə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində oğurluq hadisələrində şübhəli olduğu üçün saxlanıldığını və bura gətiriləndə üzərində narkotik vasitə olduğunu dediyini söyləmişdir. Səxavət də baş təhqiqatçıya üzərində narkotik vasitə olduğunu söylədiyini demişdir. Sonra baş təhqiqatçı Səxavətin üzərində qanunsuz olaraq narkotik vasitə olduğu üçün üzərində çəkilişlə şəxsi axtarış keçiriləcəyini deyərək Səxavəti hüquq və vəzifələri ilə tanış etmişdir. Səxavət hüquq və vəziləri ilə tanış olduqdan sonra, baş təhqiqatçı X4 hüquqlarını Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Vaqif Əliyevin müdafiə edəcəyini deyərək vəkili də təqdim etmişdir. Səxavət vəkilə etiraz etməmişdir. Sonra baş təhqiqatçı Səxavətə üzərində qanunsuz olan əşyaları təqdim etməsini söyləmişdir. Səxavət üzərində olan qara rəngli idman şalvarının sağ yan cibindən 2 ədəd kağız bükümdə narkotik vasitə olan kakos kimi tanınan heroini və 2 ədəd kağız bükümdə psixotrop maddə olan şüşə kimi tanınan metamfetamini çıxardıb təqdim etmişdir. Baş təhqiqatçı Səxavətdən həmin bükümlərdə nə olduğunu soruşduqda, Səxavət də həmin bükümlərdə narkotik vasitə kakos və şüşə olduğunu, özü istifadə etdiyini demişdir. Həmçinin Səxavət barmağında olan üzüyü skoçla sarıdığı üçün polis əməkdaşları tərəfindən üzük barmağından çıxardılıb üzüyə baxılmış, lakin üzükdə heç nə olmadığı müəyyən olunmuşdur. Baş təhqiqatçı Səxavətdən həmin narkotik vasitəni haradan, nə məqsədlə, neçəyə aldığını soruşmuş, Səxavət də tutulduğu gün, yəni 19.04.2021-ci il tarixdə səhər saat 09 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək üçün 25 manata aldığını demişdir. Sonra vəkili Səxavətdən polis əməkdaşları onu tutaraq gətirdikləri zaman hər hansı qanunsuz hərəkət edib-etmədiyini, narkotik vasitələrin ona məxsus olub olmadığını soruşmuş, Səxavət də hər hansı qanunsuz hərəkət olmadığını, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin ona məxsus olduğunu demişdir. Sonra baş təhqiqatçı orada üzərindən çıxan narkotik vasitəni tərəzidə çəkmiş və 2 ədəd kağız bükümdə olan heroinin ayrı-ayrılıqda çəkilərinin 0,46 qram, 0,13 qram ümumilikdə isə 0,58 qram, 2 ədəd kağız bükümlərdə olan metamfetaminin ayrı ayrılıqda çəkiləri 0,09 qram, 0,08 qram, ümumilikdə isə 0,17 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin narkotik vasitə qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və video çəkiliş dayandırılmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və əməliyyat müvəkkili, polis mayoru Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis polis leytenantı Şahid5 ifadəsində göstərmişdir ki, 29.05.2021-ci il tarixdə Sumqayıt şəhər, 16-cı mikrorayon ərizisində yerləşən “OBA” marketdən bir ədəd 1 litirlik arağı oğuralayaraq qaçan şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə həmin tarixdə bir sıra əməliyyat axtarış tədbirləri keçirilərək həmin hadisəni törədən şəxsin ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3şayan əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilərək izahatının alınmasından ötrü Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nə dəvət etmək üçün bölmənin əməliyyat müvəkkilləri polis baş leytenantı Qabil Məhərrəmov və polis kapitanı Şahid6 ilə birlikdə zəruri əməliyyat-axtarış tədbirləri keçirilərək sonuncunun Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində olması müəyyən edilmişdir. 29 may 2021-ci il tarixdə saat 15:20-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində piyada gəzməsini müəyyən edib ona yaxınlaşıb özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs qaçmaq istəsə də onun qaçmasına imkan verməyib saxlamışlar. Bundan sonra onun Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisindəki “OBA” marketdən oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər və Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nə dəvət etmişlər, Səxavət də etiraz etməmişdir. Səxavət onlarla birlikdə bölməyə gedərkən üzərində narkotik vasitə olduğunu demişdir. Bölməyə çatdıqdan sonra xidməti otaqların birində video çəkilişlə üzərində axtarış keçiriləcəyi bildirilmişdir. Xidməti otaqların birində video çəkiliş işə salınmaqla təhqiqatçı Pərvin Allahverdiyev özünü ona təqdim etmiş, Səxavətin də özünü təqdim etməsini söyləmişdir. Səxavət də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Daha sonra polis əmədakşalrı da özlərini təqdim etmişlər. Təhqiqatçı Səxavətə Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində oğurluq hadisələrində şübhəli olduğu üçün saxlanıldığını və bura gətiriləndə üzərində narkotik vasitə olduğunu dediyini söyləmişdir. Səxavət də təhqiqatçıya üzərində narkotik vasitə olduğunu söyləmişdir. Sonra təhqiqatçı onun üzərində qanunsuz olaraq narkotik vasitə olduğu üçün üzərində çəkilişlə şəxsi axtarış keçiriləcəyini deyərək onu hüquq və vəzifələri ilə tanış etmişdir. Səxavət hüquq və vəziləri ilə tanış olduqdan sonra, təhqiqatçı Pərvin Allahverdiyev onun hüquqlarını Sumqayıt şəhər 1 sayıl vəkil bürosunun vəkili Günay Cəfərovanın müdafiə edəcəyini deyərək vəkili də ona təqdim etmişdir. Səxavət də vəkilə etiraz etmədiyi bildirmişdir. Sonra təhqiqatçı Səxavətə üzərində qanunsuz olan əşyaları təqdim etməsini söyləmişdir. Səxavət də əynində olan tünd göy rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilən zaman içərisində spesifik iyə malik, qəhvəyi rəngli toz halında narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təhqiqatçı Səxavətdən həmin bükülünün içərisindəki maddənin nə olduğunu soruşduqda, Səxavət də həmin bükülünün içərisindəki maddənin “kakos” deyilən narkotik vasitə heroin olduğunu, özü istifadə etmək üçün Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını demişdir. Sonra təhqiqatçı orada Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitəni tərəzidə çəkmiş, siqaret kağızı ilə birlikdə çəkisinin 0,55 qram olması müəyyən edilmişdir. Ondan sonra həmin narkotik vasitə qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və video çəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbul etməsi ilə bağlı əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında Şahid6 Binyət oğlu eyni məzmunlu ifadə verərək Şahid5 göstərdiklərini təsdiq etmişdir. Şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı X2 da eyni məzmunlu ifadə vermiş və ifadəsində Şahid5 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 19.04.2021-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.04.2021-ci il tarixdə saat 13:35-də Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində tutulmuşdur.(i.v 100) İş materiallarında olan bir ədəd diskdəki videogörüntülərdə və 19.04.2021-ci il tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokoldakı məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlaması və 19.04.2021-ci il tarixdə saxlanması öz təsdiqini tapmışdır.(i.v 107-108) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 19.04.2021-ci il tarixli, 6/1531 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün nömrə 128” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən.....” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,070 qram, 0,074 qram ümumi təmiz çəkisi 0,144 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 2 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,113 qram, 0,449 qram ümumi təmiz çəkisi 0,562 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin ümumi təmiz çəkisi – 0,562 qram, tədqiqata sərf edilmiş – 0,01 qram, qalıq – 0,462 qram; metamfetaminin ümumi təmiz çəkisi – 0,144 qram, tədqiqata sərf edilmiş – 0,06 qram, qalıq – 0,084 qram). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.(i.v 120-122) İş materiallarında olan 21.04.2021-ci il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 153-154) İş materiallarında olan bir ədəd diskdəki videogörüntülərdə və “ Şəxsi axtarışın keçirilməsi haqqında” 29.05.2021-ci il tarixli protokoldakı məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlaması və 29.05.2021-ci il tarixdə saxlanması öz əksini tapmışdır.(i.v 32-34) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30.05.2021-ci il tarixli, 6/2165 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün nömrə 125” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən.....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd kağız bükümdə təmiz çəkisi 0,179 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (təmiz çəkisi 0,179 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq – 0,129 qram). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.(i.v 43-44) İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 29.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29.05.2021-ci il tarixdə saat 15:20-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində tutulmuşdur.(i.v 26) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 31.05.2021-ci il tarixli 4(060)- 255/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v 81-82) İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 26.05.2021-ci il tarixli 1591 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metmafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 174-175) İş materiallarında oln 08.06.2021-ci il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,741 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,144 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütələr çıxılmaqla 3 bükümdə ümumi təmiz qalıq çəkisi 0,591 qram olan narkotik vasitə heroin və ümumi qalıq təmiz çəkisi 0,084 qram olan psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. “Şəxsi axtarış keçirilməsi və götürmə haqqında” 19.04.2021-ci il və 29.05.2021ci il tarixli 2 ədəd “DVD-R” diski maddi sübut hesab edilmişdir.(i.v 187-189) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 15.06.2021-ci il tarixli tələbnaməsindən və hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 11.04.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun 30.11.2016-cı il tarixindən 01.12.2016-cı il tarixinədək olan bir gün müddətinə həbsdə olması Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. 25.06.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir.(i.v 194-196) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 07.07.2021-ci il tarixli 2407 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində 07.2012-ci il tarixdən “Narkotik maddələrin epizadik qəbulu” diaqnozu ilə qeydiyyatdadır.(i.v 210) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 242) İş materiallarında olan 3 nömrəli şəhər poliklinikasının 07.07.2021-ci il tarixli 336 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur.(i.v 213) Təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 27.11.2013 və 25.08.2011-ci il təvəllüdlü 2 uşağı vardır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı tədqiq edilmiş sübutları cəm halda qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsiə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin təkrar törədilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nın tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 29 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, onun artıq ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 130 (bir yüz otuz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edilmiş kütələr çıxılmaqla 3 bükümdə ümumi təmiz qalıq çəkisi 0,591 qram olan narkotik vasitə heroin və ümumi qalıq təmiz çəkisi 0,084 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən iki ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan protokollardan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdən 21 aprel 2021-ci il tarixədək tutularaq iki gün həbsdə saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün dövlət hesabına ona hüquqi yardım göstərilməsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Vəkil tərəfindən bu iş üzrə hüquqi xidmət üçün 10 (on) iş saatı sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdən 21 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 29 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 130 (bir yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edilmiş kütələr çıxılmaqla 3 bükümdə ümumi təmiz qalıq çəkisi 0,591 qram olan narkotik vasitə heroin və ümumi qalıq təmiz çəkisi 0,084 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən iki ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-578/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-578/2021
26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver