Məhkəmə qərarları › İş №1(060)-578/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-578/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-578/2023 08.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X4, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 28 mart 2023-cü il tarixdə saat 22:00-da Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə ərazisində yerləşən şəhid abidəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra Polis İdarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 1,068 qram şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl günorta saatlarında yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olarkən hərəsinin qiyməti 5 manat olan 3 büküm narkotik vasitə olan, “kakos” adlandırılan heroin almış və sonradan istifadə etmək məqsədilə üzərində saxlamışdır. Narkotik vasitələrin ümumi çəkisi 0,2 qram olmuşdur. Həmin gün Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə ərazisində yerləşən şəhid abidəsinin yaxınlığında olarkən aptekdən şpris alıb çıxmış, bu zaman polis əməkdaşları ona yaxınlaşmışlar və avtomobilə əyləşdirib Sumqayıt ŞPİ-nə gətirmişlər və ona təzyiq etmişlər. Əslində üzərində olan narkotik vasitənin çəkisi az olmuşdur. Həmin vaxt özündə olmamış, bədənində də ağrılar olduğundan onu saxlayan polis əməkdaşlarını xatırlamır. Barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən ötrü məhkəməyə gətirilən zaman özündə olmadığından bu barədə məhkəməyə məlumat verməmişdir. Onun üzərində ittihamda qeyd olunan miqdarda və sellofan bükümdə narkotik vasitə olmamışdır. Əməlindən peşmandır. Valideynləri yoxdur. Uzun müddətdir həbsdədir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, sonuncu dəfə 28 mart 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl günorta saatlarında yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olarkən, ancaq adının “Ağamir” olduğunu bildiyi, soy adını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 17 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd sellofan bükümdə narkotik vasitə olan, “kakos” adlandırılan heroin almış və sonradan istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin gün saat 22:00-da Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə ərazisində yerləşən şəhid abidəsinin yaxınlığında olarkən ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirmişlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getməyə razılıq vermiş, daha sonra polis idarəsinə gəldikdən sonra isə polis bölməsinin xidməti otaqlarının birinə daxil olmuşlar. Orda hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 ona təqdim edilmiş, ona həmçinin hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş verilmişdir. Bundan sonra vəkilin iştirakı ilə həmçinin video kameranın yaddaşına qeyd edib video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçirələcəyi də bildirilmiş, üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt əynində olan idman şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş, həmin gün günorta saatlarında yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olarkən, ancaq adının “Ağamir” olduğunu bildiyi, soy adını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 17 manat pul verərək həmin adlandırılan heroin aşkar edilmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisinə baxış keçirilmiş, bundan sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə içərisi boş zərfə qablaşdırılmaqla üzərində qeydlər aparılmışdır. Polis əməkdaşları daha sonra üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satmaq fikri olmamış, narkotik vasitə olan heroini xeyli müddətdir istifadə etdiyindən həmin narkotik vasitə olan heroini də şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcə də digər qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin CAŞ-nə, Kamil adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kamil adlı şəxsin xx.xx.1984-cü il təvəllüdü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə ərazisində yerləşən şəhid abidəsinin yaxınlığında olduğu müəyyən edildiyindən xx.xx.2023-cü il tarixdə saat 22:00-da Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq onu saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlanıldığını izah edib, onu Sumqayıt ŞPİ-nə gətirmişər.Xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müwəkkili Şahid2, eləcə də Təqsirləndirilən şəxs hüququnun müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakları ilə video kameranın yaddaşına qeyd etməklə Təqsirləndirilən şəxs şəxsi axtarış aparılacağı bildirilmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşya və predmet varsa təqdim edilməsi təklif edildikdə, o, üzərində hər hansı qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşya və predmet olmadığını bildirsə də, onun üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm aşkar edilmişdir. Aşkar edilərək götürülmüş bükümün içərisinə baxış keçirildikdə həmin bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs bu barədə soruşduqda o, sellofan bükümdəki maddənin narkotik vasitə olan kakos, yəni heroin olduğunu, narkotik vasitəni həmin gün şəxsi istifadəsi üçün Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində “Ağamir” adlı şəxsdən şəxsi istifadəsi üçün 17 manata əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş bükümdəki maddə elektron tərəzidə çəkilməklə çəkisi müəyyən edilmiş, daha sonra isə içərisi boş zərfə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılan zaman müqavimət göstərməmiş, ona qarşı da heç bir fiziki və psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən şəhid abidəsinin yaxınlığında xx.xx.2023-cü il tarixdə, saat 22:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olnmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş,həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X5 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etdi. Daha sonra həmin 01 ədəd şəffaf sellofana bükülmüş büküm tərəfimdən açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan maddənin “kakos" olduğunu, həmin maddəni bu gün günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində “Ağamir” adlı şəxsdən 17 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 1.70 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/1779 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 124” dairəvi möhür əksi olan, “(imza) Saxlanılan şəxs Təqsirləndirilən şəxs..” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,068 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələf’in siyahısına (Siyahl İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 1,018 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 (bir) ədəd zərfdəki Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, təmiz çəkisi 1,068 qram olan narkotik vasitə heroinin, tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 1,018 qram çəkisinin qalması nəzərə alınmaqla göstərilən narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 1320 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində 05.2010-cu ildən opioidlərin qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ACDİÜ Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.2.1, 232.2.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cəzası 03 ilə qədər endirilmiş, xx.xx.2005-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-173/2010 saylı, xx.xx.2010-cu il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş, yaddaşında 01 (bir) ədəd “7284-xx.xx.2023’’ adlı fayl, həmin faylın yaddaşında isə əlavə olaraq 04 (dörd) ədəd, birincisi “507426495_SMS.txt” adlı, ikincisi “507426495-ant.xlsx" adlı, üçüncüsü “507426495- k.m..xlsx” adlı və dördüncüsü “**********95.txt” adlı fayllar olan 01 (bir) ədəd diskə baxış keçirilərkən "xxxx" mobil operatoruna məxus “***-***-**-**” saylı mobil nömrənin AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, xx xxx 1984-cü il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbəsi 1-ci məhəllə ev 78A/2-də qeydiyyatda olan Təqsirləndirilən şəxs adma qeydiyyata alındığı, “***-***-**-**” saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2023-cü il tarixdə saat 19:54:59 radələrindən xx.xx.2023-cü il tarixdə saat 20:28:17 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “***- ***-**-**” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 19:01:48, 19:02:25, 19:09:27, 19:18:34, 19:54:52 və 20:31:23-də Corat qes, saat 20:34:16-da Sumqayit sh. 20-ci mkr., saat 21:05:03-də Corat qes, saat 21:24:51- də Sumqayit sh. 20-ci mkr. və xx.xx.2023-cü il tarixdə saat 14:01:39-da Corat qes ünvanında yerləşən antendən şəbəkəyə qoşulduğu müəyyən edilmişdir. Bundan əlavə olaraq baxış zamanı “***-***-**-**” saylı mobil nömrədən və həmin nömrəyə göndərilmiş cinayət işi üzrə əhəmiyyət kəsb edən aşağıdakı məzmunda “SMS” mətnin olduğu müəyyən edilmişdir: 1.xx/xx/2023,04:57:45,**********95,**********03,Calam......ax....qara....var....менде..... İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələiyi tərəfindən verilmiş 655,656 saylı, xx.xx.2023-cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, ailə tərkibi bacısı-xx.xx.1966-cı il təvəllüdlü X6, bacısı-xx.xx.1969-cu il təvəllüdlü X3 və qardaşı-xx.xx.1981-ci il təvəllüdlü X2 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1916 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elnur Feyzullayev olduğunu bildirdiyi, daha sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqdakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, bundan sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin məlumat verərək onun qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nə daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılması barədə məlumat verdiyi, sonra isə xidməti otaqda olan digər şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, onun təklifindən sonra ilk özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin CAŞnin əməliyyat müwəkkili Şahid1 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİnin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 olduğunu bildirdikləri, bundan sonra baş təhqiqatçı tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edildiyi, həmin şəxsin təqdim edilmiş bildirişi qəbul edərək tanış olmağa başladığı, daha sonra təliqiqatçı tərəfindən xidməti otaqda olan digər şəxsində özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Səadət Vəliyeva olduğunu bildirdiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirən şəsxə qanunsuz olaraq narkotik və psixotrop tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında şübhəli şəxs qismində saxlanması barədə təkrar məlumat verərək, video çəklişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyi, həmin şəxsə üzərində qanunla saxlanması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etdiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirməklə, üzərində hər hansı qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşya və pridmet olmadığını bildirdiyi, bundan sonra özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı həmin şəxsin əynindəki idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümün aşkar edildiyi, onun üzərindən digər əşya və ya pridmetin aşkar edilmədiyi, daha sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümün içərisinə baxış keçirildiyi, həmin bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddəninaşkar edildiyi, daha sonra özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə aşkar edilərək götürülmüş büküm içərisindəki maddənin nə olması, hardan və nə məqsədlə əldə etməsi barədə suallar verdikdə, həmin şəxsin verilmiş sualları cavablandıraraq aşkar edilmiş sellofan bükümdəki maddənin narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu, narkotik vasitəni həmin gün şəxsi istifadəsi üçün Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində “Ağamir” adlı şəxsdən şəxsi istifadəsi üçün 17 manata əldə etdiyini və üzərində gəzdirdiyini bildirdiyi, bundan sonra baş təhqiqatçı tərəfindən aşkar edilmiş bükümün elektron tərəzidə çəkildiyi, həmin bükümün ümumi çəkisi müəyyən edildikdən sonra isə içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, üzərində qeydlər aparıldığı, daha sonra zərfin üzərini ilk əvvəl özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən, daha sonra özünü təqdim edərək müdafiəçi olduğunu bildirən şəxs tərəfindən imzalandığı, bundan sonra özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən məlumat verilərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddənin tərkibini, çəkisini müəyyən etmək məqsədilə ekespertizaya göndəriləcəyi, iştirakçılardan heç birinin sualı olmadıqda aparılan video çəklişin dayandırılacağı barədə məlumat verdiyi, iştirakçılardan hər hansı sualının olub olmadığını soruşduğu, özünü təqdim edərək müdafiəçi olduğunu bildirən şəxs tərəfindən bundan sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə sual verildiyi, ondan saxlanılarkən, eləcədə polis idarəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalıb qalmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualı cavablandıraraq nə saxlanılarkən, nədə polis idarəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalmadığını bildirdiyi, bundan sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən olundu. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqbinin başlanılması rədd edilmiş, üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında isə 01 (bir) ədəd “20230328_230332” adlı, 561316 kb həcmində, 04 dəqiqə 27 saniyyə davam edən, rəngli formatda, otaq və elektrik işıqlandırılması şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, "xxxx" MMC-dən daxil olmuş, yaddaşında 01 (bir) ədəd “7284-xx.xx.2023” adlı fayl, həmin faylın yaddaşında isə əlavə olaraq 04 (dörd) ədəd, birincisi “507426495_SMS.txt” adlı, ikincisi “507426495-ant.xlsx” adlı, üçüncüsü “507426495-k.m..xlsx” adlı və dördüncüsü “**********95.txt” adlı fayllar olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, qalıq qalmış 1,018 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Sumqayıt şəhər məhkəməsinin 4(060)119/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə ibtidai araşdıqma orqanın vəsatət və təqdimatına baxılarkən təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu və törədiyi əməldən peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittihamda qeyd olunan miqdarda narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli olaraq məhkəmədə verdiyi ifadəsində üzərində olan narkotik vasitənin miqdarının daha az olmasının bildirməsi ittihamın şübhə altına alınması məqsədi güdür və ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və kimyəvi ekspertiza nəticəsində qalıq qalmış 1,068 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 80,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-578/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 780 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və kimyəvi ekspertiza nəticəsində qalıq qalmış 1,068 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 80,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar