Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-579/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 06 ay müddətə azaldılaraq qəti olaraq 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tartixli qərarı ilə 02 ay 23 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,346 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 17 mart 2023-cü il tarixdə saat 15:15-də Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Taleh Kərimov küçəsində yerləşən “389” adlı aptekin qarşısında saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,346 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümündə ümumi təmiz çəkisi 1,181 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 03 aprel 2023-cü il tarixdə saat 11:00-da Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Taleh Kərimov küçəsi, ev 407B-nin qarşısında saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümündə ümumi təmiz çəkisi 1,181 qram kustar üsulia hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 16 mart 2023-cü İldə Bakı şəhəri, “3-cü mikrorayon dairəsi” deyilən yerdə olan zaman təsadüfən rastlaşdığı, tanımadığı şəxsdən 10 manata 1 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə heroin almış, həmin heroini əynində olan idman şalvarının yan cibinə qoyub saxlamışdır ki, ürəyi istəyəndə qəbul etsin. 17 mart saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Taleh Kərimov küçəsində yerləşən “389” saylı aptekin qarşısında olanda polis işçiləri yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxladıqlarını bildirərək üzərində şəxsi axtarış keçirilməsindən ötrü polis bölməsinə dəvət etmişdirlər, o da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gəlmişdir. Bölmədə ona hüquq və vəzifələri izah olunmuş, ona vəkil seçmək imkanı yaradılmışdır. O özünə vəkil seçmişdir. Vəkil gələndən sonra isə onun və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunsuz nəsə varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan idman şalvarının cibində saxladığı 1 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə olan heroini çıxardıb təqdim etmiş və verilən suallara cavab olaraq həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxılanda heroin aşkar olunmuş, bundan sonra şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə heroin onun iştirakı ilə elektron tərəzidə çəkilmiş, çəkisi yarım qram olmuş, bundan şonra sənədləşmə işləri aparılmışdır. Bu məsələdə onun barəsində həbs seşilməmişdir, istintaqı çöldən çölə getmişdir. Lakin onun bədənində ağrıları olduğuna görə yenə də narkotik qəbul etmək istəmişdir. Bakı şəhəri, “20 Yanvar” metrosu ərazisi yaxınlığıda olanda bir nəfər üzdən tanıdığı, lakin adını bilmədiyi və özünü tanımadığı şəxsdən 20 manata bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin almışdır. O, narkotik vasitəni alıb Sumqayıt şəhərinə gəlmiş, aldığı narkotik vasitə heroini öz üzərində gəzdirmişdir. 03 apreldə saat 17 radələrində o, Sumqayıt şəhəri, Corat qəsəbəsindəki evin qarşısında olanda mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyib onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün onu Sumqayıt SPİ-nin 1-ci PB-nə dəvət etmişlər və o da etiraz etmədən onlarla birlikdə 1-ci Polis Bölməsinə getmişdir. 1-ci PB-də olan zaman onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o etiraz etməmiş, daha sonra ona müdafiəçisinin iştirakı ilə videogörüntü ilə üzərinə şəxsi axtarış keçiriləcəyini demişdirlər. Şəxsi axtarışa başlamadan öncə ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək siyahıdan seçdiyi vəkil təqdim olunmuşdur, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Həmin vaxt o, əynində olan cins şalvarın yan cibində saxladığı 1 ədəd içində heroin olan sellofan bükümü təqdim etmişdir. Büküm açılmış, içərisindəki heroin çəkilmiş çəkisi 1 qramdan artıq olmuşdur. Sonra sənədləşmə işləri aparılmışdır. Sorğu zamanı o üzərindən aşkar olunmuş maddənin “kakos” olduğunu, həmin maddəni Bakı şəhəri, “20 Yanvar” metrosun yaxın ərazidə şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, o Sumqayit ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilidir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində Ramil adlı şəxsin narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə daxil olmuş məlumat əsasında sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs həmin gün saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Taleh Kərimov küçəsi, “389” adlı aptekin qarşısında saxlayaraq ona narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək aidiyatı üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən polis ənməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ- nin 1-cİ PB-nə gəlmiş, bölməyə gətirildikdən sonra xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla təhqiqatçı Ramilə saxlanmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmuşdur. Sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmişdir. Ramil də özü əynində olan şalvarın sağ cibindən 01 ədəd gümüşü rəngli siqaret kağız bükümünü təqdim etmiş, həmin büküm açılan zaman bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Ramil üzərindən aşkar olunmuş maddənin kakos olduğunu, Bakı şəhəri, “3-cü mikrorayon dairəsi” deyilən yerin yaxınlığında olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Ramilin üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkisi müəyyən olunaraq sənədləşmə işləri görülmüşdür. Bundan başqa xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində yenə də Ramil adlı şəxsin narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə daxil olmuş məlumat əsasında sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ramili Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 407B-nin qarşısında saxlayaraq ona narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək aidiyatı üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmiş, bölməyə gətirildikdən sonra xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla təhqiqatçı özünü təqdim etmiş, onun saxlanmasının səbəbini bildirmiş, Təqsirləndirilən şəxs də özünü təqdim etmiş, polis əməkdaşları da özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili təqdim olunmuş, o da bildirişlə tanış olub, vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmiş, Ramil də özü əynində olan şalvarın cibindən 01 ədəd sellofan bükümünü təqdim etmiş, həmin bükümdə heroin olduğunu demiş, büküm açılanda içində heroinə bənzər maddə olduğu aşkar olunmuşdur. Sorğu zamanı Ramil üzərindən aşkar olunmuş heroini Bakı şəhəri, “20 Yanvar” metrosu yaxınlığında olan zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Ramilin üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilmiş, çəkisi sellofanla birlikdə 1,39 qram olmuş, bundan sonra sənədləşmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmiş, Ramil könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmədə Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2, Şahid3 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü İİ tarixli 6/1951 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində«...Şübhəli şəxs: Təqsirləndirilən şəxs-İmza, üç - imza, Tərtib etdi: Təhqiqatçı: Ş.Səfərov - imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədə bükümdəki təmiz çəkisi - 1,181 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (heroinin təmiz çəkisi-1,181 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,131 qram). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/6912 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs (imza) R. Əliyev...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,346 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi- 0,346 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,296 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1727 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, hadelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qararı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərlə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müəlicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət qörülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan məhkəmə aktlarının surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qəsdən törətdiyi cinayətə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərə xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 06 ay müddətə azaldılaraq qəti olaraq 01 il 06 ay müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tartixli qərarı ilə 02 ay 23 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırki cinayəti törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 19 mart 2023-cü il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 03 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmuiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,131 və 0,296 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 162 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,131 və 0,296 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 162 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-579/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-579/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver